Məşhur pop ifaçı Sərdar Ortaç tövbəsini pozub.
Moderator.az xəbər verir ki, məşhur pop ulduz
Sərdar Ortaç uzun zamandır qumara tövbə etsə
də tövbəsini pozub. Bu günlərdə Kıbrısda səhnə alan ifaçı oyun zalına girib və
özünü itirib. Saatlarla oyun zalından çıxmayan sənətçi obyektivlərə tuş gəlib. Oyuna
100 lira (təxmini 50 azn) qoyan sənətçi 504 lira (təxmini 250 azn) qazanıb.
Sevilən popçu bütün var-dövlətini uduzduqdan
sonra qumara tövbə etmişdi və bu əməldən çəkinmişdi. İngilis həyat yoldaşına
qumar oynamayacağı ilə bağlı söz vermişdi. Ancaq yenidən qumar oynaması ilə “qozbeli
qəbr düzəldər” deyimini xatırladıb.
Qeyd edək ki, məşhur ifaçı iyul ayının 10-da Bakıda konsert proqramı ilə çıxış edəcək. Artıq
biletlər də satışa çıxarılıb.
Kəmalə Yusifli