Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Moderator.az- a açıqlamasında Qarabağ probleminin həlli ilə bağlı Rusiya planını şərh edib. “Lavrov planı” kimi də xarakterizə edilən planın ölkəmizin maraqlarına cavab vermədiyini bildirən ekspert, bunun Azərbaycan üçün ciddi fəsadlara səbəb ola biləcəyini qeyd edib:
“Lavrov planı”nın qəbulu
Azərbaycanın müstəqilliyinin itirilməsi, onun Ermənistanın vəziyyətinə
salınması deməkdir. Bu plana əsasən işğal edilmiş rayonların 5-i Azərbaycana
qaytarılır, bundan sonra münaqişə ərazisinə sülhməramlı qüvvələr daxil olur.
Rusiya aralıq sazişə nail
olmaq istəyir. Məqsəd 5 rayonun Azərbaycana qaytarılması müqabilində sülhməramlı
qüvvələrin təmas xəttinə yeridilməsidir. Buna isə həm Ermənistan, həm də Azərbaycanın
razı olması problemli görünür. Xüsusilə də Azərbaycanın bununla razılaşması
inandırıcı deyil. Çünki Azərbaycan buna razı olacağı halda nəinki Dağlıq
Qarabağ və iki rayonu ”“ Kəlbəcər və Laçını, eyni zamanda öz müstəqilliyini və
suverenliyini də itirmiş olacaq. Yəni Azərbaycan Ermənistanın gününə düşəcək. Necə
ki, bu gün Ermənistanın müstəqilliyi lağ obyektidir, Azərbaycan da belə bir mənzərə
ilə üzləşəcək. Bu razılaşmaya imza atacağı təqdirdə Azərbaycan da Avrasiya və
Gömrük İttifaqına daxil olmalı, sərhədlərində rus qoşunları dayanmalı, hava məkanı
Rusiya tərəfindən qorunmalıdır. Eyni zamanda, Azərbaycanın geoekonomik nailiyyətlər,
enerji, nəqliyyat, ticarət yolları da Rusiyanın nəzarətinə keçəcək. Strateji əhəmiyyətli
iqtisadiyyatına da Rusiya nəzarət edəcək. Bu isə müstəqilliyin, suverenliyin
itirilməsi deməkdir”.
Seymur Əliyev