Konfiliktoloq Elxan Mehdiyev Moderator.az-a açıqlamasında Türkiyədəki hərbi çevriliş cəhdini şərh edib. Ekspert bu olayın Ərdoğan tərəfindən təşkili ilə bağlı səslənən iddiaları qəbul etmədiyini bildirib:
“Proseslərin arxasında
Ərdoğan hökumətinin dayandığını iddia etmək hadisələrə primitiv yanaşma demək
olar. Hərbi cəhd Ərdoğan hökumətinin son illər ölkədə yaratdığı vəziyyətin nəticəsi
kimi dəyərləndirilməlidir. İnsan hüquq və azadlıqların məhdudlaşdırılması,
orduya yönəlik basqılar, bütün hakimiyyətin bir şəxsin əlində cəmləşməsi şübhəsiz
ki, müxtəlif ordu institutları, hərbi təbəqələr tərəfindən xoş qarşılanmırdı. Ordu
isə hər zaman dövlətin təməl prinsiplərinin qorunması prinsipini vacib hesab
edir. Şübhəsiz, bunu da qeyd etmək lazımdır ki, bu cəhddə türk ordusunun heç də
hamsı iştirak etmədi. Ordunun içərisində bəlli bir qrup bu işə cəhd etdi. Bu baxımdan
baş verən hadisələri ordunun üzərinə qoymaq, bütün ordunu ittiham etmək də
düzgün deyil. Hərbi çevriliş cəhdi ordudakı radikal dairələr tərəfindən ortaya
qoyuldu ki, onlar Ərdoğan siyasətindən ciddi şəkildə narazı olan qüvvələrdir”.
Seymur Əliyev