Xəbər lenti
24/01/2017 [00:49]:
İndiyə qədər doğru bildiyimiz xətalar- MARAQLI
24/01/2017 [00:44]:
"Kimsə bir ildən sonra taleyinin necə olacağı haqqında təsəvvürə belə malik deyil"
24/01/2017 [00:35]:
“Formula-1” rəhbəri istefaya göndərilib
24/01/2017 [00:10]:
Şiddətli baş ağrıları olanlara xəbərdarlıq- Bu qidalardan uzaq durun
24/01/2017 [00:07]:
Avstraliya aeroportlarında pasport yoxlanışı ləğv olunacaq
23/01/2017 [23:29]:
ABŞ Trans-Sakit Okean Tərəfdaşlığından çıxır
23/01/2017 [23:23]:
16 yaşlı müğənni Hadisə ilə İrəmi geridə qoydu - 204 milyon
23/01/2017 [23:21]:
Trampdan qəribə qərar - İspanlar çox qəzəbləndi
23/01/2017 [23:19]:
"İnsanlığa xas olmayan belə vəhşiliyi ancaq erməni cəlladları edir"
23/01/2017 [23:16]:
Azərbaycanda məcburi eniş edən təyyarələrə yeni qaydalar tətbiq ediləcək
23/01/2017 [23:02]:
Ramiz Mehdiyev məmurları rüşvətə son qoymağa çağırdı -Gərgin müşavirə
23/01/2017 [23:01]:
Hollivud rejissorlarını heyrətləndirən "xüsusi təyinatlı fahişə" obrazı - ŞOK...
23/01/2017 [22:54]:
10 saniyəyə 19 bina partladıldı - Video
23/01/2017 [22:48]:
Rusiya ABŞ-a raket zərbəsi endirəcək? - Nyu York Tayms
23/01/2017 [22:27]:
"Prezidentin Mətbuat Xidməti və AzərTac çox kobud və bağışlanılmaz səhvə yol verdi..."
23/01/2017 [22:23]:
Təxribat olacaq, 5 məmur işdən çıxacaq - Ekstrasens
23/01/2017 [22:07]:
Prezident: "Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz hesabına yaşayır"
23/01/2017 [21:53]:
Dünya Azərbaycanlırının Kanalı -Dünya TV
23/01/2017 [21:40]:
“Bir də ayılacağıq ki, ermənilər Milli Məclisdə deputatdırlar...” - Məxfi ekspert
23/01/2017 [21:31]:
"O işıq taleyimin bütün nöqtələrini işıqlandırdı və..." - NAİLƏ İSLAMZADƏ
23/01/2017 [21:30]:
Rusiya və Türkiyə Suriyada İŞİD-ə qarşı birgə əməliyyat keçirib
23/01/2017 [20:45]:
Göyçaylı deputat AŞPA-nın vitse-prezidenti seçildi
23/01/2017 [20:42]:
İraq ordusu Şərqi Mosula nəzarəti tam ələ keçirdi
23/01/2017 [20:23]:
Ermənistanda əsgərlər arasında silahlı insident
23/01/2017 [19:54]:
Trampın xarici siyasətdə ilk böyük - Addımı
23/01/2017 [19:50]:
Türkiyədə Ustad Şəhriyarın 110 illik yubileyi keçiriləcək
23/01/2017 [19:27]:
Dünya Donald Trampın oğlunun bu videosundan danışır - Video
23/01/2017 [19:08]:
“Azərikimya”nın işçisi olmaq istəyən gənclər üçün növbəti şans
23/01/2017 [19:05]:
KXCP hakimiyyətdə olan rus–erməni yönlülərə xəbərdarlıq etdi
23/01/2017 [18:54]:
“Ermənistan öz acı məğlubiyyətini etiraf etməyə məcburdur”
23/01/2017 [18:51]:
Astanada Suriya nümayəndə heyəti müxalifəti təxribatçılıqda günahlandırıb
23/01/2017 [18:50]:
Şahlar Əsgərov daha sərt tədbirlərə çağırır -“Əgər direktor həddini aşırsa...”
23/01/2017 [18:44]:
Cahangir Məmmədli qalmaqallı səs yazısından danışdı
23/01/2017 [18:42]:
Prezidentdən məcburi köçkünlərlə bağlı önəmli - Fərman
23/01/2017 [18:35]:
"Artur Rəsizadə Mütəliboun xəbəri olmadan öz başına hərəkət edə bilməzdi"
23/01/2017 [18:30]:
Bakıda keçmiş məhkum 99 min manatlıq dələduzluq edib
23/01/2017 [18:26]:
Öküzə görə polislə etirazçılar arasında toqquşma - 60 yaralı
23/01/2017 [18:08]:
Trampdan ermənilərə gözlənilməz Qarabağ ZƏRBƏSİ: gələn kimi bunu etdi
23/01/2017 [18:04]:
“Tramp Qarabağa görə Nobel ala bilər” - Putinə göndəriləcək “YOL XƏRİTƏSİ”
23/01/2017 [17:58]:
Zakir Həsənov: "Cəbhədə əməliyyat şəraiti tam nəzarətdədir"
23/01/2017 [17:48]:
Elman Rüstəmov İdarə Heyətinin geniş iclasını çağırdı
23/01/2017 [17:48]:
YAP üzvü Səbail İcra Hakimiyyətindən və Nazim İbrahimovdan prezidentə şikayətçidir
23/01/2017 [17:43]:
Sərxoş usta ev sahibini öldürdü - Bakıda
23/01/2017 [17:32]:
Bakıda evdən seyf oğurlandı İçində - 40 min dollar, 30 min avro olub
23/01/2017 [17:29]:
"Elmar Məmmədyarov təcili istefa verməlidir" - Bacarmırlar çıxıb getsinlər...
23/01/2017 [17:27]:
“Ərim mənə xəyanət etdi...”
23/01/2017 [17:22]:
Qənirə Paşayevadan Türkiyəyə dəstək çağırışı...
23/01/2017 [17:21]:
Gömrükdə qadının daxili orqanından “xəzinə” çıxdı
23/01/2017 [17:19]:
“Qafqaz Universitetinin bağlanması siyasi qərardır”
23/01/2017 [17:15]:
Zaqatalada 5 otaqlı ev yanıb
23/01/2017 [17:11]:
Dövlət Sərhəd Xidmətində dərəbəylik - Yeni Çovdarovlar yetişir...?
23/01/2017 [17:11]:
İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb
23/01/2017 [17:08]:
Maşını çəkiclə əzilən yol polisi işdən çıxarılıb
23/01/2017 [16:56]:
Səudiyyə Ərəbistanı kralı insanları yağış üçün dua etməyə çağırıb
23/01/2017 [16:48]:
Polislərin xidmət müddəti artırılır
23/01/2017 [16:41]:
İlham Əliyev: “Ordumuz dünyanın ən qüdrətli ordularından biridir”
23/01/2017 [16:40]:
Təhsil xərclərini qarşılamaq üçün soyundular -  - FOTOLAR
23/01/2017 [16:35]:
Milli Məclis bəyanat yaydı -Çingiz Qurbanova görə
23/01/2017 [16:21]:
ADP dövləti uşaqların qorunmasına çağırdı
23/01/2017 [16:16]:
Ərdoğan Afrikada "tamtam" çaldı - FOTOLAR
23/01/2017 [16:04]:
Komandirdən şəhidin hərbçi qızına əxlaqsız təklif -"Rahat həyat istəyirsənsə..."
23/01/2017 [15:56]:
UNEC-in müəllimi “Microsoft”un “İnnovativ müəllim” sertifikatını qazanıb
23/01/2017 [15:39]:
Murad Dadaşovdan ÜZÜCÜ XƏBƏR: Xəstəxanalıq oldu
23/01/2017 [15:34]:
Akif Çovdarov yenidən hakim qarşısında
23/01/2017 [15:31]:
MTN iş adamının 2 milyonunu necə alıb? -Vüsal Ələkbərovun ittiham aktından
23/01/2017 [15:29]:
ABŞ-Çin müharibəsi bu şirkətləri vuracaq!
23/01/2017 [15:26]:
“Sualı bizə yox, Lider TV-yə verin” - Səfirlikdən açıqlama
23/01/2017 [15:25]:
Türkiyə hərbçiləri Suriyada İŞİD-in 65 yaraqlısını məhv edib
23/01/2017 [15:16]:
“Məcburi köçkünlərin imtiyazlarının ləğvi yolverilməzdir”
23/01/2017 [15:05]:
ADNSU və UFAZ-da universitetin İctimai Etimad Şurası nümayəndələrinin iştirakı ilə mediatur keçirilib
23/01/2017 [15:02]:
Aprel döyüşlərində ruslar erməniləri rüsvay olmaqdan xilas etdi...
23/01/2017 [14:58]:
"Qarabağa heç vaxt müstəqillik verilməyəcək"
23/01/2017 [14:54]:
SOCAR rəsmisi: “B və C planlarımız var”
23/01/2017 [14:48]:
"Çingiz Qurbanov ermənilərə layiqli zərbə endirib" -Millət vəkili
23/01/2017 [14:41]:
Andiçmədə Trampı “üç əlli” xüsusi təyinatlılar qorudu - Foto
23/01/2017 [14:24]:
Rusiya qoşunları Ukraynadan çıxır – Rəsmi
23/01/2017 [14:19]:
Dolların məzənnəsi kəskin azaldı -DİQQƏT
23/01/2017 [14:14]:
Prezident 84 gözəli otağa yığdı və…
23/01/2017 [14:10]:
"Qul psixologiyasına son qoyulmalıdır"
23/01/2017 [13:56]:
"Bar fahişəsi idin, səni arvad elədim" -"Evrovision" iştirakçısını zorlayan direktor
Bütün arxiv bir sırada
20/10/2016 [17:21] - Cəmiyyət - ( 1426 dəfə baxılıb)

ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib





Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, böyük söz ustadımız, Xalq şairi Qabilin 90 illik yubileyi münasibətilə ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Qədirbilən xalqımız böyük şairimiz Qabilin həyat və bədii yaradıcılığına yüksək qiymət verir, xatirəsinə ehtiramla yanaşır. Bu baxımdan oktyabr ayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında Xalq şair Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbirin keçirilməsi də diqqətəlayiqdir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açıb. Rektor görkəmli şairimizin həyat və yaradıcılığı barədə məlumat verərək bildirib ki, Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqust ayının 12-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Dil və ədəbiyyat fakültəsində, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında oxuyub. Onlarla şeir kitabının, poemaların, o cümlədən “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik poemasının müəllifidir. Uzun illər Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədri olub.


Xalqımızın yaddaşında Qabil obrazı həqiqəti söyləyən, bütün haqsızlıqlara qarşı mübarizə aparmış əsl vətəndaş mövqeli şair kimi canlanır. Qabilə ən böyük qiyməti isə sağlığında ümummilli liderimiz Heydər Əliyev verib. Onun 70 illik yubileyi böyük təntənə ilə qeyd olundu. 90 illik yubileyi də yüksək səviyyədə keçirilir. Qabilin gözəl şeirləri ilə yanaşı, poemaları da oxucular tərəfindən yüksək dəyərləndirilir. Elə buna görə də əsərləri həmişə oxunur, mötəbər tədbirlərdə qiraət ustaları tərəfindən şövqlə səsləndirilir.

Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda mehriban, səmimi və duzlu zarafatları ilə yaddaşlara hopub. Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqımızın gözündə daha da yüksəlib. Bu, əlbəttə, şair üçün böyük səadətdir.

Qeyd edək ki, onun yaradıcılığı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Xalq şairi bir sıra orden və medallara, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. Qabil 2007-ci il aprelin 4-də vəfat edib.

Ulu öndər Heydər Əliyev Qabilin 1997-ci il yanvar ayının 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən 70 illik yubileyində şairə böyük dəyər verərək demişdir: “Hörmәtli Qabil, sәni anadan olmağının 70 illiyi münasibәtilә sәmimi-qәlbdәn tәbrik edirәm. Belә yubileylәrin tәşkil olunması әdәbiyyat gecәlәrinin keçirilmәsi demәkdir. Mәn vaxtilә düşünürdüm ki, müntәzәm olaraq şeir gecәlәri keçirmәk lazımdır. Mәnim 70-ci illәrdә bu barәdә bir çox fikirlәrim var idi. Xalqımız tarixәn, әsrlәrlә şeirlә yaşayıb, şairlər yığışıblar, özləri də, ora toplaşanlar da şeir deyiblər. Ona görә dә mәn o vaxt fikirlәşirdim ki, musiqi gecәlәri öz yerindә, şeir gecәlәri dә keçirmәk lazımdır. Mәn şairlәrin, yazıçıların, әdәbiyyatçıların son illәrdә keçirilәn yubileylәrini xatırlayıram. Bunlar elә әdәbiyyat, şeir, poeziya bayramıdır. Bu yubileylәrdә hәr bir sәnәtkarların yaradıcılığına qiymәt verilir. Biz, mәsәlәn, Qabilin әsәrlәrini oxumuşuq, lakin bu şeirlәri bir daha yada salmaq çox әhәmiyyәtlidir, hәm dә dinlәyәndә o, insana zövq verir. Mәn bu yubiley gecәsinә tәkcә Qabilә hörmәt naminә gәlmәmişәm, buraya hәm dә incәsәnәtimizlә, әdәbiyyatımızla, şeirimizlә görüşmәk üçün gәlmişәm… Qabilin Nәsimi haqqında yazdığı mәnzum roman mәnim yaxşı xatirimdәdir. Doğrudan da, o, çox böyük iş idi vә Qabil bu işi gördü. Bu, hәqiqәtәn Dövlәt mükafatına layiq bir әsәrdir. Çünki Nәsimi haqqında belә böyük, sanballı, dәrin fәlsәfi fikirlәrlә dolu olan mәnzum roman yazmaq hәr adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdәsindәn gәldi. Mәn bu gün bu yubiley gecәsinә böyük mәmnuniyyәt hissi ilә gәlmişәm. Qabilin xidmәtlәri çox böyükdür”.


Rektor Cəfər Cəfərov çıxışında vurğulayıb ki, Qabilin vəfatı ədəbiyyatımız üçün böyük itkidir. Hələ sağlığında Qabil haqqında Bəkir Nəbiyevin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Anarın, Sabir Rüstəmxanlının, Fikrət Qocanın, Cabir Novruzun, Hüseyn Abbaszadənin, Fikrət Sadığın, Tofiq Hacıyevin, Əli Səmədlinin, Abbas Abdullanın, Əzizə Türkanın və onlarca Qabilsevərlərin maraqlı

xatirələri və böyük şairimiz haqqında duzlu-məzəli söhbətləri daim yaşayacaqdır. O, cismən bizim aramızda olmasa da, mənən həmişə bizimlədir. Qabilin yaradıcılığı həmişəyaşardır. Sənətkar üçün əbədiyyət budur. Vaxtilə özü öz şeirinə:

Çoxdan ayrılmışıq bir-birimizdən, Yaxın ola-ola uzaq düşmüşük. Yoxsa xatirəyə çevrilmisən sən? Xatirə eşqinə nahaq düşmüşük. Hələ xatirəlik bir şeyimiz yox...- deyən Qabil, artıq xatirəyə çevrilmişdir.

Həmişə poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə xalqına vicdanla xidmət etmişdir. Qabili bütöv xalq sevir! Sənətkar üçün bundan böyük xoşbəxtlik yoxdur.

Tədbirdə Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov “Qabilin ədəbi portreti” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil, tanınmış şair, Əməkdar müəllim Oqtay Rza Qabillə bağlı xatirələrini bölüşüblər. Məruzə və çıxışlarda Qabilin yaradıcılığı hərtərəfli təhlil edilib, onun səmimi, qayğıkeş, müdrik, xeyirxah insan, ləyaqətli, fədakar vətəndaş, yaradıcılığı heç bir qəlibə, çərçivəyə sığmayan, xalqının, millətinin arzu və istəklərini dolğun ifadə edən vətənpərvər şair, əsl ziyalı olduğu vurğulanıb və tələbələrə onun yaradıcılığını dərindən öyrənmək tövsiyə edilib.

Tədbirdə şairin oğlu, istedadlı və tanınmış yazıçı-publisist Mahir Qabiloğlu çıxış edərək tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və atası ilə bağlı xatirələrini bölüşüb.

Tədbirdə Qabilin şeirlərindən nümunələr səsləndirilib, Filologiya fakültəsi tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

"Prezidentin Mətbuat Xidməti və AzərTac çox kobud və bağışlanılmaz səhvə yol verdi..."
Trampın xarici siyasətdə ilk böyük - Addımı
Şahlar Əsgərov daha sərt tədbirlərə çağırır -“Əgər direktor həddini aşırsa...”
Dövlət Sərhəd Xidmətində dərəbəylik - Yeni Çovdarovlar yetişir...?
Əməkdar artist dünyasını dəyişdi...
Hadisə
Hollivud rejissorlarını heyrətləndirən "xüsusi təyinatlı fahişə" obrazı - ŞOK...
Gündəm
“Qafqaz Universitetinin bağlanması siyasi qərardır”
Maraqlı
Ərdoğan Afrikada "tamtam" çaldı - FOTOLAR
Gündəm
"Qarabağa heç vaxt müstəqillik verilməyəcək"
Gündəm
Müxalifətə məmurların maddi dəstəyi mövcuddurmu?
Həftənin ən çox oxunanları
5-ci sinif şagirdindən Prezident İlham Əliyevə ilginc MÜRACİƏT...
Toy şəkillərini stolun üstünə tökür, baxır, sonra əl boyda kağıza bu sözləri yazır: "Onsuz yaşaya bilmərəm. Siz məni…”
Keçmiş baş prokurordan baş nazirə -AĞIR İTTİHAM...
“Boşandım, müğənni oldum, 5 aya maşın aldım” -Şəbnəm Tovuzlu
"Artur Rasizadənin məktubu əsasında ruslar Azərbaycana qoşun göndərib"
Türkiyədə tapılan nəhəng ilan – Görün nəyə xeyirli imiş... FOTOLAR
"Köhnə Qvardiya" labirinti - 14 illik "keçid dövrü" başa çatır...
İcra başçılarının Milli Məclisdə vəzifə tutan övladları -SİYAHI
"Onları yer üzündən siləcəyik"- Tramp dünyaya meydan oxudu
“Azərbaycan hakimiyyətində 1000-ə yaxın ABŞ agenti var...”- Rusiyalı hərbi ekspert
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin