Görüş zamanı BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov
iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığınvacibliyini
xüsusi olaraq vurğulayıb. Hər iki ölkənin ortaq dəyərlərinin mövcudluğunu
vurğulayan rektor, xüsusilə ali təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın
genişləndirilməsi üçün geniş potensial imkanların olduğunu qeyd edib. Neft-qaz,
kimya, avtomatika və digər müvafiq sahələrdə yerli və beynəlxalq əmək bazarının
ən müasir tələblərinə cavab verən yüksəkixtisaslı kadr hazırlığında Ali Məktəbin
rolunu qeyd edən rektor tələbələrimiz üçün nəzəri biliklərlə yanaşı, praktik təcrübənin
də əhəmiyyətini vurğulayaraq bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən
beynəlxalq şirkətlərin tələbələr üçün yaratdığı təcrübə imkanlarından bəhs edib.
O, Malayziyanın Azərbaycanda fəaliyyət göstərən Petronas şirkətinin də bu sahədə
mühüm töhfə verə biləcəyini bildirib.
Rektor Elmar Qasımov bir çox digər sahələrlə yanaşı, xüsusilə
informasiya-kommunikasiya texnologiyaları və kompüter mühəndisliyi sahələrində
Malayziya Elm və Texnologiya Universiteti və Petronas Texnologiya Universiteti
ilə əməkdaşlığın yaradılmasında maraqlı olduqlarınıdeyib. Rektor, həmçinin BANM-inartıq
əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək malayziyalı tələbələrin Ali
Məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Səfir RoslanAbdulRahman Ali Məktəbə olmasından məmnunluğunu ifadə edərək
səmimi qəbula görə rektora minnətdarlığını bildirib. Malayziya və Azərbaycan
arasında xüsusilə, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsiüçün
potensial imkanların olduğunu və səfirliyin ikitərəfli münasibətlərin qurulması
istiqamətində hərtərəfli dəstək göstərəcəyini deyib.
Sonda səfirə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.