Moderator.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyədə törədilən növbəti terror aktını lənətləyən bəyanatla çıxış edib. Sənəddə göstərilir:
“Qarabağ Azadlıq Təşkilatı Türkiyədə, İstanbulun Atatürk hava
limanında törədilən terror aktlarını qətiyyətlə pisləyir. Bu dəhşətli olay
nəticəsində 40-a qədər adam həlak olub, 150-ə qədər yaralanıb. Bu hadisə təkcə
Türkiyəyə qarşı deyil, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Bu cinayət
Türkiyəyə qarşı bir sıra xarici mərkəzlərin apardıqları müharibənin tərkib
hissəsidir. Hədəfdə getdikcə güclənən, dünyanın əsas güc mərkəzlərindən birinə,
söz sahibinə çevrilməkdə olan Türkiyə, bütün İslam dünyasıdır. Biz bu terror
aktını həm də özümüzə, Azərbaycana, bütün İslam dünyasına qarşı cinayət, həmlə
kimi dəyərləndiririk. Bu, Türkiyəyə, İslam dünyasına qarşı qəsdin davamıdır.
Almaniya parlamentinin gözlənilmədən qondarma
“erməni soyqırımı”nı tanıması, Roma papasının bütün protokol
qaydalarından kənara çıxaraq qondarma “erməni soyqırımı” iddialarını təkrar
etməsi, Azərbaycana qarşı ermənilərin əsassız ərazi iddialarını müdafiə etməsi,
Türkiyədə və digər müsəlman ölkələrdə törədilən terror aktları, həmçinin
sonuncu dəhşətli terror olayı vahid bir zəncirin həlqələridir və eyni mərkəzdən
idarə olunan prosesin tərkib hissəsidir. Biz Türkiyəyə qarşı açılan bu
müharibənin arxasında dayananları, bu cinayətləri törədənləri lənətləyir, bu
cinayətlərə son qoyulmasını tələb edirik. Biz terror nəticəsində ölənlərə Allahdan
rəhmət diləyir, yaxınlarına baş sağlığı verir, yaralılara şəfa arzulayırıq.
Biz bu terror qurbanlarını
Türkiyəyə qarşı aparılan müharibənin itkiləri hesab edir və inanırıq ki,
Türkiyə itkilərə baxmayaraq bu müharibədən qalibiyyətlə çıxacaqdır. Biz
Türkiyənin yanında olduğumuzu, əlimizdən gələn köməyi göstərməyə hazır
olduğumuzu bildirir və bütün İslam dünyasını məkrli mərkəzlərin amansız
hücumlarına qarşı birləşməyə, haqqı-ədaləti birlikdə qorumağa çağırırıq!
Haqq-ədalət hökmən zəfər çalacaq!”