“Güclü parlament demokratiyanın təminatçısıdır...”
Oxunub: 4058
20 Jul 2016 | 17:42
“Güclü parlament demokratiyanın təminatçısıdır...”

Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir:

-Qüdrət bəy, iyulun 15-də Türkiyədə ordunun bir qrupu hakimiyyət çevrilişinə cəhd göstərdi. Azərbaycan dövləti bu hadisələrə vaxtında və anında reaksiya verdimi?

-Son vaxtlar həm Türkiyənin, həm də ölkəmizin bəzi media orqanlarında sifarişli və iki qardaş ölkə arasında münasibətlərə kölgə salacaq yazılara rast gəlinir. Bu yazılarda iddia edilir ki, guya Azərbaycan hökuməti Türkiyədə baş verən qiyam aktına vaxtında reaksiya verməyib. Əlbəttə, bunlar düşmən və bizimlə Türkiyə arasında olan isti münasibətləri sevməyən qüvvələrin fəaliyyətidir. Əvvəla, Azərbaycan rəsmiləri bu hadisəyə kəskin və vaxtında reaksiya verib. İkincisi, Türkiyə bizim üçün o dərəcədə əhəmiyyətli və qardaş ölkədir ki, orada hakimiyyətdə kimin olmasından asılı olmayaraq sıx münasibətdə olmalı, əməkdaşlıq etməliyik. Bildiyiniz kimi, Türkiyədə hərbçilər bir neçə dəfə hakimiyyətə gəlib və uzun illər bu ölkəni idarə ediblər. Azərbaycanı bir anlığa həmin dövrə qaytaraq. Məgər həmin dövrdə Azərbaycan Türkiyə ilə əməkdaşlıq etməməli idi? Düşünürəm ki, türk xalqı müdrik xalqdır və bu durumdan çıxacaq. Azərbaycan hökuməti isə zamanında reaksiyasını göstərdi. Bizim hökumətin məsələyə yanaşması vaxtında idi və Türkiyənin yanında olduğumuzu bir daha nümayiş etdirdik. Bəziləri deyir ki, niyə prezident gecə saatlarında Ərdoğana zəng etməyib. Gecə saatlarında Türkiyə rəsmilərinin özləri Ərdoğanın harada olduğunu bilirdimi ki, bizim Prezident də ona telefon açsın? Bu baxımdan indi bəzilərinin ortaya atdığı əsassız ittihamların məqsədi odur ki, bizim qardaşlıq münasibətlərimizi zədələsinlər. Ancaq bu cür ucuz təbliğat heç bir nəticə verməyəcək və Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə qalacaq.

-15 iyul cəhdindən sonra qardaş Türkiyənin NATO üzvlüyündən çıxarıla biləcəyi haqda fikirlər irəli sürüldü. Siz uzun illər NATO Parlament Assambleyasında təmsil olunmuş deputatsızınız. Necə düşünürsünüz, Türkiyənin NATO üzvlüyündən çıxarılması ehtimalları mövcuddurmu?

-Türkiyənin NATO-dan çıxarılmasına dair məsələ qaldırılıb. Bu təhdidlərə gəldikdə, əlbəttə, Türkiyədəki çoxsaylı həbslərdən biz də narahatıq. Hesab edirik ki, təqsiri sübuta yetirilməyən insanlar kütləvi şəkildə iş yerlərini itirməməli və həbs olunmamalıdır. Biz partiya olaraq bu məsələni dəfələrlə qaldırmışıq və qeyd etmişik ki, bu ideya kimlər üçünsə utopik görünə bilər, amma türk dövlətlərinin bir ittifaqda olması son dərəcə önəmli məsələdir. Hər zaman qeyd edirdim ki, əgər dağ Məhəmmədə tərəf gələ bilmirsə, Məhəmməd dağa tərəf getməlidir. Türk respublikaları içərisində əhalisinin sayı, hərbi gücü və iqtisadiyyatına görə Türkiyə öndədir. Lakin hesab edirəm ki, mövcud şəraitdə digər türk respublikalarının Türkiyə ilə hərbi-siyasi alyansın içərisində olması qeyri-realdır. Biz qeyd etmişdik ki, gələcəkdə türk-slavyan respublikaları ittifaqı yarana bilər. Türkiyənin Avrasiya İttifaqına girməsi, burada türk dövlətləri ilə hələlik eyni iqtisadi blokda olması, zənnimcə, türk respublikalarının marağına uyğun olardı. 

Üstəlik Avrasiya İttifaqında Rusiyanın təkbaşına hegemonluğuna, bu qurumun Rusiya tərəfindən yaradılan ittifaq imicinin qarşısının alınmasına yol açardı. Türkiyə əgər NATO-dan çıxarılarsa, qardaş ölkənin Avrasiya İttifaqına üzv olması, gələcəkdə hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması gündəmə gələ bilər. Amma düşünmürəm ki, bütün bunları NATO üzvü olan digər ölkələr hesablamır və Türkiyənin NATO-dan çıxarılması üçün addım atarlar. Ola bilsin ki, Türkiyədə olan həbslərin miqyasını kiçiltmək, Türkiyənin demokratik proseslərdən uzaqlaşmaması, qiyam cəhdindən siyasi məqsədlər üçün istifadə edilməsinin qarşısını almaq üçün belə təzyiqlər edilir. Ancaq Türkiyə, doğrudan da, demokratik proseslərdən uzaqlaşarsa, bu, reallaşa bilər. Belə olacağı təqdirdə Türkiyə üzünü türk respublikalarına tərəf tutmalıdır. Amma bunun gerçəkləşəcəyi az inandırıcı görünür.

-İyulun 18-də məlum oldu ki, Azərbaycanda Konstitusiya dəyişikliyi üçün yeni layihə var və referendum keçiriləcək. Sizin Konstitusiya dəyişikliyinə münasibətiniz nədən ibarətdir?

-Partiyamız ilkin olaraq referenduma münasibət bilirib. Qeyd etmişik ki, bu referendum daha çox xarici faktorlardan qaynaqlanır və xarici faktorlar Azərbaycanda belə bir referendumun keçirilməsini şərtləndirir. Hər halda qənaətimiz bundan ibarətdir. Xüsusilə, Türkiyədə baş verən hadisələrdən sonra referendumun gündəmə gəlməsi dediklərimizi təsdiq edir. Bu saat Ermənistanda baş verən hadisələr, Qazaxıstanda müşahidə olunan proseslər, qardaş Türkiyədə son olaylar, Yaxın Şərqdə qanlı hadisələr, terrorun dünyada geniş vüsət alması insanları aqressivləşdirir. İnsanlar sanki problemlərin zor tətbiq etməklə həll edilməsi üslubuna daha çox meyllənir. Bu da, adamın gözünə II Dünya Müharibəsini, I Dünya Müharibəsi öncəsi vəziyyəti gətirir. Sanki insanlar müharibəyə hazırlanır, qan tökmək adiləşir. Azərbaycan Dağlıq Qarabağ kimi probleminin olduğunu dəfələrlə bəyan edib ki, daha 20-25 ili danışıqlara sərf etməyəcək, Qarabağ probleminin sülh yolu ilə həlli üçün olan zaman bitir, biz torpaqlarımızı hansı vasitə ilə olursa, olsun alacağıq. Belə olduğu təqdirdə qənaətimə görə, hökumət prezidentlik institutunun gücləndirilməsini məqsədəuyğun sayıb. Bu, referenduma indiki dövrdə start verilməsi səbəbi ilə bağlı qənaətimizdir.

-Bəzi qüvvələrin buna qarşı çıxmasını necə qiymətləndirirsiniz?

-Bəli, bəziləri buna qarşı çıxır, hətta dəyişikliyi mürtəce formada təqdim edirlər. Düşünmürəm ki, bu dəyişikliklər Konstitusiyanı mürtəceləşdirir. Bu fikirlərlə razı deyiləm. Yeri gəlmişkən, biz partiya olaraq zamanında AXC hakimiyyətini tənqid etmişdik ki, 1991-ci ildə müstəqillik haqqında Konstitusiya Aktını qəbul edərkən Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisidir cümləsini yazdığımız halda parlamentli respublikaya keçmədik. Böyük səhvlərdən biri də bu idi. 1990-cı ilin parlament seçkilərinin total saxtakarlıq şəraitində keçirildiyini bəyan etsək də, sonra bu parlamentlə işləməyə üstünlük verdik. Əlbəttə, istənilən vaxt bu və ya digər addımın atılmamasına haqq qazandırmaq üçün arqumentlər tapmaq mümkündür-məsələn, müharibə gedirdi və s. Amma düşünürəm ki, bunlar o zaman AXC rəhbərliyinin buraxdığı səhvlərə haqq qazandıra bilməz. Çünki bu, öldürücü səhvlər idi və ağrı-acıları hələ də yaşanır. Bu mənada hesab edirəm ki, indiki mərhələdə iqtidar yeni çağırışlara cavab vermək, hazır olmaq üçün prezidentlik institutunu gücləndirir. Biz ölkədə parlamentli respublikanın tərəfdarıyıq. Düşünürük ki, güclü demokratiya ənənələrinin olmadığı ölkədə parlament üsul-idarəsi cəmiyyətin inkişafına daha çox töhfə verə, cəmiyyətin daha da sağlamlaşmasına xidmət göstərə bilər.

-Qanun layihəsinə təklifləriniz olacaqmı?

-Əlbəttə, olacaq. Çünki bizi qane etməyən bəzi məqamlar var. Xüsusilə, bir neçə müddəa var və biz hazırda layihəni öyrənirik. Bəzi maddələr üzrə təkliflərimizi də hazırlayırıq. Konstitusiya Məhkəməsi qanun layihəsini qəbul etdikdən sonra təkliflərimizi açıqlayacağıq. Bu təkliflərimizdən bəzilərini qeyd edə bilərəm. İlk təklifimiz ondan ibarətdir ki, qardaş Türkiyədə yaşanan hadisələr də sübuta yetirdi ki, Prezidentin silahlı qüvvələrdən parlamentin razılığı olmadan istifadə etmək hüququ olmalıdır. Çünki hər hansı bir ölkədə konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində zorakı hadisələr baş verərsə, parlamentin iclasını çağırmaq mümkün olmaya bilər. Eyni zamanda belə neqativ proseslərin qarşısının alınması üçün polis qüvvələrinin gücünün də yetərli olmamaması mümkündür. Belə olan halda dövlət imkan verməməlidir ki, konstitusiya quruluşu dəyişsin.

Azərbaycan elə bir coğrafiyada yerləşir ki, ətrafımızda böyük dövlət, islam ekstremizmi, dini dövlət qurmaq istiqamətində ciddi işlər aparılır. Söhbət ondan getmir ki, sabah ordunun hansısa hissəsi qalxa bilər. Hərçənd ki, müdrik dövlət başçıları və siyasətçilər ən ağlasığmaz ehtimalları da nəzərdə tutmalıdır. Vaxtilə Surət Hüseynov Azərbaycan dövlətinə qarşı qalxmadımı? Ancaq ola bilər sabah dini ekstremist qüvvələr, terrorçu qruplar, xarici dövlətlər tərəfindən göndərilən və zamanında “yaşıl adamcıqlar” adlandırılan dəstələr peyda ola bilər və s. Belə olacağı təqdirdə Prezidentin dövlətin və ölkənin təhlükəsizliyini qorumaq üçün Silahlı Qüvvələrdən istifadə etmək imkanı olmalıdır. İkincisi, çoxlu sayda vitse-prezidentlərin olması idarəçilik xərclərini artıracaq. Yaxşı olardı ki, seçkilər zamanı Prezident birinci vitse-prezidentin kim olacağını açıqlasın. Yəni bilinsin ki, məsələn, sabah prezident öz səlahiyyətlərini yerinə yetirmədiyi təqdirdə onu əvəz edəcək şəxs kimdir. Başqa sözlə, prezidentliyə namizədliyi qeydə alınan şəxs sabah hansı vitse-prezidentlə işləyəcəyini elan etməlidir. Yeri gəlmişkən, Amerikada belə bir təcrübə var. İkincisi, birinci vitse-prezident varsa, baş nazir institutu ləğv edilməlidir. Çünki əlavə idarəetmə xərclərinin olmaması, habelə operativ idarəetməni təmin etmək məqsədilə bu addıma gedilə bilər. Bundan başqa, qanun layihəsində Milli Məclisin buraxılması haqqında müddəalar var. 

Bu müddəaların içərisində qeyd edilir ki, əgər prezident Mərkəzi Bankın idarə heyətinin, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin üzvlərini parlamentə təqdim edirsə və parlament il ərzində onları iki dəfə təsdiq etmirsə, bu halda Prezident Milli Məclisi buraxa bilər. Bizim fikrimizcə, təsdiqetmə səlahiyyəti prlamentdədirsə və parlament bunu təsdiq etmirsə, buna görə parlamentin buraxılması demokratiyaya uyğun deyil. Çünki bu halda deputatlar düşünəcəklər ki, ya bunları təsdiq etməlidirlər, ya da onların fəaliyyətinə xitam veriləcək. Bu halda təsdiqetmə formal xarakter daşıyacaq. Odur ki, biz BAXCP olaraq təklif edəcəyik ki, Ali Məhkəmənin üzvlərinin, Konstitusiya Məhkəməsinin üzvlərinin və Mərkəzi Bankın idarə heyətinin üzvlərini Prezidentin özü birbaşa təyin etsin. Eyni zamanda Milli Məclisin buraxılması ilə bağlı başqa bir məqam da var. Əgər parlament Nazirlər Kabinetinin fəaliyyətini iki dəfə qeyri-qənaətbəxş sayarsa, bu zaman Milli Məclis buraxıla bilər. Əgər Milli Məclis hesab edirsə ki, Nazirlər Kabinetinin fəaliyyəti qeyri-qənaətbəxşdirsə, buna görə parlamenti buraxmağa nə ehtiyac var? Düşünürəm ki, parlamenti qorumaq üçün Nazirlər Kabinetinin hesabatı Konstitusiyadan çıxarılmalıdır. 

Yəni sonda seçkinin nəticəsində xalq hökumətə münasibətini ifadə edə bilər. Bizdə indiki konstitusiyada öz həllini tapmır ki, Nazirlər Kabinetinin fəaliyyətini parlament qeyri-qənaətbəxş sayarsa, bu hansı hüquqi nəticələr yaradır. Bununla bağlı Konstitusiya qanunu qəbul edilib - Əlavə Təminatlar Haqda. Amma burada da yazılmayıb ki, parlament hökumətin fəaliyyətini qeyri-qənaətbəxş sayırsa, bu zaman nə baş verir? Düşünürəm ki, indiki halda Nazirlər Kabinetinin parlamentdə hesabat verməsinə ehtiyac yoxdur. Həmçinin qanun layihəsində müddəa var ki, deputat birbaşa səsvermə hüququnu həyata keçirməyəcəyi təqdirdə, statusundan məhrum oluna bilər. Həmçinin deputat etik davranış qaydalarını kobud pozduqda deputat statusundan məhrum edilə bilər. Biz təklif edirik ki, bu müddəalar çıxarılmaldır. Milli Məclis canlı debatların keçirildiyi yerdir. Parlament üzvləri də adi insanlardır, onların hissləri, emosiyaları var. Biz görürük ki, ayrı-ayrı ölkələrin parlamentində bəzən yumruqlaşma, əlbəyaxa davalar baş verir. ABŞ böyük dövlətçilik təcrübəsinə, 200 ildən çox demokratiya ənənəsinə sahibdir. Bu yaxınlarda Konqresdə silahlara nəzarətlə bağlı qanun layihəsinin müzakirəsi zamanı Demokratlar tribunanı tutdu və oturaq aksiya keçirdi. Fikrimcə, bu cür canlı debatların keçirildiyi ünvanda deputatlar kobud davrana, bəzən etikadan kənar fikirlər də səsləndirilə bilər. Əlbəttə, bu xoşagəlməz hərəkət və haldır.

 Buna görə intizam-tənbeh tədbiri tətbiq edilə bilər. Amma deputatı statusdan məhrum etmək ağır cəza olardı. Odur ki, bu müddəanın çıxarılmasını təklif edirik. Çünki demokratiya parlamentdən başlayır və güclü parlament demokratiyanın təminatçısıdır.

Bundan başqa, qanun layihəsində sosial ədalətin bərpası məqsədilə mülkiyyət hüququnun məhdudlaşdırılması məsələsi var. Hesab edirəm ki, buna yol vermək olmaz. Çünki bizim hazırda qüvvədə olan Konstitusiyamıza görə mülkiyyət hüququ toxunulmazdır. Əgər bu hüququn hansısa hallarda əsaslandırıb desək ki, sən torpaqdan səmərəli istifadə etmirsən və buna görə torpağı sizin əlinizdən alırıq, bu ölkəyə investisiya qoyuluşunun qarşısını ala bilər. Odur ki, mülkiyyət toxunulmaz olmalıdır. İstanbulda adamın diqqətini yeni tikilən yaraşıqlı binaların yanında bir koma cəlb edir. Bəzən soruşursan ki, belə müasir və gözəl bina tikən sahibkar nədən bu daxmanı almır və ya dövlət şəhəri abadlaşdırmaq üçün bu komanı almır. Mənə hər zaman deyiblər ki, bu həmin şəxsin xüsusi mülkiyyətidir. Ya ona verilən qiymət mülk sahibini qane etmir, ya da ümumiyyətlə satmır. Düşünürəm ki, mülkiyyət toxunulmazlığına ciddi dövlət təminatı olacağı halda xaricilər də gəlib Azərbaycanda mülk alacaq, investisiya qoyacaq. Biləcəklər ki, Konstitusiya ilə mülkiyyət qorunur. Sosial ədalət anlayışı elədir ki, bunu heç kim müəyyənləşdirə bilməz. Bu məsələlərlə bağlı sadəcə ölçü yoxdur. Həmçinin bir məqamı da qeyd etmək istərdim. Konstitusiyanın 25-ci maddəsinin VI hissəsinə əlavə edilir: Fiziki və əqli qüsuru olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit edilən bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Fikrimcə, “fiziki və əqli qüsur” sözü nə müasir hüquq sistemində, nə də siyasi leksikonda işlənilmir. Kimisə yolda avtomobil vurubsa və ayağının birini amputasiya ediblərsə, buna əsla qüsur demək olmaz. Və ya əqli baxımından problemli doğulub və sonradan onun problemləri yaranıbsa, ona “qüsurlu insan” demək doğru deyil. Qüsur birbaşa insanın davranışı və tərbiyəsi ilə bağlı ola bilər. Bu mənada hesab edirik ki, qanun layihəsində müəyyən dil problemi də var. Ola bilsin ki, bu yanlışlıqlar layihənin hazırlanmasının sürətlə aparılması ilə bağlıdır. Lakin hesab edirəm ki, yaş məhdudiyyətinin aradan qaldırılmasını normal qəbul etmək lazımdır. Məsələn, Saakaşvili Gürcüstanda prezident seçiləndə çox gənc idi, amma ölkə üçün böyük işlər gördü. Onun prezidentliyə namizədliyini irəli sürən ərəfədə yaşı da çatmırdı. Bu baxımdan yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin artırılmasını normal hesab edirəm. Önəmlisi ölkədə Qərb standartlarına cavab verən, siyasi qüvvələrin etimad göstərdiyi, hamının qarşılıqlı olaraq qəbul etdiyi siyasi sabitlik olur, demokratik seçkilər keçirilir və qanunun aliliyi təmin edilir.

-Siz qanun layihəsini öyrənmək ərəfəsindəsiniz?

-Sözsüz ki, referendum layihəsini oxumuşuq. Amma maddələr üzrə təkliflərimizi həm cəmiyyətə təqdim edəcəyik, həm də parlamentdə müzakirələr zamanı fikirlərimizi söyləyəcəyik. Biz partiya olaraq öz fikrimizdə qalırıq ki,

Azərbaycanın gələcəyini parlamentli respublika modelində görürük. Ümid edirəm ki, Azərbaycanda Qarabağ konflikti həll edilər, dünyada və regionda sabitlik bərqərar olar və Azərbaycan bu islahatlara gedər. Düşünürəm ki, zamanla dünyanın əksər ölkələri bu modelə keçəcəklər.

-Bəzi qüvvələr artıq referendum layihəsinin keçməməsi üçün təşəbbüs göstərəcəklərini ifadə ediblər. Onların bunu etmək üçün imkan və potensialları nə qədərdir?

-Bunu normal qəbul etmək lazımdır. Şübhəsiz ki, bunun əleyhinə olanlar tapılacaq və bu təbiidir. Azərbaycanda fərqli fikirlilik, plüralizm mövcuddur, hətta bəzən bu istiqamətdə əndazə də aşılır. Bildiyim qədər buna etiraz edən AXCP və Müsavat Partiyasıdır. Belə etirazlar demokratik ölkənin atributlarıdır. Onların bu prosesə təsir edə biləcəyi, xalqın da onların arxasınca gedəcəyi mənim üçün mümkünsüz sayılır. Zənnimcə, məhdud tərəfdarları ilə, hamısı bir araya gələcəyi təqdirdə bir neçə yüz adamın etirazı ola bilər. Bunu da, normal qəbul etmək lazımdır. Lakin onların referenduma mane ola biləcəkləri mümkünsüzdür.


Oxşar xəbərlər
17:08, Bu gün
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
17:04, Bu gün
Büdcəyə yenidən baxılacaq? - FOTO
17:00, Bu gün
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
16:56, Bu gün
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
16:52, Bu gün
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
16:48, Bu gün
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
16:44, Bu gün
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
16:40, Bu gün
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
16:37, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
16:36, Bu gün
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
16:33, Bu gün
Röyanın ona görə adını dəyişən fanatı vəfat etdi - VİDEO
16:29, Bu gün
Londonda qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
16:27, Bu gün
İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı
16:25, Bu gün
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
16:20, Bu gün
Azərbaycanda gənc hüquqşünaslar vəkillik sahəsində fəaliyyətə cəlb olunacaqlar - FOTO
16:17, Bu gün
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
16:15, Bu gün
Azərbaycan-Ermənistan sərhədində ilk dirək: Normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH + FOTO
16:10, Bu gün
Rusiya və İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəsinə hazırlaşır
16:05, Bu gün
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
16:00, Bu gün
Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirildi
15:57, Bu gün
Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında
15:53, Bu gün
Ayxan Hacızadə: "Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verir" - FOTO
15:49, Bu gün
Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirildi - FOTO
15:45, Bu gün
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
15:41, Bu gün
Sabunçuda açıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB
15:40, Bu gün
Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ
15:38, Bu gün
Bakı birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində üçüncü yerdə qərarlaşıb - FOTO
15:35, Bu gün
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
15:32, Bu gün
Xankəndi şəhərindən yeni görüntülər - VİDEO
15:29, Bu gün
ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycanda - Bakı-Vaşinqton münasibətləri müzakirə olundu - FOTO
15:25, Bu gün
Azərbaycan – Rusiya münasibətlərinin sürətli inkişafı...
15:24, Bu gün
Navalnının dəfn mərasimini keçirən keşişə cəza verildi
15:22, Bu gün
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı keçirildi - FOTO
15:18, Bu gün
“Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”
15:15, Bu gün
İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib
15:08, Bu gün
Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər üç şəhər, beş qəsəbə və 29 kəndin salınması planlaşdırılır
15:06, Bu gün
Azərbaycanda federasiyanın sabiq baş katibi vəfat etdi
15:05, Bu gün
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
15:02, Bu gün
“Azərbaycan British College” Təhsil Kompleksinin şagirdləri BDU-nun Fizika fakültəsində olub - FOTO
14:58, Bu gün
Polis əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
14:55, Bu gün
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:51, Bu gün
Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır”
14:48, Bu gün
“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”
14:47, Bu gün
Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək
14:45, Bu gün
Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”
14:43, Bu gün
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
14:42, Bu gün
Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB
14:40, Bu gün
BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTO
14:38, Bu gün
​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır
14:37, Bu gün
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
14:34, Bu gün
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
14:30, Bu gün
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan
14:25, Bu gün
BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş olub - FOTO
14:21, Bu gün
İlham Əliyevdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
14:18, Bu gün
Fuad Hüseynəliyev: “Ermənistanla münaqişənin yenidən eskalasiya ehtimalı real deyil”
14:17, Bu gün
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
14:15, Bu gün
Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb
14:00, Bu gün
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
13:59, Bu gün
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
13:57, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
13:56, Bu gün
Bakıda qardaşını döyən şəxsə şəhərdən çıxmaq qadağan edildi - TƏFƏRRÜAT
13:54, Bu gün
İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
13:52, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
13:48, Bu gün
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB
13:45, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
13:43, Bu gün
Mbappe “Real Madrid” üçün oyun üslubunu qurban verəcək
13:39, Bu gün
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
13:35, Bu gün
Prezidentin nümayəndəsi: Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına başlanılacaq
13:32, Bu gün
Aydın Kərimov: Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərdiyi ilk şəhər olacaq
13:30, Bu gün
Fuad Hüseynəliyev: Ermənistan Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışmır
13:26, Bu gün
Əgər kişi bir qadını bəyənirsə bu 6 ƏLAMƏTLƏ büruzə verir
13:20, Bu gün
Yaşlı kişi 10 yaşlı qıza təcavüz etdi
13:18, Bu gün
Naxçıvanda sədr müavini işdən azad edildi
13:16, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
13:15, Bu gün
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:12, Bu gün
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
13:11, Bu gün
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
12:57, Bu gün
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
12:53, Bu gün
Günəşdə nadir HADİSƏ yaşanıb - 25-26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
12:51, Bu gün
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
12:45, Bu gün
Məhkəmə MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıb, biri azadlığa buraxılıb
12:29, Bu gün
İşğaldan azad edilmiş ərazidə ilk hərrac keçiriləcək
12:23, Bu gün
24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
12:23, Bu gün
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
12:17, Bu gün
Saharadan gələn qum fırtınası Afina səmasını narıncıya çevirdi-VİDEO
12:12, Bu gün
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO
12:10, Bu gün
AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
12:09, Bu gün
Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO
12:07, Bu gün
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
12:04, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:41, Bu gün
Hadrutdan ürəkaçan görüntülər - VİDEO
11:38, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:33, Bu gün
Dayısı oğlunun toy günü onların evinə girdi - FOTOLAR
11:30, Bu gün
Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO
11:27, Bu gün
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
11:25, Bu gün
Azərbaycanda “molla kəbini”: Vətəndaş nikahlarına qarşı tədbirlər görüləcək? - FOTO
11:22, Bu gün
Nazpəri Dostəliyeva canlı efirdə ağladı: "Darıxdığım var" - VİDEO
11:21, Bu gün
Təhlükəsiz oazis yaradanlar – Türk dövlətlərinin yaxınlaşması rifah və sabitlik vəd edir
11:20, Bu gün
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
11:18, Bu gün
Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO
GÜNLÜK
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
23 Apr 2024 | 17:28
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
23 Apr 2024 | 17:28
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO