"Ölkənin siyasi elitasına tamamilə yeni simalar gətirilə bilər"
Oxunub: 1856
24 Sep 2016 | 13:14
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Əlisahib Hüseynovun referendum öncəsi ictimai-siyasi proseslərlə bağlı müsahibəsini təqdim edirik:
 
- Əlisahib müəllim, referendum öncəsi ölkədəki ictimai-siyasi durumu necə qiymətləndirirsiniz? Optimizm üçün əsaslar varmı?

- Əlbəttə, əsaslarımız var. Niyə də optimist olmayaq ki? Referenduma sayılı günlər qalıb. Artıq təşviqat kampaniyası da başa çatmaq üzrədir. Prezidentin Konstitutsiyaya əlavələr və dəyişikliklər barədə Referendum Aktı layihəsini irəli sürməsi ölkənin ictimai-siyasi həyatında çox böyük bir canlanma yaratdı. Hətta mən deyərdim ki, istər cəmiyyət, istərsə də iqtidar və müxalifət düşərgələri əvvəlki illərin seçki kampaniyalarından fərqli olaraq məhz bu dəfəki referendum ərəfəsində daha fəal görünürlər. Cəmiyyətdə apatiya yox, aktivlik açıq-aşkar hiss edilir. İnsanlar referendumu və referendumdan sonra nələr olacağını sıx-sıx müzakirə edirlər. Hətta ictimai yerlərdə də insanların öz aralarında referendumla bağlı söhbət etdiklərinin dəfələrlə şahidi olmuşam. Eləcə də, siyasi qüvvələr də xüsusi fəallıq nümayiş etdirirlər. Ələlxüsus da, müxalifətin radikal qanadı deyilən kəsim öz “fəallığı” ilə seçilir. Onlar iqtidarın söz azadlığına, toplaşmaq azadlığına süni maneələr yaratdığı barədə əsassız iddialar irəli sürsələr də, amma bir həftə ərzində üç dəfə mitinq keçirmək imkanı əldə ediblər. İqtidar referendum ideyasını dəstəkləyənlər üçün də, bu ideyanın əleyhinə təbliğat aparmaq istəyənlər üçün də maksimum şərait yaradıb. Bu da ölkədə  referendum ərəfəsində kifayət qədər dinamik ictimai-siyasi ab-havanın formalaşmasını təmin etdi.

- Sizin referendumun nəticələrindən gözləntiləriniz nədir? Partiya sədri kimi Referendum Aktı layihəsini necə dəyərləndirirsiniz? Bu düzəlişlərin ölkə üçün əhəmiyyəti nədir və ölkə prezidenti nəyə görə bu təkliflərlə çıxış etdi?

- Əgər biz bir kiçik sosioloji araşdırma aparsaq görərik ki, cəmiyyətdə hal-hazırda referenduma münasibətdə üç tendensiya müşahidə edilir. Və yaxud, başqa sözlə desək, referendum məsələsi əhalinin üç qrupa bölünməsinə səbəb olub. Birinci qrupa referendumu dəstəkləyənlər, ikinci qrupa referendumun əleyhinə çıxan radikal kəsim daxildir. Üçüncü qrup isə neytral qalanlardan, bitərəflərdən ibarətdir. Əsas mübarizə və ideoloji dartışmalar da məhz birinci ilə ikinci qrup arasında gedir. Və ikinci qrupu təmsil edənlər ciddi-cəhdlə əhalini inandırmağa çalışırlar ki, səs vermələri təklif edilən əlavə və dəyişikliklər ölkəyə və millətə yaxşı heç nə verməyəcək, bu əlavə və dəyişikliklər sırf hakimiyyətin öz maraqlarına xidmət edir və sair. Bu fikiri səsləndirənlərin kimliyi məlumdur. Onlar Əli Kərimlinin "xaç ata"lıq etdiyi AXCP-Milli Şura cütlüyü və birdəki Müsavat partiyasıdır. Və mən onların bu mövqeyində qeyri-adi heç nə görmürəm. Onların belə bir mövqe sərgiləməsi tamamilə gözlənilən idi.

Bizsə Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq prezident tərəfindən ölkə Ana Yasasına edilən bu əlavə və dəyişiklikləri dəstəkləyənlərin cəbhəsindəyik. Yəni burda söhbət heç də iqtidaryönlü partiya olduğumuz üçün YAP iqtidarından gələn layihəni kor-koranə dəstəkləməkdən getmir. Biz "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsini partiyada detallı şəkildə müzakirə etmişik və həmçinin, İlham Əliyevin nədən bu layihə ilə, bu təşəbbüslə çıxış etməsini şərtləndirən, zəruri edən ölkədaxili prosesləri və beynəlxalq situasiyanı da dərindən təhlil edərək belə bir qənaətə gəlmişik ki, bu əlavə və dəyişikliklər zamanın tələbidir. Yəni İlham Əliyev bu təklifləri bəzi müxalif şəxslərin iddia etdiyi kimi heç də monarxiya üsul-idarəsinə keçmək üçün irəli sürməyib. Bu, sadəcə mümkün deyil. İlk növbədə ona görə ki, İlham Əliyev monarxiya təfəkkürünə söykənmiş konservativ bir dövlət başçısı yox, müasir dünyanın tələb və tendensiyalarını yaxşı bilən və liberal-demokratik düşüncəyə malik bir siyasi liderdir. O, ölkəsini və xalqını heç vaxt geriyə - orta əsrlərin monarxiya gerçəkliklərinə sürükləməz. Buna birmənalı surətdə əmin ola bilərsiz . 

Prezident İlham Əliyev realist siyasətçidir, dünyada və ölkədə gedən prosesləri, gəlişmələri hesablamağı və düzgün nəticələr çıxarmağı bacarır. O, görür və anlayır ki, artıq Azərbaycan tamamilə yeni bir dönəmə daxil olur. Siz buna postneft dövrü və ya erası da deyə bilərsiz. Və Azərbaycanı bu yeni dönəmə həm hazırlamaq, həm də uğurlu və effektiv bir şəkildə idarə etmək lazımdır. Artıq ölkəni köhnə qaydalarla, köhnə məmur korpusu ilə və köhnə idarəçilik psixologiyası ilə idarə etmək olmaz. Dövlət idarəetməsinə tamamilə yeni bir fəlsəfə və çox çevik bir mexanizm, işlək bir sistem gətirmək lazımdır. Ölkə və vətəndaşlar oliqarxiyanın yükündən, monopolistlərin diktələrindən azad edilməlidir. Həmçinin, millətin və dövlətin təhlükəsizliyi, ölkənin ərazi bütövlüyü tamamilə yeni konseptual baxışla tənzimlənməli və təmin edilməlidir. Cəmiyyətin və dövlətin xaricdən gələ bilən hər hansı bir təhlükələrə qarşı immunitet gücü də artırılmalıdır. Bax bütün bu əlavə və dəyişikliklər də məhz buna hesablanıb. Odur ki, biz DADP-çilər sözügedən əlavə və dəyişiklikləri dəstəkləyirik və 26 sentyabrda bu dəyişikliklərə səs verəciyik.

- Bəziləri hesab edir ki, Konstitusiyaya düzəlişlər məhz İlham Əliyevin öz hakimiyyətini daha da möhkəmləndirməsinə hesablanıb?

- Bu, ilk növbədə müxalifətin ortaya atdığı, qəsdən dövriyyəyə buraxdığı çox ucuz bir versiyadır, olduqca bəsit yanaşmadır. Bu fikri gündəmə gətirən müxalifət təmsilçiləri əslində düşüncə imkanlarının nə qədər məhdud olduğunu nümayiş etdirirlər. Yenə deyirəm, bunu yalnız "obıvatel"lər düşünə bilərlər. Peşəkar siyasətlə məşğul olanlar, özünü böyük siyasətdə görənlər isə bu qədər primitiv düşünməməli, banal fikirlər söyləməməlidirlər. Prezidentin Konstitutsiyaya düzəlişlər və əlavələr etməkdə, yeniliklər gətirməkdə tamamilə ayrı məqsədləri, ayrı hədəfləri var. Prezidentin əsas məqsədi bu islahatların sayəsində mərkəzi hakimiyyətin çevikliyini artırmaq, effektivliyini təmin etməkdir. Və bunun təsdiqini biz sizinlə birlikdə müəyyən zaman keçdikdən sonra görəcəyik. Bilirsiz, burda söhbət ölkəmizin qlobal perspektivlərindən gedir.

- Vitse-prezidentlik institutu dövlətin idarə edilməsi işini daha da təkmilləşdirəcəkmi?

Əlbəttə. Vitse-prezidentlik institutu dövlətin idarə edilməsi işini təkmilləşdirmək, modernizasiya aparmaq üçün nəzərdə tutulub. İdarəetmə maksimum dərəcədə optimallaşdırılacaq. Bununçünsə daha çox texnokrat tipli kadrlara ehtiyac var. Yeni idarəçilik sistemini köhnə kadrlara həvalə etmək olmaz. Yeni idarəçilik fəlsəfəsi ilə bəzi məmurların geriçi təfəkkür tərzi qətiyyən bir araya sığmır. Məhz bu baxımdan, biz ilin sonuna qədər bir çox sürpizlərin şahidi ola bilərik. Kadr dəyişikliyi kardinal şəkildə aparılacaq. Prezidentin yeni  kadr siyasətinin əsas hədəfi oliqarxiyanın siyasi sistemdən kənarlaşdırılması və hakim komandanı texnokratlar hesabına yeniləməkdir. Bu mənada, düşünürəm ki, siyahıda indi proqnozlaşdırılması mümkün olmayan şəxslər də ola bilər. Ölkənin siyasi elitasına, idarəetmə eşalonuna tamamilə yeni simalar gətirilə bilər. 

Sizcə, referendumdan sonra ölkə prezidenti daha güclü Azərbaycan üçün daha hansı işləri görə bilər?  

- Avqustun sonları - sentyabrda kifayət qədər fəal və dinamik iş aparan ölkə başçısı bütün proseslərin önüdə gedir. Biz onun istərsə əhali ilə görüşləri, istərsə islahatlara yönəlik fərmanları, istərsə də xarici siyasətdə təkbaşına dominantlığını görürük. Dövlət başçısı regionlara səfər edir, olduqca həssas bir dönəmdə əhali ilə görüşlər keçirir, vətəndaşlarla birbaşa təmaslar qurur, insanların problemlərini öyrənir və beləliklə də müxalifətə heç bir əks-arqument yeri qoymur.  Yəni prezident kifayət qədər fəaldır və formadadır. Ancaq təəssüflər olsun ki, eyni sözü məmur korpusu haqda demək mümkün deyil. Prezidentin fəallığı fonunda nazirlər çox sönük görünürlər. Onlar referenduma hazırlıq prosesində prezidentə gərəkən dəstəyi verə bilmir, öz imkanlarından istifadə etmirlər. ABŞ Konqresinin ölkəmizlə bağlı dinləmələr keçirdiyi, Riçard Kozlariç kimi məkrli personaların Xədicə İsmayıl kimilərlə birləşərək Azərbaycan hakimiyyətinə qarşı hücumlar təşkil etdiyi, Qərbdən ölkəmizə qarşı verilən bəyanatların intensivləşdiyi bir məqamda prezident ətrafında yumruq kimi birləşməli olan iqtidar mənsublarının bir çoxu öz keyfində-damağındadır. Onlar çox arxayın görünürlər. Bir yandan amerikalı diplomatlar, bir yandan AB üzvü olan bəzi ölkələrin səfirləri, bir yandan Venesiya Komissiyası, o biri yandan da ABŞ Konqresi və ümumən, Vaşinqton isteblşmentinin ayrı-ayrı təmsilçiləri baxın görün bizim bu referendum prosesi ilə əlaqədar necə bir sixronluqla və mükəmməl  surətdə koordinasiya olunmaqla mübarizəyə girişiblər. 

- Sizcə, bütün bunlar təəccüblü deyilmi?

- Əlbəttə, təəccüb doğurur. Ölkənin "ana müxalifət partiyası" statusuna iddialı radikal müxalifət partiyalarının rəhbərləri və emissarları Qərb ölkələrinin Bakıdakı səfirliklərini requlyar şəkildə "ziyarət" edirlər. Səfirlər və attaşelər də böyük həvəslə və operativliklə onlara həm konsultativ, həm də maddi dəstək verir, onları hakimiyyətə qarşı mübarizə üçün hərtərəfli təlimatlandırırlar. Və bu da azmış kimi, üstəgəl, sentyabrın 12-də Strasburqda Avrokomissar Mujnieks Azərbaycan müxalifətinin bir qrup təmsilçisi ilə görüş keçirdi. Kimlər idi həmin təmsilçilər? Hamısı bəlli simalar, köhnə "qvardiya"çılar: Cəmil Həsənli, Tofiq Yaqublu, Arif Məmmədov, Elnur Sadıxov və başqaları”¦ Qocaman Qərb demokratiyasının başbilənləri bizim bu bədnam müxalifət təmsilçilərimizə yol göstərir, onlara hazırki Azərbaycan hakimiyyətinə qarşı get-gedə daha aqressiv davranmağın, radikallıq nümayiş etdirməyin vacib olduğunu hər vəchlə təlqin etməyə çalışırlar. Və beləliklə, İlham Əliyevə və komandasına qarşı referendum öncəsi pressinqin dozası və miqyası  gündən-günə artırılır. Bax məhz belə bir həssas məqamda hakimiyyət komandası monolitlik göstərməli, prezident ətrafında sıx birləşməli və  əsl komanda oyunu nümayiş etdirməlidir.  

- Referendumdan dərhal sonra növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyi ehtimalı sizcə nə dərəcədə realdır?

- Gəlin hadisələri qabaqlamağa tələsməyək. Siyasətdə proqnozlar vermək o qədər də yaxşı hal sayılmır. Bu barədə inşaallah 26 sentyabrdan sonra danışarıq.
Oxşar xəbərlər
23:29, Bu gün
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
23:25, Bu gün
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
23:24, Bu gün
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
23:13, Bu gün
Paşinyan üçün taleyüklü Moskva səfəri...
22:58, Bu gün
“Taliban” altı İran sərhədçisini saxlayıb
22:56, Bu gün
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
22:54, Bu gün
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
22:34, Bu gün
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
22:32, Bu gün
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
22:28, Bu gün
İnfarkt riskini sıfıra endirən şirə
22:26, Bu gün
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:36, Bu gün
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
21:36, Bu gün
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
21:34, Bu gün
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
21:33, Bu gün
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
21:31, Bu gün
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
21:06, Bu gün
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
21:05, Bu gün
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
GÜNLÜK
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”