ABŞ, İndiana Ştatı, dünyaca məşhur İndiana Universiteti, universitetin konsert zalı. 24 iyul- isti yay günlərindən biri. Və havanın hərarətinə sərinlik qatan Azərbaycan musiqisi. Müxtəlif musiqi alətlərimizdə ifa edir Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə. Onu müşayət edirlər-professor Şahyar Danişgərin rəhbərlik etdiyibeynəlxalq “İpək yolu” ansamblının üzvləri- əslən iranazərbaycanlısı Şahyar Danişgər qavalda, milliyyətcə çinli Yeng İng pianoda, violonçeldə suriyalı xanım Aliyyə Əcəmoğlu, gitarada isə ispaniyalı sənətçi Tomas...
Abbasqulu Nəcəfzadə artıq bir həftədir ki, İndiana Universitetinin qonağıdır. Bir neçə gün öncə, iyulun 19-da Azərbaycan çalğı alətlərinə həsr olunan elmi seminarda mühazirə söyləyərkən amerikalı dinləyicilərin- universitetin professor-müəllim və tələbə heyətinin necə maraqla onu dinlədiklərinin kaş şahidi olaydınız. Bunu ustad dərsi də adlandırmaq olar. Çünki Abbasqulu müəllim musiqi alətlərimiz haqqında mühazirə söylədikcə, hər birində ayrılıqda ifa edir, balabanın, neyin, tütəyin, zurnanın, udun, kamançanın qədim Azərbaycan alətləri olduğunu tutarlı faktlarla sübut etməyə çalışırdı, nail olurdu da...
İyulun 23-də Ohaya ştatının
Kolumbos şəhərində, möhtəşəm konsert zalında ifası da uğurlu olmuşdu. Ştatın
müxtəlif şəhərlərindən musiqisevərlər axışıb gəlmişdilər. Konsertin sonunda
Kolumbos universitetinin professoru səhnəyə çıxaraq bu tədbirin davamlı
olmasının, Abbasqulu Nəcəfzadə ilə yenidən görüşmək arzusunda olduqlarını
bildirdi...
İndiana Universitetində
verdiyi konsertə də həmçinin, bu ştatın müxtəlif şəhərlərindən xeyli dinləyici
gəlmişdi. Lirik musiqilərimizə maraqla qulaq asan amerikalılar təsirləndiklərindən
gah göz yaşlarını boğa bilmir, şıdırığı hava çalınanda isə elə yerlərindəcə rəqs
etməkdən çəkinmirdilər. Bu münasibəti görən Abbasqulu Nəcəfzadə daha da
ruhlanır, sanki zövq alırdı. Necə deyərlər, hamı heyrət içində idi. Əslində,
İndiana Universitetində mükəmməl musiqi təhsili verildiyindən, buradakıları
heyrətləndirmək çox çətindir. Və bu heyrəti amerikalı tamaşaçılarda yaradan məhz
Abbasqulu Nəcəfzadənin ecazkar səsli çalğı alətlərində ifa etdiyi milli ruhlu təranələrimiz
oldu. Hətta Abbasqulu Nəcəfzadənin 2003-cü ildə nəşr olunmuş “Çalğı alətlərimiz”
kitabınınnüfuzlu İndiana Universitetinin nəşriyyatın da tezliklə ingiliscə nəşrinə qərar verildi”¦
Sənətşünaslıq üzrə elmlər doktoru,
professor Abbasqulu Nəcəfzadənin növbəti konserti iyulun 28-də Nyu York şəhərində olacaq.
Özüylə ABŞ-a Azərbaycan təravəti gətirən bu sənətkara yeni-yeni sənət uğurları diləyirik”¦
Elman
Eldaroğlu,
ABŞ,
İndiana