“Enində-sonunda biz Türkiyə ilə eyni şamın işığında dünya turuna çıxacağıq”
Oxunub: 2636
25 Jul 2016 | 10:50
“Enində-sonunda biz Türkiyə ilə eyni şamın işığında dünya turuna çıxacağıq”


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa elə müsahiblərdəndir ki, ondan hər söhbətdə rəngarəng mövzulara kifayət qədər maraqlı cavablar almaq mümkündür. Budəfəki müsahibəmizdə konstitusiya dəyişikliklərindən tutmuş, Türkiyədəki olaylara, həmçinin çimərlik qadağaları, yol qəzaları, devalvasiya daxil, bir çox məsələlərdən danışdıq, suallarımıza maraqlı cavablar aldıq. 

- Fazil bəy, Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum ideyası, sizcə, hansı zərurətdən irəli gəldi? 

- Fikrimcə, Konstitusiya dəyişiklikləri zərurətdən deyil, qonşu ölkələrdə baş verən hadisələrdən qaynaqlanan ehtiyatlılıqdan irəli gəlir. Xüsusilə Türkiyədə baş verən son hərbi çevriliş cəhdi onu göstərdi ki, nə qədər irəli demokratiyaya sahib olursan ol, beynəlxalq güclərin marağına uyğun siyasət yeritməyəndə boş səhrada fırtına yarada bilirlər. Türkiyə  demokratiyanın inkişaf səviyyəsinə görə bizdən xeyli irəlidədir, bununla belə yenə də hərbi çevriliş riski yaşana bilirsə, o zaman daha gənc və cəmiyyətin siyasətdə fəal aktyora çevrilmədiyi Azərbaycanda bu güclər daha ciddi problemlər yarada bilərlər. Ona görə də icra hakimiyyətinin möhkəmləndirilməsi, qarışıq situasiyada idarəçilik boşluğuna yol verilməməsi üçün bu cür addım gözlənilirdi və referendum yolu ilə bunun həlli müxanizmi düşünüldü. Açığı, ölkə prezidenti tərəfindən təqdim olunan bu sənəddə bəlkə demokratiya prinsiplərindən müzakirə oluna biləcək müəyyən məqamlar tapıla bilər, ancaq əsas hədəf ölkənin təhlükəsizliyi olduğu üçün qiymətləndirmə də məhz təhlükəsizlik meyarı ilə aparılmalıdır. 

- Bildiyimizə görə, siz ümumilikdə dəyişikliklərlə bağlı əksər təklifləri təqdir etsəniz də, parlamentə  aid təşəbbüsləri bölüşmürsünüz. Dəyişikliklərdən sonrakı Milli Məclisi necə təsəvvür edirsiniz? 

- Haqlısınız, bu məsələdə mən də ölkənin təhlükəsizliyi və beynəlxalq güclərin planlaşdırdığı xaosun önlənməsi baxımından bu dəyişiklilərin əksər hissəsini yerində hesab edirəm. Ancaq iki müddəa var ki, bunların gələcəkdə ciddi problemləri də özü ilə gətirəcəyini istisna etmirəm. Ona görə də bu iki məsələ üzərində indidən dəqiqləşdirmə zəruridir ki, sabah yaranacaq narahatçılığın qarşısı alına bilsin. Birincisi, sosial ədalət prinsipini əsas götürərək torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması, ikincisi isə etik qaydaları pozduğuna görə deputat mandatından məhrum edilmə tələbinin qoyulmasıdır. Bilindiyi kimi, sosial ədalət anlayışı olduqca mücərrəddir və istənilən məhdudlaşdırma aktını bu prinsip üzərindən tətbiq etmək rahat bir işdir. Onsuz da bizdə dövlət ehtiyacı üçün mülkiyyətin kompensasiyası ödənilməklə özgəninkiləşdirilə bilməsi mümkündür. Burada isə kompensasiyadan ümumiyyətlə söhbət getmir və bu halda kimsə torpağa əminliklə kapital yatırmağa, güclü infrastruktur qurmağa maraqlı olmayacaq. Necə olsa, bir gün kimsə, sosial ədalət adlanan kabusla bunu onun əlindən ala bilər düşüncəsi hər zaman fermeri və ya torpaq sahibini rahatsız edəcək. Mülkiyyətə münasibətdə sosial ədalət meyar olaraq götürülərsə, o zaman kimin iki evi varsa, biri alınıb evi olmayana verilməlidir. Maşın, bağ, obyektlər də eləcə. Bu isə xüsusi mülkiyyətçilikdən imtina demək olardı, yəni yenidən sosializmə dönüş kimi bir vəziyyət. Məncə, burada sosial ədalətin dəqiq açılışı verilməlidir ki, torpaq mükliyyətçisinin hüquqlarının məhdudlaşdırılması durumunda qanunun sui-istidadəsi baş verməsin. 
İkinci məsələ isə parlament demokratiyasına ciddi ziyan vura bilər. Prosedurla, gündəlik məsələlərlə bağlı hər hansı mübahisə etik qaydaların pozulması kimi təfsir oluna və deputatın hüququ subyektiv qərarlarla pozula bilər. Məmurun etik qaydaları var və bu dəyişiklik hakimiyyətin ayrıca müstəqil qolu olan parlamentin üzvünü dövlət məmuru kimi idari tabeçiliyə bağlayacaq. Onsuz da indiki qanunvericilikdə etik qaydaların pozulmasına görə deputat üçün intizam məsuliyyəti var və deputatın mandatdan məhrum olunması normasının törədilən cinayət əməlinə görə tətbiqi yetərli sayıla bilər. Etik qaydaların pozulmasına görə deputat mandatından məhrum edilmə, artıq danışmağın riskli olduğu, mübahisənin, gərgin müzakirələrin məhdudlaşacağı bir parlament deməkdir. Ona görə də burada da etik qaydaların pozulmasının dəqiq açılışı olmalıdır ki, sonralar müəyyən anlaşılmazlıqlar ortaya çıxmasın. 

“Devalvasiya ocağında hələ də kül qalıb, bu, o deməkdir ki, yatıb-durub manatın bir də nokauta düşməsini görə bilərik”


- Referendumdan sonra növbədənkənar parlament və ya prezident seçkiləri keçirilə bilərmi?

- Güman etmirəm. Üç il öncə prezident seçkiləri keçirilib və  2018-ci ilə də cəmi iki il qalır. Elə bir seçkiyə hazırlıq bir il çəkirsə, çox güman ki, prezident seçkiləri öz vaxtında keçiriləcək. Növbədənkənar parlament seçkilərinin də keçirilməsi üçün ciddi bir situasiya və ya qanunvericilik tələbi yaranmayıb. Əgər bu dəyişikliklərdə Milli Məclisin statusunda və ya qanunverici hakimiyyətin funksional fəaliyyətindəki yeniləşmələr olsaydı, o zaman bəlkə də bu barədə müzakirə açmaq olardı. Burada daha çox ali icra hakimiyyətinin strukturunun təkmilləşdirilməsi və insan haqları ilə bağlı müddəaların dəqiqləşdirilməsi ağırlıq qazandığına görə, indiki məqamda  növbədənkənar parlament seçkilərinin yenidən keçirilməsi zərurəti yaranmır.

- Fazil bəy, ölkədə  elektrik enerjisinin qiymətinin qaldırılmasından sonra digər sahələrdə də qiymət artımının qaçılmaz olduğu deyilir. Yeni devalvasiya təhlükəsi də real sayılır. Hökumətin davranışları situasiyaya adekvatdırmı? Siz indiki durumdan çıxış yolunu necə görürsünüz?

- Qiymətlərin artımı hər zaman baş verə bilər və bu, təkcə iç siyasətlə bağlı məsələ deyil. Dünya bazarında neftin qiymətinin yuxarı-aşağı oynamasının bütün sahələrə neçə təsir etdiyinin hamımız yaşadığımız günlərdə şahidiyik. Devalvasiya ocağında hələ də kül qalıb, bu o deməkdir ki, yatıb - durub manatın bir də nokauta düşməsini görə bilərik. Burada çıxış yolu yoxdur, artıq qalmalı olduğumuz yerdən çoxdan çıxmışıq, indi qarşımızda sadəcə islahatlara giriş yolu var: istehsalın, emalın stimullaşdırılması, bir də inhisarçılığın, verginin əzə bilmədiyi təşəbbüskar iş adamı. Bu yola girəcəyikmi, bunu bilmirəm. Girəriksə, qısa zamanda Azərbaycanlı sahibkarın iqtisadi zəkasına güvəndiyimə görə, işlərin qaydaya düşəcəyini rahatlıqla söyləyə bilərəm.  

- Fazil bəy, 15 iyuldakı çevriliş cəhdindən sonra Türkiyənin hansı istiqamətə gedəcəyi ilə bağlı ziddiyyətli yanaşmalar var. Sizin gözləntiləriniz maraqlıdır, qardaş ölkədə demokratik ənənələrin, dünyəviliyin arxa plana keçəcəyi barədə iddiaları bölüşmək olarmı, yoxsa bu, mümkünsüzdür?

- Çevriliş cəhdinin qarşısının alınmasına görə həqiqətən böyük  sevinc hissi keçirdim. Bizlərin Türkiyə ilə bağlı həssaslığımıza bəzən qəribə baxanlar olur. Ancaq bəzən özümüzü bir Türkiyə vətəndaşı qədər Türkiyəyə bağlı hiss edirik, Azərbaycan qədər içimizdə Türkiyəyə də sevgi daşıdığımızı büruzə veririk. Səbəb yalnızca duyğularla, qanla, dillə bağlı deyil, ən başlıcası, gələcəyin reveransı ilə bağlıdır. Yəni enində-sonunda biz Türkiyə ilə eyni şamın işığında dünya turuna çıxacağıq. Bu səbəbdən də orada nə yaşanır, nə qurulur, kim yıxılır, kim durur- bunlar dərhal bizim maraq dairəmizə izinsiz girə bilir. Türkiyəni səthi bilənlər üçün hər dəfə təkrarlanan bir tezis-təhlükə var: bu dinçilər əvvəl-axır Atatürk Türkiyəsinin yerinə bir şəriət dövləti quracaqlar. Halbuki, Türkiyə cəmiyyətinin altyapısında, inanclı bazisin böyük əksəriyyətində modern cumhuriyyətin alternativi təsəvvürə belə gətirilmir. Ona görə də belə bir narahatçılıq əsl həqiqətdə yoxdur və olması da mümkün görünmür. Əslində Türkiyədəki ən ciddi təhlükə siyasətin hüququ yönləndirməsi tendensiyasıdır. Bu, Türkiyənin hüquqi dövlət modelinin formalaşmasını xeyli ləngidə bilər.    

- Fazil bəy, yay tətilində Azərbaycanda ən çox danışılan mövzulardan biri də turizmin vəziyyətidir. Yenə də dənizin hasarlı, çimərliklərin pullu, xidmətin aşağı, qiymətlərin baha olmasından danışırıq. Nazir Əbülfəz Qarayev isə pulsuz çimərliyin anonsunu verdi. Gürcüstan bu sahədə Azərbaycanı dəfələrlə geridə qoyub. Siz vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün nələri təklif edirsiniz? Nədən, haradan başlamalı? 

- Sonuncu sualdan da başlayaq. Rodenin məşhur “Mütəfəkkir” heykəli var. Deyirlər bunu necə yaratdın, cavab verir ki, çox sadə. Daşı götürdüm, üzərində nə artıq şey var yonub çıxatdım, oldu bir mütəfəkkir heykəli. Yəni turizmə zərərli sayılacaq hər şeyi yonub çıxarmalı, sağlam rəqabət yaratmalı, turisti girişdən-çıxışa qədər adam kimi  qarşılayıb yola salmalı, adam kimi xidmət göstərməli, soymamalı, soyundurmamalı, rüşvət tələb etməməli, qiymətləri cibinə mütənasib etməli, turizm obyektlərinin vergi yükünü azaltmalı ki, o da bu yükün böyük hissəsini turistin belinə yekləməsin. Qaldı çimərliyə, pullu da ola bilər, pulsuz da. Pulsuz üçün mütləq bələdiyyə qurumları inkişaf etməlidir ki, insanlara əlçatan xidmət göstərsinlər. Pullu çimərliklərdə də ancaq alacaqlarını bilirlər, verəcəklərini dərhal unudurlar. Maşın saxlama 2 manat, duş 1 manat, “besedka” 10 manat,  çay 3 manat. Bircə adamdan dəniz pul istəmir. Hasarlama isə artıq Nuh əyyamının söhbətidir, bu məsələni qanunvericilik yox, ancaq Nuhun tufanı çözə bilər. Ləhiş bağlarındakı evimdən dənizə gedərkən baxıram ki, dənizə çıxışımızı hasarlayıb, bir dənə sadəcə, pişik yolu qoyublar. Anlayırsan ki, bu yolkəsən zehniyyətdə olanlar insanları pişik boyda görürlər. Ümidimiz pişik boyda turistlərə qalıb ki, heç olmazsa bu yollarla dənizə qədər birtəhər gedib çıxa bilərlər.  

“Növbədənkənar parlament və ya prezident seçkiləri üçün ciddi bir situasiya və ya qanunvericilik tələbi yaranmayıb”

- Çimərlik mövsümü başlanandan dənizdə  boğulanların sayı artmaqda davam edir. Bir tərəfdən də yol qəzalarında həlak olanların statistikası dəhşət saçır. Cəmiyyət mütəxəssisləri bu vəziyyətlə əlaqədar nə etməlidir? Biz niyə kütləvi şəkildə yollarda ölür, sularda batırıq sualına cavabınız və çıxış yolu olaraq təklifiniz varmı?

-  Hər gün Aralıq dənizində Avropaya axın edən onlarla miqrant boğulur. Bizdə iki aylıq çimərlik mövsümündə boğulanların sayını hər halda o miqrantlarla müqayisə etməyimiz maraqlı olmaz. Yəni onlar həyat axtararkən batırlar, bizlər istirahət edərkən. Demək ki, içkili vəziyyətdə, üzməyi bilmədən, dalğalı şəraitdə dənizə girməmək tələblərinə əməl etmək vacibdir. Burada mütəxəssis nə deyəcək? Xilasedici durub, aradabir motorlu qayığı ilə yanından keçib, ehtiyatlı olmağa çağırır, bundan o tərəfə nə edə bilər? Yol infrastrukturu təkmilləşdiriləndən sonra yol qəzalarının da sayı azalan istiqamətdədir. Əsas olan yol mədəniyyətini bütün sürücülərin anlamasıdır. Bu isə sistemli təbliğatdan keçir. Əslində bizim kütləvi şəkildə öldüyümüz yer onkoloji xəstəxanalardır. Bu xəstəlikdən əziyyət çəkən zənginlərimiz xaricdə, yoxsullarımız isə Bakıda xəstəxanalarda növbələrdə bir-birinin üzərinə dırmaşırlar. Bu qidanın, bu ekologiyanın, bu siqaretin və içkinin və nəhayət, bu tibbi təhsilin fəsadlarının nəticəsində kütləvi şəkildə bu cür xəstəliklərdə yaşayan bir cəmiyyətə çevrilirik.  (musavat.com)
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir