Bakirəliyi pozmaq üçün kirayələnən kişilər - FOTOLAR
Oxunub: 17224
23 Jul 2016 | 16:09
Bakirəliyi pozmaq üçün kirayələnən kişilər  - FOTOLAR
Mən Erik Aniva ilə onun cənubi Malavinin Nsanje rayonunundakı üçotaqlı daxmasının həyətində görüşürəm.

O məni əynindəki çirkli yaşıl köynəklə, axsaya-axsaya (dediyinə görə anadangəlmə çolaqdır) və hərarətlə salamlayır. Belə görünür ki, medianın diqqətindən məmnundur.

Aniva bütün mənalarda bu kəndin görkəmli “kaftar”ıdır. Bu titul cənubi Malavinin bir neçə ucqar rayonunda “seksual təmizləmə” ayininin icrası üçün icmalar tərəfindən kirayələnmiş kişilərə verilir. Məsələn, hər hansı kişi vəfat edirsə, adətə görə onun arvadı ərini dəfn etməzdən əvvəl Aniva ilə yatmalıdır. Əgər qadın abort olunubsa, onu yenə də Aniva “təmizləməlidir”.

Mənim başqa yolum yox idi. Mən bunu valideynlərimin xətrinə etməliydim - Mariya

Ən heyrətamizi budur ki, burada, Nsanjedə yeniyetmə qızlar özlərinin ilk aybaşısından sonra üç gün ərzində qadınlığa keçidi sekslə qeyd etməli olurlar. Yerli inanclara görə qızın bundan imtina etməsi təkcə onun öz ailəsinin deyil, bütün kəndin xəstəliyə və ya hər hansı başqa bəlaya düçar olmasına səbəb ola bilər.

“Mən əsasən qızlarla, məktəbli qızlarla yatıram ”“ deyir Aniva, - Bəzi qızlar 12-13 yaşında olurlar, lakin mən üstünlüyü daha yaşlı qızlara verirəm. Bütün bu qızlar mənim onlara kaftarlıq etməyimdən həzz alırlar. Onlar əslində fəxr edirlər və başqalarına deyirlər ki, bu əsl kişidir, qadına necə həzz verməyi bilir”.

Onun lovğalanmasına baxmayaraq, yaxın kənddə gördüyüm bir neçə qız başlarına gələnlərdən ikrah hissi keçirdiklərini deyiblər.

"Mənim başqa yolum yox idi. Mən bunu valideynlərimin xətrinə etməliydim, - deyir Mariya adlı qız, - Mən bundan imtina etsəydim, ailəm xəstəliklərə, hətta ölümə mübtəla olardı. Ona görə də çox qorxurdum”.

Onlar deyirlər ki, bütün rəfiqələri kaftarla seks ediblər.

Bu kənddə hər bir "təmizləmə" üçün 4-7 dollar pul ödəyirlər.

Aniva 40 yaşlarındadır (özü bu barədə yayğın məlumata malikdir) və hazırda iki arvadı var. Onlar ərlərinin məşğuliyyətindən xəbərdardırlar. O deyir ki, indiyədək 104 qadın və qızla cinsi əlaqədə olub, hərçənd 2012-ci ildə yerli qəzetə müsahibəsində də eyni rəqəmi verib. Məncə o hesabı çoxdan itirib.

Anivanın öz bildiyinə görə beş övladı var. Nə qədər qız və qadını hamilə etməsindən məlumatsızdır.

O deyir ki, bu icmada 10 kaftardan biridir və Nsanjedə hər kəndin öz kaftarı var. Onlara hər bir “təmizləmə” üçün 4-7 dollar pul ödəyirlər.

"Arvadlıq düşərgəsi"

Buradan bir saatlıq maşın yolu məsafəsində məni 50 yaşlarında olan və kəndlərindəki adətlərin icrasına nəzarət edən üç qadınla ”“ Fagisi, Krissi və Felia ilə tanış edirlər. Onların işi yetkinlik yaşına çatmış qızları hər il buradakı düşərgələrə aparmaqdır. Burada onlar qızlara arvadlığı və kişiləri seksual baxımdan məmnun etməyi öyrədirlər.

Kaftarla “seksual təmizlənmə” bu prosesin yekun mərhələsidir və valideynlərin razılığı ilə könüllü icra olunur. Fagisi, Krissi və Felia izah edirlər ki, bu proses valideynlərin və icmanın infeksiyalardan müdafiəsi üçün lazımdır.

Mən onlara başa salmaq istəyirəm ki, bu “təmziləmənin” özü xəstəliklərin yayılmasına səbəb ola bilər. Adətə görə kaftarla seks zamanı prezervativlərdən istifadə olunmamalıdır. Lakin onlar deyirlər ki, kaftarı mənəvi dəyərlərinə görə seçirlər və buna görə də burada heç bir İİV/QİÇS yoluxmasından söhbət gedə bilməz.

Lakin aydındır ki, kaftar praktikası İİV virusunun yayılması baxımından böyük risk təşkil edir. BMT-nin təxminlərinə görə hər 10 malavilidən biri virusun daşıyıcısıdır. Mən Anivadan daşıyıcı olub-olmadığını soruşram. O müsbət cavabı ilə məni şoka salır, amma deyir ki, onu kirayələyən valideynlərin bundan xəbərləri yoxdur.

Söhbətimiz davam etdikcə Aniva başa düşür ki, mən eşitdiklərimdən o qədər də məmnun deyiləm. Odur ki, lovğalığını dayandırır və deyir ki, indi əvvəllər olduğundan daha az “təmizləmə” işi aparır. “Mən orda-burda hələ də bu ayini icra edirəm, - deyir, - Amma dayandırıram”.


Aniva əlindəki kökü üyüdüb su ilə qarışdırır və seksdən əvvəl içir

Bu ayinlərdə iştirak edənlərin hamısı bilir ki, ətraf dünyada onların bu praktikası təkcə kilsələr yox, QHT-lər və hökumət tərəfindən də pislənir. Hökumət “zərərli adət-ənənələrə” son qoyulması üçün kampaniya aparır.

"Biz bu adamları lənətləmirik, - deyir Gender və Rifah Nazirlyinin katibi doktor May Şaba, - Lakin biz onlara bu ayinlərin dəyişdirilməsi üçün məlumat veririk".

Mənə deyirlər ki, bir az təhsil görmüş valideynlər, bəlkə də artıq kaftarların xidmətindən istifadə etmirlər. Lakin söhbət etdiyim yaşlı qadınlar geriyə çəkilmək barədə düşünmürlər.

"Bizim mədəniyyətimizə nə olub ki? - deyir Krissi, - Əgər bugünkü cəmiyyətə diqqət etsəniz görərsiniz ki, qızlar məsuliyyətsiz olublar. Odur ki, biz qızlarımıza təlim keçməliyik. Onlara kənddə özlərini necə aparmalı olduqlarını öyrətməliyik ki, yollarını azmasınlar. Yaxşı arvad olub ərlərini məmnun etsinlər. Ailələrinin başına bəla gəlməsin”.

Fransada doğulmuş katolik keşiş Clause Boucher ata 50 ildir ki, Malavidə yaşayır. Görkəmli antropoloq olan müqəddəs ata deyir ki, bu ayinlərin kökü qədim əsrlərə gedib çıxır. Qədim inanclara görə uşaqlar cinsi yetkinlik yaşına çatdıqda seksual ayindən keçməlidirlər. Əvvəllər qızlar 15-16 yaşına çatanda bu ayinləri onların gələcək əri olmaq üçün seçilənlər icra edərdilər. Bu gün isə bu işi muzdlu seks ustası ”“ kaftar görür və heç kim də bundan utanmır.

Boucher ata deyir ki, uşaqların seksuallaşdırılmasına yönələn ayinlərə qarşı mübarizə ucqar cənub bölgələrində ciddi müqavimətlə qarşılanır. Bütün bunlar xristianlığın artıq bir əsrdir ki, bu yerlərdə bərqərar olmasına, AİDS epidemiyasının 30 ildir, tüğyan etməsinə rəqmən baş verir. Lakin ölkənin əksər hissələrində, xüsusilə də Blantir və Lilonqve şəhərlərində “seksual təmizləməyə” nadir hallarda müraciət olunur.


Ali tayfa başçısı Tereza Kaçindamato

Malavinin mərkəzi Dedza rayonunda kaftarlardan yalnız dullar və sonsuz qadınlar üçün istifadə edilir, lakin ali tayfa başçısı Tereza Kaçindamato Malavidə bu ənənəyə qarşı mübarizəni şəxsi amalı seçmiş nadir qadınlardan biridir.

O başqa regional başçıları da bu cür səylərdə bulunmağa çağırır. Manqoçi kimi bəzi şərq regionlarında seks mərasimlərini qızların “yağlanması” adlanan daha münasib ayinlərlə əvəz etməyə başlayıblar.

Lakin Nsanjedə adətləri dəyişmək fikrində görünmürlər. Dünyanın ən yoxsul ölkələrindən biri olan Malavidə kənd yerlərində baş verən aclıq barədə xəbərlər tez-tez yayılır və “kaftarlar” o qədər də vacib problem sayılmır.

Eric Aniva
Eric Aniva

Soldan saga: Aniva, Fanni, onların sonbeşiyi, Fanninin bacısı və keçmiş müştərisi

Ucqar kəndlərdən birində mən Anivanın iki arvadından biri ”“ Fanni və onun sonbeşik qızı ilə tanış oluram. Fanni hələ dul qalmazdan əvvəl Aniva tərəfindən “seks təmizləməsi” ayinindən keçirilib. Bundan az sonra onlar evləniblər.

Onların münasibətləri gərgin görünür. Əri ilə üzbəüz oturan qadın utana-utana etiraf edir ki, onun məşğuliyyətindən narazıdır, amma bu iş gəlir gətirir. Mən ondan soruşuram ki, indi 2 yaşında olan qızının 10 il sonra bu ayindən keçəcəyi barədə nə düşünür?

"Mən bunun baş verməsini istəmirəm, - deyir qadın, - Mən istəyirəm ki, bu ənənəyə son qoyulsun. Bizi kaftarlarla yatmağa məcbur edirlər. Bu bizim istəyimizlə olmur və düşünürəm ki, bu, qadınlar üçün olduqca kədərli haldır”.

"Siz bu ayindən keçəndə də bundan xoşlanmadınız?” ”“ soruşuram.

"Mən bu hadisəyə indiyədək nifrət edirəm” ”“ deyə cavab verir.

Mən Anivadan da öz qızının belə bir ayindən keçməsinə necə baxdığını soruşanda, o məni bir daha təəccübləndirir.

"Mənim qızım yox. Mən buna yol verə bilmərəm. Mən indi bu bədnam adətə son qoyulması uğrunda mübarizə aparıram”.

"Deməli, həm mübarizə aparırsan, həm də bu işlə məşğulsan?”

"Yox. Deyirəm də, mən bu işi dayandırıram”.

“Doğrudan?”

"Əmin ola bilərsiniz. Mən bu işi dayandırıram". (bbc)
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO