"İllərlə gözümüzün qabağında Türkiyəni elə bir duruma gətirdilər ki..."
Oxunub: 2280
26 Jul 2016 | 22:30

Bu gün Türkiyədəki durum hər kəsin düşüncə sərgilədiyi bir qonuya çevrilib. Toplumda üst-üstə düşən, ya da ziddiyyət təşkil edən baxışlar ortaya qoyulur. Bu və buna oxşar olaylara Asif Ata Ocağının da özünəxas baxışı var. Ocağın baxışı siyasi baxış deyil, fəlsəfi-ruhani baxışdır. Toplumun marağını nəzərə alıb Ocağın Yükümlüsü Soylu Atalıya Türkiyədəki olaylarla bağlı suallarımızı ünvanladıq. 

Qeyd edək ki, Soylu Atalının Türkiyəyə, bütövlükdə türkçülüyə yönəlik ciddi düşüncələri var, bununla bağlı onun yazıları mətbuatdan oxuculara yaxşı tanışdır.

Türkiyədə cərəyan edən son hadisələrlə bağlı Soylu Atalının müsahibəni təqdim edirik:

- Soylu bəy, Türkiyədə nələr baş verir?

- Mən olayları bir ruhaniyyatçı kimi dəyərləndirməyə çalışacam. Mənim münasibətim bilirsiniz ki, politoloji münasibət deyil. Taktiki məqamlar, incəliklər politoloqların işidir. Mən qlobal məqamlara özümün düşündüyüm yöndən toxunuram.
 Türkiyədə baş verənlər əslində sovetlərin dağılmasından başlayan bir prosesdir. Bəllidir ki, sovetlər dağılanda bağımsız türk dövlətləri yarandı. Sovetləri dağıdan güclər bunu da öncədən düşünmüşdülər, necə eləmək ki, sovetlər dağılandan sonra bağımsızlıq əldə eləyən türk dövlətləri sonra bir araya gəlib birləşməsin və onların dünyanı yönətmələrinə əngəl olmasın. Daha doğrusu, dünyanı yönətmək gücünü ələ keçirməsin. Təbii, bunlar hamısı öncədən işlənilən, düşünülən planlar idi. Bu gün dünyanı bəlli güc yönətir. Batı, başda ABŞ olmaqla. Yerdə qalan məsələlərin hamısı bu gücün “nizamı” içinə girir. Bütün taktikası da, gedişi də həmin yönətmənin içində özünü göstərir, ondan qırağa çıxa bilmir. Ondan qırağa çıxmaq üçün gərək ayrıca fərqli strategiya mövcud olsun. Bu strategiyanın da arxasında duran, özünə güvənən güclü dövlət olmalıdır. 
Bizim düşüncəmizə görə türk birliyinin baş tutması üçün Türkiyənin yönünü dəyişmək gərək idi. Türkiyənin yönətimini dəyişmək gərək idi. Türkiyənin bundan öncəki yönətməsi, söz yox, bizi təmin etmirdi, Atatürkdən sonra çox dəyişikliklərə uğramışdı. Yeni bir nizam gərək idi, daim yenilənməli idi, uğurlu bir düşüncə sistemi, ideoloji baza formalaşdırılmalı idi ki, o nizamla türk birliyi yaransın və qorunsun. Bu olmadı. Bunun üçün ciddi siyasi beyinlər olmalı idi. Siyasi təfəkkürlər olmalı idi. İşləmədilər, ya da ki, zəif işlədilər. Arzu olunan səviyyədə işləmədilər. Ancaq dünyanı yönətən güclər Türkiyəni türk birliyindən ayırmağın yollarını işlədilər. Dünyada yeni bir gücün ”“ Türk Birliyinin baş tutmaması üçün həmin güclər Türkiyənin yönətimini dəyişməli idilər, dəyişdilər də. Bu yönətim də nə olmalı idi? Bizim indi izlədiyimiz yön olmalı idi. Ərdoğan hakimiyyətə gətirildi. Ərdoğan da, bilirsiniz, dinçilik kursu götürdü. Türkiyə dövlətini islam dininin etkisinə gətirmək, belə də demək olar, dini dövlət səviyyəsinə qaldırmaq, dövlət siyasətinin içinə qatmaq. Din dövlət siyasətinin yerinə gətirildi. Ona görə də Türkiyə pis anlamda, dünyadan getdikcə uzaqlaşır. 


Dünyanın aparıcı dövlətləri Türkiyənin islamlaşmasını (bir yerə qədər) həm istəyir, həm istəmir. Niyə istəyir, niyə istəmir? İstəyir ona görə ki, onlar yaxşı bilirlər, Atatürk sistemini çökdürməsələr, Türkiyənin gücünə ciddi nüfuz eləmək olmur. Türkiyə ordu dövləti idi. Orduda Batıçı kadrlar olsa da, ümumilikdə dövlətçilik şüuru bir idi, bütöv idi. Ancaq dediyimiz kimi, türk birliyinə əngəl olmaq üçün bağımsızlıq əldə edən türk dövlətləri dünyəvilik, Türkiyə isə dinçilik xətti tutmalı idi. On illərlə ateizm şüuruna köklənən (Sovet quruluşundan ayrılan) türk toplumlarını başlanğıcda Türkiyədən (ideoloji baxımdan) uzaq saxlamağın ən doğru yolu bu idi.
Bəs niyə istəmirlər? Ona görə istəmirlər ki, islam dininə tapınan qaragüruhun onlara qarşı birliyi yaranmasın. Qaragüruhun birliyi də dağıdıcılıq deməkdir. Eyni halda, islamın bu gün, kim hara çəkir-çəksin, etkisi ən çox terror xəttidir. Sadə insanlar arasındakı islamın heç bir mənəvi etkisi yoxdur, əsas etkisi siyasət müstəvisindədir. O da, dediyimiz kimi, ən çox terrorla həyata keçirirlir. 
İllərlə bizim gözümüzün qabağında Türkiyəni elə bir duruma gətirdilər ki, dünyəvi dövlət biçimini itirməkdədir. Əgər belə davam eləsə, yaxın gələcəkdə Türkiyə dağıla bilər. Türkiyədə türklük vurulub sıradan çıxarılır. Dinçilik şüuru Türkiyəni məhv olmağa aparır. Bu açıq görünür. Ərəbçilik şüuru türk gücünü bütövləşdirə bilməz. Biz ərəb xalqına qarşı deyilik. Ancaq ərəbçilik şüuruna qarşıyıq. Ərəbçilik şüuru, 1000 ildən çoxdur, bizi bir millət olaraq çökdürməkdədir. Bizim etnik kimliyimizə soxulmaqla milli şüurumuzu sıradan çıxarıb. İndi Türkiyə sürətlə dinçiləşərək milli şüurunu itirir və dağılma təhlükəsi ilə üz-üzə gətirilir.
Bir məsələ də var. Təbii ki, istənilən bir dövlətdə bəlli bir quruluşu, bəlli bir yönətməni dəyişmək üçün ciddi sorunlar ortaya çıxır. Oturuşmuş sistem var. Pisdir, yaxşıdır, söhbət ondan getmir, əsas odur ki, bəlli bir yönətmə, bəlli bir nizam formalaşıbdır. Bunu dəyişəndə xaos, anarxiya qaçılmaz olur. Qırğın, qan-qada, ölüm halları qaçılmaz olur. Ərdoğan da öncəki kursu, siyasəti dəyişir. Öncəki quruluşu dəyişir. Dəyişdikcə də öncəki kursun daşıyıcıları tutuqlanır, məhv edilir. Bununla da xalqın həyatında ciddi zərərlər meydana çıxır. Dediyimiz kimi, oturuşmuş bir quruluş tamamilə dəyişir axı. Özü də antimilli yöndə dəyişir. Həm də qıraqdan basqılar var. Dışarıdan etkilər var. Ona görə də içəridə hakim təbəqə başlayır oyunlar oynamağa. Bu oyunları elə qururlar ki, toplumun diqqətini yayındıra bilsinlər. Aldada bilsinlər. Siyasət həmişə belə olub. Çox təəssüf ki, dövlətin başında duranlar həmişə xalqı oynadıb, aldadıb. Ona görə bunların sözdə dediyi bir şey olur, alt qatda gördüyü işlər başqa şey. Üzdə bunlar guya demokratiyanı qoruyurlar. Guya Türkiyənin bütövlüyünü qoruyurlar. Guya dışarıdan Türkiyəni parçalamağa çalışırlar, bu iqtidar da dişlə-dırnaqla onu qoruyur. Elə şey yoxdur. F.Gülən faktına dayanırlar. Bu məsələ ilə bağlı çox informasiyalar var, bilinənləri danışmaq istəmirəm. F.Gülən Ərdoğanla eyni cəbhədə olub. Onların sonrakı çağlarda yolları ayrılsa da, öncədən hədəfləri bir olub. Bunlardan ikincisi hakimiyyətə gələndən sonra bölüşə bilməyiblər, bunun incəliklərini siyasətçilər çözər, bunu mən çözmək istəmirəm. Bütün bunlar hamısı Türkiyənin içini qarışdırmaqdadır. Ərdoğan da, Gülən də özlərinin ambisiyaları üçün Türkiyədə hər şeyi qurban verməyə hazırdılar. Ərdoğan Atatürk sistemini çökdürmək yönündə “islahatlar” aparır. Ordu tamamilə əl buyuruqçusuna çevrilib. Ordunun başında duranlar bağımsız şəxslər deyillər. Onlar bağımsız qərarlar verməyə də qorxurlar. Demirəm ki, onlar siyasi qərar versinlər. Məsələ onda deyil. Məsələ ondadır ki, öncələr dövlətçiliyə qarşı çıxanlar, dünyəvi dövlət quruluşunu dəyişmək istəyənlər ordudan çəkinirdilər. Bu sistemi Atatürk düşünmüşdü. Atatürk yaxşı bilirdi ki, Türkiyə doğu (şərq) dövlətidir. Ərəblərlə yörələnib. Toplum İslam dininin daşıyıcısıdır. Ona görə Türkiyənin içində gec və ya tez başqa meyillər baş qaldıra bilər. Yenidən dünyəvilik sual altına düşə bilər. Ona görə orduya bəlli imtiyazlar verilmişdi. İndi bunların hamısı dağılmaqdadır. 

- Soylu bəy, bəs ordunun qanunla seçilmiş hakimiyyətə müdaxilə eləməyi, onun hansısa qərarlarına təpki göstərməyi nə qədər doğrudur? Həm də indi Atatürkün zamanındakı siyasi tələblər kifayət qədər dəyişib. 80 milyon xalqın seçdiyi prezidenti ordunun devirməyi nə dərəcədə doğrudur?

- Birincisi, prezidenti ordunun devirmək planı yoxdur ortada. Bu plan ordunun olsaydı, işi başa çatdırardı. İkincisi, mən demirəm ki, Türkiyədə çevriliş olmalıdır. Çevrilişsiz görüləsi çox işlər var. Biz deyirik dövlətin başında durub dünyəviliyi dəyişənlərin ordudan çəkinməsi gərək idi. 
Bir də xalqın seçməsi məsələsinə toxunaq. Mənim Türkiyə toplumunu aşağılamaq fikrim yoxdur. Mən Türkiyəni Azərbaycan qədər sevmişəm, indi də sevirəm. Bundan sonra da sevəcəm. Çünkü Türkiyə bizim dayağımızdır, etnik doğmamızdır, onun hakimiyyətində kimin olmasından asılı olmayaraq. Biz Türkiyə ilə bir çox məsələlərdə iç-içəyik. Ancaq həqiqət var, gerçəklik var. Gerçəklik nədən ibarətdir? Bax, gəlin götürək Azərbaycanımızı. Azərbaycan toplumu bu gün elə bir duruma gətirilib ki, ən ibtidai hüququnu qoruya bilmir, əzilir. Məmurlar bu toplumu aldadır, əzir, soyur, talayır, rüşvət-filan, hamısını bilirsiniz. Bunları deməyə, açmağa gərək yoxdur. Bunu toparlayan, koordinasiya edən, maarifləndirən, şüurunu böyüdən bir qurum, bir qüvvə, bir siyasi təşkilat da yoxdur. Ona görə hər şey dağınıqdır. Yaxşı, seçdi, ya seçmədi, ya sənin adından bülletenlər atıldı, bu hakimiyyəti də Azərbaycan toplumu seçən görünür, deyirik ki, saxtakarlıq-filan var. Türkiyədə deyək ki, bunun kimi deyil. Ancaq gəlin görək Türkiyə toplumu özü nə dərəcədə yetkin toplumdur? Nə dərəcədə gələcəyə ayıq baxan, nə dərəcədə dünyanın nizamını, gedişini dərk eləyən toplumdur?! Səs verən çoxluğu nəzərədə tuturam. Üzdəki aktiv kəsimi demirəm. Kütləni aldatmaq asandır axı. Ərdoğan çox güclü oratordur. O yaxşı manevrlər bacarır. Siz onun çıxışlarını yığın zaman-zaman, yığıb qoyurlar da indi, sosial şəbəkələrdə yayımlayırlar. Burda dediyi söz başqadır, orda dediyi söz başqa. Hamısı bir-birini inkar edə-edə gedir. Hamısı bir-birinə ziddir. Yəni nə deyirsə məqama hesablayır fikirlərini. Sadəcə olaraq, toplumu aldada bilir. Ən əsası toplumun inanc duyğusunu ələ keçirib. Mən sizə bir şey deyim. Bilirsiniz ki, bəşər inamsız yaşaya bilməz. İnam insanın içsəl ehtiyacıdır. Ancaq gərək bu inam həqiqətlə bir olsun. Həqiqət yönlü olsun, yalana bağlı olmasın. Xurafata, cəhalətə, geriliyə bağlı olmasın. Min ildir izlənilən bir şey var, din xurafata bağlıdır, cəhalət, gerilik yaradır. Din qabaqcıllıq yaratmır, yaratmayıb. Min ildir biz izləyirik, görürük ki, din ən elementar mərifət, mədəniyyət sistemini də qoruyub saxlaya bilməyib. Baxın, biz doğu xalqlarıyıq. Müqəddəsliyə ehtiyacı olan xalqlarıq. İnanca ehtiyacı olan xalqıq. Türkiyədə də onun kimi. Bu ehtiyacdan sui-istifadə eləyirlər. Ərdoğan xalqın inanc duyğusundan istifadə edib bütün siyasətini onun üzərində qurur. Ona görə toplumu ələ ala bilir. Bir az da ona dışarıdan bəlli qüvvələrin zaman-zaman ekonomik cəhətdən yardımları oldu, Türkiyədə onun hakimiyyəti oturuşsun deyə. Hələ mən onu demirəm ki, bu gün Türkiyənin ekonomik durumu da ürəkaçan deyil. Ancaq çox güclü aldatma halı var. Bilirsinizmi, xalqı xalq üçün aldatmaq olar. Bunu Ocaq baxımından demirəm, Ocaq baxımından doğru deyil. Ancaq indiki gediş baxımından deyirəm, xalqı xalq üçün aldatmaq olar, xalqı başqa şey üçün aldatmaq olmaz. Ərdoğan xalqı özü üçün aldadır. Bilirsinizmi, xalq ona səs verirsə, o toxunulmazdır demək doğru deyil. Yenə vurğu edirəm, demirəm ki, mütləq qiyam olsun, mütləq çevriliş olsun, Türkiyəyə kim arzulayar belə şeyi?! Heç Azərbaycana da mən arzulamıram. Sivil, doğru mübarizə ortaya gəlməlidir. Sivil, doğru mübarizə əsasında xalq düzgün maarifləndirilməlidir. Düzgün yönəldilməlidir ki, xalq bilsin onun yönü haradır. Bunun zərəri nədir, xeyri nədir. Bunu hara aparırlar, hara yönəldirlər. Bu dediklərimiz yoxdur deyə, xalq küyə düşüb, uçuruma gedir. Xəbəri yoxdur ki, uçuruma gedir, elə bilir elə doğru yol budur. Ən əsası Türkiyə toplumunun seçiminin doğru olmamasını bir də nə ilə əsaslandırmaq olar? Bütün dünya çapında bəşər tarixində dünya düşünərləri, araşdırıcıları bu qənaətə gəliblər ki, on böyük şəxsiyyətdən biri Atatürkdür. Atatürk çox böyük addımlar atdı. Çox böyük quruculuq elədi. Çox böyük sistem yaratdı, islahatlar apardı və dünyəvi bir Türkiyə Cümhuriyyəti yaratdı. Demirəm ki, Atatürkün prinsipləri bu gün də mütləq ölçüdür. Yox, gəlişmə, inkişaf olmalıdır. Ancaq Türkiyəni xilas eləmək üçün Osmanlı xarabalıqları üzərində Türkiyə yaratmaq və onu qorumaq üçün doğru düşünülmüş addımlar idi çağında. Bu gün Türkiyə toplumu sürətlə mütiləşməyə, məscidləşməyə gedir, bu arada getdikcə Atatürkə qarşı nifrət duyğusu genişləndirilir, Atatürkə qarşı mövqelər formalaşmağa başlayır. Baxın, söhbət bundan gedir. Məsələ bundadır. Yoxsa Atatürk çağında qalmayıb gəlişmək İslam şüuruna qayıtmaq demək deyil ki. Yaxşı, Atatürk sistemi bu gün uyğun deyilsə, geriyə niyə qayıtmalıdırlar, məgər İslamı dövlət siyasətinə gətirmək qabaqcıllıqdır?!

- Soylu bəy, Atatürkün vaxtı ilə türk xalqı üçün, Türkiyə dövləti üçün yaratdığı, qoyduğu ordu da müəyyən mənada xalqın iradəsini əks etdirmir. Müasir Türkiyə ordusuna Batıdan - NATO-dan gələn fikirlər var, etki var. İndi orda həbs olunan generallardan elələri var ki, ABŞ-da, Pentaqonda vaxtilə mübadilə keçmiş generallardır. Yəni belə götürəndə Atatürkün yaratdığı ordu da tam olaraq türk xalqının marağına xidmət etmir...

- O dediyiniz Atatürkün yaratdığı ordu deyil, Atatürkdən sonrakıların nəzarətdən çıxardıqları ordudur. Bununla belə, məsələ fərqlidir. Nə qədər ki, Sovetlər mövcud idi, Türkiyə məcburdu Batının yanında yer alsın. Çünkü bağımsız olaraq qala bilmirdi. Basqı vardı. Həm də Türkiyənin özü də SSRİ-nin basqısı altına düşə bilərdi. SSRİ respublikalarından birinə çevrilə bilərdi. Bunların olmaması üçün o vaxt Türkiyə Batının yanında yer almağa başladı. Batı da bundan istifadə edib zaman-zaman Türkiyənin içində oturuşmağa başladı. Həm özü üçün, həm də guya Türkiyə üçün ki, SSRİ-dən gələn, gözlənilə bilən basqılardan qorunsunlar. Belə deyək, sığortalansınlar. Ona görə də Türkiyə NATO-nun üzvü oldu, ordu NATO prinsipləri üzərində quruldu, NATO standartları ilə eyitimləndirildi. Bunların hamısı elə-belə eyitimləndirilmir, həm də bəlli səviyyədə onlara ideoloji şüur yüklənir. Bunlar doğrudur. Ancaq məsələ nədədir? Bu deyilənlər əsas vermir ki, Türkiyəni islam basqısına alasan, xalqı Atatürkə qarşı çevirəsən və ordunu Ərdoğançı duruma gətirib çıxarasan. İslahat aparmaq o deyil axı. Əgər doğru kurs götürüb islahat aparsaydı, yönətimi milliləşdirsəydi, bu, alqışa layiq olardı. Ərdoğanın milliliklə işi yoxdur. Ərdoğan türklüyü silir, yalançı Türkiyəçilik yaradır. Bunlar hamısı göz qabağındadır. Biz demirik milli gəlişimi şovinist, imperialist bir düşüncə ilə eyniləşdirəsən. Milli gəlişim şovinizm qəlibinə girmir, nə də imperializm qəlibinə girmir. Ondan daha yüksəkdir və əsaslıdır. Eyni halda bəşəridir. Bütün bunlar olmadığına görə öncəki yönətim (Atatürk çağını demirik, Ərdoğana qədərkini deyirik) Türkiyə üçün indikindən daha önəmli idi. Ərdoğançı ordu sistemi daha təhlükəli ordu sistemi olacaq. Onun imtiyazlarına, onun neoosmançılıq istəklərinə bağlı olacaq. Ona qulluq edəcək. Bu da Türkiyəni sivil dünyadan təcrid edəcək. Türkiyənin üzərinə daha böyük basqılar gələcək. Türkiyənin parçalanma gedişi sürətlənəcək. 

- Bəziləri Türkiyədə baş verən son hadisələri iki mollanın hakimiyyət savaşına bənzədir. 

- Belə götürəndə bu arqument də doğru arqumentdir. Yəni bir sıra gedişlər Ərdoğanla F.Gülənin münasibətlərindən qaynaqlanır. Ancaq məsələ təkcə bu iki mollanın məsələsi deyil. Bu mollalar bağımsız deyil heç biri. Bunların arxasında bəlli qüvvələr var. Burda həmin qüvvələrin maraqları təmin olunur. Bu da Batının Ortadoğu projesinin tərkib hissəsidir. İstər F.Gülən xətti, istər Ərdoğanın xətti. Sadəcə Ərdoğanın xətti daha çox özünə yönəldiyinə görə durum bir az fərqli görünür. Ancaq yenə deyirəm, unutmaq olmaz ki, bunların arxasında bəlli planlar, proqramlar işləyir. 

- ABŞ-ın F.Güləni Türkiyəyə verməməkdə məqsədi doğrudanmı insan hüquqlarının prinsiplərindən irəli gəlir?

- Yox, ABŞ-ın heç vaxt insan hüquqları adlı məqsədi olmayıb. Özümüzü aldatmayaq. İnsan hüquqları ABŞ-da formaldır. Çox üzdədir. Dərinliklərə işləməyib. İşləmir. Çünkü ABŞ-ın daim dünya ağalığı iddiası olub, onu sürdürür. Bütün hüquqlar, haqlar, hər şey onun məqsədlərinə qulluq edir. Burada da yenə F.Gülən onun üçün insan hüququ məsələsi deyil. Onun özünün çıxarlarıdır, maraqlarıdır. Ancaq bizim üçün nə önəmi var, istər F.Gülən, istər Ərdoğan, hər ikisi antitürkiyə mövqeli oyunçulardır. 

- Türkiyədə son hadisələrdən sonra 2 mindən çox məktəb-müəəssisə bağlanıb. Bunların F.Gülənə bağlı olduğunu deyirlər. Sizcə, bu addım Türkiyəni qorumaqdırmı, başqa sözlə, bu addım Türkiyə təhsilinə xeyirdirmi?

- Bu böyük zərbədir. Hansı səbəbdən baş verir-versin, nə ad verirsən ver, bu, Ərdoğan eqoizminin antitürkiyə yönüdür. Məktəbləri bağlamaq yox, öyrətmənlərin şüuruna etki göstərmək gərəkdir. Onları eyitimləyib düşüncəsini dəyişmək gərəkdir. Axı bəlli bir təhsil sistemi var. Təhsil sisteminin ortaya qoyduğu proqram var. Məktəblərdə o proqram öyrədilir. Dövlətin də nəzarəti var. Hansı öyrətmən proqramı düzgün öyrətmir, qanunla onu cəzalandır. Yoxsa məktəbləri qapa, bu nə deməkdir?! Bu çox kobud yanlışlıqdır. 

- Türkiyənin taleyi həll olunur. Bizim cəmiyyətdə sadə insanlardan tutmuş ictimai çəkiyə malik insanların hamısı Türkiyədəki olaylara mətbuatda, sosial şəbəkələrdə münasibət bildirir. Ancaq Türkiyədə elə deyil, cəmiyyət çox rahat görünür. Türk ziyalıları, ictimai-siyasi sferada olan insanlar bu məsələyə geniş formada münasibət bildirmirlər. Yoxsa bu reaksiya cəmiyyətimizin intuitivliyindən irəli gəlir?

- Yox, Türkiyədən yazanlar, münasibət bildirənlər də az deyil. Azərbaycana gəlincə, məsələ o deyil, məncə. Azərbaycanın aktiv toplumunun Türkiyəyə münasibəti getdikcə, birtəhər çıxmasın, Türkiyəlilərin özündən az deyil, yaxşı anlamda. Hər kəs sanki anlamağa başlayıb ki, Türkiyə bizim üçün, doğrudan da, özünüqoruma sipəridir. Ona görə Türkiyədə baş verən olaylar hər kəsi rahatsız edir. Hər kəs də buna yönəlik münasibət sərgiləyir, əsəblər tarıma çəkilir, gərginliklər yaşanır. İki cəbhə formalaşıb Azərbaycanın özündə də. Biri Ərdoğana meyilli insanlar, biri də Ərdoğana qarşı olanlar. Hər ikisi hesab edir ki, Türkiyənin mövqeyini dəstəkləyir. Mən ikinci kəsimə üstünlük verirəm ”“ Ərdoğanın yürütdüyü siyasəti rədd edənlərə. Eyni halda, təbii ki, onlar da çevrilişi, dağıntıları alqışlamırlar. İnsan ölümünü heç kim arzulamır. Ancaq Ərdoğanı da dışlayırlar, doğru eləyirlər. Türkiyənin özündə isə məsələ bir az mürəkkəbdir. Niyə? Bu gün Ərdoğan elə bir durum yaradıb, sanki pusquda duran ovçu rolunu oynayır. Bu məsələləri ortaya çıxarmaqla ona qarşı olan qüvvələri zərərsizləşdirib tutuqlayır, cəzalandırır. İnsanlar Ərdoğanın kəmfürsət olduğunu bilir. Ayağa qalxıb söz desələr, Türkiyənin mövqeyini dəstəkləyən fikir yürütsələr, onları da “Fətullahçı” sayıb içəri dolduracaqlar. Onları da qiyamçıların gözünə qatacaqlar. Ona görə ciddi ehtiyatlılıq yaranıbdır. Əlbəttə, bu ehtiyatlılığı alqışlamıram. Toplum səfərbər olunmalıdır, Türkiyənin taleyi həll olunur. Susqunluğu alqışlamıram, ancaq durumun nədən ibarət olduğunu izləyib deyirəm. İnsanlar ona görə bir az gözləmə mövqeyi seçib ki, bu duman çəkilsin. Ondan sonra Ərdoğanın xəttinə münasibət bildirsinlər. 
İstənilən halda, Ərdoğan heç də F. Gülənçi ovuna çıxmayıb təkcə. F. Gülən məsələsi onun üçün əsas təhlükə deyil, əsas təhlükə Atatürkçü sistemdir. Atatürkçü sistemdə olan insanlardır. Bu insanlar Ərdoğanın neoosmançılıq istəklərinə əngəl olurlar. Dünyəviliyin yanlısıdırlar. Ona görə hakimiyyətdəkilər bu olayların içində hay-həşir yaradırlar, kütlənin emosiyalarını qızışdırıb ayağa qaldırılar, küçələrə tökürlər ki, Atatürkçülərə də “yerlərini” göstərsinlər. Deməli, həm Gülənçiləri, həm də Atatürkçüləri birgə vururlar. Bu da bir repressiyadır. Ancaq Gülənçilərlə Atatürkçülərin ortaq ideyaları, hədəfləri yoxdur.

- ANS televiziyasının fəaliyyəti Fətullah Güləndən müsahibə aldığı üçün MTRŞ tərəfindən 1 aylıq dayandırıldı. Bu ayın 29-da məhkəmə qərarı olacaq, ola bilsin ki, ANS-in lisenziyası ləğv edilsin. Ümumiyyətlə, ANS-in bu məsələdə rolu, bağlanmağı, buna münasibətiniz necədir?

- Doğrusu, bu məsələni mən dərindən bilmirəm, çoxluq kimi mətbuatdan, sosial şəbəkələrdən izlədiklərimizdir. Bəlli olan odur ki, ANS Azərbaycan hakimiyyəti üçün “nala-mıxa” vuran bir qurumdur. Ancaq təkcə hakimiyyət üçün deyil, toplum üçün də “nala-mıxa” vurur. 
Bu qurumla bağlı gümanlarla danışmaq istəmirəm. Açığı, iki ildir heç bu televiziyanı izləmirəm.

- Soylu bəy, son olaraq iyul ayının 20-də Respublika prezidenti Qızıl Şərq hərbi şəhərciyində yerləşən bina və tikililərin H.Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən aerodromun bir hissəsini TUSİAK qüvvələrinə ayırmaq haqqında protokol təsdiq elədi. Bu, türk ordusunun Azərbaycana gəlişidir, yoxsa hansısa bilinməyən bir hadisənin önlənməsi üçün olan tədbirdir?

- Türkiyə ordusunun Azərbaycanda kontingentinin olması qürurvericidir. Ancaq Ərdoğanın yürütdüyü siyasət baş-ayaqdır. Çox ola bilər ki, bəzi istəklərini başa çatdırmasına əngəl olmasın deyə, bəri başdan, Batıya qarşı bir jestdir. Azərbaycanı da öz arxasınca aparıb Rusiya ilə birgə hərəkət edəcəyi görsənişi yaradır. Yoxsa Rusiya buna loyal yanaşmazdı. 
Bu sualın cavabı da məni aşan məsələdir. Politoloqların çözəcəyi bir sualdır. Bu haqda ciddi düşünməmişəm. 
Oxşar xəbərlər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:16
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
25 Apr 2024 | 16:14
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
25 Apr 2024 | 16:13
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
25 Apr 2024 | 16:12
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
25 Apr 2024 | 16:10
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
25 Apr 2024 | 16:09
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
25 Apr 2024 | 16:07
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
25 Apr 2024 | 16:05
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
25 Apr 2024 | 16:04
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
25 Apr 2024 | 16:02
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
25 Apr 2024 | 16:00
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
25 Apr 2024 | 15:55
Əfsanəvi tennisçi karyerasını başa vurur
GÜNLÜK
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 06:39
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
25 Apr 2024 | 06:42
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 08:00
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
25 Apr 2024 | 07:26
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 07:33
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
25 Apr 2024 | 08:36
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
25 Apr 2024 | 06:39
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
25 Apr 2024 | 06:42
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
25 Apr 2024 | 07:13
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 07:58
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb