"Hikmətin Quluya və Rövşənə ümidləri böyük idi"
Müsahibə
Oxunub: 30976
29 Aug 2016 | 11:12

Qurban Məmmədov: “Rövşən Lənkəranski öz aləminin yaxşı oğlanlarından idi”

 

Rövşən Lənkəranskinin ölümü xeyli müddət ictimai müzakirələrin obyekti oldu. Bəziləri hətta onu qəhrəman, Vətənin igid oğlu kimi qələmə verdi. Bir çoxları da açıqdan-açığa “oğru aləmi”ni təbliğ etdi, cinayət aləminə sanki rəğbət yaratmağa çalışdılar.

 

Ancaq fakt faktlığında qaldı: Lənkəranda R. Lənkəranskinin dəfn mərasimi minlərlə adamın iştirakı ilə keçdi və hətta bir çox Azərbycan ziyalısının dəfnindən də təmtəraqlı oldu.

 

Ölkəmizdə nə baş verir? Dəyərlərmi dəyişdi? “Oğru aləmi” nədir, ondan nümunə götürməyə nəsə varmı? Gənclərə bu proseslər necə təsir edir?

 

Moderator.az olaraq bu və digər suallarla hüquqşünas Qurban Məmmədova müraciət etdik. Cavablar o qədər maraqlı və gözlənilməz oldu ki, siz dəyərli oxucularımızla da bölüşmək istədik:

 

- Qurban bəy, Rövşən Lənkəranskini tanıyırdınızmı? Onun ölümü həqiqətənmi Azərbaycan üçün itkidir? Bir də bu “vorzakon”, “qanuni oğru”lar barədə nə deyə bilərsiniz?

 

- ALLAH(c.c) Rövşənə rəhmət eləsin, qəbri nurla dolsun. Bizim dinimizə görə ölənin arxasınca pis söz danışmazlar. Bu baxımdan da Rövşənin ölümündən sonra onun haqqında sosial şəbəkələrdə mənfi fikirlərin yazılmasını düzgün hesab etmirəm. Ancaq cinayət aləminin, cinayət qanunlarının da təbliğatını səhv və ziyanlı hesab edirəm. Rəhmətlik Rövşən və başqa “oğru”larımız haqqında danışmadan öncə, kriminal termin kimi bu “oğru institutu”nun tarixinə nəzər salmağı faydalı hesab edirəm.

 

Əvvəla, haqqında danışdığımız “vorzakon”, rus dilində “vor v zakone”, “qanuni oğru” anlayışları yalnız keçmiş SSRİ və postsovet ölkələrinə xasdır. Dünyanın heç bir yerində sovetlərdəki və indi də bizdəki kimi yapılanmaya rast gəlinmir.

 

Oxucular üçün aydın olsun deyə, “oğru” sözü bizim dilimizdə indi iki mənada işlənir: biri başqasının malını qanunsuz olaraq öz mülkiyyətinə keçirənə, digəri isə, cinayət aləminin idarəçiliyində ən yüksək söz sahibi olanlara, yəni ən azı iki “vorzakon”un rekomendasiyası ilə “oğru yığıncağı”nda (rusca: sxodka) tacqoyma mərasimində “oğru” adı alan deyilir. İkincilərə cinayət aləmində indi “böyük qardaş” və ya sadəcə olaraq, “qardaş” da deyilir.

 

Bizim mövzu ikincilər haqqındadır.

 

Bu institut, yəni “vor v zakone” anlayışı ilk dəfə keçən əsrin 30-cu illərində sovet NKVD-si tərəfindən, cinayət aləmini idarə etmək, zəruri informasiya almaq və arzuolunmaz adamları aradan götürmək üçün düşünülmüş bir metodun adıdır. Bu məqsədlə NKVD cinayətkarların arasından müəyyən adamları “vorzakon” mövqeyinə qaldırır və onların əlilə də zonları idarə edir, gözlənilən dustaq üsyanlarının qarşısını alır, istər “zon”larda, istərsə də cəza müəssisələrindən kənarda baş verən cinayətlərin üstünü açırdılar. Sonradan bu proses nəzarətdən qismən çıxır və cinayət aləminə həqiqətən də başçılıq, rəhbərlik edən, cinayət aləminin qaydalarını müəyyənləşdirən həqiqi “oğrular” ortaya çıxır. Ikinci dünya müharibəsi başlayanda NKVD yaranmış vəziyyətdən, “oğru”lar arasında qarşıdurmalar yaratmaq məqsədilə, məharətlə istifadə edir. Cinayət aləminə, müəyyən güzəştlər qarşılığında, Vətənin müdafiəsində iştirakla bağlı müraciət edilir. Bu vaxt “oğru”lar iki yerə bölünür. Bir qismi müharibəyə yollanır, qalanlar isə bunun “oğru qanunları”na zidd olduğunu elan edirlər. Müharibəyə gedənlərin arasında, göstərdikləri şücaətlərə görə, orden, medallar alanlar da olur. Müharibədən sonra isə bu iki tərəf arasında cinayət aləmində nüfuz üstündə qanlı toqquşmalar baş verir. Bundan oğru aləmi xeyli nüfuzlu adamlarını itirir.

 Mövzunu çox uzatmayaq, dövlət orqanları həmişə bəzi dırnaqarası oğrulardan istifadə edib, bu gün də etməkdədir. Dövlət də elə bununçün dövlətdir.

 Rövşən Lənkəranski isə həqiqi “oğru”lardan idi.

 

“OÄžRU”LAR DÖVLƏTƏ QARŞI QEYRİ-SİYASİ MÜXALİFƏTİN TƏMSİLÇİLƏRİDİR. BU MÖVQELƏRİNİ ONLAR DA ÖZ BİLDİKLƏRİ KİMİ ƏSASLANDIRIRLAR.

 

- Cinayətkar fəaliyyəti, qanunsuz əməlləri nəylə, necə əsaslandırmaq olar?

 

- Bu barədə mənim rəhmətlik Hikmətlə (Sabirabadlı Hikmət Muxtarov) günlərlə uzanan söhbətlərim olub. Rəhmətlik Bəxtiyarla (“Batya” deyə çağırırdılar) da həmçinin. Məsələn, Hikmət bu yola düşməyinin səbəbini belə izah edirdi: “Məndən savadsız, məndən qabiliyyətsiz gədənin biri vəzifəsindən istifadə edib dövləti talayır, eninə-uzununa istədiyi kimi yaşayırsa, mənim və yaxınlarımın haqqını yeyirsə, haram yeməsinə baxmayaraq, hələ bir mənə üstən aşağı da baxırsa, mən beləsinin əmrlərinə niyə tabe olmalıyam, beləsinin əlinin altında niyə işləməliyəm?” Rəhmətlik Bəxtiyar bir dəfə qısa dedi: “oğru və şərəfsizə tabe olmaq kişi işi deyil”. O, oğru deyəndə dövləti talayan məmurları nəzərdə tuturdu. Bu adamlar hamısı cavan vaxtlarında ehtiyacdanmı, ya düşdükləri əhatənin təsiri altındamı, cəza müəssisələrinə adi cinayətkar kimi düşüb oradan isə “vorzakon” kimi çıxıblar.

 

Ona görə də, “oğru”ların birinci qanunu belədir: dövlətlə heç bir əlaqən olmayacaq, işləməyəcəksən, imza edib əmək haqqı almayacaq, orduda xidmət etməyəcəksən. “Oğru” azadlıqdadırsa, mütləq oğurlamalı, qanunsuz yollarla, cinayət vasitəsilə keçimini saxlamalı, “zon”dadırsa, sözün müstəqim mənasında oturmalıdır, işləməməlidir. Gənc cinayətkarların cəzaçəkmə müəssisələrində işləmələri üçün min cür təzyiqlərə məruz qoyulmalarının da əsl səbəbi budur. Gələcəkdə “oğru” olmalarının qarşısını bu yolla almağa çalışırlar.

 

Dövlətlə heç bir əlaqən olmayacaqsa, deməli, bəzilərinin reklam xatirinə dedikləri kimi, müharibə vaxtı guya oğurluqların olmaması və ya azalması, 1989-90-cı illərdə guya Azadlıq meydanında kiminsə müraciətindən sonra Bakı şəhərində oğurluq hallarının olmaması, hansısa “Oğru”nun və ya “avtoritet”in Azərbaycan ordusuna tank-top bağışlaması barədə deyilənlər yalandır, əsassızdır. Məsələn, Ağdama ilk dəfə qrad düşən gecəsi yüzədək oğurluq faktı qeydə alınmışdı. Buna görə “cinayətkarın vətəni, milləti olmur” deyilir. Qarabağ müharibəsinin ən qızğın vaxtında da Moskvada erməni, rus millətindən olan oğrularla bizimkilərin arasında “qardaşlıq” münasibətləri saxlanılırdı, bu gün də həmçinin. Azərbaycanlı “Oğru”ların çoxu elə özümüzünkülər tərəfindən qətlə yetirilib. Rövşən də elə.

 

Oğruların ikinci ən vacib qanunu belə idi: daimi əlaqə saxladığın qadın olmamalıdır, evlənməməlisən. Başqa sözlə, arxanda göz qoymamalı, sənə görə heç kim incidilməməli, sənə dövlətin təsir imkanları minimuma endirilməlidir. Səhv etmirəmsə, bu qanun 70-ci illərin sonunda dəyişdirildi. Ailə qurmaq yasağı qaldırıldı.

 

Başqa bir qanunları “mala-mülkə sahib olmamaq”, “narkotikdən istifadə etməmək”idi. Oğru zəngin həyat yaşamamalı, “zon”ları düşünməli, daimi evə, maşına, bank hesablarına sahib olmamalı, özünü narkotikdən asılı etməməli idi. Dünya dəyişdikcə bu qaydalar da tədricən dəyişdi.

 

Yaxşı bir qanunları da var: “ yalnız imkanlıdan oğurla və oğurlayanda hər şeyi aparma, yerində bir şey saxla”. Yaxud da: “oğurluğa gedəndə, yalnız oğurluq et”. Hərdən bu qanunları pozanlar da olur.

 

Nə isə”¦ Bu, böyük mövzudur.

 

R.Lənkəranskini Hikmətin sözlərindən tanımışam. Özü ilə heç vaxt görüşməmişdim. Səhv etmirəmsə, 2000-ci ildə Azərbaycandan 10 nəfərə birdən “Oğru” adı verilmişdi. Rövşən, Otar, Qulu və başqaları da onların arasında idi. 2002-ci ildə 13-cü “zon”da olanda rəhmətlik Hikmətdən soruşdum ki, “bu on nəfərin hamısı sınaqdan çıxıblarmı ki ad vermisiniz?”. Cavabı təqribən belə olmuşdu: “mən də bilirəm ki, onların hamısı axıradək dözməyə bilər. Bir-ikisi qalsa, yenə də bəsdir. Bizim də ideyaları kimsə yaşatmalıdır”¦.”

 

O vaxt Rövşən haqqında mənə danışdı. Ona və Quluya ümidləri çox idi.

 

R.Lənkəranski bir çox “Oğru”lardan fərqli olaraq, cəsarətli, qətiyyətli və vacib işləri şəxsən özü görən adam idi. “Oğru”lar, adətən, işlərini başqalarına, gənclərə gördürürlər. Yəni sifariş verirlər. Rövşən isə bir çox hallarda şəxsən özü hərəkət edirdi və amansızlığı, cəsarəti, qətiyyəti ilə fərqlənirdi.

 

Ancaq istər R.Lənkəranskinin, istərsə də, başqa “Oğru”ların qəhrəman kimi gənclərə nümunə göstərilməsi olduqca ziyanlıdır.

 

Rövşən Lənkəranski “Ded Xasan”ı erməni və ya rus olduğu üçün öldürməyib ki. Bu, oğru qanunlarına zidd bir mövqedir. Oğrular bir-birilərinə “qardaş” hesab edilsələr də, onların da arasında nüfuz dairələri üstündə qanlı müharibələr olur və daim də olacaqdır. Bu, həyatın qanunudur. Söhbət cinayət aləmində fırlanan milyonlar üzərində sərəncam verməkdən gedir. Xüsusilə də, yuxarıda qeyd etdiyim kimi, əvvəlki “oğru qanunlarının” bəzilərinin dəyişdiyini nəzərə alanda indi baş verənlər təbiidir. “Oğru”lar da, hakimiyyətdə olduğu kimi, müxtəlif mənafelər ətrafında qruplaşırlar.

 

Çox vacib bir fərqləri var: hakimiyyətdəkilər həm də yerlibazlıq və qohumbazlıq əsasında qruplaşsalar da, “oğru aləmi”ndə bu heç vaxt baş verə bilməz. “Oğru, qardaşına da, bacısına da cavabdeh deyil” prinsipi keçən əsrin 30-cu illərdən günümüzədək davam edir. Yəni, “Oğru” qardaş-bacısının əməllərinə görə sorumlu tutula bilməz.

 

“Oğru”nun milləti, Vətəni olmur”. Bu, nəzərə alınmalıdır.

 

Sadəcə olaraq, istər cinayət aləminin cəzaçəkmə müəssisələrində idarə edilməsində, istərsə də, ondan kənarda gəlirlər üzərində nəzarətin təşkilində “Oğru”ların böyük rolu var.

 

Bu baxımdan, Rövşən Lənkəranski təmsil etdiyi, rəhərlik etdiyi cinayətkar qruplar üçün, eləcə də “krışalıq” etdiyi, yəni xərac topladığı biznes dairələri üçün, həqiqətən də, böyük itkidir.

 

- Oğruların hakimiyyətlərə təsiri barədə nə deyə bilərsiniz?

 

- Onlar hər yerdə öz işlərini görürlər. Parlamentlərə deputat yerləşdirir, vəzifələrə öz adamlarını qoydurur, məmurları şantaj edərək ələ alıb özlərinə işlədirlər. Bu onların oğurluq fəaliyyətinin tərkib hissəsindən biridir. Bu barədə Rusiyada xeyli faktlar var. “Oğru”lar həm də özlərinin yüksək savadlılıq və təşkilatçılıq qabiliyyətləri ilə seçilirlər. Məsələn, rəhmətlik Hikmət, Bəxtiyar tarixdən danışanda sanki tarix elmləri doktoru danışırdı. Tibdən, fizikadan, başqa dəqiq elmlərdən, dünya ədəbiyyatından kifayət qədər məlumatlı olurlar. Sadəcə olaraq, öz sahələrində, yəni cinayət aləmində idealistlikləri ilə başqalarından kəskin seçilirlər. Bir dəfə rəhmətlik Hikmət 13 saylı cəzaçəkmə müəssisəsində olarkən, 10-15 nəfərin yanında mənə bir sual verdi: “Siz prezident olsanız, mən gəlib sizdən hansısa cinayət törətmiş bir qardaşımın həbs olunmamasını, buraxılmasını xahiş etsəm, məni eşidərsinizmi?”. Mən də cavabında dedim ki, “cəzasının azaldılmasına kömək edərəm, ancaq tam buraxmaram, əks halda dövlət olmaz ki”. O isə dedi: ”Bax, buna görə mənim sınmayan, satılmayan siyasətçilərə bir şəxsiyyət kimi hörmətim var. Mən də sabah, siz prezident kimi, cinayət törətmiş hansısa dostumun yerini məndən soruşsanız, və ya dövlətə təslim edilməsini xahiş etsəniz, mən bunu etmərəm. Dostluğumuz xatirinə, onun vurduğu ziyanı şəxsən aradan qaldırmağa çalışaram, ancaq ələ vermərəm. Yoxsa, siz dövlət olmadığınız kimi, mən də “Oğru” olmazdım. Bunun əksini etmiş olsaydıq, Siz dövlət kimi, mən də “Oğru” kimi ”¦. olardıq”””dedi.

 

Bir sözlə, cinayət aləminin, “Oğru”nun öz yeri var. Birinə yaxşı oğlan kimi görünən, başqasına pis görünə bilər. Istənilən halda, ölünün arxasınca pis danışmaq məsləhət deyil.

 

R.Lənkəranski öz aləminin yaxşı oğlanlarından idi. ALLAH(c.c) ona da, dünyasını dəyişmiş “qardaşlar”ına da rəhmət eləsin.

Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."