ADPU- da dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
Oxunub: 2400
18 Oct 2016 | 14:38
ADPU- da dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Oktyabr ayının 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbə-gəncləri iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev oktyabr ayının 11-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamda dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması öz əksini tapıb. Hazırda respublikamızda və bir çox xarici ölkələrdə dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Rektor bu mühüm və əlamətdar tarixi gün münasibətilə hamını təbrik edib, cansağlığı, həyatda və təhsil sahəsində uğurlar arzulayıb.

Rektor Cəfər Cəfərov çıxışı zamanı deyib ki, bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı keçirdiyimiz bu tədbirdə yaxın tarixi keçmişimizə geniş nəzər salmaq və həmin dövrdə ölkəmizdə baş verən ictimai-siyasi hadisələrə obyektiv qiymət vermək məqsədəuyğundur. Çünki tarix bizim mənəvi istinadgahımız, bu günümüzlə gələcəyimiz arasında bir körpüdür. Bu baxımdan XX əsr xalqımızın, millətimizin tarixində xüsusi yer tutur. Ötən əsrdə xalqımız iki dəfə öz müstəqilliyinə qovuşmuşdur. Lakin ötən yüzilliyin əvvəllərində əldə etdiyimiz müstəqilliyi müxtəlif səbəblər üzündən itirməli olmuşuq. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə etdiyimiz müstəqillik daxili çəkişmələr, xarici hərbi müdaxilə və beynəlxalq siyasi dəstəyin olmaması səbəbindən əlimizdən alınmışdır. Nəticədə, xalqımız böyük bir tarixi dövr ərzində öz milli dövlətçiliyindən məhrum olunmuşdur. Lakin xalqımız azadlıq və istiqlal duyğusunu, milli dövlətçilik


ideyasını həmişə öz varlığında yaşamışdır. Xalqımızın milli istiqlal arzusu yazıçılarımızın, şairlərimizin, sənət adamlarımızın əsərlərində yaşamış və ictimai-siyasi fikrimizin əsas istiqamətlərindən biri olmuşdur. Vətənpərvər ziyalılarımız kommunist rejiminin bütün qadağa və məhdudiyyətlərinə baxmayaraq, bacardıqları qədər milli azadlıq ideyasını yaşatmış, xalqımız arasında yaymış və təbliğ etmişlər.

Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində xalqımız yenidən öz istiqlalı uğrunda mübarizəyə qalxdı. Sovetlər Birliyinin süqutu və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar başlayan və zaman-zaman genişlənən milli-azadlıq hərəkatı müstəqil dövlətimizin yaranmasında böyük rol oynadı. Qeyd edək ki, xalqımızın bu mücadiləsi böyük qurbanlarla, faciələrlə üzləşməli olurdu. Mərkəzi hakimiyyətin imperiyanı qoruyub saxlamaq iddialarından əl çəkmək istəməməsi xalqımızın azadlıq mübarizəsinə başlıca əngəl idi. Azərbaycana qarşı əsassız ərazi iddiaları işə salınmışdı. Digər tərəfdən, 1988-ci ilin dekabr ayında əzəli Türk torpaqları sayılan Qərbi Azərbaycandan 250 mindən çox soydaşımızın öz tarixi ata-baba yurdlarından deportasiya edilməsi də xalqımızı cəzalandırmaq və milli-azadlıq mücadiləmizin qarşısını almaq məqsədini güdürdü. Azərbaycanlılar eyni zamanda Dağlıq Qarabağda da zorla öz doğma yurdlarından didərgin salınır, qətlə yetirilir, onların əmlakı talan edilir, evləri yandırılırdı. Bir sözlə, mərkəzi hakimiyyət ermənilərin əli ilə xalqımıza qarşı olmazın cinayətlər törədirdi. Xalqımız əslində faktiki olaraq təklənilmiş vəziyyətə salınmışdı. Buna cavab olaraq, xalqımız küçə və meydanlara axışaraq, tapdalanmış hüquqlarının bərpasını tələb etdi. Lakin xalqımız tamamilə başqa bir faciəli hadisə ilə üzləşməli oldu: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı 20 Yanvar faciəsi törədildi. Bu qətliamın törədilməsində də başlıca məqsəd yenə də xalqımızın azadlıq ruhunu öldürmək idi. Lakin bütün baş verən bu haqsızlıqlara, faciələrə baxmayaraq, xalqımız öz müstəqilliyinə doğru addım-addım irəlliləməkdə davam edirdi. Beləliklə, əvvəlcə 1991-ci il avqustun 30-da parlamentdə «Azərbaycan Respublikasının dövlət suverenliyi haqqında Bəyannamə» qəbul edildi, bir qədər sonra isə, yəni 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edildi. Bu Aktın qəbul edilməsi

mühüm tarixi-siyasi hadisə idi və həmin gün tariximizə dövlət müstəqilliymizin bərpası günü kimi daxil oldu. Bu mühüm tarixi sənədin qəbul edilməsi ilə xalqımız uzun illərdən bəri arzusunda olduğu azadlığına qovuşdu. Yeni yaranan müstəqil Azərbaycan dövləti özünün Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bəyan edərək onun bayrağını, gerbini, himnini dövlət atributları kimi qəbul etdi. Azərbaycanın dövlət müstəqilliyi dünyanın bir çox ölkələri tərəfindən tanındı və ölkəmiz müxtəlif beynəlxalq təşkilatlara üzv qəbul edildi.

Lakin həmin dövrdə respublikamıza rəhbərlik edən şəxslərin siyasi səriştəsizliyi, milli maraq və mənafelərdən çox uzaqda dayanmaları, bəzi hallarda isə hətta bu maraqlara xəyanət etmələri Azərbaycanın əsl müstəqil dövlət kimi yaşamasına imkan vermirdi. Əslində, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» ilkin mərhələdə yalnız quru kağız olaraq qalırdı. Baxmayaraq ki, bu Aktın qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyi hüquqi cəhətdən rəsmiləşdirilmişdi və ölkəmizin müstəqilliyi artıq dünyanın bəzi dövlətləri tərəfindən tanınmışdı, lakin o dövrün hakimiyyəti 1991-ci il dekabrın 29-da müstəqilliklə bağlı referendum da keçirdi. Əslində, bu referenduma heç bir ehtiyac yox idi. Azərbaycan yenə də kənardan idarə edilirdi. Yəni həmin dövrdə Azərbaycanın müstəqilliyi formal, nominal xarakter daşıyırdı. Belə ki, dövlət idarəçiliyi vahid bir konsepsiya və sistem əsasında qurulmurdu, birtərəfli xarici siyasi kurs yürüdülürdü. İctimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik, özbaşnalıq hökm sürürdü. Azərbaycanın dövlət büdcəsi yox idi. İşğalçı Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində müstəqilliyimizin ilk illərində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, 1 milyondan artıq soydaşımız öz doğma ata-baba yurdundan didərgin düşmüşdü. Həmçinin Azərbaycanın hər tərəfindən baş qaldıran separatçılıq meyilləri müstəqil dövlətimiz üçün ciddi təhlükə mənbəyi idi. Elə buna görə də 1991-1993-cü illər xalqımızın müstəqillik tarixində nəinki itirilmiş illər, hətta müstəqilliyimiz üçün təhlükə törədən bir çox zərərli meyil və təzahürlərin yarandığı bir dövr kimi səciyyələndirilə bilər. Yalnız ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqımızın çox böyük istəyi və inadlı tələbi ilə yenidən respublikamızda

hakimiyyətə qayıtdıqdan sonra öz böyük siyasi uzaqgörənliyi, zəngin idarəçilik və dövlətçilik təcrübəsi sayəsində ölkəmizin formal, nominal müstəqilliyinin həqiqi müstəqilliyə, faktiki müstəqilliyə çevrilməsini təmin etdi, ölkədə müasir dünyamızın reallıqlarını nəzərə alan yeni siyasi kurs formalaşdı.

Böyük qürur hissi ilə deyə bilərik ki, ulu öndərimiz Heydər Əliyevin elmi əsaslara söykənən müdrik siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev həyatımızın bütün sahələrinin, xüsusilə də, iqtisadiyyatın sürətli inkişafını təmin etmişdir. Son illər iqtisadiyyatımız 3 dəfə artıb.

2014-cü il sentyabr ayının 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlqoyma mərasiminin keçirilməsi də böyük beynəlxalq hadisədir. Cənab Prezidentin qeyd etdiyi kimi, əgər “Əsrin müqaviləsi” XX əsrin müqaviləsi idisə, “Cənub” qaz dəhlizi XXI əsrin layihəsidir. Bu layihə də öz növbəsində Azərbaycana böyük iqtisadi imkanlar açmışdır. Ölkəmiz iqtisadi cəhətdən müstəqildir və bu da dövlətimizə müstəqil xarici siyasət yürütməyə imkan verir.

Azərbaycan son illər beynəlxalq siyasi münasibətlər sistemində də öz layiqli yerini tutmuşdur. Belə ki, Azərbaycan 2011-ci il oktyabr ayının 24-də 155 ölkənin yüksək etimadı və böyük siyasi dəstəyi ilə dünyanın ən nüfuzlu və mötəbər beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, Azərbaycanın böyük siyasi-diplomatik uğurudur.

Son illər Azərbaycan möhtəşəm beynəlxalq tədbirlərin, sivilizasiyalararası dialoqların keçirildiyi bir məkana çevrilmişdir. Azərbaycan dünya miqyasında sayılıb-seçilən, yüksək beynəlxalq siyasi nüfuza malik olan bir ölkədir. Azərbaycan multikulturalizm və tolerantlıq baxımından bütün dünya üçün layiqli bir örnəkdir.

Rektor qeyd edib ki, bu il sentyabr ayının 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) keçirildi. Azad, ədalətli, şəffaf və demokratik keçirilən referendumda xalqımız öz siyasi iradəsini ortaya qoydu. Aparılan siyasi, iqtisadi, sosial və hüquqi

islahatların davamı kimi qiymətləndirilən Konstitusiya islahatları ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da yaxşılaşdırılmasına, milli maraqlarımızın qorunmasına, dövlətçiliyimizin gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşməsinə müsbət təsir edəcəkdir.

Ölkəmizdə elm və təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edilib. Respublikamızda təhsil sahəsində bir sıra layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YAP-ın Sədr müavini, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva böyük xidmətlər göstərir.

Hazırda ölkəmiz yeni dövrün astanasındadır. Bu dövr bizim qarşımızda böyük və məsuliyyətli vəzifələr qoyur. Biz təhsil sahəsində fəaliyyətimizi gücləndirməli, yüksək səviyyəli pedaqoji kadrların hazırlanması üçün əzmlə çalışmalıyıq.

Tədbirdə Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov “Əsrə bərabər iyirmi beş il. Tarixi yolun mərhələləri” mövzusunda məruzə ilə, həmin kafedranın müəllimi Taleh Cəfərov “Müstəqillik illərində vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda, ADPU-nun doktorantı Xalidə İbrahimova isə “ADPU müstəqillik illərində” mövzusunda çıxışlar ediblər. Məruzə və çıxışlarda tarixlə müasir dövr arasında paralellər aparılıb, Azərbaycanın iyirmi beş il ərzində bütün sahələrdə böyük və zəngin inkişaf yolu keçdiyi, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması, insan və vətəndaş hüquq və azadlıqlarının, siyasi plüralizmin, söz və ifadə azadlığının təmin edilməsi sahəsində qazandığı uğurlar, o cümlədən ölkəmizin ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan ADPU-nun bu quruculuq və inkişaf prosesində fəal iştirak etdiyi vurğulanıb.
Oxşar xəbərlər
21:47, Bu gün
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
21:44, Bu gün
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
21:42, Bu gün
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
21:36, Bu gün
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
21:30, Bu gün
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
21:20, Bu gün
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb