Şəkildə gördüyünüz bu balaca Möhsin Qəhrəmanlıdır. 1 yaş 2 aylıq olan balaca Möhsin doğulandan serebral iflici -spastik tetraparez xəstəliyindən əziyyət çəkir. İndiyədək Bakıdakı Medera Hospitalında müalicə alan balacanın bundan sonrakı müalicə xərcləri ailəsinin imkanları xaricindədir. Müalicə prosesi çox bahalıdır, tək bir iynəsinin qiyməti 1400 manat təşkil edir. Möhsinin atası Əhməd Qəhrəmanlı ailəyə qazanc gətirən tək insan olduğuna görə, ailə bu prosedurların xərcini ödəməkdə çətinlik çəkir.
Möhsin Qəhrəmanlının valideynləri Moderator.az vasitəsilə imkanı olan şəxslərə, məmurlara, iş adamlarına müraciət ünvanlayıb. Müraciətdə valideynlər xahiş edirlər ki, imkanı olan şəxslər onlara övladlarının müalicə xərclərini qarşılamaqda yardım etsinlər.
Yardım etməyə imkanı çatan şəxslərdən bu çağırışa duyarlı yanaşmağı, ailənin səsinə səs verməyi xahiş edirik. Möhsin ailəsinin ilk və tək övladıdır. Gəlin əl-ələ verib dəstək olaq, ailənin işığının sönməsinə imkan verməyək.
Balaca Möhsini yaşadaq!
Uşaq: Möhsin Qəhrəmanlı 1 yaş 2 aylıq
Diaqnoz:Uşaq serebral iflici -spastik tetraparez
Müalicə aldığı yer: Medera Hospital ve Oriqami (URM)
Əlaqə nomrəsi: (055) 450 00 86, (012) 457 41 15
Terminallardan(milliön aparatından) ödəniş üçün Bank xidmətləri + Respublka Bank seçin
Hesab nomresi: 380194400952919501
Şəx.vəs.NO-AZE 09559836