“3-4 dəfə deputatlıq təklif edildi, dedim ki, məndən deputat olmaz”
Oxunub: 2114
27 Oct 2016 | 10:53

“3-4 dəfə deputatlıq təklif edildi, dedim ki, məndən deputat olmaz”
Bugünlərdə ustad aşıq Ədalət Nəsibovun vəziyyətinin ağırlaşdığı, ayaqlarının tutulduğu, yeriyə bilmədiyi haqda məlumatlar yayıldı. Sənətkarın halını öyrənmək üçün evinə yollandıq və evinin yanındakı bazarda onunla qarşılaşdıq. Aşıq Ədalət gəlişimizlə əlaqədar bazarlıq edirdi. Biz isə sənətkarı ayaq üstə görməyimizə çox sevindik. 

Bazardan evə gedənəcən yolboyu böyükdən tutmuş, kiçiyə qədər hər kəs ustadla salamlaşır, hal-əhval soruşurdu. Beləcə, nəhayət ki, onun öz dili ilə desək, daxmasına - kiçik də olsa səliqəli olan, kənd evlərini xatırladan həyət evinə gəlib çıxdıq. Sonradan məlum oldu ki, sən demə, hazırda sazın atası sayılan aşıq Ədalət uzun illərdir bu evdə, qaranlıq daxmada kirayədə yaşayırmış...

- Sizi gümrah gördüyümə çox sevindim. Halbuki yazırdılar ki, yeriyə bilmirsiz...

- Həyatdır da, yola verirəm 80 yaşımda... O şkafda gördüyünüz çamadanlarda haqqımda yazılan yazılardır. Nə qədər kitab oxuyuram. Özü də aşıqlığa aid deyil, dünya ədəbiyyatından, filosof şeirləri oxuyuram.

- Daha çox hansı müəllifləri xoşlayırsız?

- Hamısını. Kimi xoşlamıram ki. Rəsul Rzanımı, Səməd Vurğunumu, Bəxtiyar Vahabzadənimi... Mən kitab sevənəm. Gördüyünüz şkaf kitabla doludur. 

- Səməd Vurğundan söz düşmüşkən, görkəmcə sizin ona bənzərliyiniz çoxdur.

- Mən Səməd Vurğunla qohum təhərəm. Həm İsmayıl Şıxlıya, həm də Səməd Vurğuna oxşayıram (Öz şəklini Vurğunun şəkli ilə müqayisə edir). Bax, saçlarımız da çox oxşayır (Şkafdan bir qəlyan çıxarır). Bu, Səməd Vurğunun qəlyanıdır, öz əli ilə mənə verib... Bir gün “Pobeda” maşını ilə gəlmişdi. Dədəmə deyirdi ki, “a kişi, bu uşağı mənə ver”. Dədəm də ayaqqabı tikən idi, müharibədən yenicə qayıtmışdı, bir qolu işləmirdi. Dədəm dedi ki, “bu, gözümün ilk ovudur, onu heç kimə verə bilmərəm”. Onda Səməd əmi də bilmirəm 30 ya 40 min pul idi, çıxardıb dədəmə verdi. Dedi ki, “bu uşağı böyüt, saxla”. Mənə “beçə” deyərdi. 60-70 il bundan əvvəlki söhbətdir, onda 6-7 yaşım var idi. 

- Son vaxtlar bəzi gənc şairlər Səməd Vurğunu və şeirlərini tənqid atəşinə tutdular.

- Eşitmişəm, bəzi nadanlar da dedi bunu. Səməd əmi deyirdi ki, “Vətən! Çoxmu sevir məni o vətən? Mənə həcv yazır hər yoldan ötən... Çox da tərifləmə mənə vətəni, Bu qılınc olmasa yeyərlər məni!” Səməd Vurğun kimi dahi adamı pisləyərlər?!

Söhbət əsnasında otağa nəzər salırıq, köhnə əşyalar, kitablar və 4 saz...

- Bu sazların hamısı sizindir?

- Bəli. Hələ bir-ikisi rayondadır. 

- Bəs sizə ən əzizi olan hansıdır?

“17 ildir ki, evim yoxdur, Bakıda kirayədə yaşayıram, ayda 400 manat kirayə haqqı verirəm”

- Burda budur (kiçik, qaraya bənzər sazı göstərir). Ən birinci sazım rayonda nəvəmdədir. Həmin sazın təxminən 70 yaşı var. Nə sənət yiyəsi olursansa ol, həmin sənətdə gərək birinci olasan. İndikilər aşıq deyil. Çıxırlar... təlxəklik axı nəyə lazımdır. Hərəkətləri ilə Azərbaycanı, bütün türk dünyasını, Dədə Qorqudu təhqir edirlər. Elə saz çalmaq olar?! Sazı ayaqlarının arasına alırlar, əllərində oynadırlar. Sən ifanı göstər görək, kimsən. Belə olmaz, hər şeyin qanunu-qaydası var. Aşıq çayxanada 3 manata saz çalmaz. Məni burdan “at minnətinə” evdən eşiyə çıxardırlar. Mən çox pis dolanmışam, bir tikə çörəyə möhtac qalmışam vaxtilə.  Anam payıma düşən çörəyi saxlayırdı, elə olurdu ki, qoynuna qoyurdu, yadından çıxırdı. Bəzən sual verirlər ki, “Keçmişə dönmək istərdinizmi?” Deyirəm ki, mən niyə o günlərə dönmək istəyim, ayağımda ayaqqabım yox, şalvarım 10 yerdən cırıq, qarnım çörək tapmırdı. Getsin o vaxtlar, gəlməsin. (kövrəlir). 

“Ustad aşıq” deyə müraciət edirəm, acığı tutur:

- O vaxt efirə çıxanda senzuradan keçirdik. Sovet hökumət deyirdi ki, yaz bura görüm nə oxuyacaqsan. Gedirdik, yazımızı çap maşınından çıxartdırıb göstərirdik, deyirdilər ki, hə, bunu oxumaq olar. İndi arvad demir, kişi demir, ağız-burunlarını əyib oxuyurlar. Nədir bu?! Mən aşıq deyiləm, aşıq deyiləndə acığım tutur... O vaxt olub aşiqlər, aşiqin min adı olub. 

Ustad sənətkar bu məqamda jurnalistlərdən gileylənməyə, məlum “efir qalmaqalı”ndan danışmağa başlayır:

- Jurnalistlər gəlir, yazıb, gedirlər. Bəzən elə yazırlar ki, heç xəbərim olmur ondan. Bəzən dostlarım da zəng edir, diktofonu açıq qoyub səsimi yazırlar. Diktofonu açanda mənə deyirsin ki, açmışam. Bəzən nəsə deyirəm, sonra oluram sözümün nökəri. O gün birinə deyirəm ki, ayaqlarım tutulub, gəzə bilmirəm. Götürüb yazırlar ki, Aşıq Ədalətin ayaqları tutulub. Jurnalistlər 50 kitabımı aparıb, qaytarmayıblar. 

Mənim çənəm coşanda özümü saxlaya bilmirəm. Düz deyirəm, sonra ziyanını çəkirəm. Mənim başıma nə oyun gətirdilər televizorda! Nəyə lazımdır belə şeylər? Sənətkarları yığıblar bir yerə, mən də sazdan, sözdən danışıram, bir də görürəm ki, lüt qızı oynadırlar sazın qabağında. Mən də sənətkar adamam, əsəbiləşdim. Bəs demirlər burda sənətkarlar, şəxsiyyətli insanlar var?! Biri mənim səsimə səs vermədi ki, sənətkar düz deyir. Hələ 50-ci ildə mən mükafat almışam. Stalini canlı görmüşəm. Mən ağsaqqal adamam, nəyə görəsə məni biabır etmək olmaz (əsəbiləşir).

Söhbətin ahəngini dəyişməyə çalışırıq:

- Bir qədər “Yeddi oğul istərəm” filmindəki “Yanıq Kərəmi” ifanızdan danışaq.

- Mən çox filmlərdə ifa etmişəm. Amma həmin film şah əsəridir.

- Neçə ildir ki, Bakıdasız?

- 17 ildir. 17 ildir ki, mənim evim yoxdur, kirayədə yaşayıram. Ayda 400 manat kirayə haqqı verirəm. Mən gedib kiminsə qapısını döyən, minnət-xahiş edən deyiləm. 

- Bəs övladlarınız dolanışığınıza köməklik edirmi?

- Xeyr. Deyirlər ki, "dədə, sən bizi nə əziyyətlə böyütmüsən, boya-başa çatdırmısan, indi biz sənə köməklik edək", razı olmuram. 

- Bəziləri elə bilir ki, siz Xalq artisti adını çoxdan almısız.

- Mən Əməkdar incəsənət xadimiyəm. Bu ad Xalq artisti adından daha yüksək, böyükdür. O vaxtı bu adı Bəxtiyar Vahabzadə mənə vermişdi. Dedi ki, sənə İncəsənət xadimi adı layiqdir. Azərbaycanda 30-40 nəfər ancaq incəsənət xadimidir, qalanı hamısı Xalq artistidir. 

- Amma Xalq artistlərinə ev verilir.

- (Barmaqlarını bir-birinə sürtür) Onların pulu var da yəqin ki. 

- Bəs Aşıqlar Birliyi sizə nəsə qayğı göstərmir?

- Əvvəllər qurumun rəhbəri Zəlimxan Yaqub idi. Onunla yaxın dost idim. Sonra aramızı vurdular.

Elə bu məqamda bankdan sənətkara zəng olunur. Məlum olur ki, ustad aşığın banka kredit borcu var və vaxtında ödəmək üçün ona xəbərdarlıq edirlər: “Hə, niyə bilmirəm ki, neçə ildir ki, o borcu verirəm. Ötən dəfə 3 manat əskik idi, az qala məni Bakıdan qovalayasız. Heç nə demirəm, camaatı tovlamayın, camaat yazıqdır”. Telefon danışığı bitir, söhbətimizə davam edirik:

- Hamı kimi mən də kredit götürüb maşın almışam. İki manat gec verən kimi cərimə yazdılar, gündə 15 dəfə zəng etdilər... Aşıqlar Birliyinin hazırda rəhbəri Məhərrəm Qasımlıdır. Özü də ora layiqdir və mənim təşəbbüsümlə ora qəbul olunub. Bu qurumun axı əlindən nə gəlir, yalnız xarakteristika yazır. Biz xalqla dolanırıq. Mənə 3-4 dəfə deputatlıq təklif edildi. Dedim ki, məndən deputat olmaz. Sazım mənə, mən də sazıma yaraşıram, el də məni dolandırır, ayda 1500 manat təqaüdümü alıram, bəs edir. 

- Toylara gedirsizmi?

- Xeyr. Toylarda mənim xətrimə dəyirlər. 10 dəqiqə mənə vaxt verirlər. Mən elə 10 dəqiqəyə ancaq sazı düzəldirəm. Deyirlər ki, get çal, 5-10 manat pul qazan. Deyirəm ki, a kişi, mən 10 dəqiqəyə aşıqlığı göstərə bilmərəm. O gün bu sualı Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev də verdi. Mənə deyir ki, “sən hələ ev almamısan?” Deyirəm ki, “bəyəm ikinci evi alıram?” Sonra soruşdu ki, “toylara gedirsən?” Dedim, səni nə maraqlandırır. Mən nazirin qəbuluna girə bilmədim. 

- Bir az öncə dediniz ki, sazınızı nəvənizə vermisiniz. Maraqlıdır, axı aşıqlar öz sazına qarşı qısqanc olur, onu heç kimə vermirlər. 

- Nəvəm də gözəl ifa edir. Özü də mən öyrətməmişəm ha, öz-özünə öyrənib. Demişdim ki, məni sazımla dəfn edərsiz. Həmin vaxt dindarlar məni tənqid etdilər. Dedilər ki, “insan bu dünyaya lüt gəlib, lüt də getməlidir”. Cavab verdim ki, “saz mənimdir, onu da özümlə aparıram”. Axırda bir sazım var, üzünü sökdürüb, qopartdım. Onun üzünü özümlə aparacam, kim nə biləcək ki, sinəmdə sazın üzü var. Mən 5 yaşımdan saz çalıram. Dünyanı mənə bağışlayalar, mən sazımı vermərəm. 

- Bəzən sual verirlər ki, niyə dastanlarımızda yalnız Güney Azərbaycan bölgələrinin adları çəkilir?


- Niyə ki? Bir çox dastanlarda Gəncənin adı çəkilir. Gəncə qüdrətli yerdir. Bəziləri deyir ki, Qarabağ qayıdanda qurban kəsəcəm. Mən də qoca sənətkaram, əlimdə bir şey yoxdur. Yalnız bir şey edə bilərəm, Gəncənin bu başından əlimdə saz piyada çala-çala Qazağa gedəcəm. Gəncə Cavad xan diyarıdır. Qollarını açır deyir ki, gəlin.

Yerindən qalxıb şkafa yaxınlaşır. Ordan içində gül olan ağzı bağlı butulka çıxardır. Sən demə, gül adı dillərdə gəzən, məşhur Xarıbülbül çiçəyi imiş. Həyatımda ilk dəfə idi ki, canlı Xarıbülbül görürdüm, bizim nəsil bu gülün adını ancaq eşidə bilib. Sənətkar maraqdan donub qaldığımı görüb asta avazla oxuyur:

- “Vətən bağı al əlvandır, Yox üstündə Xarıbülbül...” Diqqətlə bax, sanki gülün üstünə sarı bülbül qonub. 

- Şüşənin içindəki maye nədir ki, onu belə canlı, təzə saxlaya bilib?

- Bilmirəm, məlumatım yoxdur. Hazırda yeganə canlı Xarıbülbül tək məndədir. 45 ildir onu mənə bağışlayıblar, mən də qoruyub saxlamışam. Eh, siz cavanlar belə şeyləri bilməzsiz...

Müsahibə boyu sənətkar həm özünə aid, həm də görkəmli şairlərimizdən xeyli şeirlər oxudu. Maraqlıdır ki, onun bu yaşda belə gözəl avazı olmasına baxmayaraq, nədənsə oxumaqdan çox, instrumental ifaçılığa üstünlük verir.

 - Çox gözəl səsiniz var, amma ifanızda nəsə oxumağa üstünlük vermirsiniz.

- Mən bir insana söz vermişəm ki, daha oxumayacam. Yəqin ki, oxumağım ona xoş gəlmədi, ya nəsə.

- Nə vaxt olub bu?

- 18-20 il bundan əvvəl (Nəyisə xatırlamağa çalışır). Deyəsən, Sultanxanıma söz vermişdim ki, oxumayacam, o mənim əmim qızıdır. Amma hansısa dost məclisində xahiş edəndə oxuyuram.  Uşaq vaxtı oxumağıma görə məni zəhərləmişdilər. 

- Neçə yaşınız var idi?

- 12. Məni öldürmək istəyirdilər. Onda qatar, avtobus hardaydı. Bir maşına minib məni aparmışdılar Gəncəyə. Analizə baxanda dedilər ki, bizlik deyil. Apardılar məni Bakıya, həkim Topçubaşovun yanına. O vaxt atamda pul nə gəzirdi, pinəçi adam idi. Amma o vaxtlar bir kişi sözünə iş görürdülər. İbrahim Topçubaşov dedi ki, nə yaxşı ki, bu ölməyib, salamat qalıb. Mənə danışmağı qadağan etmişdilər. Beləliklə, məni xilas etdilər. 

- Bəyəndiyiniz aşıq varmı?

- İndi sən deyən nə aşıq var, nə də ona qiymət verən. Amma bir aşıq xanım var, həm gözəldir, həm də gözəl oxuyur. 

Ustad sənətkara yalnız qızı və nəvəsinin qulluq etməsi diqqətimdən yayınmır.

- Həyat yoldaşınız yanınızda deyil?

- Yox... Mənim pələng kimi balalarım var, hamısı da özümə oxşayır. “Üzü qara olsun bivəfa yarın. Bilmədi qədrini şah sənətkarın”. Həyatdır da. İndi fikirləşirəm ki, mən onunla uzun illər necə yaşamışam. Çəkilirdim evin birinə, çalırdım. Deyirdi ki, “bəsdir də, başımız getdi, qoy bir az yataq”. Sazı evin başına qoyurdum, aparıb küncə qoyurdu. Deyirdim “bunu ora qoymaq olmaz, mən evə qazancı onunla gətirmişəm”. Axırda dedim ki, qurtardı. 25 ildir ki, boşanmışam... Tale əvvəldən düz yazmayıb heç nəyi. 

- Bəs ikinci dəfə ailə həyatı qurmadız?

- Yox, istəmirəm daha.(musavat.com)
Oxşar xəbərlər
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 21:14
BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 21:26
Ərdoğan Rusiyadakı terrordan DANIŞDI
27 Mar 2024 | 21:22
Rusiya XİN: Ermənistana xeyir verəcəksə, Moskva İrəvanın Aİ ilə yaxınlaşmasını alqışlayacaq
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 21:14
BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
27 Mar 2024 | 21:33
Şəhid bacısına yüksək vəzifə verildi
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 21:26
Ərdoğan Rusiyadakı terrordan DANIŞDI
27 Mar 2024 | 21:22
Rusiya XİN: Ermənistana xeyir verəcəksə, Moskva İrəvanın Aİ ilə yaxınlaşmasını alqışlayacaq