Məlum olduğu kimi, İŞİD-ə bağlılığını iddia edən haker qrupu Azərbaycanda bəzi saytlara hücum edib və həmin saytlarda müəyyən şüarlar, kadrlar yerləşdirib. Məsələ ilə bağlı saytımızın sualını cavablandıran DTX isə problemin DİN tərəfindən araşdırılması gərəkdiyini bildirib.
Maraqlıdır, İŞİD tərəfindən
reallaşan kiber hücumların önlənməsi həqiqətənmi DİN-nin vəzifələri sırasına
daxildir? Doğrudanmı DTX-nın bu məsələdə etməli olduğu və ya etməsi gərəkən heç
nə yoxdur?
Moderator.az-a açıqlama
verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Azəbaycanda
güc orqanları arasında dəqiq vəzifə bölgüsünün olmadığını, ölkənin təhlükəsizlik
konsepsiyasının müasir tələblərə cavab vermədiyini vurğuladı:
“Dünyada həm müharibələrin,
həm də döyüşlərin konsepti dəyişilib. Artıq geniş, hərtərəfli, strateji müharibə
konseptinə keçilir. Bu baxımdan Azərbaycan bu konseptə hazırlaşmalıdır. Azərbaycan
milli təhlükəsizlik konseptini yeni şəraitə uyğun olaraq dəyişməlidir. Milli təhlükəsizliyə
cavabdeh olan hər bir qurumun funksiyası dəqiqləşdirilməlidir. Bu ona dəlalətdir
ki, Azərbaycanda hələ də müasir tələblərə cavab verən təhlükəsizlk konsepti
yoxdur. Bu iş görülməlidir. Milli təhlükəsizliyə cavabdeh olan hər bir qurumun
funksiyası dəqiq müəyyən edilməlidir ki, bu cür hallarda qeyri-müəyyənlik və
qarışıqlıqla üzləşməyək. Dövlət qurumları bu işi bir-birlərinin üzərinə
atmasın”.
Seymur Əliyev