ADP sədri Sərdar Cəlaloğlu Qurani-Kərim, onun dərki, mənimsənilməsi üsulları, bu qavrayışın İslam dünyasına gətirəcəyi yeniliklər və s. ilə bağlı Moderator.az-a müsahibə verib. Həmin müsahibənin dördüncü hissəsini oxucuların diqqətinə çatdırırıq. (III hissə burada - //moderator.az/news/144339.html ).
-Niyə bu vaxta qədər bu cəhalətdən xilas olmamışıq?
-Iki cür büdpərəstlik
var. Bunlardan biri İslamdan kənarda olan büdpərəstlikdir. Tutaq ki, biri geddib
hansısa bir keçiyə və ya bir inəyə inanır. Bir də islamın daxilində olan büdpərəstlik
var. Allaha, peyğəmbərə, kitaba inanadan sonra ondan aşağı bir inanc sistemi
yaradılır. Imamətlik və ya səhabəlik sistemi... “Aşağıda” yaradılan bu sistem insnaların “yuxarıdakı”
sistemə keçməsinə mane olur. Məsələn, gəlin küçəyə çıxaq və istənilən şiədən 12
imam haqqında soruşaq. Onlar bu imamların adın da, həyatın da, tarixin də deyəcək.
Lakin onlaradan Quranın müəyyən bir ayəsini soruşun, onlar bunu bilməyəcək. Istənilən
şiə aliminə deyin ki, Quranın iki ayəsini eyni prinsiplə şərh elə, onlar bunu
bacarmayacaq. Ayələrin birində özünə lazım olanı bir məntiqlə izah edəcək, başqa ayədə özünə gərəkli olan başqa məntiqlə
izah edəcək.
Sünni alimləri və onların
yanaşması da insanların doğru yolla getməsini təmin etmir. Bunun ən böyük təsdiqi
məallardır. Sünnilərin məalları ilə şiələrin məallarını oxuyan və İslam haqında
heç bir məlumatı olmayan insana elə gələcək ki, iki dənə Quran var. Bunların birini
sünnilər əsas götürür. Buna sünni məalı deyirlər. Digəri isə şiələr əsas
götürür və buna şiə məalı deyilir. Məal istiqamət vermək deməkdir. Məsələn, şiələr
hər hansı bir ayəyə məal verərək deyir ki, bu, peyəmbərin qızına, bu, özünə, bu
nəslinə aiddir və s. Sünnilər isə məallarla ayələri belə yozur ki, bu, səhabələrə
aiddir, bu peyğəmbərin sünnətinə aiddir və s. Halbuki, nə o məal, nə də bu məal
düz deyil. Quranın özü düzdür. Buna görə də Qurani-Kərimi anlamaq istəyən insan
məaldan imtina etməlidir.
-Dediklərinizdən belə anlaşılır ki, məal insanları
yanlış yönləndirməkdən başqa heç nəyə
xidmət etmir?
-Bəli. Məal Quranın yolunu
bağlayan bir üsuldur. Necə ki, insanları məscidə getməyə, namaz qılmağa
qoymarsınız, dinə gələnlərin yolunu bağlayarsınız, müsəlmanların da İslama gəlməsinin
yolunu bağlayan Quranın məallarıdır. Quranı dərk etməyə imkan verməyən Quranın
məallardır. Quranın məalları yığışdırılmayana qədər müsəlmanlar heç vaxt İslama
gəlməyəcək. Təriqət və məzhəblər heç vaxt aradan qaldırılmayacaq. Təriqət və məzhəblər
aradan qaldırılmayana qədər müsəlmanlar cəhalətdə olacaq, təfriqə içində
olacaqlar. Çünki təfriqənin səbəbi cəhalətdir. Bu gün təriqətlər bir-biri ilə
vuruşur, bir-birinə qarşı cəbhə alır. Çünki onların ikisi də Qurandan kənardadır.
Halbuki, hər bir hesab edir ki, o, Qurandadır. Əgər Qurandadırlarsa, niyə Quran
yox, məal oxuyurlar? Quranda Allah deyir ki, sizi həqiqətə mən istiqamətləndirirəm.
Hidayət bu deməkdir. Quran oxuyan bir insanın Qurandan müəyyənq ədər bilik
almasını Allah müəyyənləşdirir. Allah baxır ki, sən vələduznasan, kafirsən, sənin
Qurandan nə isə anlamağına imkan vermir. Baxır ki, ağıllı, vicdanlı insnasan,
ondan faydalanmağına imkan verir. Hidayət budur. Hidayət Allaha məxsusdursa, məal
Allahın əvəzinə hidayət etmək deməkdir. Kimsə bunu başqa cür izah edə bilməz. Hər
bir məal Allahın hidayətini almaq yolunda bir maneədir. Quranı oxuyan zaman məala
çatanda Quran ayəsi tamamilə dəyişilir. Başqa ayə olur. Məsələn, tutaq ki, ayədə
“Ey peyğəmbər” ifadəsi yoxdur. Ayə birbaşa belə başlayır. O zaman ki, mən sənə
ruh verdim... Məalda mötərizə içərisində yazır ( Ey Peyğəmbər). Burdan aydın
olur ki, bu ayə peyğəmbərə aiddir. Əgər siz “Ey peyğəmbər” sözünü götürsəniz, o
zaman məlum olacaq ki, Allah qeyri-müəyyən bir şəyə müraciət edir. Bizdə
qeyri-müəyyən olan isə ruhdur. Deməli, ruha müraciət edir. Ruh isə hamıda var. Deməli,
bu ayə hamıya aiddir.
Yaxud başqa bir ayədə yazılır:
“Ey möminlər”. Bu ayədə “ey möminlər” sözü yoxdursa, həmin ayə Qurandan
oğurlanması deməkdir. Allah-təala deyir ki, alimlər bu Qurandan ayələri çıxarıb
bura başqa ayələrə qoymaqla Quranı təhrif edirlər. Qurandan ayəni necə
çıxartmaq olar? Quran Qurandır. Quranan ayələri yalnız məal yazmaqla çıxartmaq,
dəyişdirmək olar. Məal yazmaqla Allahın ayəsini dəyişmək mümkündür. Bunu şiələr
də, sünnilər də edir və beləliklə də Qurani-Kərimdən uzaqlaşırlar.
Qurani-Kərim elm kitabı,
hikmət kitabıdır. Hikmətin dünya elmindən fərqi budur ki, həm inanların əxlaqını,
həm də ağlını kamilləşdirir. Lakin məallar insanları bu imkandan məhrum edir.
-Sərdar bəy, Qədr gecəsi, bu gecənin əhəmiyyəti ilə
bağlı düşüncələriniz nədən ibarətdir?
-Qədr gecəsi haqqında Quranda
“o gecə onu nazil elədi” yazılır. Bu ayədə “onu” sözünün qabağında məal qoyub
mötərizədə “Quran” yazırlar. Guya bu ayə o deməkdir ki, Allah təla o gecə Quranı
nazil edib. Indi Quranın özünə qayıtsaq, məlum olacaq ki, “o gecə” mütləq
qeyri-müəyyənliyi ifadə edir. Çünki o, mütləq qeyri-müəyyənlikdir. Sən deyə bilmərsən
ki, bu nədir. Bu, Qurandır, insandır, dünyadır və ya digər şeydir. Onda Qurani
Kərimdə bizə biliyi verilən şeylərin hamısını bir yerdə “o”-nun içinə
qoymalıyıq. Qurana ümumi şəkildə baxanda görünür ki, Quran Allahın 4 nurunun işi ilə bağlıdır. Birincisi bu
dünyadır, ona bu dünyanın nuru deyilir. İkincisi, səmavi kitablar, yəni 4
kitabın nurudur. Üçüncü, insanın, ruhun nuru, dördüncüsü isə mələklərin
nurudur. Qədr gecəsi ilə bağlı ayədə “o gecə” ifadəsinin yerinə bu 4 şeyi
qoyanda məum olacaq ki, həmin gecə nazil olunan bu dünya, Quran, ruh və məlləklərdir.
Bu dördünün bir yerdə nazil olması isə yaradılış deməkdir. Çünki Allah bu dörd
nuru ilə yaradılışı həyata keçirib. Deməli, o gecə mövcud olan dünyaya işarədir.
O isə bu dörd nurdan əmələ gələn şeylərə işarə edir.
-Bəs niyə yaradılışla bağlı “o gecə” ifadəsi işlədilir?
Müsəlmanlar Quranı
anlamadıqları üçün bunu gecə kimi, yəni bizim anladığımız gündüz və gecə kimi
başa düşürlər.
Məsələ bundadır ki, əgər
bir şeyi bilmirsənsə, o şeyin bilinəninin əksikliyindən bunu bilə bilərsən. Məsələn,
mən sənə şirin bir şey göstərirərm və səndən bunun nə olduğunu soruşuram. Sən
isə deyirsən ki, bu, şirindir və dərhal da beynində fikirləşirsən ki, bu, acı
deyil. Həmçinin eyni zamanda acını dərk edirsən. Bu, əksikliklərdən idrak
üsuludur. Biri bilinəndən, görünəndən, digəri isə beyindən dərk olunur. O gecənin
nə olduğunu bilmək üçün onun əksikliyi olan “o gün”ə müraciət etmək lazımdır. “O
gün” nədir? Qurani-Kərimdə “o gün” qiyamətdir. “O gecə”dən fərqli olaraq “o gün”
haqqında Quranda aydın biliklər verilir. Bu, Qurani-Kərimdə qiyamətin əlamətləri
adlanır. Hansı ki, bu, İncildə də geniş şəkildə şərh olunur. Ulduzların axıb
tökülməsi, günəşin sönməsi, ayın günəşə düşməsi, insanların, canlıların ölməsi,
bütün dünyanın nizamdan çıxıb toz halına dönməsi və yox olması. Qiyamət budur. Bunun
əksikliyi yaradılış deməkdir. Deməli, “o gecə” qiyamətin yaradacağı hadisələrin
olmadığı bu mövcud dünyadır. Hansı ki, o gün gələndə o əlamətlər bu gecəni
aparacaq. Allah deyir ki, and olsun gecəni bürüyən gündüzə, gündüzü bürüyən gecəyə.
Gecəni bürüyən gündüz qiyamətdir, gündüzü bürüyən gecə yaradılışdır.
Allah deyir ki, mənim xalis
nurlarımdan yaratdığım aləm axirətdir, bunları gizlədən, özündə ifadə edən
formalar puçluq aləmi isə bu dünyadır. Allah deyir ki, siz puçluq aləmindəsiniz.
Axirət aləmi əsas aləmdir. Əgər iki aləmi də Allah-təala yaradıbsa, hansının
fani, hansının əbədi olduğunu da o bilir. Allah deyir ki, bu dünya puç və
fanidir, axirət əbədi və gözəldir.
Beləliklə, məlum olur ki,
Qədr gecəsi Allahın bu dünyanı yaratmasına işarədir. Surənin sonrakı ayələri də
mənim dediklərimi sübut edir.
Seymur Əliyev