Türkiyədə Atatürk hava limanında baş verən son terror olayından sonra qardaş ölkədə bir günlük matəm elan edilib. Maraqlıdır, Azərbaycanda da Türkiyəyə dəstək məqsədi ilə matəm elan edilə bilərmi?
Bununla bağlı
Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn bunun rəsmi qurumların səlahiyyətində
olan bir məsələ olduğunu vurğulamaqla yanaşı, Azərbaycan insanının rəsmi qərar
olmadan da matəm saxladığını vurğuladı:
“Təbii ki, belə bir qərarın
verilməsi əlaqədar dövlət qurumlarının səlahiyyətində olan bir məsələdir. Lakin
bu da bir həqiqətdir ki, Türkiyədəki son terror olayı ilə bağlı informasiyalar
ictimaiyyiləşdiyi andan etibarən Azərbaycanda insanlar dərin kədər və təəssüf
hissi içərisindədirlər. Onlar həlak olanlara rəhmət, yaralılara şəfa diləyir,
baş verənlərə böyük həssaslıqla yanaşırlar. Başqa sözlə desək, matəmlə bağlı rəsmi
qərar olmadan da insanlar baş verənləri əsl matəm kimi qeyd edirlər. Bu səbəbdən
də Azərbaycanda da matəm var deyə bilərik”.
Seymur Əliyev