Tanınmış jurnalist Nicat Hüseyn Dağlar sevgililər günü münasibətilə
həyat yoldaşı Ülviyyə Hüseynovaya şeir həsr edib, sosial şəbəkədə təbrik etdi.
Moderator.az jurnalistin təbrikini olduğu kimi təqdim edir:
“Ülvüş, sevgililər günü münasibətilə sənə nəsə yazmaq istədim.
Bu alındı.
SƏNİ VERƏNƏ ŞÜKÜR
Nələr yaşamadıq ki,
biz bir yerdə, sevgilim
Faciələr görmüşük,
sel olub göz yaşımız.
Başqaları həyatdan
gülab çəkib dadanda
biz səninlə dərd çəkdik,
tez ağardı başımız.
Yıxılmışıq, durmuşuq,
sökülüb dağılanı
biz təzədən qurmuşuq.
Bəzən çığırları da
səhv saldıq yol gedərkən
sağı
getdik sol kimi,
solu
getdik sağ kimi.
Azıb
qalardıq bəlkə
sevgimiz
olmasaydı
O
dayandı həmişə
arxamızda
dağ kimi.
Sənsiz,
çıxa bilməzdim
bu
yollara, sevgilim.
Sənsiz
taqət gəlməzdi
bu
qollara, sevgilim.
Təsəllim
sevgindədir,
odur
məni yaşadan,
odur
mənim sərvətim,
odur
varım-dövlətim.
Ömrüm-günüm,
dinlə məni.
Oxunası
bir mahnısan,
deyiləsi
bir şeirsən.
Həzin-həzin
səslənən
muğamatsan,
Simlərindən
sevgi daman
Kamançasan,
tarasan sən
Nə
yaxşı ki, varsan sən!
Könlünün
dəftərinə
Bunu
da götür köçür,
Ölüncə
deyəcəm,
SƏNİ
VERƏNƏ ŞÜKÜR!”