"Kremlin dostu olan ölkələr son yüz ildə yalnız problemlər yaşayıb..."
Oxunub: 5566
05 Aug 2016 | 01:38
Avqustun birinci on günlüyündə episentrində Azərbaycanın da bulunduğu bölgədə çox ciddi siyasi hadisələrin yaşanacağı gözlənilir. Avqustun 8-də Rusiya və İran prezidentlərinin eyni gündə Bakı təmasları olacaq və üç ölkə rəhbəri təbii ki, təkcə iqtisadi deyil, beynəlxalq və regional problemləri də müzakirə edəcək. Bundan bir gün sonra isə Türkiyə Prezidenti Ərdoğanla Rusiyalı həmkarının Sankt-Peterburqda tarixi görüşü gözlənilir. 

Belə bir həssas dönəmdə təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl durumu Moderator.az-a şərh edib:

Rusiya və dostları...                                                  

2008-ci ilin Pekin Olimpiadasında Vladimir Putin (o vaxt baş nazir idi) Çini vaxtından xeyli əvvəl tərk etməyə məcbur olmuşdu, səbəb də Gürcüstan Abxaziya və Cənubi Osetiya cəbhəsində yaranmış kritik vəziyyət və Gürcüstan Ordusunun irəliləməsi idi. Yenə avqustdu, yenə Olimpiada günləridi və yenə də Putin Qafqaz və ona yaxın bölgə ölkələrinin rəhbərlərilə üç gün ( 8-9-10 avqustda) ərzində kritik görüşlər keçirmək ərəfəsindədir. İyul ayında hər üç ölkə - baş tutmayan çevriliş cəhdindən sarsıntılar keçirmiş Türkiyə, 15 gün İrəvanda polis binasını tutub hakimiyyətə meydan oxuyan “Sasna Tsrer” qrupunun yaratdığı siyasi çaxnaşmadan hələ ayılmayan Ermənistan, iqtisadi böhranın siyasi böhrana keçməməsi üçün ölkənin siyasi sistemində dəyişikliklər etməyə qərar vermiş Azərbaycan  Putinin patronajlığıyla problemlərini çözmək ümidindədirlər. 

Problemlərində fərqli və oxşar cəhətlər olan bu ölkələrin məhz Rusiyanı seçməsi yalnız Rusiyanın bölgədəki vacib rol oynamasıyla şərtlənmir, bu həm də hər üç ölkənin daxili siyasi sisteminin dəyişiklik ərəfəsində olması  və buna nail olandan sonra ( yəqin ki, nail olunacaq) Rusiyanın simasında mövcud rejimlərin ömrünü uzatmaq məqsədidir.
Türkiyə hələ 15 iyul hadisələrindən əvvəl Rusiyadan vurulmuş təyyarəyə görə üzr istəyib, münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atmışdı və çevrilişə cəhd baş tutmayandan sonra Putinlə Ərdoğanın görüş tarixi müəyyənləşdi. Görüş ərəfəsində Türkiyə ABŞ başda olmaqla ənənəvi tərəfdaşlarını çevrilişə birbaşa və dolayısıyla dəstək verməkdə qınadı və ittiham dolu bəyanatlarını Qərbə ünvanlamaqda davam edir. Türkiyə xarici siyasət kursunda ciddi dəyişiklik etməkdədir və çox güman ki, Avropa ölkələrilə münasibətlərdə gərginliklər yaşanacaq. Belə bir zamanda Rusiyayla birgə xarici siyasət kursu müəyyənləşdirmək və bununla da Qərbdən üz döndərmək xətti aparmaq Türkiyənin indiki rəhbərliyinə hava və su kimi lazımdır. Bu siyasətin hətta qısa zaman kəsiyində belə  uğurlu olacağı böyük sual altında olsa da, Türkiyəyə böyük zərər vuracağı sözsüzdür. SSRİ dövründən bəri Rusiyanın dostu olan heç bir ölkə, Rusiyayla eyni siyasəti bölüşən heç bir dövlət uğur qazanmayıb. Son dövrün Suriyası buna əyani sübutdur. Türkiyə rəhbərliyi bilir ki, Avropadan fərqli olaraq Rusiya heç vaxt insan haqlarıyla bağlı heç bir dövlətə, o cümlədən son vaxtlar insan haqları məsələsində ciddi problemlər yaşayan Türkiyəyə irad bildirmir və bildirməyəcək. 

Türkiyə Konstitusiyasına dəyişiklik etməyə hazırlaşır - parlament idarəetmə sistemindən prezident üsul-idarəsinə keçməklə, Ərdoğan hakimiyyətin bir əldə cəmlənməsinə və beləliklə avtoritar idarəetmə rejimini daha da gücləndirməsinə çalışır. Dövlət çevrilişinə cəhddən sonra Ərdoğanın  xarici  ölkəyə ilk səfərini Rusiyaya etməsi də siyasi dairələrin diqqətindən yayınmayıb.

Sankt-Peterburq görüşündə Rusiya ”“ Türkiyə münasibətlərinin çox tərəfləri müzakirə olunacaq. Bizim üçün vacib olan təbii ki, Qarabağ problemidir. Qarabağ bu görüşün əsas müzakirə predmeti olmasa da, yəqin ki, toxunulacaq. Bunu deməyə həm də o əsas verir ki, Putin  bir gün əvvəl Bakıda İran prezidenti Ruhaniylə və Azərbaycanın prezidenti  İlham Əliyevlə, avqustun 10-da isə Ermənistan prezidenti S.Sarkisyanla görüşlər keçirəcək. Rəsmən elan olunmuş ”“ iqtisadi-siyasi məsələrlə yanaşı Qarabağ məsələsinin müzakirə olunacağı da şübhə doğurmur. 
 
Azərbaycan iyulda  Türkiyə və Ermənistan kimi siyasi kataklizmlər yaşamasa da idarəetmədə siyasi sistemi dəyişməyə - Konstitusiyada dəyişiklik etməyə qərar verib. Türkiyədə olduğu kimi Konstitusiyada dəyişiklik etməklə hakimiyyətin  bir əldə cəmlənməsinin ömrünü uzatmaq xətti götürməyə qərar verilib. Sentyabrda keçiriləcəyi nəzərdə tutulan referendum prezident seçkilərini vaxtından əvvəl keçirməyə imkan verəcək və iqtisadi böhranın hər gün dərinləşdiyi bir zamanda hakimiyyətə dividend gətirə biləcək hadisə - Qarabağla bağlı Azərbaycanın xeyrinə  müəyyən addımların atılacağının ən azı siqnallarını verməkdir. Bu siqnal yalnız Rusiya tərəfindən verilə bilər. Problemin mərhələli həlli istiqamətində tərəflər arasında razılığa gəlmə Rusiyanın əlilə mümkündür.., amma? 

Amma Ermənistan  bu plana razı deyil və Sarkisyana yönəlik son ittihamlar, onun istefasının tələb edilməsi məsələni qəlizləşdirən tərəfdir. Avqustun 10-da Sarkisyanla görüşdə Ermənistanda son zamanlar yaranmış anti Rusiya əhval-ruhiyyəsini doğuran səbəblər, Qarabağ problemini həllində guya Rusiyanın Ermənistanı satması kimi formalaşan fikirlər mütləq müzakirə olunacaq. Rusiya Sarqsyanın vaxtından əvvəl istefaya göndərilməsinin əleyhinədi, eyni zamanda Ermənistan rəhbrliyinin son hadisələrlə bağlı qətiyyətsiz olması, bina zəbt edənləri vaxtında zərərsizləşdirməməsi Rusiyanı narahat edən məqamlardı. Sarqsyan da Konstitusiya dəyişikliyi edib prezident üsul-idarəsindən parlament idarəetməsinə keçmək və siyasi ehtirasları bir qədər sakitləşdirmək xətti götürüb. Hədsiz narazı erməni cəmiyyəti sakitləşəcəkmi? Rusiyanın Qarabağla bağlı  siyasəti Sarqsyanı vaxtından əvvəl də istefaya göndərə bilər və ya mövqelərini möhkəmlədə bilər. O zaman Azərbaycanda vəziyyətin dramatikləşməyəcəyinə zəmanət yoxdur, hətta xalqın bu gün proseslərə biganə münasibətini əlində əsas tutan pessimistlər də yanıla bilərlər. 

Putinə də çətin olacaq. Bu gün yaxınlaşmalar olsa da  Rusiya Türkiyəni heç vaxt özünə etibarlı  mütəffiq kimi bilmir. Azərbaycana Qarabağ məsələsində heç bir töhfə verməyən Putin bölgədə təsirini azaltmamaq üçün ən azı bir neçə rayonun qaytarılmasını həll etməyə məcburdur, amma Ermənistanın daim sürüşkən xarakterini də bildiyi üçün uyğun yol tapmaqda müəyyən çətinliklər yaşayır. “Qurdun tox, qoyunun salamat qalması” dilemmasını həll etməyin çətinlikləri reallıqdır.
   
Göründüyü kimi, hər üç ölkə - Türkiyə, Azərbaycan, Ermənistan  Konstitusiyalarına dəyişiklik etməyə qərar veriblər. Məqsəd idarəetməni demokratikləşdirmək deyil, mövcud siyasi hakimiyyətlərin  ömrünü uzatmağa yönəlib. Bir oxşar cəhət də var. Türkiyə və Ermənistan iyul hadisələrindən sonra xüsusi xidmət orqanlarının strukturunda dəyişiklik etməyə qərar verib. Azərbaycanın ötən ilin noyabrında qəbul etdiyi kimi kəşfiyyat və əks kəşfiyyat qurumlarını ayırıb müstəqil etmək. Hər üç ölkə Rusiyanı özünə dost seçib, Rusiyaya sığınıb. Rusiyanın özü isə çətin günlərini yaşayır, mütəxəssislər 2017-ci ildə Rusiyanın hətta maaş və təqaüdlərin verilməsində çətinliklər yaşanacağını proqnozlaşdırırlar. Rusiya rejiminin dostları olan ölkələr son yüz ildə yalnız problemlər yaşayıb, Rusiya da itirib, onlar da”¦

Aydın məsələdir ki, 8-10 avqust görüşləri on illərin problemlərini-xüsusilə də Qarabağ problemini  bir günə həll etməyəcək, amma gələcək həllində önəmli addımlara imza atmaq mümkündür. Qloballaşan dünya da, bizim bölgə də gərgin siyasi münasibətlər dönəmini yaşayır. Bu dönəmdə yalnız siyasi hakimiyyətin taleyini deyil, xalqın, dövlətin  taleyini düşünən siyasət qalib gələ bilər, əks halda tələyə düşüb ölkənin tarixinə sağalmaz zədə vurula bilər".

Oxşar xəbərlər
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
GÜNLÜK
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR