Dövlətimizi qorumaq Allah qarşısında ən müqəddəs borcumuzdur
Oxunub: 1978
25 Oct 2016 | 17:22
Dövlətimizi qorumaq Allah qarşısında ən müqəddəs borcumuzdur

Çoxdandır narahatlıq yaradan və ictimai mahiyyət kəsb edən bir mövzuya toxunmaq istəyirəm. Maraqlıdır ki, bu mövzu barədə istinad üçün bir material tapa bilmədim. Siyasətlə peşəkar şəkildə məşğul olan şəxs olaraq, mövzuya aydınlıq gətirilməsinə dərin zərurət varlığını duyuram. Ola bilər ictimai dəstək uğrunda mübarizə aparan birisi kimi, bəlkə də digərləri ilə birgə susmağa üstünlük verməliydim. Lakin digər tərəfdən cəmiyyəti maarifləndirmək və siyasi paradiqmaları vurğulamaq nöqteyi-nəzərindən bu bizim vəzifəmiz sayılmalıdır.

Azərbaycan vətəndaşı İsrailə və yəhudilərə necə münasibət bəsləməlidr? Davranışında dövlətin, yoxsa kənardan diqtə edilən siyasi postulatların müdafiəçisi olmalıdr? Azərbaycan vətəndaşı simpatiyasını müəyyənləşdirən zamanı sırf milli maraqlar mövqeyindən, yoxsa təriqətçilik çıxarlarından çıxış etməlidir? Mövzunun həssaslıq dərəcəsini nəzərə alaraq, baxışlarımı bölüşmək niyyətindəyəm. Oxucudan həcmə görə üzr istəyərək, fikrimcə, vətəndaşımız və dövlətçiliyimiz üçün fundamental mahiyyətli mövzuya sırf subyektiv, öz müşahidə və siyasi yanaşmama söykənərək yazıram. Əvvəldən də bilirəm ki, yazı diametral yanaşmalara səbəb olacaq. Mübahisənin də açılması həqiqətin ortaya çıxarılma arzusudur. Mövzuya müraciətimin səbəbi İsrailin keçmiş prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar baş sağlığımı İsrail səfirliyində ifadə etməyim olub. Ziyarətə, gözləmədiyim halda qeyri-adekvat saydığım münasibət göstərildi. Az saylı da olsalar, etirazçılar Fələstin Azadlıq Təşkilatının simvolu Yasir Ərafatla eyni vaxtda Nobel mükafatı almış Peresin, müsəlman qatili olduğunu deyirdilər. Lakin tarixi kadrlarda dəfələrlə Ərafatın prezident Pereslə də, o vaxtkı baş nazir İshaq Rabinlə də qol-boyun görüntülərinə şahid olmuşam. Bu dəfə də FAT rəhbəri Mahmud Abbasın Peres ailəsinə səmimi şəkildə başsağlığı verdiyinin şahidi oldum. Beynəlxalq diplomatik münasibətlərdə bu tərz nəzakət etiketi sayılır və insanlıq baxımından müsbət qiymətləndirilir.

Peresin hakimiyyəti dövründə İsrail-Fələstin münasibətləri sülhə ən yaxın məsafədə olub. Peresin "İki millət, iki dövlət" formulu yaxın Şərqin bu günə qədər sızlayan yarasına məlhəm ola bilərdi. Lakin dünya gücləri Ərəb və İsrail xalqlarının normal birgə yaşayışına yol vermədilər. Bu gün isə Fələstin problemi həlli perspektivsiz görünən bir dünya düyünüdür. Bu yerdə, "Azərbaycanlılar Fələstin probleminə görə İsrailə mənfi, düşmən münasibətində olmalıdırlarmı?" aktual sualı ortaya çıxır. Bir sıra din xadimlərimiz, onların da arxasınca davamçıları bu suala müsbət cavab verir və hamını da bu mövqedə olmağa çağırırlar. Təbii ki, suala cavab belə bəsit şəkildə verilmir, Quran müddəaları ilə arqumentləşdirilməsinə cəhd edilir. Əlbəttə ki, cavab verilən zaman məsələnin bu günkü siyasi kökləri barədə susulur, hansı dövlətin mövqeyinin ifadə olunması gizlədilir. Cavab müəlliflərində işim yoxdur. İnsanlarımız fikirlərində sərbəstdirlər. Onları qınamaqdan da xeyli məsafəliyəm. Bir halda ki, hamı passionar dini elektoratı öz siyasi iddialarında alət etmək məqsədilə susur, müxtəlif məscid camaatı və ya icmaların sıravi nümayəndələrinə irad bildirmək səhvdir. Bildiyim qədər müqəddəs Kitabımız insanlara nifrəti aşılamır. İsrail övladlarını da 2 qrupa-sapmışlara və Kitab əhlinə bölür. Uca Yaradan bəşəriyyətə müraciətlərində sapmış və peyğəmbərlərə, Allah yoluna asilik edənləri lənətləyir. Mən belə bilirəm. Ola da bilər yanlışım var, istisna etmirəm. Məsələnin ilahi tərəfi ruhanilərin araşdırma sahəsidir. Bir də, düzünü Allah bilir. Problemin siyasi və milli aspektləri mənim üçün daha maraqlıdır. Əvvəldə onu deyim ki, bizim torpaq işğalımıza münasibətdə hər 2 FAT rəhbəri- Ərafat və Abbas erməniləri müdafiə edib, işğalçının haqlı olduğunu rəsmi şəkildə bəyan ediblər. Hər 2 Fələstin lideri daim İsrail rəhbərliyi ilə rəsmi və şəxsi təmaslarda olublar. Belə olduğu təqdirdə, Fələstinə görə Azərbaycan vətəndaşları İsrailə mənfi münasibət bəsləməlidirlərmi? Düşünürəm ki, yox. Ən yaxın müttəfiqimiz olan Türkiyə İsraillə münasibətlərin gərginləşdirilməsinin yanlış olduğunu anladıqdan sonra, rəsmi səviyyədə münasibətlər demək olar ki, tam bərpa edilib. İsrail dövləti etdikləri yanlışlara görə üzr istəyib, bu yolda boynuna düşəni etməklə məşğuldur. İndi konkret Azərbaycana gələk. Azərbaycanda yaşayan etnik yəhudilər xalqımızın qədimdən bəri ayrılmaz tərkib hissəsidirlər. Quba şəhərinin Qırmızı qəsəbəsi, eləcə də bütün Azərbaycan boyu səpələnmiş bütün yəhudilər, dini gələnəklər istisna olunmaqla, bütün adət və qaydalarımızı əxz etmişlər. Şəhidlər xiyabanında canını Qarabağ yolunda fəda etmiş Araqunovumuz var. Moskvada biznesi olan milyarder Azərbaycan əsilli yəhudilər işçiləri seçərkən birinci çevrələrini azərbaycanlılardan hörür, özünkülər qədər bizimkilərə inanırlar. Nyu-Yorkda Brodvey toylarında Azərbaycan musiqisi ilə toy edirlər. ABŞ-ı yada salmışkən, Qarabağ probleminə dair yəhudi diasporasının gördüyü müsbət işləri kim bilmir ki? Qarabağ müharibəsi demiş, aprel döyüşlərində düşmənin Əzrail mələyinə çevrilmiş pilotsuz təyyarələri bizə İsrail satmadımı? Rusların erməniyə "İsgəndər" verib üstümüzə göndərdikdə, paytaxtımızı təhdid etdikdə, bizi toxdadan İsrailin verdiyi müdafiə sistemi olmadımı? Azərbaycanın ixracatda ən böyük və etibarlı partnyoru İsrail deyilmi? Bu sualları hədsizə qədər uzada bilərəm. Mənə elə gəlir ki, kifayətdir. İsraillə ən gərgin münasibətlərə malik dövlət dost və qardaş ölkə İrandır. Azərbaycanda sayca üstünlük təşkil edən Cəfəri məzhəbli müsəlmanlar, həm də İranın əsas dini kəsimidirlər. Heç şübhəsiz ki, Azərbaycan dindarları arasında İsrailə və Musəviliyə münasibət İrandan qaynaqlanır. Lakin bu doqmatizm fanatik şəkildə təzahür etməməlidir. Cəfərilik heç də irançılıq deyil və olmamalıdır. Hər dövlətin öz çıxarları vardır. İran dövləti həmsərhəd olduğu yeganə xristian dövləti, işğalçı Ermənistanla xoş münasibətlərdədir. Rusiya ilə müttəfiqlik edərək Suriyada, ABŞ-la isə eyni şərtlərlə İraqda müharibə aparır. Məgər Qurani-Kərimdə başqa dinlərdən olanlarla dostluq etməyin əmri verilməyibmi bütün müsəlmanlara? İrana olar, Azərbaycana yox? İsrailə hər il, ayaqda qalması üçün, milyardlarla vəsait ayıran ABŞ-la müttəfiqlik olar İrana, Azərbaycana İsraillə iş biriyi və xoş münasibətlər qadağandır? İsrail generalları Azərbaycan dövlətini təhdid edərək, vaxtaşırı bizim torpaqları öz ərazisi elan etmir. Millətimizin də Ana dilini qadağan edən yəhudilər deyil. Mənə elə gəlir dəlillər kifayətdir. Sonda onu bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşları üçün birinci dərəcəli məsələ milli çıxarlarımız olmalıdır. Biz hamının maraqlarına sayğı ilə yanaşırıq. Bizim də maraqlarımızı hamı nəzərə almalıdır. Azərbaycanlılar üçün isə bu vəzifədir. Dövlət və milli maraq çərçivəsini hamı bilməli və hörmət nümayiş etdirməlidir. Dövlət bizim ictimai sığınacağımızdır. O olmasa dünyaya səpələnərik. Onu qorumaq hamının həm Allah, həm də Babalarımızın ruhu qarşısında ən müqəddəs borcudur. Ona görə mənim Peresin anım mərasimimə qatılmağımda kriminal axtarmayın. Bu insani borc idi. Başqa dövlətin maraqlarını Azərbaycan marağından üstün tutmaq isə, yumşaq desək, səhvdir. Bu səhv hansı qiyafədə olsa belə, səhvdir.

 

Əli Əliyev

VİP sədri

Oxşar xəbərlər
21:47, Bu gün
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
21:44, Bu gün
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
21:42, Bu gün
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
21:36, Bu gün
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
21:30, Bu gün
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
21:20, Bu gün
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
GÜNLÜK
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb