Dünən Fransa Milli Assambleyasının Xarici İşlər Komissiyasının növbəti iclası olub. İclasın gündəliyində deputat Fransua Roşbluanın hazırladığı və baxılmaq üçün Komissiyaya təqdim etdiyi “Azərbaycan və Fransa arasında əlaqələrə yenidən baxılması haqqında” Qətnamə Layihəsi vardı. Komissiya üzvləri tərəfindən fəallıqla müzakirə olunan Qətnamə Layihəsi demək olar ki, yekdilliklə rədd edilib. Azərbaycanın Dostları Assossiasiyasının prezidenti deputat Jan Fransua Mansel bu barədə Bəyanat verib. Bəyanatda deyilir:
“Deputat Roşbluanın “Fransa
ilə Azərbaycan arasında əlaqələrə yenidən baxılması haqqında”Milli
Assambleyanın Xarici İşlər Komissiyasınatəqdim etdiyi Qətnamə layihəsinin qəbulolunmaz
hesab edilərək rədd edilməsi haqqında Komissiyanın qəbul etdiyi məsuliyyətli qəararı
alqışlayıram. Təklif olunan Qətnamə layihəsində Azərbaycan və Fransa arasında
mövcud olan yüksək səviyyəli diplomatik əlaqələrə və xalqlarımız arasındakı dərin
dostluq münasibətlərinə kölgə salmağa cəhd olunurdu.
Xarici işlər Komissiyası
Dağlıq Qarabağ üzrə məlumatlandırma mssiyasının yaradılması haqqında qərar qəbul
etdi. Əminəm ki, bu missiya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə
dair haqlı tələblərini obyektiv şəkildə
ortaya qoymaq imkanları yaradacaq. Cənab Roşbluan komissiya üzvləri arasında
özünün hazırladığı Qətnamə layihəsinə səs
verən yeganə deputat oldu və çox təəccüblüdür ki, Dağlıq Qarabağ üzrə məlumatlandırma
missiyasının yaradılmasına dair qərara isə heç özü də səs
vermədi. Heç şübhəsiz, bu qərar onun mütəmadi olaraq Azərbaycana qarşı təşkil
etdiyi qarayaxma kampaniyalarının məramına
uyğun deyil.
Bu axşam qəbul olunan qərardan
qazanan Fransa- Azərbaycan dostluğu oldu”.