Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlmasında Türkiyədə dünən gecə baş verən dövlət çevrilişinə cəhd hadisəsini şərh edib.
Partiya sədrinin
sözlərinə görə, Türkiyədə baş verənlər Azərbaycana da sıçraya bilər:
"Türkiyədə
baş vermiş hadisələr bizi çox üzür. Biz Müasir Müsavat Partiyası olaraq qardaş
ölkədə həyatını itirən insanlara Allahdan rəhmət diləyirik. Partiya olaraq
Türkiyənin hakim partiyasına dəstək veririk.
Bu partiya Türkiyə xalqının seçimidir. Xalqın seçiminə isə hər zaman
hörmətlə yanaşmaq lazımdır. Məsələnin digər tərəfi isə Azərbaycanla bağlıdır. Mən
dəfələrlə demişəm, ölkəmizdə bundan da pis vəziyyət yarana bilər. Azərbaycan
iqtidarının daxilində kölgə kabineti var. Bu insanlar istənilən an prezidentə xəyanət
edə bilərlər. Bizdə prezidentə xəyanət etmək istəyən qüvvələr Türkiyədən də çoxdur.
Bu qüvvələr tez-tez ölkə prezidentinin islahat istəklərini sabotaj edirlər.
Bunlar hələ ki, işlərini bu formada həyata keçirirlər. Sabah bunlar daha dəhşətli
addımlar ata bilərlər. Bu qüvvələr artıq tam fəallaşıblar. Əsas işləri xalqı
incitməkdir. Bu onların həyata keçirmək istədikləri planın tərkib hissəsidir. Əsas
istəkləri odur ki, xalqla prezidentin arasını vursunlar və onlar dövlət
çevrlişinə cəhd etmək istəyəndə xalq prezidenti müdafiə etməsin. Hesab edirəm
ki, prezident bu tip halların qarşısını almaq üçün təcili addımlar atmalıdır.
Eldar Mahmudov nümunəsini hamımız gördük. Bu adam saatlı bomba idi, hər an
partlaya, prezidentə qarşı çevrliliş edə
bilərdi. Ölkə başçısı vaxtında bunun qarşısını aldı. Eldar Mahmudovun yanında
olan və iqtidarı devirmək istəyən şəxslərdən hələ də vəzifədə olanlar var.
Prezident çox da uzağa baxmamalıdır. Ətrafında ona xəyanət edə biləcək insanlar
var. Xarici qüvvələr də öz işlərini davam etdirməkdədirlər. Bu proses Azərbaycana
da sıçraya bilər, ona görə də bunun qarşısı dərhal alınmalıdır.