“Hər yığıncaqdan öncə deputatları balaca iclas zalına yığıb təlimatlandırırdılar”
Oxunub: 5452
22 Oct 2016 | 13:04
“Hər yığıncaqdan öncə deputatları balaca iclas zalına yığıb təlimatlandırırdılar”

Moderator.az “Müstəqillik ayı” çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlının 1987-1991- ci illərin mürəkkəb mənzərəsini əks etdirən “Xətai yurdu” kitabından o illərin hadisələrini canlandıran III yazını təqdim edir. Birinci yazını bu linkdən (moderator.az/news/155572.html) oxuya bilərsiniz.

Qeyd edək ki, S.Rüstəmxanlı “Xətai yurdu” kitabını 1990-cı illərin əvvəllərində, Azərbaycanın Dövlət Müstəqilliyi elan ediləndən sonra yazmağa başlayıb, 2002 -ci ildə bitirib. Kitab 2003-cü ildə cəmi 500 nüsxə tirajla nəşr olunub.

III yazı

“Müstəqilliyin qapılarını döyəcləməkdəydik, bütün çalışmalarımızı, yazı və çıxışlarımızı buna yönəltmişdik. Axır ki, Dövlət Müstəqilliyinin Bərpası Haqqında Konstitusiya aktı hazırlanmışdı və yaxın günlərdə müzakirəyə çıxarılmalıydı. Həmsədri olduğum "Müstəqil Azərbaycan Deputat bloku" tez-tez parlamenti qurşayan, meydanlara tökülən kütlədən güc aldığına, bu mexanizmlə tam anlaşma içində çalışdığına görə sayca az olsa da, gündən-günə nüfuzunu artırır və Ali Sovetin başlıca söz sahibinə çevrilirdi. Müstəqillik aktının hazırlanması bizim təklifimizdi, amma birbaşa bizim adımızla bağlı olmasını da istəmirdilər: buna görə də bu tarixi vəzifəni zahirən bitərəf olan, əslində isə bizə daha yaxın olan, işin gedişində daim bizimlə məsləhətləşən tarixçilərə tapşırmışdılar və bu tarixi sənədi Ali Sovetin yığıncağında prof. Hacıbaba Əzimov təqdim elədi. Bu, 1991-ci ilin oktyabr ayının 18-i idi. Həmin ilin yazında SSRİ-nin tərkibində qalmaqdan başqa yolumuzun olmadığına bizi inandırmaq üçün dəridən-qabıqdan çıxan "balaca padşahlar" cəmi bir neçə ayın içində dəyişilmişdilər; daha doğrusu başqa yolun qalmadığını duymuşdular; yeni havanı hiss eləmişdilər; yeni şərtlərə uymaqdan başqa çarələri qalmadığını etiraf məcburiyyətindəydilər.

Düzünə qalsa, o 360 nəfərlik məclisi qınamağa dəyməzdi. Çoxuna "seçilmiş" demək olmazdı. Siyahı və təyinatla gələn bu adamların əksəriyyəti yüksək vəzifə sahibləriydilər. Ayda bir-iki dəfə Ali Sovetin sessiyasına, respublikanın hər tərəfindən, biyara gələn kimi, yaxud yeyib-içməyə, yığdıqları pulları xərcləmək imkanı, dost-tanışı görüb, mümkün olsa iclasda çıxış edib, özünü göstərmək, yəni mövqelərini möhkəmlətmək imkanı kimi baxırdılar. Onları qanun yaradıcılığı və işlərin gedişatı az maraqlandırırdı; rəhbərlikdən hansı gizli tapşırıq gəlsə, onu da yerinə yetirirdilər.

Hər yığıncaqdan öncə kommunist deputatları ya MK-yə, ya da parlamentin ikinci mərtəbəsindəki balaca iclas zalına yığıb təlimatlandırırdılar; amma 4-cü mikrafonun səsi xalqın, haqqın və zamanın səsiydi, buna görə də tezliklə onların dəlil-sübutsuz, yalnız vəzifə borcu kimi səslənən çıxışlarını vurub dağıdır və mahiyyətsizliyini ortaya qoyurdu.

Bəzən də parlament təsərüfat yığıncağına bənzəyirdi. İclasın gərgin yerində biri çıxış edib müzakirələri dayandırmağı təklif edirdi: fikrini də belə əsaslandırırdı ki, qar yağır, rayonlarda heyvan-qaranın vəziyyətindən xəbərsizik. Amma bizim dəstə belə çıxışları tezliklə lətifəyə çevirirdi. Kütlənin vahiməsiylə yanaşı, qəzetlərin, o cümlədən, çıxartdığım "Azərbaycan"da gedən yazıların qorxusu bizi sevməyən bu adamları üzdə özlərini mehriban göstərməyə məcbur edirdi. "Azərbaycan"da Gədəbəy rayonu ilə bağlı tənqidi yazı dərc etmişdik; sonra Ali Sovetin deputatı olan raykom katibi bu yazıya çox qəzəblənib 3-4 səhifəlik cavab məktubu yazmışdı; oxuyanda dəhşətə gəldim, çünki heç bir orta məktəb şagirdi belə savadsız yazı yazmazdı. Bu məktubda iki yüzdən çox söz, cümlə, fikir, orfoqrafiya səhvi vardı; məzmunun gülünclüyü bir yana, yalnız elə bu səhvlərə söykənib kəskin bir yazı yazdım. Oxuyandan sonra Ali Sovet bir-birinə dəymişdi. Belə görklər təsirsiz ötüşmürdü; üz-üzə gələndə fısıldayır, amma bir söz də deyə bilmirdilər... Bütün ciddi-cəhdlərinə baxmayaraq SSRİ-nin dağılması, olayların bizim qabaqcadan dediyimiz şəkildə gəlişməsi, zamanın onları oynatması və gülünc vəziyyətdə qoyması, "bəlkə də qaytardılar" ümidinin mənasızlığı çoxlarını həm psixoloji, həm də əqidə cəhətdən sındırırdı. Öncə lağ hədəfi olan "bəylər" getdikcə sükançıya çevrilirdilər və üzdə bizi tənqid edənlərin bir qismi arxaya düşən kimi, "ə qardaş, elə mən də sizdənəm də, nə olsun indi vəzifəyə boğaz olmuşuq" ”“ deyirdilər və belələrinə "bəy" deyə müraciət edəndə mükafat alıbmış kimi qanadlanırdılar.
Müstəqillik havasından ən çox narahat olan azsaylı xalqların vəzifəliləri və deputatlarıydı. Sovet rejimi onlar üçün özəl bir durum yaratmışdı, adətən azəri türkcəsini və öz ana dilimizi bəyənməyən, rusca oxuyan və buna görə Moskvaya daha tez yol tapan belələri əyalətlərdə Moskvanın gözü-qulağı rolunu oynayırdılar. Mərkəz milli respublikalarda hakimiyyət pillələrinə daha çox bu adamları çəkirdi; burda onlar yuxarılar üçün daha az təhliikəliydilər; məlumatötürən, yerli xalqa soyuq yanaşan; yüksəldiyi bu yerə görə hər şeyi ayaq altına atmağa hazır olan; yuxarıların qoltuğuna sığınan kimi kiçiklik ovqatının qisasını almaq ehtirası ilə alışıb yanan... Moskva öz içimizdə rusdan daha çox ruspərəst olanları seçib özümüzə düşmən edirdi və indi imperiyanın sonu onların tifaqını dağıdırdı, buna görə də ruslardan çox bunlar narahtıdılar və bu "üstün" durumlarının əllərindən çıxmasını respublikalarda "şovinizmin" güclənməsi kimi qələmə verir, milli hərəkata çamır atırdılar. Öz "rusdillilərimiz", "Moskva uşaqları" da buna bənzər bir rahatsızlıq içindəydilər; onların bir qismi xalqa üstdən aşağı baxırdı və "çuşkaların" səsinin şəhəri bürüməsi, rus dilinin qısılması, hətta erməni, rus qonşularının yerini rayonlardan, Ermənistandan gələn "doğmalarının" tutması onları əsəbiləşdirirdi. Neft fırtınasının Bakıya topladığı və yüz ildən bəri burda məskunlaşıb Bakıya xüsusi bir "beynəlmiləl" şəhər obrazı yaratmaqda maraqlı olan, onu Azərbaycan müstəvisindən kənarda görməyi arzulayan adamların seyrəlməsiylə şəhərin qeyri-müəyyən, kosmopolit dövrü bitir, Bakı özünə qayıdırdı...
Amma köhnə quruluş elə belə, səssiz-səmirsiz, öz məğlubiyyəti ilə razılaşaraq getmirdi; yetmiş ilə qurduğunu uçurub gedirdi; kənd təsərrüfatlarını və sənayeni viran günə qoyub çəkilirdilər; müharibə və yenidənqurma bəhanə olmuşdu; əl yetən hər şeyi pula çevirib gözləyirdilər: müdhiş bir talançılıq ölkədə daşı-daş üstə qoymurdu... Qaçqınlıq, Qarabağda gedən faciəli olaylar, aclıq, səfalət, hər şeyin dağılması, iş yerlerinin əldən çıxması... faciə içində olan millətin bircə təsəllisi vardı... Müstəqillik! Ac qalaq, uduzaq, təki Moskvadan qopaq! Sanki müstəqillik sehrli bir maqnit kimi bütün bu dağılanları çəkib yenidən yerinə qoyacaqdı. İllər uzunu apardığımız işin, təbliğatın, müstəqillik arzularının nəticəsi beləydi... Xalq ikiyüz ilin şərəfsizliyindən qurtarmaq istəyirdi, sonra nə olacaq-olacaq! Onsuz da olan olub. Bəlkə bizim torpaqlarımızda Ermənistan adlı bir dövləti Moskva yaratmayıb?! Bəlkə Qarabağı bizdən qoparıb onlara vermək istəyən Moskva deyil?! Bəlkə Ermənistanın arxasında dayanmır?!
Moskva da bunu görürdü və Bakıda müstəqilliyə doğru atılan hər addım ermənilərin daha artıq silahlaşdırılması və Azərbaycanın üstünə daha bərk qışqırdılması və cummasıyla müşaiyət edilirdi”. 

(ardı var)

Oxşar xəbərlər
19:55, Bu gün
“Crocus City Hall”dakı terrorla bağlı məhkəməyə çıxarılan şəxsdən ETİRAF - YENİLƏNİB + FOTO/VİDEO
19:22, Bu gün
"Rusiya yenidən Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək" - Sırski
19:19, Bu gün
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
19:00, Bu gün
Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? - VİDEO
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
GÜNLÜK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO