4 iyunun cavabsız qalan sualları
Oxunub: 4183
13 Jul 2016 | 13:28
4 iyunun cavabsız qalan sualları

4 iyun hadisələri əvvəlki illərdən fərqli olaraq bu il xeyli vaxt aparsa da, müzakirələrin və ittihamların istiqaməti dəyişməz qaldı.  Günahkarlar etirafda bulunmaq əvəzinə, yeni-yeni yalanlar uydurur, iftiraların rəngini daha da tündləşdirərək, hətta, təhqirlərə, konkret böhtanlara da əl atdılar. Lakin ötən illərdən fərqli olaraq bu il qaragürühçülar və böhtançılar daha ağır və effektli zərbə aldılar. Elə bir cavab ki, hələ də mağmun durmdan çıxa bilməyiblər. Bəlkə də belə bir çıxılmaz vəziyyətlə üzləşəcəklərini düşünmürdülər. Ancaq cəmiyyəti düşündürən bir sıra vacib sualların əsaslı izahı hələ də qalır. AMİP lideri Etibar Məmmədovun 24 iyunda mətbuatda işıq üzü görən “Bir daha 4 iyun haqqında” sərlövhəli məqaləsində toxunduğu məsələlərə nədnəsə hələ də aydınlıq gətirən yoxdur. 

Özlərini milli hökümət” adlandıranlar çıxıb deyə bilmirlər ki, Etibar Məmmədovun yazısında deyilələr nə dərəcədə doğrudur?  Yazıda səsləndirilən sorulara arqumentlərlə cavab vermək əvəzinə, o dövrün ikinci rəsmi şəxsi sayılan Ali Sovetin sədri İsa Qəmbər yenə də ümumi sözlərlə məsuliyyətdən qaçmağa çalışmış, üstəlik də, tərəfdarlarına “böhtanı davam etdrin” anlamı verən çağırış edib. Yaxud da həmin məsələlərə aidiyyatı olmayan, AXC iqtidarında 100-cü şəxs sayılmayanlar güya öz mülahizələrinə görə  “cavab veriblər”. Halbuki nə Osman Kazımovun, nə Bəybala Əbilin, nə Oqtay Qasımovun,hətta, Mirmahmud Fəttayevin də cavablandıracağı suallar deyil həmin suallar.  Yeri gəlmişkən, KXCP sədrinin böhtançılara qoşularaq yaraşmayan iddialar və ittihamlar səsləndirməsi bir qədər maraq doğurdu. Əvvəla, ona görə ki, dindən-imandan, haqdan-ədalətdən dəm vuran adam gərək əməli saleh olmalı, haqqı nahaqqa verməməlidir. Əlalxüsus da müqəddəs Ramazan ayında. Onun hətta Etibar Məmmədovun 9 ay Lefertofo zindanında həbsinə də şübhəli ehyamlar irəli sürürür. Ehtimalların isə heç bir dəlil subut olmadan dilə gətirilməsinə dində sui-zənn deyilir və bu isə ən ağır günah sayılır. Qəribəsi odur ki, xəyanətdə ittiham etdiyi şəxslə dünənə kimi sıx münasibətləri olmuş, nələrisə də umaraq, bəzilərini də əldə etmişdir. Burada məntiqi sual yaranır, M.Fəttayevin nədənsə şübhəsi, ehtimalı var idisə, cəbhə hakimiyyəti dövründə Etibar Məmmədovun DTK-nın arxivlərinin açılması barədə təkidli tələblərini niyə dəstəkləmirdi?  Niyə ötən 23 il ərzində  “xəyanəti” sübuta yetirəcək addımlar və hərəkətlər edilməyib. Bu illər ərzində əksi baş veribsə, deməli xəyanətı və xəyanətkarlığı elə özü edib. Nəfsinə  yenilərək ləyaqətinə xəyanət edib. Başqalarına ləkə yaxmaqla nəyisə əldə etməyi düşünübsə, ən böyük ləkə budur. Qəlbi qaralıq, nəfsin qulu olmaq və vicdanı ləkəli gəzmək dəhşətdi!   Bundan o yanı cəhənnəm əzabıdır!

Yazının üzərindən xeyli müddət keçməsinə baxmayaraq, AXC iqtidarının səlahiyyətli və “baş bilənləri”  sükuta üstünlük verirlər. Lakin cəmiyyət aydınlatma gözləyir. Cavab verilməlidir ki, 23 il ərzində “Müsavat” və KXCP-də daxil nə üçün hadisələri AMİP kimi müzakirəyə çıxarıb, qiymət verməyiblər. Yeganə partiyadır ki, AMİP kollegial qurumda müzakirə edərək, Gəncə hadisələrini başlanğıc olaraq xalq üsyanı, hərbçilərin hərbi hissədən çıxmasından sonra baş verənləri isə  qiyam kimi tanıyıb. Bu bizim 1993-cü ildən rəsmi mövqemiz olub. Fikrimcə, AXC iqtidarında yüksək vəzifələrdə olan partiya liderləri belə müzakirələrdən ona görə çəkinir və qaçırlar ki, çox qaranlıq mətləblər aydınlaşağaq və bir-birlərinin üzünə duracaqlar.  Əgər belə deyilsə buyurub daxillərində müzakirəyə çıxartsınlar.

Etibar Məmmədov haqlı olaraq sual edir ki, "1993-ci il iyun ayının 2-də Milli Məclisin iclasında bir əməliyyat hazırladığınızı açıqladım və bunun ağır nəticələri haqqında xəbərdarlıq etdim. Əvəzində nə etdiniz?”
Sizlər anlamadınız ki, uzun illər milli-azadlıq uğrunda mücadilə vermiş insanlar dövlət strukturlarının formalaşmasını və milliləşməsini, iqtisadiyyatın liberallaşdırılmasını, cəmiyyətin demokratikləşməsini istəyir. Əvəzində nə verdiniz dövlətə və cəmiyyətə? Necə öhdəsindən gəldiniz, gələ bildinizmi bu gözləntilərin?”

Gəncəyə qoşun yeritmək əmrini verənlər indiyədək də bunun məsuliyyətini nəinki üzərinə götürmür, həttə boyunlarına almırlar. Gəncədə “Tufan” adlı əməliyyatın keçiriləcəyi barədə ana müxalifət lideri Etibar Məmmədovun xəbəri olur və bu addımın atılmaması barədə parlamentdə, çəkindirici çıxışını edir, amma heç bir dövlət görəvlisi bunu etiraf etmir. Gəncədə nə baş verməsi barədə Milli Məclisə hadisələrdən sonra da hesabat verilmir. Hadisələr prezident Əbülfəz Elçibəyin yanında müzairə edilib, yazan Pənah Hüseyn  Baş Nazir olaraq bilməmiş deyildi ki, daxili məqsədlər üçün ordudan istifadə qadağan idi və yalnız parlamentin razılığı əsasında bu mümkün idi. İkincisi də parlament qarşısında hesabat vermək onun  və hökümətinin vəzifəsi, borcu idi. AMİP-in də tələbi ondan ibarət idi ki, parlamentin razılığı olmadan ordunun daxili məqsədlər üçün hərbi əməliyyatlar keçirməsinə kim əmr verib? Ancaq bu baş vermədi. Bu günə qədər də bəlli deyil ki, Gəncədə qanuna zidd hərbi əməliyyata başlama əmrini orduya və güc strukturlarına kim verib, ölkənin az qala bütün güc strukturlarını kim ora göndərib?  Bu məsuliyyəti üzərinə görürən hələ də yoxdur.

“Milli qüvvələrin” idiyədək aydınlatmadığı sorulardan biri odur ki, hakimiyyəti 9 dövlətin razılığı ilə ələ keçirərkən, bu hansı dövlətlər idi və qeyri-milli, agent, satqın, Moskvanın nökərləri adlandırdığınız başda baş nazir postunu verdiyiniz Rəhim Hüseynov olmaqla kommunistlərlə niyə böldünüz? Halbuki xalq həmin insanlardan cana doymuşdu. Hakimiyyət çevrilişi onlarda az-çox ümid yaratmışdı. Üstəlik də, nə cəmiyyət demokratikləşdi, nə iqtisadiyyat liberallaşdı, nə də dövlət strukturları möhkəmləndirildi. Kadrlar sadiqlik, dostluq və iqtidardaxili qruplaşmalara yaxınlıq üzrə seçildi. Peşəkarlara imkan yaradılmadı. Siyasi müxalifətə təzyiqlər, basqılar, hücumlar daha da artdı. Hərə özünə silahlı dəstələr yaratdı. Parlament buraxılmadı, yeni Ana Yasa qəbul edilmədi, yeni seçkilər keçirilmədi. Qanunlara əməl edilmədi, “onun yanından keçildi”. Asayışın və vətəndaşların hüquqlarının qorunmasına birbaşa cavabdehlik daşıyan Daxili İşlər Nazarliyinin rəhbəri canlı yayında efirə özbaşına daxil olaraq müzakirə iştirakşıları təhqir etdi. Bu təkcə dövlət televiziyasında debatda iştirak edənlərə olan münasibət deyildi, həm də Azərbaycan tamaşaçılarına gəstərilən neqativ yanaşma idi. Qurulan bu “hibrit” höküməti “milli” elan etməyinizə baxmayaraq, xalq bunu heç vaxt milli saymadı və çünki siz də zatən xalqı saymadınız, ona arxa çevirdiniz. Etibar Məmmədov demişkən, “siz artıq hakimiyyəti ələ keçirərkən məğlubiyyətə məhkum olduğunuzu dərk etməli idiniz. Lakin siz dövlətin və hakimiyyətin məsuliyyətini dərk etmək iqtidarında deyildiniz. Çünki sadə məişət problemlərinin həllində aciz qalan, sosial statusu qeyri-müəyyən insanların dövlət quruculuğuna və müstəqilliyin qarşısında duran nəhəng problemlərin həllinə qalxışması irrasional idi”.

"Cəbhə ideologiyasını dövlət ideologiyası elan etməliyik” - başqa biri isə bu totalitarizm qoxulu şüarı AXC-nin qurultayında elan edir və alqışlar qazanırdı.
Proqramı dövlətin proqramı olan, ideologiyası dövlətin ideologiyası olan, nizamnaməsini isə Konstitusiyaya çevirmək istədiyiniz AXC-nin kommunistlərdən zehniyyət fərqi nə idi?
Belə deyimlərlə, yanaşmalarla müqəddəs ideyalarımız hörmətdən salındı, insanların azadlığa, demokratiyaya, qanunların aliliyinə olan inamı sarsıldı”. Düppədüz səsləndirlən fikirlərdi. Sizlər demokratiya bunamı deyirsiz? Yaxud da, demokratiya barədə düşüncələriniz bu qədər bəsitkən, nə haqla uzun illərdir demokratiya və hüquqi dövlət barədə, gecə gündüz bu xalqa moizə oxuyursuz.

Əgər özünüzdə təpər və cəsərət tapa bilirsinizsə əsaslı şəkildə təkzib edin ki, prezidentin 1 iyul, 1992-ci il tarixli fərmanının 6-cı bəndinə əsasən daxili işlər orqanlarına vətəndaşları məhkəmə qərarı olmadan 30 günədək təcrid etmək səlahiyyəti verilməyib, 1992-ci ilin oktyabrında Naxçıvanda silahlı yolla Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaq üçün uğursuz cəhd etməmisiniz, 1992-ci ilin dekabrında AMİP-in qərargahını zəbt etmək üçün hərbi polis göndərməmisiniz. İyun ayının 3-də Bakının küçələrinə zirehli texnika çıxarıb Milli Məclisi mühasirəyə almamısınız və başınız daxili çəkişmələrə qarışmayıb. Hakimiyyət daxilində yeni partiya yaradaraq,onun başqanının təbliğini prioritet vəzifəyə çevriməmisiniz. Eyni zamanda öz daxilinizdə dünən qəhrəman etdiyiniz adamı sonra  düşmənə çevirir və amansız təqib əmri verirməmsiniz və s.

Özlərini “milli hökümət” adlandıranlar niyə indiyədək cavab verə bilmirlər ki, o necə milli hökümət idi ki, bir ovuc qiyamçının qarşısında duruş gətirə bilməyərək pərən-pərən düşdü? Əvvəlcə yerlərdəki nümayəndələri, sonra isə mərkəzi hakimiyyət orqanları onlara etibar edilmiş vəzifələrini qoyub qaçdılar. Milli olan hökmət xilası müxalifət liderindən, müxalifət partiyasından deyil, arxalandığı millətdən, xaqldan istəməli idi. Niyə xalqa, millətə, “milli hökümətlərini, qorumaq və dəstəkləmək üçün müraciət edilomədi? Bəli, “Ölkəyə rəhbərlik etmək iddiasında olanlar bilməlidirlər ki, xalq sizə müstəqilliyini, dövlətini, canını, malını və namusunu əmanət edir. Bu əmanəti qoruya bilməyənlər belə yükün altına girməməlidirlər. Həmin qərarın olmaması, meydana çıxmaması üçün həmin əmanətin sahibi ya gəlib yerində oturmalı, ya da istefa verməli idi”.

Bu suallar təkcə Etibar Məmmədovun yazısının sualları deyil. Bu xalqın və millətin o dövrün səlahiyyət sahiblərindən hələ də cavab ala bilmədiyi sorulardı.  Hansılar ki, 23 il əvvəl xalqa, millətə necə münasibət sərgiləyirdilərsə, indi də eyni münasibətdə də qalırlar. Özlərini “Milli Hökümət” adlandıran “bəylər”,  AXC hakimiyyətinin yüskək və qeyri-məhdud səlahiyyət sahibləri cəmiyyət sizlərdən verilən suallara cavab gözləyir.

 

Əli Orucov

AMİP Siyasi Şurasının üzvü, politoloq

 

 

 

 

 

Oxşar xəbərlər
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:41
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:41
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”