Qubada "Mütaliə Həftəsi" silsiləsindən: Monoqrafiya, yoxsa Mürşidnamə?
Oxunub: 2629
29 Jul 2016 | 21:23
Qubada
AMEA Tarix İnstitutunun “əməkdaşı” (əslində dissertantı), qubalı şairə Gülarə Aydının tanınmış şair Ramiz Qusarçaylı poeziyasına həsr etdiyi “Məni yaman tutub şeir havası” adlı, 2014-cü ildə çapdan çıxmış kitabında yer alan “monoqrafiya- mürşidnamə”sindən Allah və vicdan mühakiməsinə inanan, bu Vətənə, Millətə layiqli övlad olmaqdan ötrü yaşayan bir qələm adamı kimi, bəhs etməyə bilməzdim. 

Əslində, yaradıcı ziyalı sayılan hər bir şəxs heç nəyə gücü çatmasa belə, doğru bildiyi mövqeyi ortaya qoymaqdan çəkinməməli və ya ”bir yazarın əsərlərini daha yaxşı mənimsəmək üçün öncə onun şəxsiyyəti araşdırılmalıdır”. 57 illik həyatının son 25 ili Quba rayon ictimaiyyəti arasında keçən, yəni əksəriyyətin yaxşı tanıdığı bir məmur- şairin “bu xalqın (mənsub olduğu xalqınmı?!) vicdan etalonu” olduğunu iddia etməklə xalqı aşağılayan xanım müəllifə “fil qulağından” çıxıb yazdığlarına şeir və şüar havasında deyil, vicdan və məntiq qovğasında baxmağı tövsiyə edərdim. Çünki, yazıçı- filosof Əlisa Nicat demiş; “istedadlı, hətta dahi olmaq hələ vicdanlı, ləyaqətli xarakterə malik olmaq demək deyil”. Və ya tənqidçi- professor N.Şəmsizadənin etiraf etdiyi kimi “Adi bir yazarı bəzən qaldırıb dağın başına qoyuruğ. Bu gün Azərbaycan ədəbi tənqidi meyarsızlıq sindromu yaşayır”. Ən azı, yaxın tariximizdə “ədəbiyyatımızın vicdanı” adlandırdıqları, yanaşı şəkil çəkdirməkdən ötrü böyründən çəkilmədikləri Ə.Əylislinin “Daş yuxular” riyakarlığı varkən... Mənim də bir vaxtlar sevə-sevə oxuduğum, dinlədiyim “Azərbaycan bayrağı” şeirini əlində bayraq edərək (10 il öncə bayrağı Gülən idi), müasir Azərbaycan poeziyasının mübariz bayraqdarı iddiası ilə ünvanlı- ünvansız həcvlər, mədhlər yazaraq zəhərli cıdanı bədii çuvalda gizlətməyə çalışmaqla özünün girdiyi “bu bataqlıqda” deyil, “içindəki kin yuvası”nda, şöhrətpərəstlik azarında boğulmağa doğru getdiyini nə özü, nə də haqqında məqalə, kitab yazıb “sirat körpüsündən keçirən”lər görmür deyəsən.


Aramızda, “haqqın elçisi” bildiyi Fətulla xocası kimi “ingilis bayrağı” rolunu oynayan bu tanınmış şairi müəllif xanıma və məlumatsız oxuculara tanıtmaq üçün bəzi mətləbləri aydınlatmağ gərəkir. O, ayıq halında ikən məclisdə, çayxanada hörmətli adamlar, millət vəkilləri, yazarlar haqqında “təyinatlı ağsaqqal”, ”fəxri yiyə”, “şöhrət dilənçisi”, “istedadlı bədbəxt”, “ədəbi q....lər” və b. yazılması mümkün olan ayamalar işlədirsə, gör içkili, sərxoş halında necə hədyanlar danışır, şəbədələr qoşur, yalanlar uydurur. Burada, G.Aydının başqa məqaləsində yazdığı - “Mövlana, Nizami, Füzuli, Nəsimi cərgəsində və sözü millətin mənəvi zirehi olan” bu şairlə aralarında ruhi bağlılığ gördüyü əl-Fərabi, ibn-Sina kimi müdriklərin bir məsəli yerinə düşür; “Kim necədirsə o cür danışır, başqa sözlə, insan dilinin altında gizlənmişdir”. Daha çox “Azərbaycan bayrağı”, “Əfəndim” şeirləri və “Eşşəknamə”si ilə tanınan bu “yüksək statusa layiq” şair 1-ci şeirində bayrağı quşa- “Şuşada sən qonduğun daşa pir deyəcəyəm”, 2-ci şeirində adamı bayrağa- “Sənsən bayrağım daha” bənzətməsini işlədirkən, 3-sündə başqalarını eşşəyə bənzətməklə, bir vaxt “... təpik dəyməmiş bas bayıra” təhqiri müqabilində tərəfimdən özünə verilən- “Bir özündənrazı ədabaz gədə Təpik atmağıyla gəlirkən hədə, Dedim kərəminə şükür İlahi- Şair yaratmısan Sən ki, ulağı”- cavabını ört-bastır etmək cəhdini görürük. Bir də ki, dua yerinə, oxucusuna minnətdarlıq əvəzinə bir kitabını kimlərinsə binəsini, babasını, nənəsini... söyməklə, başqa kitabını da qohum- qardaşını ”poetik prikola” tutmaqla sonlayan, bir qism ələyrilərə, mənəviyatsızlara qataraq bütün xalqı, vətəni aşağılamağa, qınamağa cürət edən şairdən bundan artıq nə gözləmək olardı ki. Bunlardır “bugünki poeziyamızda sözün şeyxi” olanın “gələcək nəsillərə qoyduğu şərəf mirası”, “bütün poeziyası ilə qurduğu mükəmməl şahlıq”. Və bir də, şəxsiyyəti və yaradıcılığı haqda, Haqqın calalı (qüdrəti) ilə cilvəsinin (ilhamın) fərqini ayırd edə bilməyənlərin yazdığı, böyük H.Cavidə, R.Rzaya belə çox gördükləri şişirtmə təriflər, “vicdan etalonu”nu itirmiş təşbehlər. Kulturoloq Aydın Xanın təbiri ilə desək “bu yazılanlar ədəbi tənqiddən çox “ədəbsiz tərifə” aid edilə bilər”.
“Bir sözə yuz arxın suyunu calayan, hər sözün başına qəddarcasına oyun açan”, bir şeirində özünün kimliyini etiraf etdiyi- “Allahı da mənim kimi adamdan Allah saxlasın” misrasıyla çox güman ki, etiraf mərhələsində ilişib qalan şairin “şeirlərində bir mürşid öyüdü var”mış, “monoqrafiya” müəllifinə görə. “Bir misrasını belə bir nəzəriyyə sayaraq” nümunə gətirdiyi, “Asmışam Vətəni kirpiklərimdən, gözümdən Xocalı, Şuşa tökülür” bənzətməsinin uğursuzluğunu (özünü nə boyda böyük və ya Vətəni nə boyda kiçik saymalısan ki, bu cür bənzətməni işlətməyə cürət edəsən...) görməyən “tanınmış ədəbiyyatşünas”ın mürşid, öyüd anlayışlarının daşıdığı məna yükündən xəbərsizliyi görünməkdədir. Sovet-Rus imperiyası zamanı hərbi xidmətdə (dərc etdirdiyi tərcümeyi- halında 18 ildən bəri İH-də işlədiyini yazmağı “unutsa” da, bunu məxsusi qeyd edir...) “şücaətlər göstərən BMP atıcı- operatoru olmuş” R.Qusarçaylı- Həmzəyevin Müstəqillik dövründə Qarabağ savaşına qatılmadan (əslində, burada yazmağa utandığım biabırçı bir əskikliklə yayınıb) “Qaytarın Şuşanı, qaytarın mənə” şeiri kimi, məhrəm, ağrılı mövzuları istismar etməklə “dünyada ən böyük vətənpərvərlik məktəbi” yaratmasını, “Qazi ömrü” yaşamasını, “millətin qəhrəmanlıq abidəsi” olmasını yazması da Gülarə xanımın etdiyi ziddiyyətli, anlaşılmaz “etiraflar”dandır. Müəllif xanımın yazdığından belə çıxır ki, şairin insanları heyvanlara bənzətməsi, “yüzündən doxsanını arvad” sayması bəşəriyyəti sevməsindən, böyük imperiyalar- səltənətlər qurmuş, müstəqil- bağımsız dövlətləri olan türk xalqlarını aşağılayaraq: “uzaq başı türk olaram, mən çeçen ola bilmərəm” yazması, guya “türk işi görən ləzgi” olması bütün türklərə sahib çıxmasından, Türk-İslam dünyasının parçalanmasının, zəifləməsinin səbəbkarlarından olan Sultan Səlimi, Şah İsmayılı nümunə göstərməsi, onlardan imdad diləməsi bütün müsəlmanlara ağlamasından xəbər verirmiş. “Monaqrafiya” nın müəllifi hörmətli G.Aydına və dəyərli oxuculara aydın olsun ki, güya “aristokrat düşüncəsi dünyanın iki qütbünü birləşdirməyə qadir olan” bu məmur-şairin hətta həmkəndliləri, doğma qohum- qardaşı ilə ünsiyyət çətinliyi yaşaması, AYB Quba bölmə sədri kimi 12 ildə bacarmadığını- “əyalətin çürüməkdə olan ədəbi dağıntıları arasında boy verib əraziyə ziyalı nuru yayaraq ədəbi mühit və səmimi ünsiyyət məktəbi yaratdığı”nı (“Ay işığı-15 il”) iddia etməsi, 3 il öncəki tənqidimdən təsirlənərək özünü doğrultmağa calışsa belə, heç də bölgə ədəbi mühitini birləşdirə, əhatə edə bilməyəcəyini sübut edirdi. Çünki, bu istedadlı bəla Quba bölgəsində özündən üstün və ya özü ilə rəqabətə girmək potensialı olan, özünə yalandan da olsa “himayədarım, ustadım” deməyən (əsasən də türk və tat) yazarların irəli getməsinə, AYB-nə üzv olmasına, respublikada tanınmasına əngəl yaratmış, ən azından yardım etməmişdir. Əgər tanınandırsa, əngəl ola bilmirsə nüfuzundan yararlanmağa çalışmış, öldükdən sonra isə, sağ ikən küsülü olsalar belə dostluğlarından dəm vurmuşdur.
Müasir Azərbaycan ədəbiyyatının qaymaqlarından olan S. Rüstəmxanlı, R.Rövşən və b. kimi şairləri şeirlərində, çıxışlarında hədəfə alan, ələ salan bu özünəvurğun şairi, bildiyim qədərincə, bir elə hörmət bəsləmədiyi, bəyənmədiyi böyük “Mirzə Cəlil, Xəlil Rza və b. ilə ideal, ruh əkizi” saymaq, yumşaq desək, Gülarə xanımın şair, qadın səmimiyətindən, məsuliyətsizliyindən doğan yanlışıdır, aldanışıdır ola bilsin... Sponsorunun kim olduğu bilinməyən (Azərpoçtun MTN işilə bağlı həbs olunan sabiq sədri Q.Bəybalayev olduğu söylənsə də) bir kitabla “Monoqrafiya- düşüncələr” adı altında şeirlərini, şəkillərini tirajlayan “Qubanın əlinə düşmüş yeganə şairi” bildik, bəs kitabın redaktoru, tanınmış filoloq- şair Zakir Məmmədin, kitabı 500 tirajla çap edən “Elm və təhsil” nəşriyyatının direktoru professor N.Məmmədlinin və kitab haqqında, əslində kitabdan bir parça olan mədhiyyəni rəsmi abunə hesabına 1500 tirajla çap olunan “Şəfəq” rayon qəzetində redaktəsiz dərc edən baş redaktor Q. Qasımovun məsuliyyətini kim bölüşəcək görəsən?! Məlum şəxsi tənqidçiləri və şəxsini yaxından tanıması imkansız olan qeyri- qubalılar və şeirlərinə vurulmuş qadınlarla təbliğatını quran bu şair-məmur 3 nəfərlə birgə yalan çuğulluğ edərək Quba Xeyriyyə Cəmiyyətini bağlatdırmaqla (burada qeyd etməyi lazım bilmədiyim səbəblə) Qubanı təmsil etmək haqqını 15 il öncədən itirib əslində... İndi də kitabın “düşüncələr” qisminə sənətkarlığ, cəsarət nümunəsi olaraq salınmış “seçmə” şeir, bənd və “əsrin şah beytləri”ndən bir neçə misra misal göstərək: Allah cibinizdə, pir cibinizdə; Çadırdan çadralı kişi boylanır; Şuşanı bazara çıxara bildı... bu millət; Üfunət qoxuyur bu Vətən indi; Basıblar Vətəni yorğan altına; Aşağı, yuxarı qulbeçələrdi; Bu xalq qəbilədən ucuz; Düşüb xəyanətə rişə olanım, Almadan- almaya kişi olanım, kəndim, a kəndim; Hər yan cindi, şeytandı..., Bura Qubadı, qardaş, adamlar şair yeyir... və sair. Allaha, Vətənə, Xalqa, qaçqına, rayonuna, kəndinə (babasının yurdu olan qonşu rayonu cani- dildən tərifləmək, oradan başqa yerləri özünə yamaq, pinə saymaq şərtilə) və s. hörmətsizlik tüğyan edən belə yöndəmsiz misralar onun yaradıcılığında onlarladır. Belə ki, öz xislətindəki eybəcərlikləri, mənəviyatındakı mənfilikləri xalqın xarakterik xüsusiyyəti kimi qələmə vermək, nəzmə çəkmək bu “məsul şəxsin” yaradıcılıq üslubunun əsas istiqamətlərindəndir. 
Yeddi il öncə Z.Məmmədin “Haqqın calalı Qusarçaylı ...” kitabına salınmış “... irfani ışıqlar” məqaləsi kimi eyni fikirlərin, eyni misalların müxtəlif məzmunlu təkrarı ilə dolu olan bu kitab dəyərli, cəsarətli fikirlərdən, təhlillərdən xali olmasa da, daha çox, “millətin tarix salnaməsi” saydığı Qusarçaylı yaradıcılığında irad tutulası heç nə tapmayan xanım müəllifə görə- “poeziyası vətənə sədaqət iksiri” olan “bütün zamanların şairi”nin “şərəfin ali obrazı” olduğunu sübut etmək yönündə köklənmişdir. Bəlkə, imam əl-Qəzalinin özünün belə yüksələ bilmədiyi “mənəvi kamilləşmə məqamının 9 mərhələsini bir məmur- şairin tam ixlasla keçdiyini görərək şair qələminə təvəkkül edəcək” dərəcədə “havalanmış” müəllif xanımın həqiqətlərdən uzaq qalmış qulağlarına aşağıdakı misralar sırğa əvəzi olsun barı: “Məmuru müqəddəs sırıyanların Dünyada qoyduğu qara oyundu, Mələk cəhənnəmə sürüyənlərin Qiyamət qopmamış kitabı yandı”. Allah bir adamı ki, əlilləri təhqir edib, adam yerinə qoymayıb, yazdığı şeirlə hallarına acımaq riyakarlığından, “Nə gözəldi yolun, Allah” yazıb, fətullahçı olmadığını göstərmək üçün Ramazanda araq içmək haramkirliyindən qorumadı, nəinki irfan nəsib etmək, ondan ümidini kəsib demək (onun yaradıcılığından “müdafiə- monaqrafiya” yazan “tənqidçilərin” halına isə həqiqətən acımaq gərək). Quba bölgəsinin bu məşhuri -cahan şairi haqda kitab, məqalə yazanların, onunla çörək kəsib, şəkil çəkdirib paylaşanların, (əgər özünün tayı deyillərsə) utanıb xəcalət çəkəcəyi günlər uzaqda deyl. Son olaraq onu da qeyd edək ki, 18 ildi Quba r-n İH aparatında (hansı “xidmətlərinə” görəsə diplomsuz işə götürülüb və 10 il sonra Moskva üniversitetinin flialından qiyabiçi diplomu alıb) müxtəlif vəzifələrdə işləməklə məmurlaşmış olsa da, özünü bölünmüş, torpaqları işğalda olan xalqın, millətin nümayəndəsi, şairi sayan şəxsin camaat arasında “oxlov udmuş” kimi özünü dartıb poza verməsi, yekəxana- yekəxana gəzməsi “Mən ayrı, siz ayrı” mənasına gəlmirmi?!. Yaltaqların, qorxaqların, ikiüzlülərin, laqeydlərin susması, yarınması sayəsində necə gəldi yazaraq, çap etdirərək meydan sulayanlara, iqtidara girib quduraraq özünü “ədalət cəngavəri”, başqasını “erməni törəməsi” kimi qələmə verənlərə bir dur deyən, yerini göstərən tapılacağmı?! 

Cabir Alpoğlu Albantürk (şair -publisist)
Oxşar xəbərlər
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
GÜNLÜK
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc