“10 gündür evləniblər, boşanmaq istəyirlər...” - Şəfiqə Nağıyeva
Oxunub: 2162
28 Sep 2016 | 10:28
“10 gündür evləniblər, boşanmaq istəyirlər...”  - Şəfiqə Nağıyeva
Moderator.az tanınmış vəkil Şəfiqə Nağıyevanın müsahibəsini təqdim edir:

- İyul ayında Vəkillər Kollegiyasından çıxarıldınız. O zaman bildirmişdiniz ki, qərarı alıb məhkəməyə müraciət edəcəksiniz. Hazırda iş nə yerdədir?

- Mən Kollegiyadan xaric olunmamışam. Orada fəaliyyətim dayandırılıb. Bu da mənə heç bir təsir etmir. Ona görə ki peşəmi əlimdən ala bilməzlər. Hüquqşünas kimi fəaliyyət göstərə bilərəm. İyul ayının 20-də Kollegiyada xəbərim olmadan fəaliyyətimin dayandırılması haqda iclas keçirildi. Ayın 18-dən xəstəlik vərəqəm olub, bülletendə olmuşam. Dəfərlələ Kollegiyaya müraciət etdim ki, qərarı verin, məhkəməyə müraciət edim. Amma uzatdılar. Yalnız “Qafqazinfo”da məsələ ilə bağlı ölkə prezidentinə müraciət etməklə bağlı açıqlamam dərc olunandan sonra məni çağırıb qərarı verdilər. Halbuki bir aya yaxın idi ki, qərarı vermirdilər. Yarım səhifədən ibarət qərardır. Bundan sonra mən Nəsimi rayon məhkəməsinə müraciət etdim. İşə baxış keçirildi və haqlı olduğum sübuta yetirildi. Əmək Məcəlləsinin 189- cu maddəsinin tələblərinə əsasən işçi xəstə olanda, ezamiyyətdə və məzuniyyətdə olanda onun haqqında iltizam tənbehi görülə bilməz. Məhkəmə təxirə salındı. İşə baxacaqlar. Hesab edirəm ki, yüz faiz haqlıyam. Xəstəlik vərəqəm olduğu halda heç kimin ixtiyarı yox idi ki, mənim haqqımda tədbir görsün.

- Hazırda vəkil kimi işlərə çıxa bilirsiniz?

- Bəli, amma fəaliyyətimə 6 ay məhdudiyyət qoyulub. Mənim əlimdə işlər həddindən artıq çox idi. Həmin müqavilələr üzrə hərəkət edirəm. Mən çox işləri pulsuz aparıram. “Azad Azərbaycan” kanalında iştirak etdiyim verilişlərdə öz cibimdən pul qoyaraq haqqı pozulmuşların hüquqlarını müdafiə edirdim.

- Bəs bu 6 aylıq məhdudiyyət nədən ibarətdir?

- Ağır cinayət işlərində və Ali Məhkəmənin işlərində bu müddət ərzində iştirak edə bilmirsən. Məsələ ondan ibarətdir ki, hazırda mənim Ali Məhkəmə və cinayət işləri ilə əlaqədar bağladığım müqavilələrim çoxdur. Ona görə də hazırda onlarla məşğulam.

- Vəkillər Kollegiyası dələduzluqla bağlı barənizdə Baş Prokurorluğa müraciət etmişdi. O məsələ nə yerdədir?

- Kollegiyanın mənə qarşı qərəzi göz qabağındadır. İndiyə kimi hansı bir vəkilin haqqında iltizam tənbehi verib onu internet saytlarına verirlər? İyun ayında Kollegiyada iltizamla bağlı 57 işə baxılıb. Vəkillər Kollegiyasının sədri orda iltizam tənbehi vermək üçün oturub. İyul ayında 38 nəfərin haqqında bu tənbeh verilib. Bunların hansı mediada dərc olunub? Hər hansı şəxs haqqında qanuni qüvvə almamış, məhkəmə hökmü olmadan deyə bilərsən ki, o dələduzdur və yaxud insanları aldadır? Bu ancaq insanın şərəf və ləyaqətini alçatmaq, işgüzar nüfuzunu aşağı salmaqdır. Bunun səbəbi odur ki, ictimaiyyət və xalq arasında həddindən artıq hörmətə nail olmuşam. Ölkədən kənarda da tanınıram. Ona görə də məni istəmirlər. Elə bilirdim ki, indiyə kimi çəkdiyim zəhmətlərə çox yüksək qiymət veriləcək. Bilmirdim ki, insan işlədikcə, kömək etdikcə əslində başından vururlarmış.

- Siz tanınmış vəkilsiniz. Kollegiya isə haqqınızda dələduzluqla bağlı məsələ qaldırıb. Bu isə ciddi məsələdir...

- Kollegiya getsin öz adamlarının məsələsini araşdırsın. Mənə qarşı qərəzlərinin səbəbi ictimaiyyət və xalq tərəfimdən sevilməyimlə bağlıdır. Çölə çıxan kimi xanımlar, kişilər qollarını açıb məni qucaqlayır. İnsan qalxdıqca onu vurmaq lazım deyil. Aslan İsmayılov nə etmişdi ki, onu Kollegiyadan kənarlaşdırdılar. Uşaqlar evində böyümüş bir qızın boşanma işinə baxırdım. Kollegiyadan məni çağırıb dedilər ki, o işə baxma. Oğlan tərəfinin hansısa qohumları Kollegiyada işləyirmiş. Mən razılaşmadım və işə baxaraq uddum. Bundan sonra məni çağırıb dedilər ki, icraatda oğlan tərəfinin anasını guya təhqir etmişəm. Dəhşətə gəldim, çünki icrada iştirak etməmişdim. Məsələni araşdırılmağa verdim. Dedim ki, İltizam Komissiyasının sədri Həzi müəllim işi araşdırsın. Araşdırdı və yenə də məlum oldu ki, mən icrada iştirak etməmişəm. Nəticədə Həzi müəllimi dolayı yolla işdən çıxartdılar.

- Hər hansı tanınmış vəkil haqqında bu cür ittihamlarla çıxış etmək nə dərəcədə asan məsələdir?

- Asan deyil.

- Bununla bağlı şəxsən Azər Tağıyevlə danışmısınızmı?

- O ümumiyyətlə istəyir ki, məni Kollegiyadan çıxartsın. Bir neçə dəfə mənim fəaliyyətimi dayandırıb. Yəqin, istəyir ki, axırda bezib özüm Kollegiyadan gedəm. Mən də 26 ildir ki, bezmirəm. Azər Tağıyev heç vaxt məni tək çağırıb üzümə danışmır. İstəyir ki, məni iclasa çağırsın. İclasda da heç kimin söz demək ixtiyarı yoxdur. O nə desə hamı “hə” deyəcək. Çağıran kimi mənə deyir ki, televiziyaya çıxma. Çıxsan, sənin üçün yaxşı olmayacaq.

- Bir cümlə işlətmişdiniz ki, Azərbaycanda vəkilin özünün müdafiəyə ehtiyacı var. Bununla bağlı nə deyə bilərsiniz?

- Vəkilliyi görün nə günə salıblar? Vəkil xəstələnir, onun xəstəlik vərəqəsi ödənilmir, məzuniyyətə gedir, heç bir haqqı ödənilmir. Vəkil özünü kimdən qorusun? İstintaqdan qorusunmu, qarşı tərəfdənmi qorusun? Vəkillərin bu gün ən çox qorxduğu yer Vəkillər Kollegiyasıdır. Biz vəkillər ora sığınmalıyıq. Kollegiyada mənə qarşı haqsızlıqlar çox olub. Ən çox da Azər Tağıyev məni şantaj etdirir. Onun mənlə 26 ildir ki, nə problemi var anlamıram və amma bu mübarizə davam edəcək.

- Mübarizənin qalibi kim olacaq?

- Vəkil kimi öz gücümə inanıram. Dövlətimizə və qanunlarımıza da inanıram. Qanun da mənim tərəfimdədir. Mübarizəmi sona kimi davam etdirəcəm.

- Sizin fəaliyyətiniz dondurulub, amma qeyd etdiyiniz kimi bir sıra tanınmış vəkillər isə ümumiyyətlə kollegiyadan çıxarılıb. Yəni bu hal bir deyil, iki deyil. Vəkilə olan bu cür münasibətin səbəbi hardan qaynaqlanır?

- O çıxarılan vəkillərin hamısı çox savadlıdır. Niyə Azərbaycanda savadlı vəkillər vurulur? Mən hazırda mübarizəmdə dövlətimə, xalqıma arxalanıram. Lətifə Əliyevada, Namizəd Səfərovda səbəb nə idi? Amma vəkil var ki təyanatla işləyir, gedib heç işlə tanış olmur, qol çəkir gəlir. Savadlı vəkillə savadsız arasında fərq olmalıdır O vəkili mühakimə etmək lazımdır ki, işi oxumayıb, niyə bədbəxti o günə qoyur.

- Bayaq qeyd etdiniz ki, Azər Tağıyev televiziyaya çıxmağa qarşıdır. Bizdə belə bir vəziyyət müşahidə olunur ki, televiziyaya çıxan vəkilllər bir müddət sonra ya dələduzluqda, ya da qadın alverində ittiham edilir...

- Niyə Azər Tağıyevin adamları televiziyaya çıxanda belə demirlər bəs? Niyə ancaq tanınmış vəkillərə qarşı bu cür ittihamlar səsləndirirlər? Mənim televiziyaya çıxıb maarifləndirməklə bağlı qoyduğum yolla nə qədər vəkil ekranlarda çıxış edir. Bu yaxşı haldır ki, vəkillər maarifləndirmə verilişlərində iştirak edir. Vətəndaşlara pulsuz xidmət edirlər. Bu bəyəm pisdirmi? Xarici ölkələrdə ictimaiyyət tərəfindən sevilən vəkilləri çağırıb cəzalandırırlarmı? Bizdə niyə Vəkilllər Kollegiyası belə edir?

- Efirdə hüquqi maarifləndirmə ilə bağlı danışmaq müsbət hal olsa da, birmənalı qarşılanmır. Xüsusilə şou tipli verilişlərdə iştirak etmək. Sual yaranır ki, vəkillərin vaxtı bu qədər çoxdurmu ki, mütəmadi olaraq efirə çıxa bilirlər...


- Vəkil öz işini planlaşdırmalıdır. Mən televiziyaya da çıxıram. Nənəyəm. Üç nəvəm var. Evə gedib nəvəmi ayağımın üstündə də yelləyirəm, yoxsa yatmır. Qadınam. Evdə gəlin olsa da, yenə ona kömək etməliyəm. Mən o verilişlərə çıxmaqdan heç nə güdmürəm. Mən Salyana bir ailəni barışdırmaqdan ötrü 4-5 dəfə gedirəmsə, bundan nə güdə bilərəm? Yaxud kiməsə sosial pensiya düzəldirəmsə, buradan nə güdə bilərəm? Azər Tağıyev məni həddindən artıq çox sıxıb, amma mənası yoxdur.

- Sizə vəkil kimi daha çox ailə məsələləri ilə bağlı müraciətlər daxil olur. Son zamanlar əvvəllər olmayan hər hansı təəccüb doğuran faktlarla rastlaşmısınızmı?

- Qadınlarımızın çoxu bu saat təzyiq altındadır. Çoxuna əzab verilir. Kişilər başqa biriylə də evlənir. Deyirlər ki, ikincini də qəbul eləməlisən. Boşanma ilə bağlı verilən üç aylıq müddət çox azdır. Üç aydan sonra tərəflər razı oldu, olmadı boşanırlar. 10 gündür evlənən şəxs mənim yanıma gəlir ki, boşanırıq. Oğlan evi görür ki, qız evi imkanlıdır. Başlayır istifadə etməyə. Toy edib pul yığır, evə cehiz aldırır. Sonra cehizləri geri vermir. Qız da məhkəmələrə düşür. İndi 10 gündür evləniblər, oğlan qızın cehizini vermir, qız evi də evi bütün cehizlə doldurub. 1 il məhkəmələrdə qalırlar. Yaxud qızlar tanışlıq yolu ilə evlənirlər. Oğlan evi imkanlıdır, brilliantlar aldırır qız, sonra boşanıb geri qaytarmır. Bəzən nəyinsə xatirinə evlənirlər. Şükür ki, uşaqları olmur. Məni nəyə görə şərə-böhtana salıblar? Çünki uşaqları həddindən artıq çox sevirəm. Boşanma hallarında birinci soruşuram ki, uşağın var ? Yoxdusa, ürəyim bir az rahatlaşır.

- Son günlər yəqin müşahidə edirsiniz ki, qadına qarşı zorakılıq hallarının sayı artıb. Elə bu günlərdə Tovuzda 24 yaşlı gəlin əri tərəfindən boğazı kəsilərək qətlə yetirildi. Belə halların çoxalmasının səbəbini nədə görürsünüz?

- Hər bir halda insana qarşı o cür hərəkətlər dözülməzdir. Bunlar insani hərəkətlər deyil. Bu yaxınlarda bir nəfər ana öz qızını boğub öldürmüşdü. Deyilənə görə, qızı bədbəxt etmişdilər. Mən o ananı qınayıram. Özü həbs olundu, əzab-əziyyətlə böyütdüyü qızını da öldürdü. Bəlkə, sənin qızını kimsə aldatmışdı? Oğlan da özü üçün keyflə yaşayır. Bir əvvəlcə məsələni araşdır, polisə müraciət et. Bunu etməmiş qızı öldürdü ki, namusumuza ləkədir. Sən axı anasan. Və yaxud icraçılar 10 yaşlı uşağı anaya vermişdi. Ata da bununla razılaşmayıb uşağın başını kəsmişdi. Bu dəhşətdir, mən həmin hadisəyə neçə gün ağlamışam. Həmin adam mənim yanıma gəlmişdi ki, uşağı vermirlər. Dedim ki, qərardan apellyasiya, kassasiya şikayəti verə bilərsən. Durdu getdi, sonra da uşağın başını kəsdi. Demək istəyirəm ki, indi sən atasan? Ömrün boyu vicdan əzabı çəkəcəksən.

- Siz həm də müğənnilərlə işləmisiniz. Xüsusilə də İlhamə Quliyevanın uzun illər vəkili olmusunuz. Onun mirası üstündə qalmaqal çox böyüdü və sonda da oğluna verilmədi. Bununla bağlı nə deyə bilərsiniz?

- İlhamə Quliyeva ilə biz çox yaxın olmuşuq. Mən onun işlərinin hamısını udmuşam, təmannasız vəkillik etmişəm. Sonralar isə İlhamə Quliyevanı məndən uzaqlaşdırdılar. Ola bilsin ki, elə bu miras məsələsinə görə uzaqlaşdırdılar. Bir yandan da sevinirəm ki, yaxşı ki uzaqdayam. Ancaq məsələ ondan ibarət idi ki, mən İlhamə Quliyevanın yanında olsaydım, bu hadisələr baş verməyəcəkdi. Mən ona deyirdim ki, belə məsələlərə baş qoşmasın. İradə adlı bacısı ona həddindən artıq çox kömək edirdi. Xəstə olanda da yanında idi. Elə olurdu ki, gecələr evə də getmirdi, yanında qalırdı. Amma onun oğlu da var idi axı. Hansı ki Orxan da onun əziyyətini çox çəkib. Amma hər şeydən məhrum oldu. İradəgil də yaxşı adamdırlar. Bəlkə də paylarına düşən hissədən Orxana nəsə veriblər. Düzdür, İlhamə xanım Orxanı övladlığa rəsmi qaydada götürməmişdi. Orxan gəlib mənlə müqavilə bağlasaydı, mən mütləq ona əmlak verdirəcəkdim.

- Münasibətləriniz nə zaman pozulmuşdu?

- Ali Məhkəmədə Nazpəri xanımla bağlı iş qurtarandan sonra bizim onunla əlaqəmiz kəsildi. Daha doğrusu, kəsdirdilər. Kimlərsə ona yaxın olub məsləhət vermək istədi. Mən bunu hiss etdim və çəkildim qırağa. Mənim uşaqlara həddindən artıq sevgim var. İlhamə xanım demişdi ki, Nazpəri xanımla bağlı məhkəməni udub pulunu uşaq evlərinə keçirdəcək. Udduq, amma keçirib keçirmədiyi mənə məlum olmadı.

- Başqa hansı tanınmışların vəkili olmusunuz?

- Cavanşir Məmmədovun, Flora Kərimovanın, Hüseyn Abdullayevin vəkili olmuşam. Hərdən mənə müğənnilər tərəfindən yenə müraciətlər edilir. Amma mən götürmürəm. Çünki götürəndə o biri tərəflə pis düşürəm. Nazpəri xanıma da mənim böyük hörmətim var. Sonradan öz-özümə dedim ki, əgər sənin bu adama hörmətin varsa niyə bu məsələlərə qarışırsan? Amma İlhamə xanımı da çox istəyirdim. Hərdən özümü qınayıram ki, gərək axıra kimi İlhamə xanımının yanında olardım. O içində çəkdi. Bütün başına gələnləri o heç vaxt görməmişdi. O ancaq onu görmüşdi ki, tərifə layiqdir, birincidir, heç kim ona heç nə demir. Birdən ki belə şeyləri gördü, saldı ürəyinə. Ürəyi də xəstə idi, əməliyyat olmuşdu. Ona görə də belə oldu. O zaman məndən, Faiq Ələkbərlidən, Ülvidən, Orxandan başqa onun yanında qeyriləri yox idi. Hara gedirdiksə, bir yerdə idik. Həmişə süfrəsinin başında idim.(qafqazinfo)
Oxşar xəbərlər
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
GÜNLÜK
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...