ABŞ-ın Las-Veqas şəhərində növbəti qeyri-adi toy baş tutub.
Məlumata görə, amerikalı Aaron Çervenak öz “iPhone”u ilə nikah bağlayıb.
Ancaq bu, gülüş üçün deyil, ictimaiyyətin diqqətini bir fakta yönəltmək üçün edilib: müasir insanlar öz cihazlarından həddindən artıq asılı vəziyyətə düşüb və real həyatın mövcudluğunu unudub.
A.Çervenak da insanların virtual dünyaya daha çox diqqət ayırmasına etiraz olaraq bunu edib. O bildirib ki, bütün hallarda öz telefonlarımızdan asılı olduğumuzu qəbul etməliyik: “Biz onlarda rahatlıq, sevinc axtarırıq və bu, tam münasibətləri əvəz edə bilər. İnsanlar onlarla gününün 24 saatını keçirir. Onlar öz smartfonları ilə yatır, smartfonları ilə oyanırlar. Bəzi mənalarda bizim smartfonlarla ən uzunmüddətli münasibətlərimiz mövcuddur”.
Qeyri-adi toy dünya mətbuatının marağını cəlb edib. Öz növbəsində Aaron ümid edir ki, onun bu hərəkəti kimlərisə öz davranışı barədə düşünməyə vadar edəcək. (APA)