Ramil Usubovun şəxsən seçdiyi xanım polis -“Elə bilirəm, mən də kişiyəm”
Müsahibə
Oxunub: 18513
27 Oct 2016 | 15:53
Ramil Usubovun şəxsən seçdiyi xanım polis -“Elə bilirəm, mən də kişiyəm”
Moderator.az Daxili İşlər Nazirliyinin əməkdaşı polis serjantı Aygün Səmədova ilə müsahibəni təqdim edir:


- Aygün xanım, zəhmət olmasa, özünüz barədə məlumat verərdiniz.

- 1986-cı ildə Zaqatala rayonunun Aşağı Çardaqlar kəndində anadan olmuşam. Orta məktəbi də orada bitirmişəm. Uşaqlıq illərim həmin kənddə keçib. Hərbçi ailəsində böyümüşəm. Atam Sərhəd Qoşunlarında xidmət keçib. Atamın seçdiyi sənətə və onun çətinliklərinə dözərək seçdiyi sənəti sevərək mənə aşıladığı üçün, uşaqlıqdan oğlan kimi böyümüşəm. Uşaq vaxtlarımda atamın papağını başıma qoyurdum. Çox həvəsim var idi forma geyinməyə. Bundan başqa dayım da hərbçi olub. Bütün bunlar məndə uşaqlıqdan həvəs yaradıb.

- Niyə bəs hərbçi yox, polis oldunuz?


- Hərbçi olmaq istəyirdim. Atamın yolunu davam etdirəcəkdim. Hətta sənədlərimi hərbçi olmaq üçün təqdim etdim və qəbul da olundum. Amma anam icazə vermədi. Hərbçi xanımı olduğu üçün çətinlikləri yaxşı bilirdi. Həm də o qardaşını Qarabağ müharibəsində itirmişdi. Bu səbəbdən də yəqin ki, gələcəkdə baş verəcək nələrdənsə qorxurdu. Anamın iradəsinə zidd gedə bilməzdim. Buna görə polisliyi seçdim.







- Deməli, qərarı özünüz verdiniz. Hansı mərhələlərdən keçdiniz polis olmaq üçün?


- Bəli, qərarı özüm verdim. DİN-nin rəsmi saytında DİO-na qəbulla bağlı vakansiya elanını görüb, qadın olmağıma baxmayaraq atamın mənə arzusunu həyata keçirmək üçün və mənim arzularımın həyata keçməsinə gözəl şans olduğunu düşünüb DİN-ə müraciət etdim. Müəyyən mərhələlərdən keçəndən sonra sənədlərimi DİN-ə təqdim etdim və Daxili İşlər Naziri cənab Ramil Usubovun Çevik Polis Alayında qəbulla bağlı sıra baxışında iştirak edəcəyimi bildirdilər. 2015-ci ilin fevral ayında cənab nazirin sıra baxışında oldum və həmin vaxt cənab nazir Ramil Usubov özü qadın polisləri seçirdi. Hardasa seçim turunda 16 nəfər qadın var idi. Cənab nazir onlardan cəmi 4 nəfəri seçdi. Biri də mən oldum. Ondan sonra müəyyən mərhələləri keçdikdən sonra martın 8-də əmrlə Nizami Rayon Polis İdarəsinə, PPXB-nə təyinat aldım.

- İlk iş gününz necə keçdi? Yadınızdadır?


- Bəli. İş vaxtı keçmirdi. İlk günün həyəcanı ilə çox darıxırdım. Birinci dəfə idi ki, bu formanı əynimdə daşıyırdım. O zaman məsuliyyəti dərk etdim. Hazırda post patrul xidmətindəyəm. Xidmətdən də, komandir heyətindən də razıyam. Bundan əlavə dövlət tədbirlərinə də çağırılıram. 

- Fiziki cəhətdən nə dərəcə güclüsünüz?


- Özümə görə gücüm var. Özümü müdafiə edəcək qədər güclüyəm. Çünki, 8 il cüdo ilə məşğul olmuşam. Hətta Gürcüstanda keçirilən yarışlarda nailiyyətlər də əldə etmişəm. Sonradan müəyyən səbəblərə görə məşqlərdən ayrıldım.






- Sizi polis formasında görən həmcinslərinizin münasibət necə olur?


- Münasibət müxtəlifdir. Çox vaxt qeyri-adi kimi gəlir onlara. Amma bu günə kimi mənə pis fikir deyən olmayıb. 

- Bəs kişilər necə? Sizdən qorxmurlar ki?

- Formada olarkən heç kim yaxınlaşmır. Yəqin ki, çəkinirlər.

- İşiniz şəxsi həyatınıza mane olmur ki?

- Subayam. Hələ ki işimi şəxsi həyatımdan üstün tuturam. Mənimlə ailə həyatı quran şəxs məni bu cür qəbul etməlidir. 





- Qeyri-peşə sahibləri olan qadınlar bir yerə düşəndə adətən geyimdən, bazarlıqdan danışırlar. Bəs siz nədən danışırsınız
?

- İş artıq bizim həyat tərzimizdir. Biz də digər peşə sahibləri kimi öz işimizdən danışırıq.

- Daşıdığınız ulduzlar zərif qadına ağırlıq etmir ki?

- Əksinə. Məni daha güclü edir. Formanı hər dəfə geyinəndə sevinmişəm. İşimi sevirəm və işimlə fəxr edirəm. Çünki bu formanı şərəflə daşımaq hər insana nəsib olmur.

- 110 kiloqramlıq kişini zərərsizləşdirmək çətin olmadı ki?

- Əlbəttə oldu. İndiyə kimi yadımdadır. Noyabr idi, hava da yağışlı... İşdən çıxıb evə gedirdim. Məndən qarşı tərəfdə bir qadın, yanında da iki balaca uşaq gedirdi. Gözlənilmədən ağacların arasından canlı bir kişi çıxıb qadına hücum etdi. Qadının əlindən çantanısını alıb, qaçdı. Mənsə özümü itirmədən onun arxasınca qaçdım. Xeyli qaçandan sonra onu bir dəfə yerə yıxdım. Həmin vaxt qolumdan zədələndim. O da çox güclü idi. Durub qaçdı. Ancaq sona qədər qaçmağa imkan vermədim. Onu təqib edib, zərərsizləşdirdim. Səsə ətrafdakı insanlar da gəldilər. Aidiyyatı üzrə polis bölməsinə təhvil verdim. Çantanı da qadına qaytardıq.

- Bu qəhrəmanlığınızın mükafatı nə oldu?


- İdarə rəisinin buna diqqəti sayəsində mənə mükafat verildi. 





- İstərdim qonşu ölkənin təcrübəsindən də misal gətirək. Məsələn qonşu Türkiyədə hicablı qadınlara rast gəlinir. Hətta bu rəsmi şəkildə təsdiqlənib. Sizcə, hicablı polis olarmı?

- Hər ölkənin özünəməxsus qanunları var. Bu haqda heç fikirləşməmişəm. Amma ölkəmizdə DİO-da xidmət edənlər üçün Daxili İşlər Naziriyi tərəfindən polis əməkdaşlarının geyim qaydası təyin olunub və hər bir polis əməkdaşı bu qanuna riayət etməlidir.

- Geyimdən söz düşmüşkən, digər bir məsələyə toxunaq. Məsələn qonşu Rusiyada qadın polislərin qısa ətək geyinməsinə qadağa qoyulub. Bizdə vəziyyət necədir?

- Bəli, bizdə geyimə ciddi nəzarət var.Ətək geyiniriksə diz qapağından 4 santı aşağı olmalıdır. Əgər bu qaydanı pozsaq bizə cəza verilə bilər.Bu məsələyə xüsusi yanaşılır. 

- Cəza verilə bilər dediniz. Heç cəzalandırılmısınız?

- Xeyr. Əksinə mükafatlandırılmışam. Həmin o cinayətkarı saxlayanda Baş Polis İdarəsi tərəfindən mükafatlandırıldım.

- Sərt peşə zərif qadını sərtləşdirmir ki?


- Olur. Formada olarkən daha fərqli oluram. İnsanlar arasında olarkən bütün diqqətlər mənə olur. Düzü, hərdən sıxılıram. Amma bundan bezmirəm. Çünki, özüm sevmişəm bu formanı.

- Bəs ailədə necəsiniz?

- Atam mənə həmişə oğlan kimi baxıb. Ailədə 3 övladıq. Qardaşım məndən balacadır. Evdə tam fərqli oluram. Hər iş görürəm. Xaraktercə deyib-gülənəm. Ancaq bütün bunlar evin divarları arxasında qalır. 

- Qardaşının polis bacısına münasibəti necədir?

- Qardaşımın münasibəti də normaldır. O da polis olmaq arzusundadır.

- Azərbaycan polisinin yüksən səviyyədə xalqa xidməti hamımıza bəllidir. Bəzən xoşa gəlməyən hallar da olur. Məsələn sosial şəbəkələrdə polisin sərxoş vətəndaşı su ilə islatmağının görüntüləri yayıldı. Sizcə, bu nə dərəcədə düzdür?

- Düzü, o görüntünü görməmişəm. Ancaq başqa yolla da o şəxs həmin yerdən uzaqlaşdırıla bilərdi.

- Mətbuatla münasibətiniz necədir?

- Normal. Gündəlik xəbərləri oxuyuram. Xəbərləri izləməsəm olmaz.


- Bizim cəmiyyətdə bir çox insanlar polisdən qorxur. Niyə?


- Bu fikirlə razı deyiləm. Polisdən qorxmaq lazım deyil. Fikrimcə polisdən qorxanlar səhvi və günahı olanlardır. Polisə güvənmək, dayaq kimi baxmaq lazımdır. Mən insanları polislərlə əməkdaşlığa çağırıram. Polis insanları qoruyur. Ondan qorxmaq yox, ona daha yaxın olmaq lazımdır. Bizim kifayət qədər qəhrəmanlığı nümunə göstəriləcək polislərimiz var. Ömrünü vətənə, dövlətə həsr edən neçə-neçə polisimiz var. Bunların bariz nümunəsi Daxili İşlər Naziri cənab Ramil Usubovdur. 

- Bəs polisin xarici görünüşü necə olmalıdır?Məsələn, qarınlı polis olarmı?

- Polis xarici görünüşcə səliqəli olmalıdır. Qaldı ki, köklüyə, bu, hər kəsin orqanizmi ilə bağlı olsa da, polis əməkdaşı daim polisə yaraşan xarici görkəmdə olmalıdır.

- Olubmu ki, keçirdiyiniz əməliyyatlarda həyatınıza təhlükə olsun?

- 110 kiloqramlıq cinayətkarı həbs edəndə qolumdan yaralanmışdım. Bundan başqa belə ciddi problemim olmayıb.

- Qoluna qandal vurduğunuz qadın olub?

- Qadını həbs etməmişəm. Ancaq qanun hamı üçün qanundur. Yaxınım olsa, belə, qanun qarşısında cavab verməlidirsə, qoluna qandal vuraram. Mənim xarakterim budur.

- Qanunları pozduğunuz hallar olub?

- Kiçik hallar olub. Məsələn, bir dəfə yolu səhv keçmişdim. Amma bəxtim gətirdi ki, polis görmədi. Ümumilikdə qanunları bacardığım qədər pozmuram.

- Bəs polis formanız hansısa çətin məqamınızda köməyinizə gəlibmi?

- Çalışıram belə hallardan qaçam. Ancaq bir dəfə olub. Sonradan bildilər ki, polis əməkdaşıyam, güzəştə getdilər.

- Qadın və kişi polisin xidmətində fərqi varmı?

- Xeyr. Xidmətdə bunun fərqi yoxdur. Kişi polislərə keçirilən təlimi bizə də keçirlər. Hamımız eyni xidməti edirik.

- Polis olmağınız nəyi dəyişdi?

- Hər şeyi... Bu formanı geyinəndə daha məsuliyyətli oluram. Özümə çox qadağalar qoyuram. Çünki hansısa səhv addım bu formaya xələl gətirə bilər.

- Sosial şəbəkələrdə varsınız?

- Xeyr. Marağım yoxdur. Heç vaxt da etməmişəm. Xəbərləri saytlardan oxuyuram.

- Müxalifət saytlarını da oxuyursunuz?

- Xeyr. 

- Mitinqlərdə olursunuz? Deyirlər arabir adamları döyürlər...

- Bəli, oluram. Məsələn sonuncu mitinqdə oldum. Polis icazəli mitinqdə ictimai asayişi qorumaq üçün orada olur. O sözləri yayanlarsa, qərəzlidirlər. İcazəsiz aksiyaya təbii ki, müdaxilə olmalıdır. Biz qanunvericiliyə və təlimata uyğun hərəkət edirik.

- Bu gün polisimizin işini 5 ballıq şkala ilə neçə qiymətləndirərdiniz?

- Ən yüksək qiyməti. Çünki, biz müharibə şəraitində olan bir ölkənin daxili sabitliyini qoruyuruq. 

- Müharibəyə toxundunuz. Aprel döyüşləri zamanı hansı hissləri keçirdiniz?

- O günləri xatırlamaq istəmirəm. Göz yaşlarımı saxlaya bilmədiyim günlər idi. Dayım Muradov Fazil 1993-cü ildə Qızılqaya döyüşlərində şəhid olduğu üçün o ağrıları yenidən hiss etmək çətin olmadı. Pilotlarımızın şəhid xəbərini alanda göz yaşlarımı saxlaya bilmədim. Həmin vaxt həm qürurlandım, həm də kövrəldim. Bizim üçün onlar ölməyib. Aprel müharibəsində ordumuz qanla şanlı tarix yazdı. Əgər qadınları döyüşə aparsaydılar birinci mən gedərdim. Bunu söz xatirinə yox, içdən deyirəm.

- Bəs erməni qadın hərbçisi ilə üz-üzə gəlsəydiniz onu öldürə bilərdiniz?

- Fikirləşmədən Xocalıda qətlə yetirilən uşaqların qisasını alardım. Biz sülhə meyilli xalq olsaq da, qisasımızı da unutmuruq.

- Baxıram, gözləriniz yaşarır. Tez kövrəlirsiniz?

- Söhbət şəhiddən gedəndə hə, kövrəlirəm. Bir hadisə yadıma düşür. Dayım müharibəyə gedəndə anam ona deyibmiş ki, arxada getsin. Birdən ona nəsə olar. Həmin vaxt dayım anama cavab verib : “Mən kişiyəm, arxada niyə gedim ki?” Bax, bu söz mənim yadımdan çıxmaz. Azərbaycan kişisi budur. 






- Bəs, 102 xidmətini yığdığınız an olub?

- Düzünü deyim, olmayıb. Hələki, polisə müraciət etməmişəm.

- Deyirlər polisdə qadın-kişi olmağın fərqi yoxdur...

- Düzdür. İşə gələndə elə bilirəm mən də kişiyəm. Xidmət bunu tələb edir.(Gülür...)

- Qadın polisin sonda cəmiyyətə nə sözü var?

- Sözüm odur ki, polisə daha yaxın olun. Polis xalqı qoruyur. Ona görə də xalq və polis bir olmalıdır.(femida.az)

Oxşar xəbərlər
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq