"Vəzifə xəstəliyi çox köpəkoğlu şeydir" - Anara üsyan...
Müsahibə
Oxunub: 7657
30 Jun 2016 | 23:31
Moderator.az-ın suallarını şair, yazıçı Vaqif Nəsib cavablandırır. 

Qeyd edək ki, olduqca sərt ifadələr yer alan müsahibədə xeyli redaktə etmək zorunda qalmışıq. Üstəlik, müsahibədə adıçəkilən ittiham hədəfi olan hər kəsdən bəri başdan üzr istəyirik və onların da fikirlərini işıqlandırmağa hazır olduğumuzu bildiririk:

- Vaqif müəllim, sizin adınız gələndə ilk yadıma düşən "Omaroğlunun qayıtması" hekayəsi olur...

- Bu hekayənin adı əvvəlcə "Cəfəroğlunun qayıtması" olub. O vaxt Türkiyədə əslən azərbaycanlı olan Əhməd Cəfəroğlu yaşayırdı. KQB-də Səfər Əliyev vardı, məni çağırdı ki, sən onu nəzərdə tutmusan. Cəfəroğlu Gəncədə ruslara qarşı vuruşmuşdu. Türkiyədə onu "elmin vicdanı" adlandırırlar. Çox qəribədir ki, Köçərli soyadlı bir filosof o vaxt Cəfəroğlu haqqında "Kommunist" qəzetində felyeton yazmışdı. Cəfəroğlu o Cəfəroğludur ki, Qaşqarlının "Divanu lüğəti-t-türk"ü türk dilinə çevrilməmişdən öncə onun türklər üçün geniş şərhini vermişdi. Türklər dövlət dəstəyi ilə onun kitabını buraxıblar. Qaşqarlıdan söz düşmüşkən bir şey deyim: bildiyiniz kimi iki türk axını var, biri bolqar türklərinin axınıdır. Sibir tərəfdən başlayır. Oğuz-səlcuq türklərinin axını Çindən başlayır və Çin səddi də əslində türklərə qarşı çəkilib. Türklər də Çindən çəkiləndən sonra Himalay dağları ətrafında Qaşıqar şəhəri yaradıblar. O çox inkişaf etmiş şəhər olub. Gəncləlilər Qaşıqar şəhərinin Gəncək məhəlləsindən gəlib də dağlarının adını da gətirdilər. Bir neçə dəfə demişəm ki, bu Qoşqar nədir axı, onu Qaşıqar yazın da. Qaşında qar olan dağ deməkdir. Yenə də xeyri yoxdur, yalandan elə tariximizi saxtalaşdırırlar. Dəvəçi ən yaxşı türk adıdır, Dəvəçinin adını Şabran ediblər. Halbuki Şabran Şamaxı ilə Quba arasında şəhər olub. Xaqani də orda neçə il türmədə yatıb. Adları saxtlaşdıra-saxtalaşdıra gedirlər. Bir kənara çıxdım...

- Eybi yox... 

- Sizin sualınıza qayıdaq. Mənim fikrim budur ki, ədəbiyyat ilk növbədə istedada söykənməlidir. İkinci növbədə ədəbiyyat insanşünaslıqdır. Ədəbiyyat insanşünaslığın keşiyində durmalı, insanların bəşəriyyətə yarıyanlarını ümumiləşdirməlidir. Təəssüflər olsun ki, bizdə nə insana, nə insanlığa, nə də onun yaratdığı ədəbiyyata vaxtında qiymət vermirlər. Sağ olanda həmin insanlar böyük şair Nazim Hikmet demiş, qatarların üçüncü qatında gedir. Çox təəssüflər olsun ki, ədəbiyyatımızın, incəsənətimizin durumu belə acınacaqlı vəziyyətdə olub. Qayıdaq Cəfəroğluna... Mənə təzyiq elədilər, guya mən pantürklük eləmişəm. Mən də məcbur oldum, əsərin adını dəyişib "Omaroğlunun qayıtması" qoyum. 

- Əsərlərinizdə dialekt sözlərindən geniş istifadə edirsiniz. Və buna görə mən bilən dəfələrlə tənqid də edilmisiniz...

- Mən bir ara Türkiyədə çalışası oldum, gördüm ki, onlar bu cür məsələlərdə daha doğru mövqe tuturlar. Bəli, dialekt sözlərindən çox istifadə etməyinin Azərbaycanda tərifini yox, tənbehini almışam. Bir dəfə bizi universitetə görüşə çağırmışdılar. Orda mənə sual verdilər ki, əsərlərinizi sadə oxucunun tam başa düşməyi üçün lüğət tutmaq fikriniz varmı? Belə hadisələr olurdu. Mən bu sözləri əsərlərimi ona görə salırdım ki, unudulmasın, yaddan çıxmasın, hətta ola bilsin, vətəndaşlıq da qazandı. Amma Türkiyədə münasibət fərqli idi. "Yeni Günaydın" qəzetində köşə yazırdım. Yeganə xarici müəllif idim ki, köşə yazırdım.  Köşlərimi "Qafqazlarda nələr olur" rubrukası ilə verirdilər. Onda mənə deyirdilər, mümkün qədər  öz ləhcənizdə yazın ki, ortaq türk dili yarada bilək. Vaxtilə osmanlının dili əslində elə ortaq türk dili idi. Atatürkün də səhvlərindən biri o oldu ki, ərəb-fars sözlərini lüğətdən çıxatdırdı. Bizdə də Stalin yalançı qürur yaratdı ki, sən özbəksən, mütləq sənin öz dilin olmalıdır. O vaxt məsələn "Molla Nəsrəddin" jurnalını Orta Asiyada da başa düşürdülər. Amma xaqları bir-birindən uzaqlaşıdırb, yazıq vəziyyətə saldılar. Məni kənd nəsrinin nümayəndəsi adlandırırlar, olsun, mən də o sözləri qəsdən əsərlərimə salıram ki, bəlkə insafa gəlib həmin sözlərə vətəndaşlıq verələr.

- Belə çıxır ki, kənd nəsrinin nümayəndəsi kimi təqdim olunmağınıza etirazınız yoxdur.  

- Ədəbiyyatın predimeti insandır, onun dərdidir. Bunu verə biliriksə, deməli yazıçıyıq. Yazıçı insanı tanımalı, onu kəşf etməlidir, insanları bir-birindən fərqləndirməyi bacarmalıdır. Bunlar varsa nə kənd, nə şəhər ədəbiyyatı. Dediklərim varsa, ədəbiyyatda iştirak hüququ qazanırsan, yoxdursa apar qaytar. Nə kənd, nə şəhər. Mən kənddə çox olmuşam, kənddən çıxmışam, bildiyim şeydən yazmışam. Peyğəmbərimiz özü də deyir ki, mən düşmənlərim mənim bilmədiklərimdir. İndi mən də bildiyim cəbhədə qələm çalmışam. 

- Gənc yazaların böyük əksəriyyəti dil məsələsinə elə də həssas yanaşmır... 

- Sovet dövründə ədəbiyyata təbliğatın bir hissəsi kimi baxırdılar. Bunun mənfi cəhətləri ilə yanaşı bir müsbət cəhəti də vardı. Yazıçılara yüksək səviyyədə qonorar verirdilər. Bir kitaba az qala bir maşının pulu verilirdi. Yazıçılar dolana bilirdilər. Rusiya yazıçılarının 70-80 faizi yəhudilər idi, onlar özlərinə şərait yaradanda damlalardan biz də faydalanırdıq. İndi cavan yazıçılar küçə uşaqları, küçə yazıçıları kimi yazıq vəziyyətdədirlər. Nə qonorar ala, nə də hardasa işləyə bilirlər. Yazıçı öz əsərini çap etdirməli, dəhşətli də orasıdır ki, özü də satışla məşğul olmalıdır. Anara nə var ki, imza günü keçirir, hamı da yaltaqlanıb kitabını alır. Qızı ilə bərabər imza günü keçirir. Qızının da əsərini Anara görə alırlar. Amma yazıq Əlisəmid nə yazırsa-yazsın alan yoxdur. Məsələn, Qabilin yubileyi qabağı icra başçılarına zəng elədilər ki, Qabil gələcək. Xalq şairi idi, kitablarının üç-dördünü dəyərli qiymətə sata bildi. Amma gənc yazaların belə imkanları yoxdur axı. Bazar iqtisadiyyatı yaranandan Azərbaycan ədəbiyyatının bazarı itib. Hər hansı dahi gəlib Azərbaycanda kitab buraxsın, yuxarılardan deyilməyənə qədər heç kim onun kitabını almayacaq. Əhalinin alıcıq imkanı yoxdur. Bir də ədəbiyyata, kitaba həvəsi öldürüblər. Gənclərin qarşısında isə o qədər problemlər durur ki... Yaxşı ki gənclərin öz adları yaddlarından çıxmır. Mən özüm "Yazıçı" nəşriyyatında baş redaktor əvəzi işləmişəm. Özündən deyən gənclərin də hamısının kitablarının çıxmağında xidmətim olub, bunu hamısı da etiraf edir. Əvvəllər kitablar ən aşağısı 10 min tirajla nəşr olunurdu. Onun da 5 minini "Kəndkitab" götürürdü, 5 minini "Azərkitab". Yazıçılar da dolanırdı. İndi 300-500 tirajla kitab çap olunur, qalır müəllifin üstündə.  

-  Sizcə Azərbaycan Yazıçılar Birliyi bu məsələlərin nizamlanması üçün hansısa işlər görə bilərmi?

- Anar vəzifə xəstəsidir. Onun vəzifədən yapışan əlləri artıq caynaqlara çevrilib. Biz kənddən gəlib Bakıya yerləşənə, öz evimizin işığını yandırana kimi ömrümüzün yarısı keçib. Orda-burda kirayələrdə... Amma Anar Rəsul Rzanın ailəsində böyüyüb, instituta girmək problemi olmayıb. Oxumağında, işə düzəlməyində problem olmayıb. Əvvəl nə qazanıbsa Rəsul Rzanın hesabına olub. İkinci hissədə də nə qazanıbsa, vəzifəsinin hesabına qazanıb. Heç olmasa indi çıx, vəzifəsiz adam kimi yaşamağı da öyrən də. Yazıçılar Birliyi Anarların, Fikrət Qocaların, Çingiz Abdullayevlərin təsərrüfatyanı sahəsidir. İstədikləri adama iş verirlər, istədikləri adamların kitabların çap etdirirlər. Xaricə getmək lazım olanda da başda özləri gedir. Özləri getməyəndə də qulbeçələrini göndərirlər. Yazıçılar Birliyində biabırçı işçilər var. İxtisasca geoloq olan, işi ancaq zavodunun qızıllarını eşləyib-çıxartmaq olan, yazıçı düşməni Nazim İbrahimov Yazıçılar Birliyinin katibidir. Rusdilli yazıçı Çingiz Abdullayev Yazıçılar Birliyinin katiblərindən biridir. İldə 10 gün işə gəlsə böyük şeydir. Rəşad Məcid redaktordur. Nə şair kimi şairdir, nə yazıçı kimi yazıçı. Şeir oxuyurdu, hüceyrələrim, hüceyrələrim, ayıb bir şey. Nə matahdır ki, elə bir adamı gətirib Yazıçılar Birliyinin katibi qoyublar. Üstəlik, Fikrət Sadıx. Doğrudur, onların içərisində ən istedadlısı odur. Amma əsə-əsə gəlir Yazıçılar Birliyinə, həm maaş alır, həm də təqaüd. Balaş Azəroğlu da əsə-əsə gəlirdi. İki nəfər düşürdü aşağı onu qaldırırdılar yuxarı, axşam da düşürdülər aşağı. Nə vacibdir axı onların bu vəziyyətdə işləməyi? Cavan yazıçılar işsiz-gücsüz qalıblar. Anar ayaqüstə ölən yazıçılara bu münasibəti humanistliklə əlaqələndirir, ancaq bu humanistliyin hansı dərəcəsi, hansı çalarıdır, mən bilmirəm. Bu necə humanistilikdir, deyir, mən bu adamları ölənə qədər işdən çıxarmayacam. Yazıçılar İttifaqının Əlibala adlı katibi var. Sonra Şeyxov var, hansısa idarənin rəsidir. Yazıçı, şair olmayan adamlar.... Hələ Anarın bir köməkçisi var, Rauf, ev bölgüsünü də o edir. Bunların yerinə yazıçılar işləyə bilərdi. Bir məqama toxunmaq istəyirəm...

- Buyurun...

- Yazıçılar Birliyinin laqeydliyi, qayğısızlığı nəticəsində nə qədər yazıçı dünyasını dəyişib. Məsələn Vidadi Paşayev vardı, istedadına görə əvvəllər "Gənclik" nəşriyyatında baş redaktor işləmişdi. Özü də Anarın atası onu baş redaktor qoydurmuşdu. Anarla aram niyə dəydi? Bir dəfə qatarda Vidadi ilə qarşılaşdım. Astma xəstəliyi vardı, gördüm daha da şiddətlənib, vəziyyəti çox pisdir. Əlacsız vəziyyətdə idi. Yazıçılar Birliyinə təzə bir katib ştatı verilmişdi. Onu da deyim ki, Vidadi "Qobustan"da da Anarla bir yerdə işləmişdi. Anar dedim, Vidadinin vəziyyəti ağırdır, o, katib olsun. Anar da razılaşdı bu təkliflə, digərləri də... Sonra kimi gətirib qoysalar yaxşıdır? Çingiz Abdullayevi. Vidadiyə iş vermədilər, Anarın qayğısızlığından ölüb-getdi. Tofiq Bayram qayğısızlıqdan öldü, Anar bir dəfə ona baş çəkmədi. Vilayət Rüstəmzadə istedadlı adam idi, qayğısızlıqdan öldü. Rafiq Tağıdan bir sitat gətirmək istəyirəm: Deyirdi, Rafiq Tağıdan yaxşı yazanlar da olacaq, pis yazanlar da. Amma mənim ağrılarım özünəməxsusdur. Elə Rafiq Tağının ölümündə də Anarı günahkar bilirəm. O Rafiqi Yazıçılar Birliyindən uzaqlaşdırmaqla, Rafiqi öldürmək istəyənlərin əl-qolunu bir az da açdı. Anarın nə ixtiyarı var ki, onunla eyni hüquqda olan insanları birlikdən çıxarır. Vorzakon qanunları ilə işləyirlər. Sabir Əhmədovu "Ədəbiyyat" qəzetinin baş redaktorluğundan çıxarıb Ayaz Vəfalını qoydular. 

 - Anar özü çıxarmır ki... İdarə Heyəti qərar verir. 

- Qurultaya da öz nümayəndələrini seçir də. İdarə Heyəti də öz adamlarıdır. Bu gün Hüseyn Cavid, Səməd Vurğun qəbirdən dirilib gəlsə və sədrliyə namizədliyini versə, yenə Anar seçiləcək. Xahiş edirəm, təqaüd siyahısını tapıb görün kimlərə verilib. Fətəli Sahib. Tanıyırsan belə bir adam? Xanımana Əlibəyli. Bir də poema yazıb: "Dovşanın ad günü". Ona üç-dörd dənə dovşan yemi satılan mağaza vermək lazımdır. Xeyrəddin Qocaya verilib təqaüd. Xeyrəddin Qocanı nəinki ədəbiyyat kursuna, savad kursuna göndərmək lazımdır. Elələri var kitabı yoxdur, təqaüd olur. Rus dilində yazanlar, bu ölkənin vətəndaşı olmayanlar təqaüd alır. Azərbaycan vətəndaşları qalıb burda, Alla Axundovaya təqaüd verilir. Mən başa düşmürəm, Anar Ramiz Rövşənin, Seyran Səxavətin, elə mənim üzümə necə baxır? Onlar təqaüd almır, başqaları alır. 

- Adama elə gəlir ki, Anarın paxıllığını çəkir, ona qısqanclıqla yanaşırsınız.  

- Qətiyyən. Anarla ən çox bir yerdə işləyən mən olmuşam. Vidadidən sonra "Qobustan" jurnalında Anarla səkkiz il bir yerdə işləmişik. Doğrudur, Anar o səkkiz ilin iki ilini rejissorluq kursunda oxuyub, iki ilini ssenari kursunda... O gedəndən sonra hər şey mənim adıma idi, ancaq heç onun adını da çıxarmadım. Səkkiz bir yerdə işləmişik, niyə qısqanıram ki? Mən heç vaxt vəzifə hərisi olmamışam. Dəvət ediblər, heç getməmişəm də. 

- Hara dəvət etmişdilər ki?  

- "Qobustan" jurnalında baş redaktor olmalı idim. 

- Olmalı idim deyəndə, Anar sizə söz vermişdi? 

- Baş redaktorun müavini idim. Anar gedəndən sonra da gərək baş redaktor mən olaydım. Anar Moskvada oxuyanda fəhlə kimi jurnalın kağızlarını da biz daşıyırdıq, çox əziyyət olmuşdu o jurnalda. Mən Pribaltikaya istirahətə gedib-gələndən sonra gördüm, o vəzifəyə Fikrət Qocanı qoyublar. Anar mənə dedi ki, Fikrət Qocanın yerinə şeir şöbəsinin müdiri ol. Sonra sənə vəzifə verəcəyik. Mən də getmədim. Mənim ən böyük vəzifəm yaradıcılığımdır. Anarla sadəcə intriqalarımız var. Bu intriqalar da ondan başladı ki, "Dədə Qorqud"u yazandan sonra ilk dəfə mənə verdi oxumağa. Mən də oxudum, gəldim ki, Anar düzünü deyim, yoxsa tərifləyim? Dedi, düzünü de. Dedim, bu iki imza ilə çıxmalıdır: Azərbaycan xalqı və Anar. Sən bura yaradıcı heç nə əlavə etməmisən. Dedim ki, heç olmasa Təpəgözü-filanı müasirləşdirərdin də. Yeyib-içəcəkdik. Anar durdu stoldan getdi və əsəbi şəkildə dedi ki, kaş hamıya qarşı belə obyektiv olasan. Münaqişəmiz burdan başlayıb. Amma mən heç vaxt vəzifə hərisi olmamışam. Vəzifə xəstəliyi çox köpəkoğlu şeydir. Ona ki, yoluxdun qurtara bilmirsən. Özü də çox qəribədir ki, vəzifə xəstələri işdən çıxarılandan sonra adi insan həyatı yaşaya bilmirlər. Sevinirəm ki, məndə heç vaxt belə şey olmayıb və işdən həmişə maddələrlə çıxarılmışam. Heç vaxt yaxşı işçi olmamışam. Bəzən komandirovkaya göndərirdilər, elə olurdu 15 gündən, bir aydan sonra gəlirdim. Elə Anarın dədəsinin yanında işləyirdik. Vaqif Səmədoğlu ilə birgə. Ensklopediyada işləyirdik. Rəsul Rza da bizi orda ancaq istedadımıza görə saxlayırdı. Dəqiqədə bir gedib işin yanındakı içki yerlərində vururduq. İçib gələndən sonra Rəsul Rza qabağımıza çıxırdı. Hirslənib deyirdi ki, milisoner qoyacam qapıya siz qaçanda tutsun. Rəsul Rza özü məni "Qobustan"a göndərmişdi ki, bura sənin yerin deyil, get ora, bəlkə orda işləyə biləsən. Məni öz oğluna sırıdı. 

- Rəsul Rza arada qonaqlıq-zad vermirdi?

- Yox e, Rəsul Rza çox sərt adam, zəhmli idi. Onun kimi türkpərəst, millətçi adam yox idi. Kinematoqrafiya naziri olanda kinoteatrların adı çox biədəb vəziyyətdə idi, onun hamısını azərbaycanlaşdırmışdı. Böyük türk oğlu türk idi. Ensklopediya hazırlamışdı, ora o vaxt xalq düşməni sayılan adamların da adını salmışdı. Məsələn, Fətəli bəy Düdənginskinin. O ensklopediyanı yandırdılar təəssüf ki. Rəsul Rzanı da büronun qərarı ilə töhmətlə çıxartdılar. O vaxt Rəsul Rzanı Abbas Zamanov xilas elədi. Halbuki Rəsul Rza Azərbaycanın ən yaxşı ensklopediyasını buraxacaqdı. O boyda xərclər də batdı. Nəsə.. Yenə də deyirəm mənim vəzifə hərisliyim yoxdur. Sadəcə Anar öz yaxın adamlarını tanıyır, bir də düşməni kimi bizləri. Başqa kimi tanıyır ki?  Babullaoğlunu da gətirib qoyub vəzifəyə. Bilinmir, o da şairdir, yoxsa nədir? Qoyduğu adamlar heç bilmirsən nəçidirlər. 

- Müəllim, axırıncı iş yeriniz hara olub? 

- Axırıncı iş yerim "Kinostudiya" olub. Əsərim çəkilirdi orda. Ədil İsgəndərov "Oğul çiyni" adlı əsərim əsasında film çəkirdi. Orda da özünə xırda bir rol götürmüşdü. Birdən-birə Ədil İsgəndərovdan "İzvestiya"da felyeton yazdılar. Ədil İsgəndərovu çıxartdılar, yerinə Cəmil Əlibəyov gəldi, kinodan xəbəri olmayan adam. O da gəldi "Oğul çiynini" anti-sovet əsər kimi təqdim elədi. Bədii şurada ssenarini İsi Məlikzadə də tərifləmişdi, Fərman Kərimzadə də. Cəmil Əlibəyov onların üstünə qışqırdı ki, sizə il boyu Marksın, Leninin əsərlərini oxutduracam. Mən də səsimi çıxarıb deyə bilmədim ki, anti-sovet sən ola bilərsən, atan at üstündə İrana qaçıb. Deyə bilmədim, ona görə ki, ssenarinin pulunu-6 mini alıb xərcləmişdim. Qalmışdı tiraj pulu, 14 min də sonra alacaqdım, imkan vermədilər.  
 
- Siz Anarın ünvaına ittihamlar səsləndirir, onu qeyri-demoratiklikdə ittiham edirsiniz, düşməniniz sayırsınız. 

- Xahiş edirəm, bunlara ittiham deməyin, mən doğruları səsləndirirəm. Anarı da düşmənim saymıram. Adamın xeyirxahı olur, Anar da şərxah deyə bilərəm ancaq. Düşmən demərəm. O özü məni düşmən sayır. 

- Anarı qeyri-demokratik sayırsınız, eyni zamanda Yazıçılar Birliyinin mətbu orqanlarından birində-"Azərbaycan" jurnalında romanlarınız çap olunur... Necə olur bəs bu? 

-   Son romanımı sadəcə oxuması üçün Məmməd Oruca vermişəm. Məmməd Oruc orada qalmış yeganə insaflı adamdır. Məmməd Oruc bir səhifəlik müqəddimə yazıb. Qeyd edib ki, inanmıram, bundan sonra Azərbaycan ədəbiyyatında bu dildə, bu üslubda roman yazıla. Bir dəfə Məmməd mənə zəng elədi ki, romana görə səni öpürəm. Dedim, ola bilsin, öpüşün mənə çatmaz. Çünki İntiqamla da aram yox idi. Yazmışdım ki, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə Hüseynbala Mirələmovdan (....) alıb onun romanlarını tirajlamaqla məşğuldur. Məmməd Oruca dedim, sən bir İntiqamdan da soruş, dedi, razılaşıb o. Anar da deyibmiş ki, yaxşı əsərdirsə, verin getsin. Sonra "Ulduz" jurnalında povestlərimi verdilər. Tənqidçilər məni çox tərifləyən yazılar yazdılar. Məhz bundan sonra da yazılarımı verməyi dayandırdılar. Sonuncu romanımı yaxşı olduğuna görə, məcbur qalıb vermişdilər. İndi təzə "Allaha doğru" adlı bir roman yazıram. Üç respublikanın "vorzakon"un həyatından bəhs edən romandır. Erməni hissəsini qurtarmışam, indi gürcü hissəsini yazıram. Bunlar hamısı dahi ola biləcək adamlardır, həyatın bu tərəfinə yuvarlanıblar.   

- İyirmiyə qədər kitabınız çıxıb. Amma kitab mağazalarında kitablarınıza heç rast gəlmək olmur.  

- Mənim kitablarım Sovet dövründə çıxıb. 40-50 min tirajla, hamısı da satılıb-qurtarıb. Bir dəfə Milli Bankın rəhbəri Elman Rüstəmov bir nəfər vasitəsilə "Uzundərə" kitabımı  istəmişdi. Sən demə ən yaxşı oxucum Elman Rüstəmov imiş. Tapdım göndərdim.  

- Son dövrdə yazılan əsərləri oxuya bilirsizmi?

- Çox oxumağa imkan olmur. Amma bu yaxınlarda Elçinin "Baş" romanını oxudum. Qeyrət romanı kimi çox xoşuma gəldi. "Ədəbiyyat" qəzetində bu haqda yazmışam: Baş qeyrət romanımız-"Baş".  Əsər mənə çox ləzzət verdi. Oxuduqca üəryimdən tikan çıxdı. Səməd Vurğun "Aslan qayası" əsərində qorxa-qorxa Rusiyanın işğalçılıq siyasətinə işarələr vurmuşdu. Ancaq Elçin kişi kimi hamısını açıq şəkildə yazıb. 
Oxşar xəbərlər
17:31, Bu gün
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandasının böyük uğuru - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:15, Bu gün
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
16:08, Bu gün
Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
16:06, Bu gün
Putinin andiçmə mərasiminin vaxtı məlum oldu
16:04, Bu gün
Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
16:00, Bu gün
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTO
15:57, Bu gün
“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”
15:55, Bu gün
“Laçın” sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü - Tarixi proseslər necə başladı? - ŞƏRH + FOTO
15:52, Bu gün
İlham Əliyev: “Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır”
15:50, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimə olundu
15:47, Bu gün
İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb
15:45, Bu gün
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov
15:42, Bu gün
İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
15:40, Bu gün
İranda əxlaq polisləri qadınlardan rüşvət almağa başladılar: Həbs etməmək üçün nə qədər pul istəyirlər? - FOTO
15:35, Bu gün
Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, həbs olunan var - FOTO/VİDEO
15:30, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”
15:25, Bu gün
“Avro-2024”: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO
15:20, Bu gün
“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO/VİDEO
15:15, Bu gün
İlham Əliyev: “Ermənistan istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”
15:10, Bu gün
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
15:07, Bu gün
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşdü - FOTO
15:05, Bu gün
Ukraynanın yeni səfiri Azərbaycana gəlib - FOTO
15:00, Bu gün
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
14:55, Bu gün
QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə "Bakı Bəyannaməsi" qəbul edilib
14:50, Bu gün
DSMF daha iki beynəlxalq mükafata layiq görüldü
14:45, Bu gün
"Qızlarıma cehiz vermək üçün bağımı satdım"
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:36, Bu gün
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:12, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edir - FOTO/CANLI YAYIM
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı - VİDEO
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
GÜNLÜK
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:04
Azərbaycanlı bankir Vyanada vəfat etdi - FOTO
22 Apr 2024 | 17:55
Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR
22 Apr 2024 | 17:48
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
22 Apr 2024 | 18:20
“Robotex Türkiyə”nin qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb - FOTO
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:04
Azərbaycanlı bankir Vyanada vəfat etdi - FOTO
22 Apr 2024 | 17:55
Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR
22 Apr 2024 | 17:48
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
22 Apr 2024 | 18:20
“Robotex Türkiyə”nin qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb - FOTO
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər