Qarabağ üçün böyük fürsət ayı ”“Yeni şans pəncərəsi...
Oxunub: 5713
25 Jul 2016 | 10:54
Qarabağ üçün böyük fürsət ayı  ”“Yeni şans pəncərəsi...

Bu gün Türkiyənin hökumət nümayəndə heyəti Moskvaya səfər edəcək. Xəbər verildiyi kimi, nümayəndə heyətinə baş nazirin müavini Nurəddin Canikli başçılıq edəcək. Baş nazirin müavini ilə yanaşı, Rusiya paytaxtına iqtisadiyyat, energetika və turizm nazirləri də gələcək. İki günlük səfər çərçivəsində iki ölkə nazirləri arasında enerji məsələlərinə dair ayrıca görüş keçiriləcək.

Bu səfər Rusiya-Türkiyə barışığından sonra gerçəkləşəcək ilk və böyük ziyarət olacaq və sözsüz ki, “Su 24" insidentinə görə zədələnmiş ikitərəfli iqtisadi, ticari və energetik əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldıracaq - hansı ki, bu həm Türkiyə, həm də Rusiya üçün olduqca vacibdir.

Türkiyəli nazirlərin səfərindən az sonra isə prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya yollanacaq. Avqustun ilk on günlüyündə baş tutacaq bu səfər zamanı Ərdoğan böyük fasilədən sonra ilk dəfə rusiyalı həmkarı Vladimir Putinlə bir araya gələcək. Türkiyədəki uğursuz hərbi çevrilişdən sonraya təsadüf edəcək bu ilk xarici səfər, özü də məhz Rusiyaya ediləcək ilk xarici səfər xüsusi diqqətdə olacaq və sözsüz ki, nazirlərin ziyarətinin ardınca ikitərəfli münasibətləri bir qədər də yüksək səviyyəyə qaldıracaq. 


Yeri gəlmişkən, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bu arada bildirib ki, Rusiya çevrilişə cəhd zamanı Türkiyə demokratiyasına ən çox dəstək verən ölkələrdən biri olub. Bu da Ankaranın münasibətləri daha intensivləşdirməyə hazır olması barədə Kremlə ünvanlı növbəti mühüm reveransı sayıla bilər. 

***



Ərdoğan-Putin görüşünün mümkün gündəliyinə gəlincə,  Türkiyədəki Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun prezidenti Mehmet Emin Erend hesab edir ki, görüşdə hərbi çevriliş cəhdi ilə bağlı müzakirə ediləcək mövzuların siyahısı daha geniş olacaq.
“Əvvəla, Ərdoğan FETÖ terror təşkilatı üzvlərinin Rusiya ərazisində olması və onların Türkiyəyə ekstradisiyası məsələsini qaldıracaq. Bundan əlavə, Suriya məsələsində prezidentlər ortaq məxrəcə gəlib birgə hərəkət planı işləməyə çalışacaqlar. İstisna deyil ki, son hadisələr fonunda, o cümlədən Kremlin ideoloqlarından biri, Avrasiya ideyasının müəllifi Aleksandr Duqinin Türkiyə səfərindən sonra Ankara-Moskva münasibətləri inkişaf edəcək ki, bu da müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə təkan olacaq” - ekspert qeyd edib.


Onun sözlərinə görə, müzakirəyə çıxarılacaq mühüm məsələlərdən biri də Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük məsələsi ola bilər. “Bəllidir ki, uğursuz çevriliş cəhdindən sonra ABŞ-ın dövlət katibi Con Kerri Türkiyədə kütləvi həbslərdən narahat olduğunu bildirib və Ankaranı demokratik prinsiplərə əməl etməyə çağırıb. Əks halda, hədələyərək bildirib ki, Türkiyə demokratik prinsipləri pozduğu üçün NATO-dakı üzvlükdən məhrum ola bilər. Türkiyə isə buna cavab olaraq yenidən ŞƏT-ə üzvlük məsələsini qaldırır” - analitik bildirib.

***

Sözsüz ki, Ərdoğan-Putin görüşü Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır və ölkəmizə təsirsiz ötüşməyəcək. Çünki Türkiyə bizim təbii-strateji müttəfiqimizdirsə, Rusiya bizə strateji tərəfdaş ölkədir. Üstəlik, son zamanlar bu iki ölkənin Qarabağ məsələsində konstruktiv əməkdaşlığa başlayacağı haqda intensiv məlumatlar yayılmaqdadır. 
Bu xüsusda avqust təması Qarabağ mövzusu üçün də prinsipial əhəmiyyət kəsb edir. Hər necə olmasa, Ankara-Moskva əməkdaşlığının daha da dərinləşməsi bu konfliktin həlli üçün zəruri olan pozitiv atmosferi və əməkdaşlıq bazasını gücləndirəcək. Ərdoğan-Putin görüşündən az sonra isə avqustda Əliyev-Sərkisyan görüşü planlaşdırılır.  

 
“Ankara və Moskva arasındakı gərginlik Türkiyənin regiona təsirlərinə mənfi təsir göstərirdi”. Bu sözləri Axar. az-a açıqlamasında politoloq Rasim Musabəyov deyib. O da Ankara-Moskva barışmasının regiondakı proseslərə, xüsusilə Qarabağ məsələsinə müsbət təsirini real sayır: “İki ölkə arasında münasibətlər yaxşı olduğu halda Rusiya, o cümlədən Türkiyə ilə danışıqlar aparılaraq Qarabağ prosesinə təsir imkanları genişləndirilir. Ona görə də Ankara-Moskva münasibətlərinin yaxşılaşmasını alqışlamaq lazımdır. Ancaq bu, bilavasitə Türkiyənin Qarabağ probleminin həllində vasitəçilik etməsinə gətirib çıxarmayacaq. Azı ona görə ki, Türkiyənin Ermənistanla öz problemləri var, üstəlik, heç diplomatik əlaqələri də yoxdur. Ancaq burada daha vacib və çox önəmli bir məqam - Türkiyənin Rusiya ilə Qarabağ münaqişəsi ilə əlaqədar çox ciddi danışıqlar aparmaq imkanı əldə etməsidir”.

***

Rusiyalı politoloq Yevgeni Mixaylov da proseslərin iki ölkə üçün pozitiv planda inkişafını mümkün sayır. 15 iyul hərbi çevriliş cəhdinin motivinə toxunan ekspert deyib: “Öncə ondan danışmaq lazımdır ki, Rusiya-Türkiyə əlaqələrinin bərpası kimə sərf etmirdi? Birmənalı şəkildə - ABŞ-a. Əgər bununla Ərdoğan orduda gülənçilərdən xilas olmağı bacarsa, o zaman baş verənlərin hamısı Ərdoğan üçün ağrılı, lakin zəruri təmizlənmə sayıla bilər”.

Politoloqun fikrincə, Ərdoğan artıq Rusiya bazarlarsız Türkiyə iqtisadiyyatının nə demək olduğunu sınaqdan çıxarıb. “Bu peyvənd indi ona uzun müddət üçün bəs edəcək. Müvafiq surətdə Rusiya ilə Türkiyənin yaxınlaşması da davam edəcək ki, bu da yekunda geniş miqyaslı müttəfiqlik müqaviləsinin imzalanmasına gətirə bilər” - analitik sonda əlavə edib.

***


Türkiyədəki solyönlü Vətən Partiyasının sədri Doğu Perinçəkin də bu mövzuda fikirləri maraqlıdır. 15 iyul hadisəsini Amerikanın tipik hərbi çevriliş cəhdinə bənzədən siyasətçinin sözlərinə görə, iyulun 15-i həm də Türkiyə üçün ikinci istiqlal savaşıdır.

“FETÖ-nün uğursuz hərbi çevriliş cəhdi ilə ABŞ-ın Türkiyədəki 60 illik hərbi xunta proyekti rəsmən çökdü. ABŞ-ın torpaqlarımızda Kürdüstan adı altında ikinci İsrail yaratmaq cəhdi ağır zərbəyə məruz qalıb. Artıq heç kim PKK-nı basdırıldığı xəndəklərdən çıxarda bilməz. Əgər bu çevriliş cəhdindən sonra Türkiyə Silahlı Qüvvələrinin etibarına zərər vurulsa, bu, Türkiyə üçün ağır nəticələrə səbəb olacaq”  - partiya sədri qeyd edib. 


Siyasətçinin əminliyinə görə, əgər çevriliş cəhdi uğurlu olsaydı, Türkiyə xəritəsi yenidən formalaşdırılacaqdı. “Türkiyə artıq mövqelərini dəyişir. NATO-nu Türkiyə parçalayacaq. Biz buradan ayrılıb, Asiyaya doğru gedirik. Bizim birinci ticarət ortağımız Rusiya, ikincisi isə Çindir. Enerjini İraq, İran, Azərbaycan və Rusiyadan alırıq. Biz onsuz da çoxdan asiyalı olmuşuq. Artıq Qərbə bağlanan halqalar qırılır”.

*** 

Sadalanan rəy və fikirlər belə bir ehtimalı gücləndirir ki, avqust ayı təkcə Türkiyə-Rusiya və Türkiyə-Qərb münasibətləri üçün deyil, Qarabağ məsələsi üçün də dönüş anı kimi tarixə düşə bilər. Gələn ay “Müharibə, yoxsa sülh” dilemmasına xeyli dərəcədə aydınlıq gətiriləcəyini gözləməyə dəyər. (musavat.com)

Oxşar xəbərlər
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 16:50
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:46
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
24 Apr 2024 | 16:44
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
24 Apr 2024 | 16:40
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:36
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
GÜNLÜK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb