Sumqayıt şəhər Mədəniyyət və
Turizm İdarəsinin və Şəhər Mədəniyyət evinin dəstəyi ilə N.Nərimanov adına mədəniyyət mərkəzində xoreoqraf Kamil Ağazadənin “Xəzər ulduzları” rəqs
ansamblının yaranmasının 8 illiyinə həsr olunmuş konserti keçirilib.
Moderator.az-a Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, onsertdə Azərbaycan rəqsinin tarixinə həsr olunmuş video-çarx təqdim olunub. Rəqs ansamblının ifasında “Yallı”, “Köçəri” yallısı, “Şoloxo”, “Uzundərə”, “Azəri”, “Aytacım” milli və müasir rəqsləri, o cümlədən, məzəli, teatrlaşdırılmış rəqslər, dünya xalqlarının rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertdə çıxış edən gənc
müğənnilər Zaur Yusifli, Elvin Qasımov, İbrahim Quluzadə, Həyat Həsənzadə,
Xəyalə Abdullayeva öz ifaları ilə kollektivi təbrik ediblər.
Sonda rəqs kollektivinin üzvləri “Fəxri
Fərmanla” təltif edilib.