"Moskva onun da fərqindədir ki, Azərbaycanı itirə bilər və..."
Oxunub: 7670
30 Jul 2016 | 11:05
Gəlin tələsməyək, bu təkliflərin müəllifi ölkəni və onu idarə edənləri hamıdan yaxşı tanıyır və ən düzgün qərarı da onun verəcəyinə kimsə şübhə etməməlidir. 



İqtisadçı millət vəkili Vahid Əhmədov gündəmin bir sıra siyasi-iqtisadi mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:


Müsahibənin əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/146032.html


- Avqustun 8-də az qala “Əsrin kontraktı”na bərabər tarixi bir gün yaşanması gözlənilir və Putinlə Ruhaninin İlham Əliyevlə Bakıda keçirəcəyi görüşlər, müzakirəyə çıxarılacaq mövzuların bolluğu onu bir daha isbatlayırmı ki, Azərbaycan regionun açar dövlətidir?

- Ümumiyyətlə son dövrlər baş verən prosesləri analiz etdikdə aydın şəkildə görsənir ki, Azərbaycana həddindən artıq böyük diqqət var. Azərbaycan prezidentinin apardığı xarici siyasət o qədər uğurludur ki, nəinki regional, hətta qlobal miqyaslı problemlərin həllində İlham Əliyevlə məsləhətləşmələr aparılır. Bu baxımdan avqustun 8-də Rusiya və İran prezidentlərinin eyni gündə Azərbaycana səfərə gələcəkləri və dövlət başçımızla aparacaqları müzakirələr olduqca əhəmiyyət kəsb edəcək. Təbii ki, əsas diqqət dəmiryol ilə yükdaşımaların hər üç ölkənin maraqlarına xidmət etməsinə yönəldiləcək, eyni zamanda bir sıra siyasi-iqtisadi məzmunlu məsələlər də masa üzərinə yatırılcaq, fikir mübadiləsi aparılacaq. Heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin həlli də prezidentlərin müzakirə mövzularından olacaq. Görünən odur ki, son vaxtlar Rusiya Qarabağ məsələsində xeyli fəallaşıb və münaqişənin həllində irəliləyişə nail olunması üçün hərəkətə keçib. Mənə elə gəlir ki, bununla bağlı Moskva ilə Vaşinqton arasında da razılaşma var və Putinin sülh planının həyata keçirilməsi digər həmsədrləri də qane edir. Yeganə razılaşdırılmayan məqam sülhməramlıların yerləşdirilməsi barədədir. Rusiya təkidlə əsas hərbi kontingentin onun silahlı qüvvələrindən təşkil olunmasında maraqlıdırsa, digər həmsədrlər, o cümlədən son dövrlər Azərbaycanla xeyli yaxınlaşan İran da bölgəyə çoxmillətli sülhyaradıcı qüvvələrin yerləşdirlməsini istəyir. 

- Ümid edirsinizmi ki, doğrudan da Putin Qarabağ məsələsinin həllində maraqlıdır?

- Mən heç vaxt Putinə inanmamışam və indi də inanmıram. Amma müəyyən ümidverici addımların da atıldığını və atılmaqda olduğunu inkar etmək olmaz. Amma iş səmimiyyətə qalanda təbii ki, Rusiya daha çox atəşkəsin davamlı olmasında və status-kvonun indiki kimi qalmasında maraqlıdır. Eyni zamanda Moskva onun da fərqindədir ki, Azərbaycanı itirə bilər və belə bir starteji müttəfiqi itirməmək üçün nələrisə güzəştə getmək lazım gələcək. 

- Hamı Rusiyanın Qarabağın qarşılığında Azərbaycandan nə istədiyi məsələsinə cavab axtaranda yadına düşən ilk şey sülhməramlı adı altında rus qoşunlarının təkrar ölkəyə gətirilməsini qabardır, bunun mümkün fəsadlarını sadalayır. Amma Moskvanın israrla Azərbaycanı Avrasiya Birliyində görməsi və bununla bağlı şərt irəli sürməsi barədə sanki heç kim danışmaqda maraqlı görsənmir. Olmaya belə bir təhdid və ya təklif artıq gündəmdən çıxıb?

- Mən inanmıram ki, İlham Əliyev kimi peşəkar dövlət başçısı və regionun oyun qaydalarını, Azərbaycanı gözləyəyən təhlükələri təfsilatıyla bilən bir prezident Rusiyanın belə bir avantürist təklifinə "hə" desin. Amma siyasətdə mümkün olmayan şey yoxdur və ola bilər ki, Azərbaycan müəyyən şərtlərlə həmin qurumda hanısda formada təmsilçilik statusuna razılaşar. Təbii ki, bu şərtlərin başında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin köklü həlli gəlir. Amma düşünmürəm ki, bu gün bu məsələlər tərəflərin müzakirəsi mərhələsindədir. Rusiyanın son dövrlər fəallaşması da əslində mövsümidir və bir təfədən də Amerikada payızda keçirləcək prezident seçkilərindən istifadə edərək Vaşinqtonu təzyiq altında saxlamağa hesablanıb. Görün vəziyyət hansı həddə çatıb ki, Rusiyanın prezidentliyə respublikaçı namizəd Donald Trampa açıq-aşkar siyasi və həta maliyyə dəstəyi də verdiyi iddia olunur. Moskva anlayır ki, demokratların namizədi Hillari Klinton Ağ Evə sahiblənəcəyi halda faktiki olaraq Obamanın siyasətini davam etdirəcək. Ona görə də Rusiya yaranmış situasiyada öz oyununu oynamağa çalışır. Amma Rusiyanın özündə də vəziyyət xeyli pisləşib və iqtisadiyyatın tənəzzülü ilk baxışda görsənməsə də vəziyyətin ürəkaçan olmadığı bəliidir.

- Bir məsələ də bəllidir ki, artıq Ərdoğan özü Avropa Birliyi istəklərinin birdəfəlik dəfn olunduğunu bilir və rəsmən imtina edilməsə də Ankara üzünü Qərbə deyil, Şimala tutmağa meylli görsənir. Bu baxımdan Türkiyə ilə birlikdə Rusiyanın qatıldığı Avrasiya Birliyinə daxil olmağımız gələcək perspektivdə mümkün görsənirmi?

- Mən belə bir variantı təsəvvür edə bilmirəm. Türkiyə rəhbərliyi nə qədər anti-Qərb ovqatlı bəyənatlar səsləndirsə də bu dövlətin gələcəyi və bütün inkişafı Avropaya inteqrasiya ilə sıx bağlıdır və bundan imtina Türkiyəni uçuruma apara bilər. Bu gün Türkiyədəki bütün texnologiya Qərbdən gətirilib və mən qardaş ölkənin bütün sənaye potensialını bilirəm, istehsal müəssisələrini də gəzmişəm və Qərblə elə sıx tellərlə bağlanma var ki, bunu qırmaq üçün heç yarım əsr də bəs etməz. Türkiyənin NATO ölkəsi olmasını da unutmamaq lazım və elə hesab edirəm ki, Türkiyədəki 15 iyul olayları səngiyəndən sonra münasibətlər qaydasına düşəcək. 

- Vahid müəllim, gəlin razılaşaq ki, əksər Azərbaycan vətəndaşını nə Qarabağ dərdi, nə Türkiyədə yaşananlar o qədər də maraqlandırmır, millətin başını kredit rəzaləti ilə elə qatıblar ki, hamı yerindən durandan axşam yatana qədər bankların caynağından hulqumunu necə qurtaracağının iztirabını yaşayır...

- Bilirsiniz, mən bir neçə dəfə mətbuata bildirmişəm. Azərbaycan üçün bu gün ən ciddi problem bankların mövcud durumu və əhalinin kredit borclarının taleyidir. Mən istər parlamentdə, istərsə də digər səviyyələrdə harda imkan olubsa fikirlərimi bildirmişəm, xəbərdarlığımı etmişəm, görüşdüyüm rəsmilərə də vəziyyətin qəlizliyini, mürəkkəbliyini izah etmişəm. Biz bank sistemini ən qısa zamanda sağlamlaşdırıb normal vəziyyətə gətirə bilməsək çox ciddi problemlər yaşaya bilərik. Təbii ki, ötən müddətdə müəyyən addımlar atıldı, Maliyyə Bazarlarına Nəzarət Palatası bankları saf-çürük edərək 10-a yaxın bankı bağladı. Amma yeri gəlmişkən bir daha deyirəm ki, bankların bağlanmasına deyil, onların birləşdirilməsinə çalışılmalıydı. Nəzərə almaq lazımdır ki, banklar bağlananda həm dövlət, həm müştərilər, həm də orada işləyənlər uduzur. Cənab prezident də bankların bağlanmasını deyil, konsolidasiyanın təşkil edilməsini tapşırmışdı. Çox təəssüflər ki, bir çox banklar buna getmədi və birləşib iri banklar təşkil etmək əvəzinə bank olmayan kredit təşkilatı olmağa üstünlük verirlər. Mən bu siyasəti olduqca yanlış hesab edirəm. Bu prosesin qarşısı alınmalı və Azərbaycanda iri banklar yaradılmalıdır. Ölkədə 15-20 iri bank fəaliyyət göstərsə iqtisadiyyatımız da canlanar. Biz deputat həmkarım Əli Məsimli ilə təkliflər hazırlayıb təqdim etmişik, amma 3 aydan çoxdur ki, cavab ala bilmirik. Etiraf edim ki, bu təkliflərdən sonra çoxsaylı müzakirələrimiz də olub, amma konkret olaraq təkliflərimizi cavablandırmırlar. Heç kimə sirr deyil ki, hökumətdə bu məsələdə fikirlər haçalanır, əhaliyə verilən kreditlərin faizlərinin aşağı salınması və nəzərəçarpacaq güzəştlərin tətbiqinin zəruriliyini bildirənlər də var, tamam əks mövqedə dayananlar da. Amma bu elə bir problemdir ki, tədbir görülmədikcə xərçəng kimi metastaz verib aybaay problemli kreditlərin həcmini artıracaq. Azərbaycan kimi balaca dövlət üçün 1,5 milyardlıq problemli borc çox təhlükəli rəqəmdir. Bu gün faktiki olaraq banklar durğunluq içərisində batır. Çünki kredit əməliyyatları demək olar ki, dayandırılıb. Bankları dünyada iqtisadiyyatın qan-damar sistemi hesab edirlər, kredit dayandırılan ölkədə isə iqtisadiyyatı inkişaf etdirmək mümkün olan şey deyil. Dünyada istər fiziki, istər hüquq şəxslər kreditlə işləyirlər, iş yerləri açırlar, dövlətə vergilər ödəyirlər, həmin vergilər təkrar istehsala yönəldilir və bu sirkulyasiya iqtisadiyyatı canlandırır. Amma bizim səlahiyyət sahiblərimiz büdcəyə qənaət mexanizmi deyib pulu bərk-bərk saxlayırlar. 

- Halbuki pul kifayət qədərdir. Ən azı büdcədə neftin bir bareli 25 dollardan götürüldüyü halda 7 aydır ki, bundan az qala iki dəfə baha satılır.

- Axı büdcəyə qənaət sözünü mən anlaya bilmirəm. Əgər büdcə Milli Məclisdə təsdiq olunubsa onu icra etmək və pulu xərcləmək, ancaq onun təyinatı üzrə xərclənməsinə ciddi nəzarət edilməlidir. Büdcənin icrası 95-97 faiz olanda biz onu məqbul sayırıq. Amma 2015-ci ildə büdcənin icrası 85 faiz oldu və bu çox aşağı rəqəmdir. Məndə dəqiq rəqəmlər yoxdur, amma görünən odur ki, bu il daha aşağı rəqəmli icra ilə rastlaşacağıq. Çünki pulların müəyyən qisminin xərclənmsini dayandırıblar və gələn ilki büdcəyə saxlamaq hədəflənib. 
-Prezidentin konstitusiya islahatları ilə bağlı təklifi cəmiyyətdə ciddi müzakirə olunur. Siz necə düşünürsünüz, vitse-prezidentlik institutu ilə bərabər baş nazirlik institutunun saxlanılması idarəetdmədə ikitirəlik yaratmayacaq ki?
-Mən bu müzakirələri izləyirəm və öz münasibətimi də bildirmişəm. Hələ o vaxt, 92-93-cü illərdə biz hakimiyyətdə olanda da məsələ müzakirə olunurdu ki, Nazirlər Kabineti ləğv edilsin, onun yerində vitse-prezidentlik institutu formalaşdırılsın. Son 20-23 ildə də bu məsələ hər zaman aktuallığını qoruyub saxlayıb. Son dönəmlər dünyada baş verənlər, o cümlədən Türkiyədə dövlət çevrilişinə cəhd Azərbaycanda da konstitusiyaya yenidən baxılmasına rəvac verdi. Təklif olunan dəyişikliklərdən ən çox müzakirə olunanı birdən-birə iki vitse-prezidentlik institutunun yaradılmasıdır. Burada da qeyri-adi bir şey yoxdur. Birinci vitse-prezident bir sahəyə nəzarət edəcək, o biri vitse-prezident digər sahəyə cavabdeh olacaq. Dövlət başçısı da olmayanda birinci viste-prezident onu əvəz edəcək. 

- Baş nazir onu əvəz edə bilməzdimi?

- Belə bir qərar qəbul olunub və ölkəni idarə edən, dövlətin və millətin təhlükəsizliyinə cavabdeh olan prezident bunu təklif edibsə, deməli, əsassız deyil. Mən bu addımı müsbət qiymətləndirirəm. Çünki indiki çətin dönəmdə müstəqilliyin qorunub saxlanılması və dörd bir yandan bizi təhdid edən təhlükələrin anındaca dəf edilməsi üçün belə bir dəyişiklik labüddürsə ondan çəkinmək lazım deyil. Amma mən bu qənaətdəyəm ki, vitse-prezidentlik institutu bərqərar olunduqdan sonra baş nazirliyə ehtiyac qalmayacaq. Namizədlər ətrafında da mediada çoxsaylı müzakirələr gedir və hətta deputat həmkarlarım da bu müzakirələrə qoşularaq adlar çəkirlər. Amma gəlin tələsməyək, bu təkliflərin müəllifi ölkəni və onu idarə edənləri hamıdan yaxşı tanıyır və ən düzgün qərarı da onun verəcəyinə kimsə şübhə etməməlidir. 
Oxşar xəbərlər
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 16:35
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 16:35
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri