O, haqqın dərgahındadır və bu sözləri də nə yaltaqcasına, nə də onunçün əziz olan insanlara xoş gəlsin deyə söyləmirəm. Həqiqət belədir. Böyük Öndər dostuna dost idi, düşməninə isə heç zaman arxadan zərbə vurmazdı. Mərdlyi, kişiliyi də məhz bununla bağlı idi. Ən ağır dəqiqələrində belə, müvazinətini itirməyən Heydər Əliyev heç bir vaxt gizlinlər örtüynə bürünməmişdi, nə etmişdisə, açıq etmiş, ona qarşı çıxana da mərdi-mərdanə mübarizə aparmışdı. Ona görə də qaranlıqlar tarixin heç bir dönəmində ona qalib gələ bilməyib. Ucu görünməyən tunellərə düşsə də yenə gedib, irəliləyib, qorxmayıb. Bilib ki, son yenə də işıqlıqdır. Uca Rəbbimiz həmişə onu belə xilas edib...
...Bu sözləri Azərbaycan
xanımına, qadınına xas olan bütün keyfiyyətləri özündə daşıyan Ulduz Məcidovanın
bir müsahibəsinin təsiri altında qeyd edirəm. O məqam nə idi? Bu məğrur qadın
qardaşı İsgəndəri həbsxanadan azad etdirmək üçün Prezident Aparatının önündə
yağışın-yağmurun altında dayanaraq Heydər Əliyevdən imdad diləyir. Lakin qəbula
düşə bilmir, dərdini xalq şairi Bəxtiyar Vahabzadəyə söyləyərək rica edir ki,
Prezident Heydər Əliyevə qəbul barədə onun fikrini çatdırsın. Bir neçə gündən
sonra xalq şairindən Ulduz xanıma cavab
gəlir: “ Prezidentlə görüşdüm, ona sənin istəyni çatdırdım. Lakin Heydər
Əliyevin fikri belə oldu ki, o qadına xüsusi hörmətim var, “nur kündəsi”dir, əgər onu qəbul etsəm, buradan naümid buraxa bilmərəm,
İsgəndəri gərək azad edəm...”
Sözün bitdiyi
yer...Ardını gətirib, mənzərəni ifadə
etməyə gücüm çatmadı...
Eldar Sabiroğlu