“Yaradıcı adam nə göydə avaralanmalı, nə də yerdə eşələnməlidir”
Oxunub: 4986
30 Jun 2016 | 16:16
“Yaradıcı adam nə göydə avaralanmalı, nə də yerdə eşələnməlidir”
Moderator.az çağdaş Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan şair Aqşin Yeniseylə müsahibəni təqdim edir:

- Söhbətə şeirin yükündən başlayaq. Şeirin yükünü, ağırlığını hansı fiziki vahidlə müəyyən etmək olar?

- Şerin ölçü vahidi onunla təkbətək qalmaq istəyən adamların sayıdır. Kütləvi oxucu, elitar nəzəri qiymətləndirmələr, bunlar müvəqqəti meyarlardır. Poeziyanın yaratdığı təəssüratın, ovqatın mənbəyi çox dərindədir. Poeziya uzun dövrlər ərzində nəsillərin, xalqların yaşamaq uğrunda mübarizə nəticəsində “öz başlarında” öyrəndikləri ustalıqların irsi kodlarla ötürülməsi və genetik yaddaş kimi nəslin, soyun sonrakı nümayəndələrinə də zəruri qanunauyğunluqlara əsasən, gözlənilmədən müxtəlif formalarda üzə çıxmasıdır. Biz buna fitri istedad deyirik. İstedad xalqın öz övladının şüuraltısına əmanət etdiyi mənəvi-təcrübi mirasıdır. Nə qədər materialistcəsinə səslənsə də, istedadın fitri qaynağı Tanrı yox, tarixdir. Onun mövhumiliyinin kökü izaholunmaz ilahi möcüzəvilik yox, filizləşmiş tarixi gerçəkliklərdir. İstedadlı insanlar isə sadəcə öz şüurları və şüuraltıları arasında rahat get-gəl edə bilən, bu “filiz mədəni”ndə qazıntı aparan  fərdlərdir. Bizi incəsənətdə heyrətləndirən, düşündürən, heyran edən nə varsa, fərdin öz şüuraltısından tapıb gətirdikləri həmin tarixi gerçəkliklərin, daşlaşmış emosiyaların əridilməsindən alınan külçələrdir. 

- Bu dəqiqə üstünüzdə nə qədər şeir yükü var? Çiyinlərinizi əzmir?

- Alimlər qurbağa üzərində  belə bir eksperiment aparıblar. Onlar qurbağanı isti su qazanına atırlar və qurbağa dərhal hoppanıb qazandan çıxır. Daha sonra alimlər qurbağanı soyuq suya atırlar. Bu zaman soyuq su qurbağanın xoşuna gəlir. Alimlər get-gedə qazanın  istiliyini artırırlar. Su isindikcə, qurbağa  arxayınlaşır və yuxuya gedir. Qurbağa o dərəcə də rahat olur ki, qazandan çıxmır ləzzət ala-ala bişir. İnsan da qurbağa kimidir. Əvvəlcə öyrəşə bilmədiyi, qaçmaq istədiyi işdə, peşədə mənəvi, maddi ehtiyacları ödəndikcə rahatlıq tapır və özü də bilmədən öz peşəsinə çevrilir. Şairlik də belədir, bir müddətdən sonra ağrılar müqəddəs həzzə çevrilir. 

-Aqşin Yeniseyin əlində seçim imkanı olsaydı hansı ölkənin, hansı cəmiyyətin şairi olmaq istəyərdi?

- Misir piramidalarına nə ad qoyuruqsa qoyaq, tarixi abidə, sənət incisi, dünyanın yeddi möcüzəsindən biri və s. onun dəyərini azaltmır. Eləcə də bu abidələrin dünyanın harasında olması da onlara əlavə üstünlüklər gətirmir. Bu piramidaların mövcudluğu sübutdur ki, sənət nə sənət elitası üçündür, nə də xalq üçün. Sənət ayrı-ayrı ramzeslərin əbədiliyi üçündür. Mən məndə əbədilik duyğusu axtaran, eyni zamanda məni də özüylə əbədiləşdirə bilən hər bir Ramzesin, hər bir Misirin şairi olmaq istərdim. Sözsüz ki, buna layiqəmsə! Layiq deyiləmsə, bu suala nə cür cavab verəcəyimin heç bir mənası yoxdur.   

- Ədəbiyyat niyə Xeyirlə Şərin intervalında insanı gah o tərəfə, gah da bu tərəfə sürüyür? 

- Gəlin, əvvəlcə xeyirlə şər arasındakı sərhədi çəkməyə çalışaq. Nə qədər cəhd göstərsək də belə bir sərhəd çəkə bilməyəcəyik. Basdırıb getdiyimiz dirəyi bir gecə şər aşıracaq, o biri gecə xeyir. Simvolik olaraq qəbul edək ki, xeyir - göydən gələnlərdir, şər - yerdən çıxanlar. Mənə görə yaradıcı adam nə göydə avaralanmalıdır, nə də yerdə eşələnməlidir. Yaradıcılıq üçün ən münasib yer və vaxt xeyirlə şərin, qaranlıqla işığın, həyatla ölümün bir-birinə qarışdığı, onları biri-birilərindən ayırd etməyin mümkün olmadığı vaxtdır, yerdir. Şair büsbütün xeyirə qulluq eləyəndə də şərləşir, xeyirin şərlatanına çevirilir, büsbütün şər üçün əlləşəndə də xeyirləşir, şərin xeyirxahına çevrilir. Ona görə də yaradıcı adam, mənə görə, dan yerində, işıqla qaranlığın qovuşduğu üfüq xəttində görünməz olan, itkin düşən adamdır.
 

- Axır vaxtlar yazılan şeirlərə baxanda adamda elə hiss yaranır ki, poeziyamız sanki  “intihar körpüsü”nə çıxıb. O “körpü” bizim poeziyamıza nəsə qazandıra biləcək, ya yox?

- Bu sualın cavabına lap uzaqdan başlayacağam. Bəşər mədəniyyətinin beşiyi olan Afinada birdən-birə fəlsəfənin inkişafına səbəb kimi dəniz ticarəti göstərilir. İran-yunan müharibələrindən sonra yunanlar bütün hərbi donanmanı ticarət donanmasına çevirdilər. Bu şəhər dövlətin qapılarını müxtəlif ölkələrdən gələn tacirlərin üzünə açması ticari alış-verişlə yanaşı, həm də müxtəlif ölkələrdən, müxtəlif inanclardan olan insanların fikir mübadiləsi üçün şərait yaratdı. Yəni Yunanıstanın şərq sahillərinə və geriyə üzən gəmilər həm də rəngarəng fikirlərlə dolu idi. Ticarət özü ilə müxtəlif mədəniyyətləri də ölkədən-ölkəyə daşıyırdı. Beləliklə, Yunanıstan sərhədlərində tacirlərdən ibarət nəhəng mədəniyyətlərarası dialoq qurulmuşdu. Bu qarmaqarışıq dialoqların içərisində Sokratın, Platonun, Aristotelin aydın məntiqi yetişirdi. Bizim ədəbiyyatda çatışmazlıqların başlıca səbəbi dünya ilə aramızda belə bir dialoqun olmamasıdır, ya da çox zəif olmasıdır. Azərbaycan taciri dünyada nə qədər məsafə qət edə bilibsə, yazıçısı da o qədər məsafə qət edib. Azərbaycan məhsulu nə qədər ölkədə alıcı qazana bilibsə, yazıçımız da o qədər oxucu qazana bilib. İkinci bir fakt da budur ki, Türkiyənin dövlət dəstəyi ilə tərcümə olunan bir-iki yazıçısını çıxmaqla bu gün dünyada, ümumiyyətlə, müsəlman ədəbiyyatı aktual deyil. Aktual olan yazıçıların da arxasında heç bir ədəbi kriteriyalar dayanmır. Məsələn, Salman Rüşti müsəlmanları qəzəbləndirən “Şeytan ayələri” kitabına görə tanınır. Xalid Hüseyn, Maalof kimi yeni müsəlman əsilli yazıçılar isə “Ərəb baharı”nın səhnəarxası “peşkalarıdır” və s. Demək istədiyim budur ki, ədəbiyyatımızın dediyiniz körpüdə ilişib qalmasında günahkar yalnız özümüz deyilik.       

- Müasir ədəbiyyatımız  üçün sizcə, “Feysbuk əbəbi məclisi” nə dərəcədə  təhlükəlidir?

- Virtual dünyanı mövcud olan dünyaların hələ ki, sonuncusu və ən azad, ən xoşbəxti kimi qəbul etməliyik. Virtual dünyada olan insan haqları, söz və fikir azadlıqları nə yaşadığımız real dünyada mövcuddur, nə də gedəcəyimiz o biri dünyada ehtimal olunur. Virtual dünyadan əvvəlki hər iki dünyanın sahibi insan yox, allah idi. Nəhayət, elmi biliklərinin inkişafı sayəsində insan özünə məxsus olan üçüncü dünyanı yaratdı ”“ internet dünyasını, virtual aləmi. Mənə elə gəlir ki, bu üçüncü dünyanın da öz şairləri, yazıçıları yetişəcək, sadəcə, indi hələ onlar öz yeni dünyalarının qayaüstü rəsmlərini çizirlər. Biz də eynən belə başlamamışdıqmı? 

- Sonuncu şeirinizi nə zaman yazmısız? Mümkünsə, ondan bir neçə misranı bizim üçün oxuyardınız...

- O gün metroda Əlisəmid Kürü gördüm, günəbaxan kündəsinə bənzəyən üzü adamların arası ilə başıaşağı fikirli-fikirli harasa gedirdi. Nədənsə mənə elə gəldi ki, Əlisəmid Kür həmin an metroya düşmüş günəbaxandır, adam zəmisinin içində bitmiş yalqız bir günəbaxan. Bunu yazıram, tam hazır olan kimi çapa verəcəyəm.  

- Məşhur misranız var- “Ayrılıq ölümün plagiatıdı”. Ölüm öz müəlliflik hüququnu qoruya bilməyəndə gözdən düşmür?

-  Misra cavaba çevrilmədikcə gözəlliyini qoruyur. Ətrafımızda gördüyümüz, eşitdiyimiz hər şey şeir olmaq istəyən, ancaq arzusu gözündə qalan nakam bir aləmdir. Bu misranı mən düşünərək belə yazmamışam, o, bu aləmin seçilmişlərindədir. Mənim ona izah verməyim yekəxanalıq olardı.   

- Bir az açıq danışaq- Bu gün Azərbaycan Sözü nə qədər kirlənib?  İstedadın gücü o kiri təmizləməyə yetəcək?

- İndiki problemlərin çoxu təhsillə bağlıdır, yəni səthi aşınmadır. Bilirsiniz ki, bizdə təhsilin səviyyəsi sovet vaxtı inzibati metodlarla yüksəldilmişdi, inzibati metod dağıldı, təhsil də yoxa çıxdı. Ona görə bizdə uzun müddət elmdə, təhsildə boşluq olacaq. Ona görə Azərbaycan xalqı, hökuməti borcludur ki, bu boşluğun yerini hələ ki, fitri istedad sahibi olan övladları ilə doldursun. Hər yerdə istedad axtarmalıyıq, üzə çıxarmalıyıq, onları digər vətəndaşlarımızdan göz görə-görə uca tutmalıyıq. Yoxsa olan-qalan tarixi potensialımız da tükənəcək və biz yenidən dünyanın ən qədim xalqına çevriləcəyik.   

-Sonda zəhmət olmasa, gələcək kitabınız barəsində məlumat verin. Nə zaman işıq üzü görəcək?

- Nəsr kitabı olacaq, amma hələ heç özümə də aydın deyil, proseslər necə nəticələnəcək. Mətni qabaqcadan düşünüb köçürəndə canlı alınmır, ona görə də nəsr yazanda mən ideyanı ancaq mətnlə bir yerdə düşünürəm. Görək nə yaranacaq. 

Söhbətləşdi: Elmin Nuri 
Oxşar xəbərlər
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:40, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB