Cari ilin payızında yeni vergi islahatlarının tətbiqinə start veriləcək. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bu islahatlar vergilərin daha da sadələşdirilməsini və eyni zamanda sərtləşdirilməsini nəzərdə tutur. Belə ki, Vergilər Nazirliyi mütəmadi şəkildə vergi sisteminin təkmilləşdirilməsi, sadələşdirilməsi istiqamətində iş aparır ki, bu istiqamətdə aparılan işlərin nəticəsi payızda ortaya qoyulacaq. Başqa sözlə desək, payızdan etibarən vergi ödəyiciləri daha optimal və sadələşdirilmiş vergi sistemi əsasında vergi ödəyəcəklər. Lakin bununla yanaşı, vergidən yayınma hallarının qarşısını almaq üçün bu cür hallara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi də nəzərdə tutulub. Nazirlik hesab edir ki, könüllü vergi ödəmənin arzuedilən səviyyədə olmadığı Azərbaycanda inzibati üsullardan istifadəyə hələ də ciddi ehtiyac var.