Bir qrup Azərbaycan jurnalisti, yazıçı və şairi 22 iyul ”“ milli mətbuat günü ərəfəsində Belarus İnformasiya Nazirliyi redaksiya-nəşriyyat təşkilatının - “Zvezda” Dövlət Nəşriyyat Evinin direktoru və eyni adlı qəzetin baş redaktoru Aleksandr Karlyukeviçin müvafiq əmri ilə fəxri fərmana layiq görülüb.
Moderator.az xəbər verir ki, 22 iyul mətbuat günü münasibətilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı-tərcüməçi Afaq Məsud, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, şairə Kəmalə Abiyeva, tənqidçi, ədəbiyyatşünas alim İradə Musayeva və yazıçı-tərcüməçi Kamran Nəzirli fəxri fərmana layiq görülüblər.
Elmin Nuri