Bir neçə il bundan öncə Qarabağ probleminin həllinə zəmin yaratmaq, münaqişə tərəfləri arasında gərginliyi zəiflətmək məqsədi ilə rəsmi Bakı xalq diplomatiyası siyasətinə start versə də, müəyyən müddətdən sonra bu siyasətdən imtina etdi. Daha doğrusu, ziyalıların işğaldakı torpaqlara səfəri, erməni ziyalıları ilə görüşü dayandırıldı ki, bu da siyasi hakimiyyətin bu metodun perspektivinə inamının azalması, habelə bu cür səfərlərin cəmiyyətdə birmənalı qarşılanmaması ilə izah edildi.
Bugünlərdə yenidən xalq
diplomatiyası siyasətinə qayıdışın zəruriliyi ilə bağlı fikirlər səslənməkdədir.
Maraqlıdır, xalq
diplomatiyası Qarabağ konfiliktinin həllinə yardım edə bilərmi? Doğrudanmı xalq
diplomatiyasına yenidən üz tutmağa ehtiyac var?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı
münaqişənin həllinə yardımçı olan istənilən vasitənin tətbiqini məqbul hesab
etdiyini vurğuladı:
“Hesab edirəm ki, münaqişənin
həllinə kömək edən istənilən vasitədən istifadə olunmalıdır. Bu, həm rəsmi, həm
xalq diplomatiyası, həm də digər vasitə ola bilər. Əgər biz həqiqətən də
münaqişənin həll edilməsini, problemin aradan qaldırılmasını istəyiriksə, o
zaman bu metodların hər birinə müraciət edə bilərik və etməliyik”.
Seymur Əliyev