“France 24” kanalına müsahibə verən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan kanalın bir sıra suallarını cavablandırıb.
Müsahibə zamanı Ərdoğan Türkiyədə edam cəzasının
qəbul ediləcəyindən də danışıb.
Moderator.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan edam cəzası ilə bağlı bunları
deyib:
“Bəhs
etdiyimiz mövzu edam cəzasıdırsa, əgər mənim xalqım israrla edam istəyirik deyirsə
və millət vəkilləri məsələdə müsbət səs versələr, bunu qəbul etmək mənim
vəzifəmdir. Demokratiyada xalq ölkəni idarə edir. Avropa qitəsində edam cəzası
yoxdur, ancaq ABŞ-da var. Hətta dünyanın çox yerində var".
Ərdoğan daha
sonra əlavə edib ki, 53 ildir Avropa Birliyi bizi gözlədir: “Bu müddət ərzində Avropa
Birliyinə başqa ölkələr üzv olunub. Həmin ölkələr bizdən daha çox yaxşı ölkələr ola bilərmi? Biz
onlardan daha yaxşı vəziyyətdəyik. Əsas hüquq və azadlıqlardan tutumuş iqtisadi
imkanlara qədər nəzər yetirdikdə, biz daha yaxşı vəziyyətdəyik. Biz Avropa
Birliyinin imkanlarından tam olaraq istifadə də etməmişik. Avropa Birliyi bu
müddətdə Türkiyəyə etdiklərini heç kəsə etmədi.
Viza serbestiliyi məsələsində də eyni mövqeyi tutdular”.
Zəhra