Şotlandiyanın paytaxtı Edinburqda qeyri-adi hadisə baş verib - yerli zooparkın pinqvininə təntənəli şəkildə general rütbəsi verilib. Tədbir bütün qaydalara uyğun aparılıb. Paradın rəhbəri şəxsən Nils Ulaf ləqəbli pinqvini yeni tütbəsi münasibətilə təbrik edib. O əvvəl podpolkovnik rütbəsində olub.
Bu təntənənin səbəbi ondadır ki, pinqvin Şotlandiya qvardiyasının talismanıdır.
Dyuk ləqəbli it isə ABŞ-ın Minesota ştatının Kormoranq şəhərinin üçüncü dəfə meri seçilib.Seçkilər hər il keçirilən şəhər festivalı çərçivəsində baş tutub.1039 nəfər əhalisi olan bu şəhərdə reklam olaraq 3 ədəd şəhər plakatı daşıdığına görə it yenidən bu vəzifəyə seçilib. İtlər ilk dəfə deyil ki, ABŞ-ın siyasi həyatında iştirak edirlər.Əvvəllər Lyusi Lu ləqəbli it Amerika prezidentliyi üçün keçirilən nominasiyada da iştirakçı olub. Bizə isə bu xəbərlərdən sonra ah çəkib- Bəxtəvər başınıza- demək qalır.