Atatürk hava
limanında baş verən qanlı terror
hadisəsinin pərdəarxası məqamları açıqlanıb.
Belə ki, CNN Türkdən
verilən açıqlamada İŞİD qruplaşmasının hücumunun ola biləcəyi ilə bağlı məlumatın
20 gün əvvəl lazımı qurumlara
bildirildiyi qeyd olunub. Lakin bu məsələyə elə də ciddi yanaşılmayıb.
Moderator.az xarici
mediaya istinadən xəbər verir ki, CNN Türkün
Ankara təmsilçisi Hande Fırat
canlı yayımla çıxış edərək şok edici etiraflar edib.
Hande Fırat
hadisə ilə əlaqədar olaraq iyun ayının əvvəlləri hüquq-mühafizə orqanlarının dövlətin
bütün önəmli qurumlarına məktub göndərdiyini deyib. Göndərilən məktubda
terrorun kimin tərəfindən olacağı və yeri barədə məlumat qeyd olunduğunu söyləyib.
Hande Fırat nüfuzlu dövlət məmurların bu hadisədən xəbəri olduğunu dəfələrlə
vurğulayıb.
Canlı bağlantı
zamanı səsləndirilən adlar arasında Atatürk hava limanının olub-olmadığı
soruşulub. Ankara təmsilçisi göndərilən
məktubda Atatürk hava limanı və bir neçə başqa ərazinin də adının çəkildiyini
söyləyib.
Qeyd edək ki,
Türkiyədə bir günlük matəm elan edilib.
Kəmalə
Yusifli