Türk-İslam dünyasına çağırışlar və cavablar...
Oxunub: 1637
01 Jul 2016 | 23:09
Türk-İslam dünyasına çağırışlar və cavablar...
Zaman zaman yeni ideyaların doğuluşu normaldır. Adətən yeni fikirlər, yeni ideyalar o zaman ortaya çıxır ki, demək o toplumlarda problemlər var. Artıq iki əsrə yaxındır Türk-İslam dünyasında da yeni çağrışlar səslənməkdədir. Bu çağrışlara səbəb bir tərəfdən İslamlıq və Türklüyün bütövlüyünü, eyni zamanda təməl prinsiplərini qoruyub saxlaya bilməməyimiz, digər tərəfdən Qərbin dini məzhəbçilik və milliyyətçilik oyunlarına düşməmiz olmuşdur. Hər halda Osmanlının İslam xəlifəliyini, Səfəvilərin isə şiəliyi öz üzərinə götürməsindən sonra türk müsəlman xalqlarında İslamlıq və Türklük öz təməl prinsiplərindən uzaqlaşmağa başlamış, bununla da Türk-İslam dünyasında yaranan problemlər yeni çağrışları özüylə bərabər getirmişdi. Ancaq yeni çağrışlara cavab verməyə çalışan müsəlman türk aydınları İslamlıq və Türklüyün təməl prinsiplərini yenidən dəyərləndirmək, onları zamanın şərtlərini uyğun hala gətirmək əvəzinə, İslam dünyasının zülm və köləlikdən xilas yolunu Qərbin texnologiyasına və elmi yeniliklərinə yiyələnməkdə görməsi məsələni daha da mürəkkəbləşdirmişdir. Bu isə o demək oldu ki, türk müsəlman aydınları Osmanlının İslam xəlifəliyi və Səfəvilərin şiəliyindən qaynaqlanan problemləri həll etmək istədiyi bir zamanda, Qərbin “beynəlmiləlçi” ideyalarının təsiri altına düşdü. Bununla da, türk müsəlman aydınları ona aid olan çağrışları öz düşüncələrindən daha çox Avropanın elm adamlarının nəzriyyələriylə cavablandırmağı məntiqli, məqsədəuyğun gördülər. 

Şübhəsiz, geniş anlamda bu doğru deyildi, doğru olmadığı üçün də iki əsrə yaxındır Türk-İslam dünyası olaraq problemlərimizi həll etməkdə çətinlik çəkirik. Çünki “xəstə”nin problemlərini bilib diaqnozu özümüz qoymuşuqsa, “xəstə”nin müalicəsini də özümüz etməliyik. Əks təqdirdə ki, başqalarının müalicə üsulundan istifadə edirik, o zaman “xəstə” daima nə sağlam kimi sağlam, nə də xəstə kimi xəstə olacaqdır. Hesab edirik ki, bunu indiki Türk-İslam dünyasına, bütövlükdə isə İslam dünyasına aid etmək olar. Təxminən 120-130 il bundan öncə Cəmaləddin Əfqani adlı bir müsəlman aydını (kimlərinə görə o türk, ya da əfqan mənşəlidir) da “xəstə” adlandırdığı İslam dünyasının müalicəsini kənarda deyil, içdə axtarmağı uyğun görmüşdür. Hətta, Əfqani “xəstə”yi sağaltmağın müalicə üsullarından biri kimi müsəlman xalqlarının milliyyətçilik duygularını yenidən ortaya atmağı məqsədəuyğun görmüşdü. O zaman Əfqaninin müsəlman xalqları arasında milliyyətçilik məsələsini ortaya atmasını İslam dininin əleyhinə yozanlar, nəticədə onun ölümünə də rəvac vermişdilər.

Biz, burada “xəstə” İslam dünyası və Əfqani məsələsinə təsadüfi olaraq toxunmadıq. Əslində Əfqanidən öncə də “xəstə” İslam dünyası və onun həlli yollarını gündəmə gətirən A.A.Bakıxanov, M.F.Axunzadə, Münif Paşa, İ.Şinasi, Ə.Suavi, S.Ə.Şirvani, N.Kemal, H.Zərdabi və başqa türk müsəlman aydınları  olmuşdur. Ancaq onların arasında da “xəstə” İslam dünyası məsələsində fərqli yollar tutulmuşdur. Məsələ Bakıxanov, Şinasi, Şirvani daha çox inanırdılar ki, İslam dünyasının xilası üçün Qərbin-Avropanın möcüzəsi olan elm texnologiyası, qanunlardan faydalanmaq lazımdır. Qərb mədəniyyətinin ortaya qoyduqları isə İslamiyyətin ana xəttinə uyğun olduğu üçün, müsəlman dövlətlərinə zərər verməyəcəkdir. Çünki İslamlıq özü də  Qərb mədəniyyətinin əsas fəlsəfəsi olan İnsanlıq fəlsəfəsi üzərində qurulmuş, sadəcə sonralar yanlış inanclar özüylə bərabər zülüm və köləlik gətirmişdir. Bu anlamda onlar Qərbin mədəniyyətini heç də yeni hesab etmir, bu mədəniyyətə aid olan yeniliklərin hər birinin vaxtilə İslamlıqda öz əksinin tapdığına, bu anlamda Qərb mədəniyyətilə İslamiyyət arasında ahəng olduğuna inanırdılar. 

Ancaq Bakıxanov, Şinasi, Münif Paşa, S.Ə.Şirvanidən dən fərqli olaraq Axundzadə, Suavi, Əfqani və başqaları “xəstə” İslam dünyası və onun həlli yolları məsələsində daha sərt mövqe ortaya qoymuşlar. Başqa sözlə, sonuncular İslamlıq Qərbçilik məsələsində bir tərəfdən İslamlığın parlaq keçmişinə br qədər kölgə salmış, digər tərəfdən Qərb mədəniyyətini çox idelaşdırmışlar. Özəlliklə, Osmanlıda Əli Suavi və Midhət Paşayla Çarlıq Rusiyasının müstəmləksi olan Şimali Azərbaycanda M.F.Axundzadə İslamlıqla Qərbçilik məsələsində bərabərliyi pozmuşlar. Hər üçünün dünyagörüşündə  “xəstə” İslam dünyası və onun həlli yolları məsələsində Qərbçilik qırımızı xəttlə keçir. Yəni onlar İslam dünyasına olan çağrışlara cavab olaraq İslamlıqda nə isə axtarmaqdansa əsas üstünlüyü Qərb mədəniyyətinə, müəyyən qədər də əski milli mədəniyyətə verirdilər. Əslində əski milli mədəniyyətə müraciətin kökündə də Qərb mədəniyyətindən, o cümlədən fransız milliyyətçiliyindən irəli gələn millliyyətçilik dayanırdı. Məsələn, M.F.Axundzadə “İran”ın xilasını bir tərəfdən bütünlükdə Qərb mədəniyyətini mənimsəməkdə, digər tərəfdən fars zərdüştülüyünü dirçəltməkdə görürdü. Yəni Axundzadə üçün Qərb mədəniyyəti ideal idi, bu ideala uyğun olaraq da o, din və millət məsələsini həll etməyə çalışmışdır. Bu anlamda o, müsəlman xalqlarının nicatını Qərb-Avropa aydınlarının getdiyi yolu geməklə, yəni ilhaiyyatın tənqidi (əslində isə tamamilə inkarı) və qərbsayağı milli-konstitusiyalı dövlətin qurulmasında görmüşdü.
Bizcə, C.Əfqani “xəstə” İslam dünyası və onun həlli yolları məsələsində Suavi, Midhət Paşa, Axundzadəyə yaxın olsa da, ancaq bəzi prinsipial məsələlərdə onlardan fərqli yol tutmuşdur. Həmin prinsipial məsələlərə görə, Əfqanini həm islamçılığa, həm də qərbçiliyə meylli türk müsəlman aydınlardan fərqləndirmək lazım gəlir. Hesab edirik ki, Əfqani Bakıxanovun İslamlıq heyranlığından uzaq olduğu qədər, Axundzadənin də aşırı qərbçiliyini və antiislamlıq mövqeyini qəbul etməmişdir. Əfqani daha çox milliyyətçilik və İslamlıq bütünlüyü ya da “İslam milliyyətçiliyi” ideyasından çıxış etmişdir. Əslində bu yeni bir ideya deyil, yeni bir dini qəbul edən millətin başlanğıc dövrünün təbii təzahürüdür. Belə ki, yeni bir dini qəbul edən millət həmin dinə aid ayinləri, qayda qanunları icra etməklə yanaşı, eyni zamanda uzun müddət milli kimliyini, milli adət-ənənələrini də onunla bərabər yaşadır. Yəni dini dəyərlər və milli dəyərlər əsasən birbirlərinə toxunmadan yanaşı yaşayırlar. 

Məsələn, millətin milli dili, milli törələri, milli adət-ənənələri dinin təsirinə məruz qalmadığı zamana qədər, ulus öz milli varlığını tapındığı din inancıyla qarışıq salmır. Bir sözlə, milli varlıq bir sütun, dini varlıq isə digər sütundur. Milli varlığın sütunu dildirsə, dini varlığın sütunu etiqaddır. Öncəliklə, Əfqaninin milli varlıq məsələsində dil məsələsinə önəm verməsi daha çox millətin özünü mühafizəsiylə bağlı olmuşdur. Çünki bir millət zaman içində müxtəlif inanclara, dinlərə tapınmaqla milli varlığın itirməsə də, ancaq dil assimliyasiyası onun varlığına son qoya bilər. Necə ki, Qacarlarla Osmanlılar çöküşlərinin son dönəmlərində dindən ya da dini məzhəbçilikdən daha möhkəm yapışdıqları yaxud yapışmağa məcbur olduqları zamanda Türk dili anlaşılmaz hala gəlmiş, birinin Türk dili farslaşmış, digərinin Türk dili isə ərəbləşmişdir. Belə olduğu təqdirdə, həmin dövlələrin əsil qurucuları olan türk xalqları onların çöküşlərinə ya biganə qalmış, ya da zor-xoş bu çöküşləri sürətləndirmək prosesinə qoşulmuşlar.
Hesab edirik ki, Əfqani digər çağdaşlarından fərqli olaraq mükəmməl olmasa da, ancaq müəyyən qədər hər hansı millətin həyatında milli varlıq və dini varlıq məsələsini daha aydın görə bilmişdir. Başqa sözlə, milli varlığı inkar edərək hər şeyi dini varlıq ya da ümmətçilik əsasında quran millətin ya da dövlətin aqibətinin yaxşı olmayacağını, gec-tez onun sonunu gətirəcəyini anlamışdır. Bu anlamda Əfqani Osmanlıyla Qacarları da yaxşı bir gələcək gözləmədiyini, ona görə də xilas yolunun ayrı-ayrılıqda İslamlıq ya da milliyyətçilik olmadığını, bəlkə də hər ikisini birbirini inkar edən deyil, birbirini tamamlayan ideyalar kimi yanaşı yaşamasında görmüşdür. Bizcə, Əfqaninin əsasən istədiyi də nə İslamlıq üçün Milliətdən, nə də Milliət üçün İslamlıqdan vaz keçmək olmamışdır. 
Ancaq indidən o zamana baxanda görürük ki, Osmanlı sultanı Əbdülhəmid xan ya da Qacarlar hökmdarı Nəsraddin şah C.Əfqaninin milli varlıqla dini varlığı yanaşı yaşatması deyil, milli hissləri qabardaraq ümmətçiliyi parçalamasından ehtiyat etmişlərdir. Ola bilsin ki, Osmanlı sultanı da, Qacarlar hökmdarı da o zamanın şərtlərinə görə, eyni zamanda dövləti-imperiyanı qoruyub mühafizə etmək adına haqli idilər. Ancaq Əfqani də Qərbdə baş verənləri yaxşı dərk etdiyi üçün, artıq ümmətçilyin ya da İslamlığın təkbaşına yürüyə bilməyəcəyini, bu anlamda müsəlman xalqları arasında da milliyyətçiliyin yenidən dirçəldilməsini vacib görmüşdür.

Ümumiyyətlə, Əfqaninin dinə və milliyyətçiliyə baxışında müəyyən qədər Qərb fəlsəfəsinin təsiri olsa da, bütövlükdə o, millət və din məsələsini şərqli, müsəlman, türk kimi dəyərləndirməyə çalışmışdır. Bu anlamda Əfqaninin davamçıları arasında Ə.Ağaoğlu, M.E.Yurdakul, M.Ə.Rəsulzadə, Ziyaəddin Fəxrəddin kimi müsəlman türk aydınlarının olması təsadüfi olmamışdır. Bu türk müsəlman aydınları Əfqani kimi İslamlığın üstündən xətt çəkərək hər şeyi Qərbləşməkdə görməkdənsə, İslamlıqla Türklük, İslamlıqla Qərbçilik arasında ortaq nöqtələrin tapılmasına çalışmışılar. Ona görə də hesab edirik ki, 19-cu əsrdə “xəstə” İslam dünyası və onun həlli yolları məsələsində nisbətən həqiqətə yaxınlaşan C.Əfqani olmuşdur. Əlbəttə, bu heç də Əfqanini idellaşdırmaq və digər türk müsəlman aydınlarının əməklərini danmaq anlamına gəlməməlidir. Ancaq istər öz mahiyyətindən gəlmiş olsun, istərsə də Qərbin təsiri altında olsun Əfqani 19-cu əsrdə İslamlıq və Türklük məsələsində onların qarşı qarşıya qoyulması deyil, daha çox bütünləşdirici yönündən yanaşmaqla doğru yol tutmuşdur. Bizcə, onun İslamlığı Milliyyətçiliyi, Milliyyətçiliyi isə İslamlığı tamamlamışdır.

Faiq Qəzənfəroğlu
Oxşar xəbərlər
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
GÜNLÜK
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb