"Biz öz birliyimizi yaratmalıyıq" - Cavanşir Feyziyev
Oxunub: 4992
01 Jul 2016 | 14:07

Zaman yaşadığımız hadisələr arasında apardığımız müqayisədir desək, yanılmarıq. Əgər insan yaddaşı olmasaydı, hazırkı anı yaşayacaq nə vaxt, nə də vədə anlayışı yəqin ki, meydana gəlməyəcəkdi.

Zaman elə bir məfhumdur ki, cavanlıqda irəli, qocalıqda geri çəkmək istəyirsən. İnsan həyatı boyu, zamanın hər anında öz mövqeyini, yerini və unudulmaz dəqiqələrini təqvimdə nişanlayır. Bu, bəzən xəyalımızdakı təqvimdə qeyd olunur. Ona görə nişanlayırıq ki, keçən zamanı qaytara bilməsək də, o tarixdə yaşadıqlarımızı bir daha xatırlayaq.

Onunda xatırlamaq istədikləri məqamlar az deyil. Məndə yaranan təəssüratdan başlayacağam. İlk görünüşdən həddindən artıq soyuq və sərt təbiətli adam olduğunu zənn etdim...

Cavanşir Əyyub oğlu Feyziyev 1963 - cü ildə Şəkinin Böyük Dəhnə kəndində anadan olub. İbtidai məktəbi 1970-1980-ci illərdə oxuyub.1991 ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsini fərqlənmə diplomu ilə bitirib, elə həmin ildən, 1994-cü ilə qədər Azərbaycan Respublikasının tərcümə kafedrasında müəllim kimi çalışıb. 

1994-1998-ci illərdən müxtəlif xarici təşkilatlarda həm tərcüməçi, eləcə də bir çox layihə rəhbəri kimi fəaliyyətdə olub. Daha sonralar isə şəxsi biznesini yaradıb. “AVROMED" şirkətinin təsisçisi və direktoru. Mediaya açıq adam, jurnalistlərin dostudur.

Beləliklə, həmsöhbətimiz IV vəV cağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyevdir...

Necə ki, söhbətə girişdik, haqqındakı ilk təəssurat beynimin qaranlığında yox oldu. Görünür əbəs deməyiblər: -“Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar oxuyun ki, filosoflarla söhbəti xatırlatsın. O günü, o saatı itirilmiş hesab edin ki, həmin gün heç nə öyrənə bilmədiniz”.

 

 - Xos gördük sizi, Cavansir məllim. Yaşadığımız yay mövsümü ovqatınıza necə təsir edir?

 

- Fəsillərin hər biri gözəldir. Yayda insanlar istirahətə daha çox köklənirlər. Qışın ətalətindən, ab-havasından yayda tam cıxmaq istəyirlər. Nəzərə alsaq ki, istirahət yayın yalnız bir hissəsini təşkil edir, deməli bu mövsümün digər gözəlliklərini axtarmalıyıq. Mənə görə yayda günlərin uzun olması daha çox işləməyə, yaradıcılığa vaxt sərf etməyə sövq edir. Bir sözlə yayı mən də bir çox insanlar kimi sevirəm. Əsas odur ki, fəaliyyət üçün fəsillərin heç bir fərqini axtarmayasan və hiss etməyəsən.

 

- Aqillər söyləyiblər ki, bacardıqca söz deyib, söz eşitməkdən çəkinmə. Bəşər övladı da söz vasitəsilə ünsiyyət qurdu, öyrəndi, maaafirləndi. Bəs siz jurnalist peşəsinə olan məhəbbətinizə görə, eləcə də bu günki mövqeyinizə əsaslanıb sözə necə dəyər verərdiniz?

 

- Mənə görə söz, insanla kosmos arasında bir rabitədir. Çünki bu dünyada hər bir insanın öz kosmik aurası, göylərlə öz rabitəsi var. İnsanları biri-birinə yaxınlaşdıran, cəmiyyətə cevirən məhz elə sözdür. Tarix boyu söz haqqında dahilər hikmətli kəlamlar deyiblər. Dünya klassikləri sözə dünyəvi dəyər veriblər. Söz hər zaman insanlığa xidmət edib. Dilimizə keçən fikirlərdə yer alan, böyük filososfların dərin məna daşıyan ifadələri var. Əsrlər boyu belə olub. Hikmətli söz bəşəriyyətə xidmət edib. Bəzən sitat gətirəndə, antiq dövrdə yaşamış hansısa filosofun söylədiyi bir sözü misal gətiririk. Bu günə kimi milyardlarla insan yaşayıb və onlar da özlərini sözlə ifadə ediblər. Yəni, söz insanlığın yaşı artdıqca bir tapıntı olacaq .

 

- Yeri gəlmişkən, bu gün söz söyləyənmi çoxdur, yoxsa dinləyənmi?

 

- Fikirlər müxtəlif ola bilər. Mənə görə bəlkə də, zamanın tələbinə uyğun bu gün söz deyən daha çoxdur. Mütləq ki, deyilən sözün çəkisi olmalıdır. Saatlarla, günlərlə danışmaq olar. Amma bunların içərisində faydalı ola biləcək sözü eşitməliyik, buna ehtiyac daha çoxdur. Reallıq isə budur ki, gərəkli sözlərin ümumi sayı deyilən sözlərin sayı qədər deyil. Ona görə bizim ziyalılarımızın çiyinlərinə daha çox yük düşür.

 

- Müasir dövrdə yaşayırıq. İnsanların maraqları çoxalır. Bəzən insanları nəyəsə inandırmaq elə də asan olmur. Yəni, dediyiniz kimi ziyalının qarşısında çox böyük məsələlər dayanır. Sual yaranır, müasir Azərbaycan cəmiyyətində ilk növbədə ziyalının görəcəyi iş nədir?

 

- Bəşəriyyətin yaranışı boyu, bütün dövrlərdə ziyalı aparıcı zümrə olub. O, elm yaradıb, dünyagörüşü formalaşdırıb, ziyalı böyüyən nəsli istiqamətləndirib. Məncə elə bəşəriyyətin inkişafı elə ziyalılardan asılıdır. Zaman-zaman ziyalıların ictimai-siyasi səhnədən geriləməsi nəticəsində həmin ərazilərdə böyük fəlakətlərin yaşandığını görmüşük. Ona görə də ziyalının məsuliyyəti hamıdan çoxdur. Bəzən mən müşahidə edirəm ki, bir ziyalı ailədə, valideynlərin hər ikisi savadlı, ali təhsilli insanlardır. Amma onların övladları savadsız böyüyür. Doğrusu bu hal məni çox sarsıdır. Mən belə gənclərimizlə rastlaşanda təəssüflənirəm. Necə olmasa, hər hansı savad səviyyəsinə catan ailədə uşağın təhsilsiz olması bir yalnışlıqdır.Təsəvvür edin ki, bu dediyim mənfi hal xüsusilə müəllim ailəsində baş verirsə, mən daha çox təəccüb edirəm və heç də müsbət yanaşmıram. Müəllim, digər peşə sahiblərinin özlərini, övladlarını oxutduğu, savad verdiyi halda öz evində, ailəsində övladı ali təhsil almırsa, o zaman cəmiyyətin geriləməsi başlayır. Cəmiyyətin nə qədər çox üzvü savadlı olarsa, bir o qədər həyatımız irəli gedər. Məsələn, Böyük Britaniyada bir ildə təxminən doqquz yüz minə yaxın abituriyent olur. Onların yetmiş faizinin aldıqları qiymət A və B olur. Bizim dillə, əla və yaxşı qiymətlər. Bu inanılmaz bir uğurdur, qələbədir. Orta məktəbi bitirən gənclərin yetmiş faizi məhz bu qiymətlərlə ali məktəblərə qəbul olurlar. Təsəvvür edin, bu göstəricilərlə ali məktəbi oxuyub bitirən gənc, cəmiyyətə necə böyük fayda verir. Ona görə də bir çox dəyərlərin üstünlük təşkil etdiyi cəmiyyətlər məhz o cəmiyyətlərdir ki, orada ziyalılıq daha yüksək səviyyədədir. Bəzən bizim cəmiyyətdə elə yaşlı adamlara rast gəlirəm ki, onlar gənclərin ali təhsil almasını bir o qədər də vacib hesab etmirlər. Gənc nəslin hər hansı bir peşəyə yiyələnməsilə kifayətlənirlər. Bu tamamilə yalnışdır, cəmiyyəti geriyə cağırmaqdır. Azərbaycan yüksək texnologiya əsrində yaşayır, hər bir işi sürət həll edir. Heç şübhəsiz ki, qazanılan uğur sürətə bağlıdır. Nə qədər bizim gənclər sürətli düşünüb daşınsalar bir o qədər də ziyalılıq artacaq, inkişaf olacaq.

 

- Biznes sahəsindəki uğurunuz nə ilə bağlıdır? Maraqlı budur ki, siz şəxsi biznesinizi hələ tələbə olarkən qura bilmisiniz...

 

- Əmək fəaliyyətinə müəllim kimi başlamışam. Amma jurnalist olmaq ən böyük arzum idi. Hələ məktəbli olduğum vaxtlarda o dövrün uşaq mətbuatında müxtəlif səpkili məqalələrim çap olunurdu. Bu məşğuliyyət mənim ürəyimdə jurnalistikaya olan həvəsi yaratdı və düşündüm ki, jurnalist olsam həm də pedaqoq kimi jurnalistikanı tədris edərəm. Beləcə hər iki arzumu reallaşdıraram. Amma o zamanlar belə bir qayda vardı ki, hüquq və jurnalistika fakultələrinə sənəd vermək üçün iki illik əmək təcrübəsi tələb olunurdu. Yəni, orta məktəbi bitirən kimi dərhal işləmək lazım idi. Eyni zamanda, həmin yaş dövrü hərbi cağırışla üst-üstə düşürdü. Bütün bunları götür-qoy edib jurnalistika fakultəsinə sənəd vermək fikrindən daşındım, pedaqoji sahəyə üz tutdum və Xarici Dillər Universitetinə qəbul oldum. Bu mənim həyatımda önəmli rol oynadı. Belə bir addım atdığıma görə sonralar da çox sevinirdim. Çünki, xarici dil bilmək və həmin dillərdə ünsiyyət qurmaq mənə maraqlı gəlirdi. Görünür əbəs söyləməyiblər, “Neçə dil bilirsənsə, o qədər insansan”...

Ali məktəbi bitirdiyim illər həm də Azərbaycanla bir çox xarici dövlətlərin sərhədlərinin açıldığı dövrlərə təsadüf etdi. Hətta sovetlər dövründə ilk dəfə Moskvada, Fransa səfirliyində elan olunan bir müsabiqədə qalib gəldim və məni təcrübə keçmək üçün Fransaya göndərdilər. O zamanlar sovet gənci üçün Fransa mühiti, cəmiyyəti müəmmalı idi. Orada olduğum müddətdə sanki kəşf etdim. Ən azından anladım ki, əsl sosializm və kommunizm nədir. Hətta fransızlarla danışanda da təccübümü gizlətmirdim. Bir sözlə, bizim yaratmaq istədiyimiz kommunizmi, fransızların yaratdığını elə onların özlərinə deyirdim. Əslində həyat çox mürəkkəbdir və bu mürəkkəblikdə ən faydalı olanı seçmək, ilk növbədə insandan böyük iradə tələb edir. Mən zamanında seçdiyim yoldan bu gün də razıyam. Bayaq dediyim kimi, ali təhsil aldıqdan sonra, oxuduğum instituttda qalıb müəllim işlədim və bu arzum da həyata keçdi. 

Hamıya yaxşı məlumdur ki, müstəqilliyi qazanmaq istədiyimiz ilk illərdə Azərbaycanda iqtisadi, siyasi, hərbi vəziyyət çox gərgin idi. Elə bir dövrdə bizim ölkədə xarici təşkilatlar da fəaliyyət göstərirdi. Mən də dörd illik pedaqoji fəaliyyətimi dayandırıb, həmin xarici təşkilatlarla əməkdaşlığa başladım. Xarici dili yüksək səviyyədə bilməyim, beynəlxalq təşkilatlarda həm tərcüməçi, eləcə də müəyyən layihə rəhbəri kimi işləməyimə imkan yaratdı. Daha sonralar isə yeni quruluşun, yeni cəhətləri üzə cıxmağa başladı.1993-cü ildə ümummillli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra, atəşkəs imzalandı, quruculuq işləri başladı, ölkədə sabitlik formalaşdı. Beləcə, sabitlik mühitində insanlar yeni elementlərlə qarşılaşdılar. İnsanların öz bilik və bacarıqlarını tətbiq etmək üçün hər cür şərait və imkan yarandı. Bu mənada özəl biznes sektoru açıldı. Həyatım boyu çətin və məsuliyyətli işlərə can atan adam kimi yeni bir sahəyə üz tutmağı fikirləşdim. Belə də oldu. Beynəlxalq səviyyədə biznes layihəsi irəli sürdüm. Dünyanın bir çox tanınmış şirkətləri ilə əlaqə yaratdım və Azərbaycanda həmin şirkətlərin yaranması təşəbbüsünü irəli sürdüm. Bu lahiyə əsasında da bir çox tanınmış şirkətlər Azərbaycana gəldi və ölkəmizdə yaranmış bu yeni sektorda işləməyə başladı. Özəl sektorun həddən artıq maraqlı cəhətləri və iş prinsipi məni cəlb etdi. Bir necə il müxtəlif xarici şirkətlərdə çalışdıqdan sonra, mən də öz şəxsi şirkətimi yaratmaq fikrinə düşdüm. Bir məqamı da qeyd edim ki, hələ tələbəlik illərində özəl fəaliyyət təşəbbüsümü reallaşdıra bilmişdim. İlk tədris və tərcümə mərkəzini yartmışdım. Bu da xarici dillər institutunun nəzdində fəaliyyət göstərirdi. Həmin dövrlər sovet ittifaqının xarici ölkələrlə sərhədlərinin açılması, xariclə əlaqəni intensivləşdirdi. Bu isə bizim mərkəzə olan tələbatı artırdı. Tərcümə mərkəzinə müxtəlif yerlərdən tərcümə sifarişləri daxil olurdu. Bu sifarişləri özüm, tələbə yoldaşlarım, hətta müəllimlərim yerinə yetirirdik. Bunun müqabilində də əlavə gəlir qazanırdıq. Bu həm bizim maddi gəlir əldə etməyimizə, eyni zamanda biliklərimizi sınaqdan keçirməyə kömək edirdi. Bu hiss məni ruhlandırırdı və mən həyatımda yeni və çətin işlərə doğru irəliləyirdim. 

 

- Cavanşir müəllim, bir qədər də fəaliyyətinizin qələmə, yaradıcılığa bağlı olan məqamlarına toxunaq. Bu il yeni kitabınız ictimaiyyətə təqdim olunub. “Türk dövlətləri birliyi, Qlobal inteqrasiyanın Avrasiya modeli”adlı bu yeni nəşr eyni zamanda Qazax dilinə tərcümə olunub və Türkiyənin bir çox universitetlərində təqdimatı keçirilib. Monoqrafiyanın vacib cəhətlərindən biri də yeni dünya düzənində türk toplumunun vahid orqanizm halında fəaliyyət göstərməsi zərurətinin konkret faktlarla isbatlanmasıdır. Müəllif olaraq, hələki kitabla tanış olmayan oxucularımıza bir qədər məlumat verərdiniz?

 

- Əvvəla onu deyim ki, bu kitabın ideyası ümumtürk birliyi ilə əlaqəlidir. Bu ideyanı irəli sürməyə məni vadar edən məqamlar var. Təxminən 30-40 il əvvəl böyük dövlətlərdə qlobal iqtisadiyyat anlayışı formalaşmağa başlayanda bunu bir çox alimlər hətta, filosoflar inkar etdilər. Milli dövlətlərin ziyanına olan bir proses kimi dəyərləndirdilər. Amma buna baxmayaraq zaman öz işini gördü və bu gün dünyada elə bir insan tapılmaz ki, iqtisadi qloballaşmanı inkar etsin. Zaman-zaman iqtisadi qloballaşma öz arxasınca siyasi qloballaşmanı cəkib gətidi. Çünki, iqtisadiyyatsız siyasət və ya əksinə, siyasətsiz iqtisadiyyat olmur. Bunlar biri-birilə sıx bağlıdır. Hələ on il əvvəl mən elmi işimi kordinasiya şurasında təsdiqlədəndə, elmi işimin adında qlobal siyasət sözü olduğu üçün mənə etiraz bildirdilər və dedilər ki, qlobal siyasət yoxdur. Mən, avropa universitetlərində yüzlərlə qlobal siyasət kafedrasının fəaliyyət göstərdiyini və orada minlərlə alimin çalışdığını, onların məhz qlobal siyasət üzrə mütəxəssis olduğunu bildirdim.

Bu gün dünyada yeddi mindən çox beynəlxalq təşkilat var ki, onların da fəaliyyəti, işi, məramı qlobal müstəvidə aparılır. Düşünürəm ki, bütün bunların qarşılığında qlobal siyasətin mövcudluğu bir faktdır və bu fikir artıq qəbul olunmağa başlayıb.Əslində bu yeni bir analyış deyil. Hələ iki yüz il öncə, Emanuel Kant dünyanın dialektik inkişafının vahidə doğru getdiyini söyləyib.Yəni, bizdən asılı olmayan səbəblərdən, insanlığın xarakterindən, bəşəriyyətin tələblərindən irəli gələn xüsusiyyət, dünyanın vahidə doğru inkişafını şərtləndirir. Söhbətimizin əvvəlində dediyim kimi, zəka artır, ziyalılıq artır, elmi-texnoloji nailiyyət inkişaf edir və bu biliklər daha geniş orealda yaranmağa başlayır. Düşünürəm ki, belə bir şəraitdə qloballaşma qaçılmazdır. Siyasi qloballaşmanın ilk nümunəsini biz Avropa birliyində görürük. Bu birlik eyni sivilizasiyaya mənsub xalqların yaratdığı dövlətləri özündə birləşdirir. Bu, çox təbii şəkildə və fundamental əsaslara dayanan bir birlikdir. Bəzi şərhçilər deyirlər ki, Avropa birliyi dağılacaq, onun gələcəyi yoxdur. Mən bunu qəbul etmirəm. Çünki, Avropa birliyinin yaranma prinsipləri doğrudur, məntiqlidir. Məsələn, Sovet birliyi ilə Avropa birliyini müqayisə etdikdə görürük ki, sovet birliyi müxtəlif sivilizasiyalara mənsub xalqları, sovet ittifaqı çətiri altına toplamışdı və onlardan vahid sovet xalqı yaratmaq istəyirdi. Bu mümkün olmadı və Sovet ittifaqı parçalanıb çökdü. Avropa birliyi isə eyni sivilizasiyaya, eyni mədəniyətə mənsub xalqları yəni, Roman kültüründən qaynaqlanan xalqların yaratdığı dövlətləri bir araya gətirib. Onlar Türkiyənin həmin birliyə daxil olmasının əleyhinədir. Mən bunu çox gözəl başa düşürəm və eyni zamanda qəbul edirəm. Çünki,Türklər Roman deyillər, onların bu mədəniyyətə aidiyyatı yoxdur. Əgər Türkiyə Avropa birliyinin üzvü olsa, daha sonra diğər sivilizasiyaların yaratdığı dövlətlərdə bu birlriyə üzv olsa, bu birliyin gələcəyi şübhə altında qala bilər. Ona görə də bütün bunlaradan çıxış edərək, gələcək üçün düşünməliyik. Rusiya, Avrasiya birliyi ideyasını on beş il əvvəl ortaya atıb. Bu ideya intensiv şəkildə Kreml səviyyəsində dəstəklənir. Hətta, bu ideyanın başqa ölkələrdə lobbiçiliyini həyata keçirirlər. Rusiyanın, Avrasiya birliyinə daxil olma ideyasının müəllifləri olan bir necə rus filosofu, eləcə də Rusiaya prezident aparatının məsul işçisi Aleksandr Duqin belə hesab edir ki, Avrasiya birliyində təkcə Slavyan sivilizasiyası deyil, eyni zamanda Avropa qitəsində yaşayan bütün xalqların dövlətləri iştirak edə bilər. Bu mənada onlar qitənin tarixi baxımından birinci mərhələni keçməmiş, ən son mərhələ barədə düşünürlər. Mənə elə gəlir ki, hər bir sivilizasiya öz arasında birləşməlidir. Hər halda buna zəruriyyət daha çoxdur. Slavyanlar-slavyan ittifaqı olaraq, Türklər-türk ittifaqı kimi,eləcə də diğər xalqlarda, mədəniyyətlərdə, sivilizasiyalarda öz mədəniyyətləri çərçivəsində birləşməlidirlə ki, daha sonrakı mərhələdə onlar vahid dünya təşkilatının mühüm bir kompanentinə çevrilə bilsinlər. Əgər öz içərilərində bunu edə bilməzlərsə, o zaman vahid dünya sistemində belə yerini tuta bilməzlər. Məhz bu məsələ məni çox natrahat edir. Ona görə də, Türkiyənin, Avropa ittifaqına artıq iyirmi beş ildən artıq bir müddətdir ki, cəhtləri məni narahat edir. Çünki bir gün dünyanın mütləq sivilizasiyaların təmsilçiliyi hesabına idarə olunacagına inanıram. Bu günkü dünya idarəçiliyi özünü doğrultmur və zamanın tələblərinə cavab vermir.Ona görə də dünyada xaos, konfliktlər, qarşıdurmalar, müharibələr baş alıb gedir. Bu gün mövcud olan BMT-nin Təhlükəsizlik Şurası dünyada da baş verən problemlərin öhdəsindən gələ bilmir.Yerinə düşən bir misal, Rusiyanın Suriya hadisələrinə dair təhlükəsizlik şurasındakı müzakirələr zamanı veto qoyması, Suriyada beş yüz min insanın həlak olmasına səbəb oldu. Yarım milyon insan həlak olur, ona görə ki, qəti onun sivilizasiyasına aidiyyatı olmayan, digər bir sivilizasiyanı təmsil edən bir lider Rusiya müvafiq qərarın qəbul olunmasına bir veto qoydu. Hesab edirəm ki, dünya belə idarə oluna bilməz. Yaxın onillikdə mütləq BMT formatında islahat aprılacaq, dünya idarəçiliyi yeni bir fazaya keçəcək. Həl halda, yeni bir qurum yaradılmasına ehtiyac var. Bu qurumun ən ideal variantı isə, müxtəlif sivilizasiyaları təmsil edən dövlətlərin birgə idarəçiliyi ola bilər. Əgər belə bir şərait yaranarsa, o zaman bizi həmin idarəçilikdə kim təmsil edə bilər? Sözsüz ki, biz hansı birliyə aidiksə, hansı ittifaqa daxiliksə, əlbəttə, həmin ittifaq bizi təmsil edəcək. Bu baxımdan, əgər Avrasiya birliyinin üzvü olarıqsa bizi, Slavyanlar təmsil edəcək. Odur ki, “Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabımda da bu məsələyə geniş aydınlıq gətirmişəm. Düşünürəm ki, Türk birliyinin yaradılması bir güc mənbəyinə cevriləcək, dünyanın yeni idarəcilik sxemində bizim öz təmsilçiliyimizi təmin edəcək. Ona görə də Türkiyənin nə Avropa birliyinə üzvlüyü, nə də Azərbaycanın, Qazaxıstanın və ya başqa türk dövlətlərinin Avrasiya birliyinə üzvlüyü bizi qane etməməlidir. Biz öz birliyimizi yaratmalıyıq. Buna kifayət qədər əsaslar var. Bizim ümumi tariximiz var, bizim ümumi sərhədlərimiz mövcuddur, ümumilikdə 250 milyon türk əhalisi var. Əgər iqtisadi nöqteyi-nəzərdən məsələyə yanaşsaq, 6 türk dövlətinin malik olduğu təbii sərvəti təstiq olunan, bu günki dəyəri 28 Avropa ölkəsinin malik olduğu və dəyəri təstiq olunmuş sərvətindən iki dəfə çoxdur. Sadəcə,elmi-texnoloji vasitələr Avropada olduğu üçün biz,öz təbii resurslarımızı onlarla birlikdə işləməyə məcburuq. Ona görə də təhsil çox vacibdir. Düşünürəm ki, bu kitabı bütünlükdə Türk dövlətlərində təbliğ etmək, anlatmaq çox vacibdir. Bizim tariximizdə bütün Avrasiyanın demək olarki, sahibinin türklər olduğu dönəmlər var. Qərbdə Roma imperiyasını türklər məğlub edib, Şərqdə Cin, Hindistan Türk imperiyalarının tabeçiliyi altında yaşayıblar. İndi türklər niyə bu qədər biri-birindən ayrı, biri-birinə biganə olmalıdır? Bu məsələ müasir dövrümüz üçün çox zəruridir. Ümumtürk özünü dərk etmə vərdişinə ən azından cəhd etməlidir. Gələcəkdə də dünya sivilizasiyasında, vahid dünyanın formalaşmasında türklərin adını, yerini və rolunu təmin etmək mümkün olsun.

 

- Söylədiklərinizin əsasında gələcək layihələr dayanır.Bu daha çox Azərbaycan gəncinin görəcəyi iş olacaq. Arenadan baxanda müasir Azərbaycan gəncliyinin real mənzərəsi sizə nə deyir? Səmimi fikirlərinizi bilmək maraqlı olardı.

 

- Səmimi deyəcəyəm.(gülümsünür) Adətən, bir sıra adamlar bu günki gəncliyə bir qədər könhə fikirlərlə yanaşırlar. Bir növ gənc nəsildən narazılıq bildirirlər. Mən bunun tamamilə əleyhinəyəm. Əslində bu, bizdən əvvəldə belə olub. Atalarımız bizdən narazı olub, babalarımız atalarımızdan narazı olub. Amma bu tendensiyanı nəhayət bir yerdə durdurmalıyıq və tamamilə yoxa catdırmalıyıq. Əlbəttə bu günkü gəncliyin idrak, təfəkkür səviyyəsi ötənlərə nisbətdə daha çoxdur. Onların informasiyaya açıq olması, hətta qabaqlaması hərtərəfli düşünməyə və bilik əldə etməyə şərait yaradır. Birinciliyə imza atan gənclərimiz də az deyil. Hətta onlar hansısa bir ixtiranın müəllifidirlər. Elmə, texnikaya yenilik gətirirlər. Azərbaycan gəncliyi artıq dünya miqyasında tanınır, sözünü deyə bilir. Demək olar ki, bu gün gənclik üçün məsafə, sərhəd yoxdur.Bir sözlə potensiallı gənclərimiz var. Gənclik eyni zamanda təhsil arxasınca dünyanın o biri başına gedir. Məsələn, ABŞ, İngiltərə kimi ölkələrdə nə qədər azərbaycanlı gənclər aparıcı universitetlərdə təhsil alırlar. Bunların hər biri artıq gələcəyin mütəxəssisidir. Sevindirici haldır ki, bu gün xaricin istənilən özəl sektorlarında, maliyyə sistemlərində azərbaycanlı gənclər fəaliyyət göstərir. Bu da Azərbaycan gənclərinin dünyaya cıxışına imkan verir.

Eyni zamanda, onlar həmin cəmiyyətdə öz ölkələrini yəni, Azərbaycanı təmsil edirlər. Hesab edirəm ki, Azərbaycanın bu günki gəncliyi son dərəcə qiymətli bir zümrədir.

 

- Statistiklər hesab edirlər ki, insan müəyyən yaşdan sonra ötənləri daha tez-tez xatıralayır. Hisslərdən ayrılıb söz demək, bəzən adama ömrü yenidən yaşayırmış kimi görünür. Bu mənada, insan ilkinliyindən, nəcib duyğulardan danışanda torpağa,yurd yerinə, köyünə, kəndinə bağlı olduğunu mütləq anır. Biz bilirik ki, əslən gözəl Şəkidənsiniz. Yurd yeri insan üçün təkcə məkan deyil, həm də qorumaq istədiyi xatirədir. Bəlkə o mürgülü xatirələrin əlindən tutaq, bir qədər də ötənlərə boylanaq?

 

- Doğulub, böyüdüyüm yerlər, o zamanlar məni əhatə edən insanlar yaddaşımın ən dərin qatlarında iz salıb. Bu sanki sirrli sehirli, maraqlı, möcüzəli bir qovluqdur. Bütün insanlar kimi mən də vaxtaşırı bu qovluğu açıram, vərəqləyirəm. Yəqin çox az adam tapılar ki, lap körpə cağlarını xatırlasın. Görünür bu, mənim güclü hafizəmlə bağlıdır. Hələ yeriyə bilmədiyim yaş dövrüm yadımdadır. Valideynlərimin məni necə biri-birinə ötürdüyü və yaxud haqqımda onların nə isə dedikləri, üz ifadələri, bunlar daha çox epizodik olaraq xatirəmdədir. Yaşım tədricən artdıqca sonrakı yeniyetmə cağlarımı bəlkə də günbəgün xatlrlaya bilərəm. Həqiqətən də yaşımın üstünə yaş gəldikcə hiss edirəm ki, mən doğulduğum evdən başlamış, yaşadığım bölgəyə,

oranın insanlarına necə ürəkdən bağlıyam. Şəkiyə çox tez-tez gedirəm. Hər dəfə də ürəyimdən şıltaqlıq keçir, bəzən bir bəhanə axtarıram ki, bir gün daha artıq qalım. Fəaliyyət dairəmiz, müxtəlif qayğılar, cavabdehliklər və s məsələlər həyat boyu bizi yerimizi dəyişməyə məcbur edir. İnsan hər şeyə dözdüyü kimi buna da dözür. Yer üzərində insanların axını çox sürətlənib. Məsələn, 30-40 il əvvəl Şəkidə yaşayanlar,Bakıdakı ailə üzvlərinə çox uzaqda yaşayırmış kimi baxırdılar.İndi isə, Bakıdan, Böyük Britaniyaya uçmaqda, elə Şəkiyə getmək qədər yəni, 5 saat vaxt aparır.Yaxud nəzərə alsaq ki, 70-80 il əvvəl bizim babalarımız faytonla Yevlaxdan, Şəkidən, Qəbələdən hər hansı bir bölgədən həftələrlə Bakıya yol qət edirdilərsə, görün cəmi bu zaman müddətində necə böyük bir proqress baş verib. İnsanlar artıq, okeanlar üzərindən bir qitədən digərinə cəmi 8-10 saat ərzində təyyarə ilə uça bilir. Belə hesab edirəm ki, insan özündən asılı olmadan, obyektiv mövcudluğun tələbinə uyğun olaraq, ətrafındakılara hər zaman adaptasiya olur. Yeganə dəyişməyən, heç zaman itirilməyən bir məfhum bizim xatirə dolu ömür sandığımızdır. Hansı ki, nə qədər yaşlansaq belə, dönüb-dönüb geriyə baxmaq istəyirsən. Mənə elə gəlir ki, bu, hər birimiz üçün faydalıdır. Həyatda elə adamlar var ki, onlar keçmişlərini xatırlamaq istəmirlər. Amma yaxşı və pis nə varsa bunlar yaşananlardır. Biz zaman-zaman buna nəzər salmalıyıq. Yaxşı xatırlayıram, valideynlərim həmişə deyərdilər ki, axşam yatağa uzananda, öz-özünə bir hesabat ver. Keçirdiyin günü saf-çürük et, düşün, bu gün gördüyün işləri yadına sal. Yalnışlığını, doğru saydığını araşdır. Fikirlərində, xəyallarında düşün. Hesabat ver və mütləq ki, səhvini gələcəkdə təkrar etməyəcəyinə özünə söz ver. Bu xatirələr, tövsiyyələr bu gün kimi mənim yadımdadır və gözlərimin qarşısındadır. Bu vərdişim məni özümə qarşı tələbkar etdi və yəqin heç inanmazsınız ki, bunu mən həyatı boyu hər gün edirəm. Uşaqlığımla,gəncliyimlə bağlı xatırlanmalı gözəl, xoş məqamlar çoxdur.

Mən çoxuşaqlı ailədə böyümüşəm. Üç bacı, üç qardaşıq. İl ərzində valideynlərimizin doğum və anım günlərində biz hamımız ata evinə qayıdırıq. Hətta öz ailələrimiz, övladlarımızla birgə. O zaman mütləq uşaqlıq xatirələri yada düşür, dilə gəlir. Mən də öz növbəmdə istəyirəmki övladalrım eləcə də bacı və qardaşlarımın uşaqları da həmin ənənəni davam etdirsinlər. Adam nə qədər öz keçmişinə, onu dünyaya gətirən valideynlərinə, dünyada olmasalar belə, ehtiramla yanaşarsa, bu, onun övladları üçün də bir örnəkdir.

 

- Cavanşir Feyziyevin bir insan, bir millət vəkili olaraq düşündüklərilə əməlləri arasında nə qədər məsafə var?

 

- İnsanın kimliyindən, mövqeyindən asılı olmayaraq onun sözünün, düşüncəsinin, əməlinin vahid bir məkanda bulunmasının tərəfdarı və tələbkarıyam. Bunu əlbəttdə birinci özümə aid edirəm. Heç kim deyə bilməz ki, mən nə zamansa bir cür düşünüb, başqa cür qərar verim, danışım, yaxud hərəkət edim. Təvazökarlıq olmasın, mən özümü obyektiv insan hesab edirəm. Həyatımın hər məqamında bu mənim köməyimə gəlib. Bəzən insanlar arasında münaqişələr,ixtilaflar baş verir. Bu, daha çox onların sözü ilə dediyiniz o düşüncənin əks istiqamıtlərə yönəlməsindən irəli gəlir. Bu, həyatda önəmli bir məsələdir. Ona görə də mən hələ gənc yaşalarımdan bu üç vacibli məsələni özümdə görmək istəmişəm. Həllinə gücüm catmayacaq işə söz də vermirəm. Yaxud, düşündüyüm hər hansı bir fikri dolayısı ilə, ya da ikibaşlı ifadələrlə, izahlarla söyləmirəm. Bəzən məndən inciyən adamlar da olur. Fikirləşirlər ki, niyə bu qədər sərt, yaxud açıq, bu qədər birbaşa deyirəm. Məncə doğru davaranış qaydası elə budur. Çünki insan ilk növbədə özünü aldatmış olur. Səhvə səhv,  düzədüz deyə bilmiriksə, hər bir fərd yenə cəmiyyətə bir mürəkkəblik gətirəcək, dolayısı ilə yenə bu ağırlıq onun özünə qayıdacaq. Ona görə də səmimiyyətin tərəfdarıyam və bunu hamıya məsləhət görürəm. Çünki ədalətli insanın mükafatını həyat özü mütləq verir. Əzəldən təbiətin hökmü belədir.

 

- Hobbiniz varmı?

 

- Maraqlı hər nə varsa diqqətimi cəlb edir. Bu yaşıma qədər müxtəlif hobbiərim olub amma onlar məndə, iç dünyamda kök sala bilməyib, zaman-zaman dəyişib. İndi daha çox mütaliəyə vaxt ayırıram. Vaxtıyla maşınlara həvəs göstərmişəm. 20 il bundan öncə Formula1 yarışlarından ötrü dünyanın bir çox ölkələrinə səfər etmişəm. Azərbaycanda da bu yarış keçirildi. Bu ölkəmiz üçün böyük və uğurlu siyasi bir hadisədir. Dünya xəritəsinə nəzər salsaq, bu yarışın cəmi 24 ölkə də keçirildiyini görərik. Bu gün Azərbaycan da onlardan biridir. Respublikamız ərazisinə görə digər supergüc dövlətlərindən çox kiçik olsa da, nəyə qadir olduğunu sübut etdi. Diğər tərəfdən Azərbaycanın dünyaya tanıdılması işində belə tədbirlər mühüm rol oynayır.

Bir qədər əvvəl hobbiddən danışırdıq.Hələ lap kiçik yaşlarımdan rəsm çəkməyə həvəs göstərirdim. Məktəbimizdəki rəsm dərnəyinə də üzv olmuşdum. Oxuduğum məktəbin ədəbiyyat kabinetində əyani vəsaitləri mən çəkmişdim. Azərbaycan ədəbiyyatının klassik nümayəndələrindən tutmuş, o dövrün müasir yazarlarının portretlərini, əsərlərindən eskizləri mən çəkmişdim. Sonralar bu bacarığı qızım Leylada gördüm.O da kiçik yaşlarından rəsmə həvəs göstərirdi. Hələ ikinci sinifdə oxuyanda Respublika üzrə keçirilən rəsm müsabiqəsində birinci yeri qazandı və təhsil nazirliyi tərəfindən mükafata layiq görüldü. Hobbi dedikdə bir zamanlar həvəs göstərdiyim ekstrim idman növlərini xatırlayıram. Bu idamana nəinki maraq göstərmişəm, onların bəzilərilə məşğul da olmuşam. Bunların hər birini zamanında hobbi kimi böyük həvəslə izləmişəm. Hər bir insanın daxilində major və minor notlar var. Bəlkə də elə bu səslərin hesabına həyatımız qurulur, idarə olunur. Şəxsən mən intuisiyama borcluyam. Təbiətən daha çox maksimalist və praqmatik adamam. Bu mənada görəcəyim iş ən yüksək səviyyədə həm başlamalı eləcə də nəticələnməlidir. Ümumiyyətlə yeni işə, fəaliyyətə başladığımda onun beş il,on il sonra nə ilə nəticələnəcəyini düşünməsəm və intuisiyama güvənməsəm o işə başalmıram...

 

 

Həmsöhbət oldu Sitarə İsmayıl,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan radiosunun əməkdaşı

 


Oxşar xəbərlər
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?