Teymurləng Yezidin sümüklərini qəbrindən çıxartdırdı və...- Tarixin ibrət dərsləri
Oxunub: 23455
27 Oct 2016 | 22:16
Teymurləng Yezidin sümüklərini qəbrindən çıxartdırdı və...-  Tarixin ibrət  dərsləri
Moderator.az  Kərbəla faciəsinin baiskarı Yezidin atası Müaviyə ibn Süfyanın  məzarı haqqındakı araşdırmasında  ölümündən 700 il sonrayadək indiki Suriya paytaxtında Yezidin üzərində yaraşıqlı türbə qurulmuş məzarı mövcud olması haqda da yazmışdı.

( Yazının əvvəlini buradan oxuya bilərsiniz: //www.moderator.az/news/155959.html

Görəsən, deyilən tarixdən sonra Yezidin məzarının başına nə gəlmişdir? Növbəti araşdırmamız zamanı ilginc məlumatlar ortalığa çıxdı...  

Əmir Teymur Dəməşqə girəndə niyə “mən yezidiyəm”-dedi?...

Bir sıra tarixi mənbələrdə Yezidin məzarının fateh Əmir Teymur tərəfindən dağıdıldığı söylənilir. Məsələn, Türkiyə mənbələrində Osmanlı sultanı İldırım Bəyazidə həsr edilmiş yazıda belə bir cümləyə rast gəlinir: “Şamda böyük qətliam törədən Teymur sonda Yezid ibn Müaviyənin qəbrini tapdıraraq açdırmış və sümükləri ilə birlikdə qəbri yandırıb yerinə nəcis doldurtmuşdur”. 


Türkiyənin Azərbaycan əsilli görkəmli şair və yazarı Yavuz Bülent Bakiler 2013-cü ilin mayında dərc etdirdiyi “Müaviyənin və Yezidin məzarları” adlı məqaləsində əsl adı Əli olmuş məşhur osmanlı şair və mütəfəkkiri Aşik Paşanın yazdığı “Aşikpaşa tarixi” adlanan salnaməyə istinadən bunları açıqlayır: 

“Təxminən 1401-ci ildə Teymur Şama girdiyi vaxt carçı çağırtmış və öz adına belə bir müraciət yaydırmışdır: “Mən yezidiyəm! Nə qədər yezidi varsa, ortaya çıxsın!”. Yezidin soyundan gələnlər, Yezidin yolunda olanlar sevinclə meydana toplanmışlar. Teymur yezidilərə “İndi mənə Yezidin məzarını göstərin!” - demiş və onlarla birlikdə Şam məzarlığına getmişdir. Yezidilər böyük bir şadlıqla Teymura Yezidin məzarını göstərmişlər. Hökmdar əsgərlərinə belə əmr etmişdir: “Açın bu alçağın məzarını!”. Yezidin sümükləri görünəndən sonra isə Teymur ordusuna üz tutaraq: “Yezid deyilən bu alçaq sevgili Peygəmbərimizin (s) nəvəsi Hz.Hüseyn əfəndimizi qətlə yetirtdi. Və bununla İslamda çox böyük bir təfriqə yaratdı. Bütün İslam aləmi əsrlərdən bəri bu ikiliyin acısını yaşamaqdadır. İndi mənim ordumun hər bir nəfəri irəli gələrək bu Yezidin məzarına pisləyəcəkdir”, - deyə əmr vermişdir. Əsgərlər Teymurun əmrini yerinə yetirmişlər. Yezidilər isə olaya çox böyük bir üzüntüylə baxaraq qalmışlar. Əsgərlər işlərini bitirdikdən sonra Teymur Şamdakı bütün yezidiləri qətl etdirmişdir”¦”.


“Yezidin sümüklərini məzardan çıxartdırıb bütün əsgərlərini onun üzərinə pislətdi...”

Özəl tarixi araşdırmalarıyla tanınan Türkiyə jurnalisti Murat Bardakçı Ədirnəli Oruc bəy kimi digər orta əsr tarixçilərinə istinadən Teymurləngin Şama hücumu zamanı Yezidin qəbiri və onun tərəfdarlarıyla rəftarını bir az başqa səpkidə təsvir edir. Həmin məlumatlara görə, böyük fateh Şam məzarlığında Peyğəmbərimizin (s) bəzi səhabələrinin məzarlarını ziyarət edərkən həmin sadə görünüşlü qəbirlərin yanındakı yaraşıqlı türbənin Yezidə aid olduğunu öyrənincə bərk qəzəblənmiş və Yezidin cəsədini məzarından çıxartdırıb bütün əsgərlərini onun sümükləri üzərinə pislətdikdən sonra yandırtmışdır. Bundan sonra isə Kərbəla faciəsinin baiskarının qəbrinin torpağını 50 arşın qazdıraraq dənizə tökülməsini əmr etmişdir. Teymurləng eyni zamanda, Yezidin məzarı yanındakı atası Müaviyənin də qəbrini dağıtdırıb, yox etdirmişdir. 


Deyilənlərə inansaq, bu gün istər Müaviyəyə, istərsə də Yezidə aid edilən məzarlar da onlara məxsus deyil... Murat Bardakçı belə bir qəribə iddia da irəli sürür ki, Əmir Teymur hər iki məzarı yox etsə də, son yüzillərdə hər 20-25 ildən bir Müaviyə və Yezidə aid olduqları iddia edilən məzarlar ortaya çıxır. Həmin məzarlar əsl müsəlmanlar tərəfindən dağıdılır, lakin bir neçə il sonra yenidən başqaları “tapılır”dı. 1990-cı ildə “tapılan” son “Müaviyə məzarı” isə hazırda əsgərlər tərəfindən qorunur... 
Teymurləng yezidi şeyxin qızı ilə niyə evləndi?

Dünya şöhrətli türk səyyah və tarixçisi Övliya Çələbi məşhur “Səyahatnamə”sinin doqquzuncu cildində Əmir Teymurun Yezidin məzarı və yezidilərlə rəftarı barədə qorxu filmini andıran, amma rəngarəng səhnələr nəql edir. O Teymurun, sadəcə, məzarı təhqir etməklə kifayətlənmədiyini Yezidə sayğı göstərən minlərlə kişini də yandırtdığını anladır: “”¦Teymur Şamı aldıqdan sonra Əməvi Məscidinə gəlib Yezidin yolundan gedənlərə “Buranı paytaxt yapmağa qərar verdim, amma tam yalqızam. Məni evləndirin. Əl sürülməmiş elə gözəl bir qız tapın ki, cahanda bir bənzəri olmasın”, - dedi. Yezidin yolundan gedənlərin şeyxi ”˜Padşahım, əgər cariyən olmasını məsləhət bilirsənsə, elə mənim qızımı al!”™ ”“deyə önə çıxdı. Teymur bunu qəbul edib 40 gün, 40 gecə düyün etdi. Elə bir şənlik oldu ki, o boyda Şamda tək bir çadır qurulacaq yer qalmadı. Teymur 41-ci gün Yezidin yolundan gedənlərin bütün şeyxlərini hüzuruna dəvət edib gənc xanımı ilə Əməvi Məscidinin yaxınında gərdəyə girmək istədiyini söylədi. Yezidin şeyxləri dərhal “Olmaaaz! Bu qədər qələbəlik içərisində Züleyxa kimi gözəl olan o qızla gərdəyə girsəniz, şeyximizin namusuna toxunar” - dedilər. Bu sözü eşidən Teymur ”˜Alçaq məlunlar!” ”“ deyə hayqırdı - Həzrəti Peyğəmbərin (s) mübarək soyundan gələn İmam Hüseyni Kərbəlada şəhid edib mübarək başını şəhər-şəhər dolaşdırıb, övladını susuzluqdan həlak edən, soyundan gələnləri orada-burada təqib və təhqir edən siz deyilmisiniz? Bunları yapmağa utanmadınız, indi bu məlun hərifin nikahlayıb aldığım qızı ilə qapalı bir yerdə gərdəyə girilməsindənmi utanırsınız? Sizin dininiz nədir?! Söyləyin mənə, sizi nə şəkildə qətl edim?!”.

Əmir Teymur Yezidin yolundan gedənləri  diri-diri yandırtdı


Bundan sonra Teymur əsgərlərinə əmr etdi, hər tərəfdən odun gətirdib Yezidin yolundan gedənləri Nəmrud atəşi içərisində buraxdı. Sonra gedib Yezidin qəbrini açdırdı. Cəsədin hələ pozulmadığını görən bəzi əsgərlərin ”˜Sultanım, bu Yezid nə də olsa, səhabədəndir, əfv et” - deməklərinə daha da hiddətlənərək bir ocaq da yandırtdı. Yezidin cəsədiylə bərabər 13 adamı da oda atdı və Yezidin küllərini havaya sovurtdu. Bu iş də bitəndən sonra bütün əsgərlərini çağırıb məzarın üzərinə pislətdi”.
Bəs bu günkü Yezidlərdən necə qurtulmalı?..


Bu gün Yezidin məzarının qalıb-qalmamasından asılı olmayaraq, o ölüb - yoxdur. Amma ən böyük düşmənimiz olan cəhalət və bizi Allah yolundan azdıran nəfsimiz, tamahımız qəlbimizdə yaşamaqdadır. Məhz cahiliyyət və tamah ucbatından xarici düşmənlərin tələsinə düşərək ”dirilən” müasir Yezidlərin fitnə-fəsadı səbəbi ilə 14 əsr öncə olduğu kimi, bu gün də müsəlmanlar bir çox qədim yurdlarımızda, o cümlədən, Suriyada, Dəməşqdə, İraqda, Mosulda və s. bir neçə cəbhəyə bölünərək göydən amerikan, yaxud rus bombalarının, yerdən isə öz dindaşlarının güllə və mərmilərinə tuş gələrək əbəs yerə həlak olurlar. Bu mənasız qırğınlardan qurtulmaq və başqa müsəlman torpaqlarında da yeni fitnə-fəsadlara yol açmamaq üçün hər kəs öz gündəlik həyatında, ibadətində və işində rastlaşdığı düşmən oyunları qarşısında çox diqqətli olmaq zorundadır...

Sultan Laçın

Oxşar xəbərlər
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistanın azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 18:08
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
25 Apr 2024 | 18:02
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
25 Apr 2024 | 17:59
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:54
COP29 sülh prosesinin nəticəsidir
25 Apr 2024 | 17:50
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
25 Apr 2024 | 17:47
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:36
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
25 Apr 2024 | 17:34
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
25 Apr 2024 | 17:32
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
25 Apr 2024 | 17:30
“Bakcell” ilə innovasiya dövrü başlayır!
25 Apr 2024 | 17:29
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:24
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:20
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
25 Apr 2024 | 17:17
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
25 Apr 2024 | 17:15
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
25 Apr 2024 | 17:13
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
25 Apr 2024 | 17:09
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
25 Apr 2024 | 17:07
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
25 Apr 2024 | 17:05
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
25 Apr 2024 | 17:00
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:57
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
25 Apr 2024 | 16:53
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
25 Apr 2024 | 16:48
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
25 Apr 2024 | 16:44
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
25 Apr 2024 | 16:40
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
25 Apr 2024 | 16:36
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
25 Apr 2024 | 16:32
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Apr 2024 | 16:28
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
25 Apr 2024 | 16:24
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
25 Apr 2024 | 16:22
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
25 Apr 2024 | 16:20
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
GÜNLÜK
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 08:58
Səhər yeməyində hansı qidalar zərərlidir?
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 08:55
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 10:15
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 09:00
Süni spermatozoidlər yaradılacaq
25 Apr 2024 | 10:39
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
25 Apr 2024 | 09:29
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 09:25
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
25 Apr 2024 | 08:58
Səhər yeməyində hansı qidalar zərərlidir?
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 08:55
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb