Babəki satan Səhl ibn Sumbat kimdir - Tarix
Oxunub: 2910
26 Aug 2016 | 16:25
Babəki satan Səhl ibn Sumbat kimdir  - Tarix
Bir sıra tarixi mövzular var ki, sovet rejimi onları öz ideologiyasına uyğunlaşdıraraq təhrif edib. Belə tarixi mövzulardan biri də Babək və Xürrəmilər hərəkatıdır. Rejim dağıldıqdan sonra ideologiyanın qurbanına çevrilən Babək və hərəkatı haqqında əsl həqiqətlər gün işığına çıxmağa başladı. Ancaq nə olsun, sovetin milli tariximizdə açdığı izləri doldurmaq hələ ki mümkün deyil və bir çox ziyalılarımız da həmin o yad cığırla getməyə davam edirlər...
 
Tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının Səhl ibn Sumbatın kimliyi ilə bağlı olan yazısını təqdim edirik.
 
I YAZI
 
Sovet dövrü tarixşünaslığının Babək və hürrəmilər hərəkatı ilə bağlı tədqiqatlarında ən böyük səhv nəticələrdən biri Babəki hiylə ilə tələyə salıb xilafət ordusunun sərkərdəsi Afşinə təhvil vermiş Şəki qalasının sahibi Səhl ibn Sumbatın milli mənsubiyyəti ilə əlaqədardır. Sovet dönəmində bu adamın milliyyətcə erməni-hay olması barədə fikir yürüdülmüş, bununla bağlı tarix sahəsində əsassız versiya yayılmışdır. Əlbəttə ki, bu versiya göydən götürülməmiş, müxtəlif mənbələrin məlumatlarının araşdırılması nəticəsində ortaya qoyulmuşdur. Üstəlik, erməni-hay alimləri də bu barədə yalan məlumatlarla böyük çaşqınlığın yaranmasına səbəb olmuşdular. Lakin həmin məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyi lazımınca yoxlanmamış, müəyyən müddət sovetlərin “xalqlar dostluğu” düşüncəsinə uyğun olaraq bu tarixi surətin üzərindən mümkün qədər keçilməyə cəhd gösətrilmiş, erməni-haylarla Azərbaycan türklərinin milli münasibətlərinin kəskinləşdiyi zamanlarda isə Səhl ibn Sumbatın milliyyətcə erməni-hay olması, Babəki satması ilə bağlı fikirlər söylənmişdir.
 
Millətlərarası münasibətlərin hansı mərhələ və hansı səviyyədə olmasından asılı olmayaraq, tarix elminin dəyişməz xətti olan “tarixi gerçəklikləri” söyləmək prinsipindən çıxış etmək, olanları bəzək-düzəksiz, necə varsa, eləcə göstərmək, düşünürəm ki, ən doğru yoldur. Azərbaycan tarixçisi bu gün erməni-hay tarixçilərinin dünyaya yalanlar təqdim etməsini gülüşlə qarşılayırsa, Azərbaycan tarixini, eləcə də bu tarixin səhifələrində yer almış çeşidli tarixi personajlar haqda gerçəkləri obyektiv şəkildə yazmaq məcburiyyətindədir. Məhz bu baxış bucağından çıxış edərək Səhl ibn Sumbat deyilən adamın kimliyini yığcam şəkildə də olsa, təhlil etməyimizdə fayda vardır.
 
Əvvəlcədən bunu bildirək ki, sözügedən adamın ismi mənbələrin əksəriyyətində “Səhl ibn Smbat” (və ya Səhl ibn Sumbat) kimi qeyd olunurdu. Pers yazarı Xondəmir onun ata adını “Sunbad” kimi qeyd edir. Məhəmməd Üvfi özünün “Cəvami əl-hekayət və ləvami-ər-rəvayət” kitabında onun ata adını “Sunbat” şəklində yazır. İbn-Xəldunun “Kitab-əl-ibər” əsərində isə bu adamın adını Səhl ibn Sabat kimi görürük. Bu səbəbdən də biz həmin adamın ismini Səhl ibn Sumbat kimi yazmaq üçün daha çox əsas olduğunu düşünürük, hərçənd həmin adamın atasının adının bir mənbədə “Sunbad” kimi qeyd olunması versiyası mənə daha ağlabatan gəlir. Çünki Sunbad ismi həmin dövrdə yayılmış bir isim olmaqla yanaşı, Xürrəmilərlə eyni mövqedən çıxış etmiş olan Subadilərin rəhbərinin də adında rastımıza çıxır. Yadımıza salaq ki, Mühəmməd əş-Şəhristani İsfahanda xürrəmilər adlanan qüvvənin Reydə sünbadilər adlandığını yazır və onları eyniləşdirir. Təbəri də “Tərix əl-rüsul və-l-müluk” kitabında yazır ki, “Səhl Babəkin köməkçilərindən olub onun məsləkini qəbul etmişdi”. Bu baxımdan Səhlin atasının adının Sunbad ola bilməsi ehtimalı, zənnimcə, qüvvətlidir.
 
Tarix yazarlarından Mütəhhər ibn-Tahir Müqəddəsi “Kitabül-əl-bəd və-t-tarix” əsərində, Məsudi isə “Müruc-əz-zəhəb” əsərində, həmçinin, İbn-Vazeh Yəqubi Səhl ibn Sumbatı erməni olaraq qeyd etmişlər. Fransız şərqşünas alimi Clement Huart da bu tarix yazarlarının qeydlərinə əsaslanaraq “Encyclopedie de L-İslam”da Səhl ibn Sumbatın erməni olduğunu yazsa da, digər əsəri olan “Xülasət-əl-əxbar fi bəyani əhval-il-əxyar” kitabında onun haqqında aşağıdakı ziddiyyətli məlumatı verir: “O nahiyələrdə bir qala vardı. Rum əhalisindən Səhl ibn Sunbat adlı bir şəxs oranın hökumət işlərini idarə edirdi”. Yeri gəlmişkən, Babəkin guya Bizansa sığınmaq istəməsi kimi fərziyyələr məhz onun evinə qonaq düşdüyü Səhl ibn Sumbatın Rum təbəəsi kimi zənn edilməsi sayəsində ortaya çıxıb, bunu təxmin edə bilərik. Hərçənd ki, Xondəmir XV-XVI əsrlərdə yaşayıb, bununla belə, o, Səhl Sumbatın “Rum əhalisindən” olması fikrini, görünür, xilafət sarayının hansısa tarix yazarının qeydlərindən  götürüb. Bildiyimiz kimi, Babək edam edilərkən Mötəsim bu edama çoxsaylı müsəlman əhalinin gözündə haqq qazandırmaq üçün məqsədyönlü şəkildə Babəkin guya Bizansla əlbir olması fikrini yaydırırdı. Babəkdən sonra tutularaq edam edilmiş və cəsədi Babəkin başsız cəsədi ilə yanaşı asılmış Təbəristanlı Məzyara da “Bizansın adamı” yarlığı vurulmuşdur.
 
Səhl ibn Sumbatın milli-etnik kimliyi ilə bağlı ən maraqlı və bizim də həqiqətəuyğun hesab etdiyimiz məlumatlardan birinə Moisey Kalankaytuklunun “Alban tarixi”ndə rast gəlmək olur. Belə ki, sözügedən tarixi mənbə müəllifi həmin adamı “Çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat” adlandırır. Bir yerdə də onu vəsf edərək “Arranşah” kimi təqdim edir. Akademik Z.Bünyadov isə apardığı araşdrıma nəticəsində “Səhl ibn Sumbatın Alban şahlarının nəsli hesab olunan Zermirxakanlar nəslindən olduğunu” bildirir. Daha bir yerdə də onu “alban knyazı Səhl ibn Sumbat” adlandırır. Tədqiqatçı-alimimiz N.Vəlixanlı Səhl ibn Sumbatın alban (alpan) nəslindən olması haqda akademikin söylədiyi fikri həqiqətəuyğun hesab edərək dəstəkləyir, sadəcə Səhlin nəslinin adını “Zermirh” şəklində qeyd edir. Digər tarixçi-alim S.Əliyarlı da eyni mənbəyə istinad edərək “Səhl ibn Sunbatın alban padşah sülaləsindən olan Zarmirxin nəslindən olmasını” söyləyir. Biz də həqiqətə yaxın olması səbəbindən bu versiyanı dəstəkləyirik. Z.Bünyadov Zermirh deyilən adamın Mehranilər sülaləsinin banisi Mehranın nəvəsi igid Vardanın qızlarından birinin əri kimi qeyd edir.
 
Səhl ibn Sumbatın erməni olmamasını təxmin etməyə əsas verən daha bir fikri Səid Nəfisi söyləyir: “Baxmayaraq ki, Sumbat Babəki tutub Əfşinə təhvil vermişdi, Əfşin Sumbatdan bərk incimişdi. O da bundan ibarət idi ki, Sumbat onun hərəmağasını müxtəlif hədiyyələrlə aldadaraq öz tərəfinə çəkmiş və o da Əfşinin ixtiyarında olan bütün əsir qadınları qaçırdaraq Sumbata çatdırmışdı. Buna görə də Əfşin bəzi ermənilərin xahişi ilə onu öldürmək istəyirdi, lakin arzusuna çata bilməyib öldü.” Bu fikirdən bilmək olur ki, ermənilər heç də, bir sıra erməni-hay mənbələrinin iddia etdiyi kimi, Sumbatı dəstəkləmirdi, əksinə xilafət ordusunun komandanından xahiş etmişdilər ki, Səhl ibn Sumbatı tutub öldürtsün. Hər halda, erməni-haylar milli maraqlarını öz şəxsi ədavət duyğularına qurban edəcək düşüncədə olmayıblar ki, başqa bir dinin onlar üzərində hökmranlıq etdiyi çətin vaxtlarda bir-birinin ayağından çəksinlər, bunu etiraf etməliyik.
 
Səhl ibn Sumbatın dini əqidəsi ilə bağlı isə əksər mənbələrdə onun xristian dininə sitayiş etdiyi barədə fikir yürüdülüb. Məhəmməd Üvfi Babəkin Bəzz qalasını tərk edib yuxarı Azərbaycana keçdiyi zaman baş verənləri təsvir edərkən belə bir cümlə işlədir: “Səhl ibn Sumbat adlı bir xristian onu görüb tanıdı”. Eyni hadisələri qeyd edən digər bir sıra mənbə müəllifləri isə Babəki aldadan Səhli “petrik” kimi qeyd edirlər. (Patrik ”“ xristian dinində ortodoks kilsəsi, Süryani kilsəsi və şərq ölkələrinin kilsələrinin rəhbərliyindəki ən yüksək rütbəli yepiskoplara verilən ad. “Patriarchis” sözündən götürülmüşdür. Patrikin Roma katolik kilsəsinin rəhbəri olan papadan fərqi ondadır ki, patrikin səlahiyyətləri yalnız özünə aid olan bölgə ilə məhdudlaşır və digər ərazilər və müstəqil kilsələr üzərində yetkisi yoxdur ”“ C.B.)
 
Məsələn, İbn-İmdad Hənbəli “Şəzərat-əz-zəhəb fi əxbari min zəhəb” əsərində yazır: “O, (Babək nəzərdə tutulur ”“ C.B.) həmin bataqlıqdan çıxaraq bir yolla dağa tərəf getdi. Dağlara çatdıqda petrik Səhlin evinə düşdü. O isə onu tutub  saxladı və Əfşinə xəbər göndərdi”. Şəmsəddin Əbu Abdullah Zəhəb “Düvəl-əl-İslam”da yazır: “Sonra o, bir dağdan aşaraq başqa bir dağa getdi. Bir petrikin evinə düşdü. Petrik onu tutub ardınca gələn adamlara təhvil verdi”. Pers tarix yazarı Mirxond Bəlxi “Rövzət-əs-səfa” əsərində həmçinin, Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafei “Mirat-əl-cünan və ibrət-əl-yəqzan” əsərində Səhli “petrik” adlandırmışlar. Səid Nəfisi Səhl ibn Sumbatın patrik kimi qeyd edilməsini araşdıraraq bu nəticəyə gəlib ki, Səhl Babəki tutduqdan sonra Mötəsimin xeyir-duası ilə petrik olub. Bu haqda fikir yürütmək və Səhlin xürrəmilər hərəkatı zamanında xristian olmaması ehtimalını araşdırmaq bir qədər çətindir, çünki Səhlin xristian olması barədə məlumatlar çoxluq təşkil edir. Onun milli-etnik kimliyi barədə gəlinən son elmi nəticələr bunu söyləməyə əsas verir ki, Səhl ibn Sumbat xristianlıq dinində qalmağı münasib bilən Qarabağ alpanlarından olub. Əks təqdirdə Babək kimi ayıq-sayıq bir insan heç zaman bu adama etibar etməzdi.
 
Səhl ibn Sumbatın Babək onun evində yemək yeyərkən dəmirçi çağıraraq onun əl-ayağına buxov vurdurması barədə Xondəmir, Mirxond və başqa pers tarix yazarlarının qeydləri tam yalandır. Babək Səhl tərəfindən aldadılaraq ova çıxmaq adı ilə bir meşəyə gətirilmiş, burada onları Afşinin göndərdiyi bir neçə silahlı adam dövrəyə almış, Səhl Babəkdən uzaqlaşaraq qaçmış, Babək isə əsir alınaraq Afşinin qərargahına gətirilmişdir. Doğru olan budur.
 
Və Səhl ibn Sumbatın elə əvvəldən guya xəyanətkar, qorxaq, var-dövlət hərisi olması ilə bağlı yayılan iddialar da tamamilə əsassızdır, çünki mənbələrdə Səhlin hələ 821-822-ci ildə Arrana (Ərməniyyəyə, yaxud Quzey Azərbaycana) hücum etmiş ərəb qoşunlarını ağır məğlubiyyətə uğratması barədə məlumatlar vardır. Alban tarixçisi Moisey Kalankaytuklu “Alban tarixi” əsərində yazır ki, “erməni təqvimi ilə 270-ci ilin sonunda ərəblərin seçmə döyüşçüləri gizlicə Bərdədən çıxıb Amaras vilayətini qarət etdilər. Min nəfərə qədər əsir alıb Böyük Arran Şikarkar məntəqəsində möhkəmləndilər. O vaxt cəsur və əzəmətli Arranşah knyaz Səhl ibn Sumbat igid qardaşları ilə birlikdə öz qoşunu ilə səhərçağı ərəblərə hücum etdi. Onlardan çoxunu qılıncdan keçirib qalanını qaçırtdılar, əsirləri isə şirlərin dişlərindən çıxarıb azad etdilər.”
 
Erməni təqvimi ilə 270-ci il miladi təqvimlə 821-ci il mayın 5-də başlayıb 822-ci il mayın 4-də bitirdi. Bu da Mehranilərin son nümayəndəsi olan II Varaz Trdatın (II Varaz Trdat ”“ Alpan elini idarə etmiş Mehranilər sülaləsinin taxt-taca iddialı son nümayəndəsi, I Stepannosun oğlu, I Varaz Trdatın ölümündən (705-ci il) sonra Böyük Alban Knyazlığı Əməvi xəlifəsi tərəfindən ləğv edilmiş, onun əraziləri xilafətin “Ərməniyyə” adını verdiyi vilayətə çevrilmişdi, lakin sülalənin davamçıları həmin vilayətin yerli hakimləri olaraq qalırdılar. II Varaz Trdat da miladi 822-ci ildə yerli knyazlardan biri tərəfindən (adı naməlumdur) öldürüldü və bununla da Mehranilər sülaləsinin varlığına son qoyuldu) öldürüldüyü vaxta təsadüf edir. Səhl ibn Sumbatın xilafət ordusuna qarşı vuruşub onları məğlub etməsi barədə Təbəri də öz əsərində yazır. Z.Bünyadov bu hadisəni xatırladaraq daha sonra qeyd edir ki, “Gördüyümüz kimi, Səhl hələ özü müttəfiqi Babək məğlub edilməzdən əvvəl qüdrət sahibi olmuş, Arranı ələ keçirmişdi, hərçənd ki, Dovsett qeyd etdiyi kimi, bu faktı 837-ci ildə “xəlifə bilə-bilə etinasız buraxmışdı”.(Admiral.az)
Oxşar xəbərlər
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 Apr 2024 | 10:00
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 09:00
Azərbaycanda general vəfat etdi
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 09:50
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
26 Apr 2024 | 09:46
Millət vəkilinə ağır itki
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 Apr 2024 | 10:00
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi