"Barmağının arasından baxanda Kəbəni gördüm"
Oxunub: 6868
25 Jul 2016 | 15:54
Azərbaycanda sufiliyin  yayılması 

İslam dininin yarandığı ilk vaxtlarda meydana gələn sufilik cərəyanının əsas dayağı nəqşibənlik olmuşdur. Orta əsrlərdə nəqşibəndilik məktəbi Azərbaycanda da yaranmağa başlamışdır. Tarixi mənbələrdə bu məktəbin yaradıcısı olaraq XIII əsrdə yaşamış Əf-şar Babanın adı çəkilir. XV əsrdə isə, böyük ustad Nemətullah Naxçıvani Azərbaycanda nəqşibəndliyin daha da inkişaf edib yayılmasında böyük xidmətlər göstərmişdir.

Onlardan sonra da Azərbaycanda sufilik məktəbini davam etdirən böyük mütəfəkkirlər yetişmişlər. Bu araşdırmamızda belə mütəfəkkirlərdən bir neçəsinin həyat və fəaliyyətini öyrənəcəyik.
Nəqşibəndiyyə məktəbinə mənsub azərbaycanlı sufilərdən biri də 1514-cü ildə Təbrizdə anadan olmuş Əbu Səid ibn Sunullahdır.

XVI əsrdən başlayaraq dövlət rəhbərlərinin və mollaların çoxsaylı təzyiqləri səbəbindən bir çox sufi mütəfəkkirləri Azərbaycanı tərk edərək Hindistan, Anadolu, Misir, Türküstan kimi bölgələrdə məskunlaşmışlar. Bu da öz növbəsində Azərbaycanda təsəvvüfün zəifləməsinə səbəb olmuşdur.

XIX əsrdə Kürdəmirli Mövlanə İsmayıl Şirvaninin Bağdaddan Kürdəmirə qayıtması ilə Azərbaycanın təsəvvüf tarixində önəmli bir mərhələ başlamışdır. Belə ki, 1817-ci ildə ustadı Mövlanə Xaliddən icazənamə alaraq Kürdəmirə gələn İsmayıl Şirvani nəqşibəndiliyi Qafqazda yayaraq, milli mübarizə ideologiyasının - müridizmin formalaşmasında əsas rol oynamışdır.

Mövlanə İsmayıl Siracəddin əl-Kürdəmiri əş-Şirvani 1782/83-cü illərdə Şirvan xanlığının Bölükət mahalının Kürdəmir kəndində anadan olmuşdur. Bəzi mənbələrdə atasının adının Şeyx Ənvər Şirvani olduğu bildirilir.

İsmayıl Şirvani ilk təhsilini Şamaxıda Məhəmməd Nuri Əfəndidən almışdır. 1800-cü ildə Ərzincana gedərək, dövrünün məşhur alimlərindən olan Övliyazadə Əbdürrəhman Əfəndidən bir neçə il təhsil alaraq oradan Toqata gedir və bir neçə il də burada elmi bi-liklərini təkmilləşdirir.

İsmayıl Şirvani Bağdadda Şeyx Yəhya Mərvəzi əl-İmadidən hədis elmini, Molla Məhəmməd ibn Adəmdən hikəmiyyə elmini öyrənir. 1805-ci ildə Burdura gələrək fiqh elmindən dərs alır və 1806-cı ildə vətəninə qayıdır. Burada yeddi il elmi biliklərin tədrisi ilə məşğul olduqdan sonra Həcc ziyarətinə gedir.

İsmayıl Şirvani mənəvi elmlərdə yüksələrək, kamillik məqamına yetişmək üçün kamil bir mürşid - övliya axtarır, bu mürşidə bağlanmaq istəyirdi. Odur ki, zamanın ən məşhur vəlilərindən, feyz mənbəyi, nəqşibəndi Şeyx Abdullah əd-Dəhləvi həzrətlərinə mürid olmaq üçün Hindistana yola düşür. Bəsrəyə çatanda, Abdullah əd-Dəhləvidən mənəvi işarə aldı: "Sənin Şeyx Xalidlə sirlərin var, onu təqib edəcəksən". Odur ki, yarı yoldan qayıdaraq Bağdada ”“ Mövlanə Xalidin məqamına gedərək, ondan zahiri və batini elmləri öyrənməyə başladı (Mövlanə Xalid özü də Abdullah əd-Dəhləvidən dərs almışdı). 


İsmayıl Siracəddin elmdə və təsəvvüf məktəblərində kamal dərəcəsinə çatdıqdan sonra, ona tələbə yetişdirmək üçün icazənamə vermişdir. Qeyd edim ki, Mövlanə Xalid özünün on minlərlə müridindən yalnız bir neçəsinə icazənamə vermişdir ki, onlardan da biri kürdəmirli İsmayıl Şirvanidir. 1821-ci ildə verilən və hazırda Amasiyadakı türbəsinin divarından asılan ərəbcə yazılmış bu icazənamənin tərcüməsi belədir:

"Həmd sadəcə Allaha məxsusdur. Salavat və salam vəhyinə seçdiyi Həzrəti Məhəmmədə (s.ə.s.), onun davamçılarına və səhabəsinə olsun.

Bundan sonra Allahın xəlifəsi olaraq şəfqətli, sadiq dost, alim, fazil, ariflərin və fəzilətlilərin mənbəyi, sədatı-təriqi-nəqşibəndiyyənin əmri ilə qüvvətləndirilmiş qardaşım, sevdiyimiz, uca və kərəmli Hacı İsmayıl Əfəndiyə icazə verdim. Allah-təala bərəkətini, dərəcələrini və hallarını artırsın, tələbələrinə feyzlərini yağdırsın. Ona nəqşibəndiyyə təriqətində irşad, zikr və tövhid təlqini ilə, taliblərə nəzərinin təsirini, nurları müəyyən etməkdəki və pərdələri qaldırmaqdakı iqtidarını təcrübə etdikdən sonra icazə verdim. Bu icazəni silsileyi-aliyyənin böyüklərindən aldığım müsaidə və peyğəmbərin sünnəsi üzərinə istixarədən sonra verdim.

Övliyanın yoluna təşəbbüs edən hər kəs onun söhbətini qənimət bilsin...
Ona Quran müəllimlərinə, fiqh alimlərinə, sufilərə hörmət etməyi, qəlb səlaməti, nəfs səmahəti, comərdlik, gülərüzlük, əziyyət verməkdən çəkinmək, qardaşların qüsurlarını əfv etmək, böyüklərə və kiçiklərə nəsihət, düşmənlikləri tərk etmək, tamahı tərk etmək, ehtiyacının yerinə yetiriləcəyi xüsusunda Allaha etimad etməyi (Allah özünə etimad edənləri darda qoymaz) vəsiyyət edirəm. Qurtuluşun ancaq doğruluqda olduğundan əsla ayrılmamaq və Allaha vasil olmaq ki, bu ancaq Həzrəti Məhəmmməd əleyhissəlama tabe olmaqdır. Özünün heç kimsədən daha üstün olduğunu zənn etməyib, öz nəfsini hər kəsdən aşağı görsün. Əleyhində danışmağı davam edəni və həsəd edəni Allaha həvalə etsin. Başına gələn şəri qeyrəti ilə dəf etməyə çalışmasın. Bu təriqəti ”“ Aliyənin şeyxləri dağlar kimi hümmətləri ilə sənə yetişəcəklər. Əgər istərsə, Allah-təalanın qüdrəti ilə fəsadı o anda maddi olaraq bağlarlar.
Bəndələrinin sayısınca, razı olduğu nəfslər ədədincə, ərşinin zinəti və kəlmələrinin mürəkkəbləri sayınca Allahın salavat və salamı yenə Nəbiyyi-Ümmisi Məhəmmədin özünün və davamçılarının üzərinə olsun.

Aləmlərin Rəbbinə həmd olsun.
Mən fəqir və misgin Xalid ən Nəqşibəndi, əl Mücəddidi.
Mövlayi-Kərimin böyük fəzlinə yetişmiş.
Möhrü -Şərif:
əl-Xalidi
ən-Nəqşibəndi
əl-Mücəddidi
əl-Qadiri
əl-Kübrəvi
əs-Sührəverdi
əl-Çişti.


Bu cür icazənamələr təriqətin sağlam əsaslar vasitəsi ilə davam etməsi, yalançı şeyxlərin meydana çıxmasının qarşısının alınması, ən başlıcası isə, o şəxsin mürşidliyə layiq olduğunu sübut etməsi baxımından əhəmiyyətli sənəddir.

İsmayıl Şirvaniyə bu icazənamə hansı xüsusiyyətlərinə görə verilmişdir? Bu suala icazənamənin mətnində cavab tapmaq olur: “taliblərə nəzərinin təsirini, nurları müəyyən etməkdəki və pərdələri qaldırmaqdakı iqtidarını təcrübə etdikdən sonra icazə verdim”. Deməli, Mövlanə Xalid şeyxlərə, mürşidlərə məxsus xüsusiyyətləri (batini elmlə sirlər üzərindən pərdələri qaldırmaq, nurları müəyyən etmək və s.) onda görmüş, təcrübədən keçirmiş və bundan sonra icazənamə vermişdir.


İsmayıl Şirvani Mövlanə Xaliddən aldığı icazənamə ilə Şirvanda nəqşibəndiyyə məktəbini təlim edən ilk şeyxdir. Onun təlimi sufiliyi, dünya malından çəkinməyi, özünü tamamilə Allaha həsr etməyi təbliğ edirdi.

Mövlanə İsmayıl Şirvaninin təlimi, imanı və kəramətləri haqqında xəbərlər bütün Qafqaza yayıldı. Onun yanına qonşu kənd və obalardan, Zərdabdan, İlisudan, Dağıstandan müridlər toplaşmağa başladı. Bu müridlər içərisində Kürdəmirdən Hacı Mahmud Baba, Dağıstandan Molla Məhəmməd Yaraqlı, Xas Məhəmməd, Şeyx Şamil, Qarasubasar mahalının Zərdab kəndindən Hacı Əhməd Əfəndi, Qaracallıdan Hacı Abdı Əfəndi, Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndindən Mir Həmzə Seyid Nigari kimi tanınmış şəxslər vardı. Mövlanənin təlimi sayəsində bu müridlər sonralar övliyalıq səviyyəsinə qədər yüksəlmiş və xalq tərəfindən sevilən şəxsiyyətlər olmaqla bərabər, hər birinin çoxlu sayda müridləri olmuşdur.

Qalagahlı İbrahim Əfəndi Nənqşibəndi Şeyxi Mövlanə Hacı İsmayıl Əfəndiyə intisab etməsini belə xatırlayır:

“Gəl əvvəl başdan söyləyim ki, bu övliyalıq elmi (nəqşibəndilik ”“ müəllif.) tamam yer üzərindən götürülmüşdü. Ancaq alimlik (fiqh elmi) var idi bizim dövrümüzdə. Biz fəqirlər bu elmlə məşğul idik. Eşidirdik ki, Şirvana övliyalar gəlib-gedirlər. Sonra haqlıq ilə Mövlanə Hacı İsmayıl Şirvani (Allah ondan razı olsun) Kürdəmirə gəldi, sakin oldu və bir para müxlis adamlara özü xəbər göndərdi ki, “buraya gəlin”. Bir də Diyallı Məhəmmədə. Ona da elan etdi ki, “bir buraya, mənim yanıma gəl!” O, cavabında dedi: “Səndən irəli çox adamlara getdik, bir şey hasil olmadı”. Mövlanə qurbanolduğum cavabında dedi ki, bu da onların birisi olsun. Xəlilli Molla Məhəmməd öz dilindən söylədi ki, “Mən görə-görə Diyallı Məhəmməd Əfəndi mərhum Hacı İsmayılın yanına getdi-gəldi. Mən ondan xəbər aldım ki, nə gördün? Buyurdu ki, “Mən gedən vaxtda Mövlanəni (İsmayıl Şirvanini) məscid qabağında əyləşmiş və yemişan ağacına söykənmiş gördüm. Mənə dedi: “Dəstamazın yoxdursa dəstamaz al”. Cavabında dedim ki, dəstəmazım var. Buyurdu: “Üzü qibləyə mənim yanımda əyləş və gözünü yum”. Mən də o təhər ki, buyurmuşdu, əyləşdim. “Boş dur” - dedi. Yəni, qəm və qüssə qəlbinə gətirmə. Mən də boş durdum, nagah ustadım Şeyx Məhəmməd Cekli kömürdən qara qabağımda durdu. Mən ağladım. Çünki ustadımdır deyə. Sonra dedi: “Ağlama, onda heç nə yoxdur”. 

Bu vaxt qəlbimdə fikirləşdim ki, əgər Məkkə və Mədinəni mənə müayinə (aşkar) göstərsə, gerçək övliyadır, yoxsa yox. Elə fikirləşən kimi tələbim hasil oldu. Yəni, sağ əlinin iki barmağını aralayaraq, buradan bax dedi. Mən baxdıqda bu şəhərlər göründü. Sonra buyurdu: “Get, daha gəlmə”. 
Mövlanənin ki, haqlığı bilindi, xalq Hacı Məhəmməd Səid Əfəndini vəkil edib, onun qulluğuna göndərdilər. O, Mövlanəyə dedi: “Adamlar sənə salam göndərdilər, dedilər ki, eşitmişik bəy həqq təriqət gətiribdir. Necə olsun gərək?”

O da dedi ki, “Bu haqq təriqət hər adamın işi deyildir. Neyçün ki, uzun işdir”. 

Məhəmməd Səid Əfəndi dedi: “Bəs biz zəlalətdə qalaq? Bizə bir çarə”.

Buyurdu: “Doğrudur, zəlalətdə qalmaq olmaz”. 

Biz fəqirlər uzaqdan baxırıq ki, yanına gəlib, gedənlər qəbir əhlindən kəşflə xəbər verirlər. Onlardan xəbər aldıq: “Sizdə bu hal necə zahir oldu?” 

Onlar dedilər: “Bu yolda çox əziyyət çəkdik”. 

Soruşduq: “Heç bir adam buna taqət gətirə bilməzmi?” 

Dedilər: “Allah qismət etsə olar”.

Soruşduq: “Bəs necə edək ki, əhli əzab olmayaq?” 

Dedilər: “Mövlanəyə mürid olmaqla mümkündür”. 
(İbrahim əfəndinin arxivindən)

1813-cü ildə Rusiya ilə İran arasında Gülüstan müqaviləsi bağlandıqdan və Azərbaycan bu iki dövlət arasında bölündükdən sonra, Mövlanə və onun müridlərinə qarşı təzyiqlər başlandı. 1825-ci ildə Qafqaz canişini Yermolovun əmri ilə İsmayıl Şirvaninin iki müridi - Bölükənd mahalı Cəyli kəndlindən Hacı Məmməd Nəbi Əfəndi və Zərdablı molla Əhməd əfəndi Rusiyanın mərkəzi vilayətlərinə sürgün edildilər (sonralar molla Əhməd Əfəndi sürgündən qaçaraq, Türkiyədə şeyxinə yetişmiş və burada Hacı Əhməd Qiyasi Əfəndi Şirvani kimi tanınmışdır).

Bu hadisələrdən sonra Mövlanə İsmayıl Şirvani Kürdəmirin Şıxımlı kəndindən Türkiyənin Axıska vilayətinə, 1828-ci ildə isə, Amasiya şəhərinə köçdü. Bu zaman onu çoxlu sayda müridi müşayət edirdi.

İsmayıl Şirvani 1848-ci ildə vəba xəstəliyindən vəfat etdi. Amasiya yaxınlığındakı Şamlar qəbirstanlığında dəfn olundu. Hazırda qəbri üzərində 1869-cu ildə oğlu Ştirvanzadə Mehmet Rüşdi Paşa tərəfindən tikilən türbə və məscid kompleksi hələ də qalmaqdadır.

Mövlanə dünyasını dəyişəndə dörd oğlu, bir qızı qalmışdır ki, adları aşağıdakı kimidir:
1. Şirvanzadə Mehmet Rüşdi Paşa - 1828-ci ildə Amasiyada anadan olmuşdur. Müxtəlif illərdə Şam valisi, Suriya valisi, Maliyyə Naziri, Daxiliyyə Naziri, nəhayət Osmanlı sultanı Sultan Əbdüləzizin hakimiyyəti dövründə Baş Nazir vəzifəsinə qədər yüksəlmişdir.

2. Əbdülhəmid Əfəndi - Kürdəmirdə doğulmuş, 1846-cı ildə Amasiyada suda boğularaq ölmüşdür.

3. Əhməd Hülusi Əfəndi - 1833-cü ildə Şirvanda anadan olmuş, İstanbul qazisi vəzifəsinə qədər yüksəlmiş, 1888-ci ildə Amasiyada vəfat etmişdir.

4. Mustafa Nuri bəy ”“ 1844-cü ildə Amasiyada anadan olmuş, 1897-ci ildə vəfat edərək Fateh qəbristanlığında dəfn edilmişdir.

5. Hacı Şərifə Fatma xanım - Hacı İsa Ruhi Əfəndinin zövcəsi olmuşdur.
(ardı var) 


Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı


Qeyd: yazıda istifadə edilmiş şəkillər  Məhəmməd Məhəmmədcəlil və  Fariz Xəlillinin müəllifi olduqları - "Mövlanə İsmayıl Siracəddin Şirvani" kitabından götürülmüşdür. Bakı, "Adiloğlu" nəşriyyatı, 2003.


Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama