Çimərliklərə əlavə polis naryadları cəlb edildi - FOTO
717
09 Jul 2023 | 20:07

Çimərliklərə əlavə polis naryadları cəlb edildi - FOTO

Bu gün isti hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinin çimərliklərə kütləvi gedişi nəzərə alınaraq Daxili İşlər Nazirliyi tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən bildirilib.

İctimai qaydanın və ictimai təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə çıxarılıb.

Bütün çimərliklərə gedən yollar üzrə hərəkətin fasiləsizliyi və çimərliklərə naryad qrupları təhkim olunub.

Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilib, müfaviq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib. Hazırda xidmət davam etdirilir.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər