“Gülənçilərin Azərbaycanda dövlət çevrilişi etməsi...”x9d - Ekspert rəyi
6241
01 Aug 2016 | 14:25

“Gülənçilərin Azərbaycanda dövlət çevrilişi etməsi...”x9d - Ekspert rəyi

“Dünyanın 170 ölkəsində Fətullah Gülənin ən azı məktəbləri, ticarət əlaqələri var. Bu ölkələrin hər birində bu insanların dövlət çevrilişi etmək və ya siyasətə hər hansı formada təsir etmək imkanları demək olar ki, 0-a yaxındır. O cümlədən də, Azərbaycanda”x9d.


Bunu Moderator.az-a açıqlamasında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl Fətullah Gülən tərəfdarlarının Azərbaycanda çevriliş təşkil etmək imkanında olması ətrafında yazılanlara münasibət bildirərkən deyib.


İlham İsmayıl daha sonra bildirib ki, məsələ digər ölkələrdə Türkiyədəki kimi deyil:

“Sadəcə olaraq Ankaranın rəsmi siyasəti bu istiqamətə yönəlibdir ki, Fətullah Gülənin tərəfdarları, onun nəzəriyyəsi, təlimi ilə olan tədris, ticarət və s. sahələrdə çalışanlar zərərsizləşdirilsin. Yəni, bu daha çox Türkiyəni nəzərdə tutur, nəinki başqa ölkələri, çünki o adamların əksəriyyətinin Türkiyə ilə ciddi əlaqələri var.

Bilirsiniz ki, Azərbaycanda da 2-3 il bundan öncə təxminən belə bir dalğa yaşandı. O dalğa da bir neçə şəxsin vəzifəsindən xaric edilməsi ilə nəticələndi. Bu, hələ o dövrdə Türkiyənin təkidlərinin nəticəsində baş verdi. Müəyyən işlər görüldü, Qafqaz Universitetinin 51 faizi dövlətin sərmayəsinin keçdi.

Türkiyədəki 15 iyul hadisələrindən sonra isə Türkiyə rəsmilərinin həm Türkiyənin daxilində, həm də kənarda xüsusi bir basqısı var. O basqının nəticəsində də bizdə Qafqaz Universiteti, Gülənçilərlə heç bir əlaqəsi olmayan ANS telekanalı bağlandı”x9d.

 

Ekspert sonda bir daha vurğulayıb ki, Gülənçilərin Azərbaycanda dövlət çevrilişi etməsi mümkün deyil:

“Gülənçilər Nigeriyada belə var və onlar yenə deyirəm ki, daha çox tədris və ticarət əlaqələriylə məşğuldurlar. Düzdür, Gülən yəni,  nurçuluq nəzəriyyəsinin səhv etmirəmsə, 21 və ya 22-ci maddəsinin sonunda şəriət dövlətinin, İslam dəyərlərinə əsaslanan bir dövlətin qurulması məsələsi durur. Gülənçilər də bu istiqamətdə iş görürdülər və təbii ki, bunun qarşısı alınmalı idi. Amma Azərbaycanda indiki şəraitdə onların fəaliyyəti dövlət çevrilişi məsələsində 0-dan da aşağıdır. Bu, mümkün deyil.

Onlar özləri də siyasətdə aqressivliyin tərəfdarı deyillər, hələ ki, dünyanın hər yerində təkmilləşmə prosesini keçirlər. Bəlkə də düşünürlər ki, zaman elə bir dövrə gəlib çatacaq və bir 50 ildən sonra  Azərbaycanda da nəsə başqa bir iş görmək olacaq. Amma indiki hadisələr tamam başqa istiqamətdə gedir. Azərbaycanda demək olar ki, adi bir siyasi partiyanın gücü daha çoxdur, nəinki Fətullah Gülən məktəbindən keçənlərin”x9d.

 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarından birində Fətullah Gülənin terror təşkilatına qarşı mübarizənin digər ölkələrdə də başlaması zərurətinə toxunub. Bu çıxışdan sonra Türkiyə KİV-ləri FETÖ-nün daha hansı ölkələrdə nüfuz sahibi olmasından yazır. Və bu kontekstdə Azərbaycanın da adı tez-tez çəkilir.

 

Rumiyyə

Link kopyalandı!
Son xəbərlər