Xəbər lenti
18/11/2018 [00:37]:
"FETÖ təhlükəsinin bu gün ayaqda durmasının Azərbaycana da Türkiyə qədər zərəri var"
18/11/2018 [00:03]:
Azərbaycanlı müğənni tanınmaz halda - "Bomj" olub küçələrə düşdü - FOTO
17/11/2018 [23:18]:
BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı…
17/11/2018 [23:16]:
Tramp hadisə yerində - Mindən çox insan itkindir
17/11/2018 [22:40]:
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
17/11/2018 [22:24]:
Məşhur müğənni qəfil dünyasını dəyişdi
17/11/2018 [22:15]:
“Ərdoğan güclü və ağıllı adamdır”
17/11/2018 [22:03]:
Messi və Poqbadan “Nüsrət” performansı – VİDEO
17/11/2018 [21:49]:
Rəisin qızına cərimə yazan polis mükafatlandırıldı
17/11/2018 [21:44]:
Tramp ən böyük səhvini etiraf etdi
17/11/2018 [21:30]:
Azərbaycan yığması Farer adaları ilə oyunda hesabı artırıb - YENİLƏNİB
17/11/2018 [21:17]:
Tovuzda piyadanı avtomobil vuraraq öldürüb
17/11/2018 [20:51]:
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
17/11/2018 [20:43]:
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
17/11/2018 [20:25]:
Tramp: “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”
17/11/2018 [20:07]:
Yol qəzasında 7 nəfər ölüb
17/11/2018 [20:00]:
Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17/11/2018 [19:49]:
Dövlət qulluğuna qəbula dəyişiklərin edilməsi təklif olunur
17/11/2018 [19:46]:
Cennifer Lopes 20 dəqiqəyə 2 milyon dollar qazandı
17/11/2018 [19:37]:
Qadın kamikadze özünü partlatdı
17/11/2018 [19:28]:
Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdülər
17/11/2018 [19:25]:
“Bir qarış torpağın belə azad edilməsi böyük hadisədir”
17/11/2018 [19:13]:
Vannadakı görüntüsündən danışdı...
17/11/2018 [19:13]:
"Atalar nə demiş: "El üçün ağlayanın gözü kor olar!""
17/11/2018 [19:07]:
Lüks hoteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - FOTO+VİDEO
17/11/2018 [19:06]:
Azay Quliyev: "BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər"
17/11/2018 [19:02]:
Dənizdə xilasetmə işləri üçün qurğu hazırlanıb
17/11/2018 [18:46]:
Saysız-hesabsız medal sahibi olan cazibədar idmançı telekanalda aparıcılıq edir – MARAQLI
17/11/2018 [18:33]:
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
17/11/2018 [18:32]:
Çin NATO-nun proqram təminatını satın alıb
17/11/2018 [18:27]:
Hər il minlərlə heyvanı xilas edən körpülər – FOTO
17/11/2018 [18:24]:
Qəza zamanı 6 azərbaycanlı xəsarət aldı
17/11/2018 [18:19]:
“Bir şəxsin uzun müddət vəzifədə qalması neqativ nəticələrə səbəb olur”
17/11/2018 [18:14]:
Direktor vəzifəsinə imtahan mərhələsi başlayır
17/11/2018 [18:07]:
Bu Meydan - bu da Şeytan!.. - 30 ildir Şeytana uduzmaqdayıq, bəylər!..
17/11/2018 [18:06]:
"Qarabağ müharibəsi əlillərinə ev veriləcək" -Nazir konfrans keçirdi
17/11/2018 [18:05]:
Yanğın zamanı xəsarət alan montyor öldü
17/11/2018 [17:53]:
"Tənqid edilən bayağı verilişlərlə bağlı addımlar atıla bilər" - Nuşirəvan Məhərrəmli
17/11/2018 [17:52]:
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
17/11/2018 [17:51]:
Ana öz körpəsini öldürdü
17/11/2018 [17:39]:
19 milyon dollar qazandı, pulu bitincə 10 dəfə bank soydu - MARAQLI
17/11/2018 [17:20]:
Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq etdi
17/11/2018 [17:18]:
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17/11/2018 [17:14]:
Ermənistan ordusunun zabitləri cəzalandırıldı
17/11/2018 [17:06]:
Fazil Məmmədov müalicəsini tamamlayıb Bakıya qayıtdı - Təyyarədə FOTO DA ÇƏKDİRDİ
17/11/2018 [16:21]:
"Vəzifədə olana yaltaqlanmaq, gedənin isə dalınca danışmaq ənənəsini tərgitməliyik”
17/11/2018 [16:20]:
Sabunçuda maşın qadını vurub öldürdü
17/11/2018 [16:20]:
İğdırda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu -FOTOLAR
17/11/2018 [16:18]:
Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17/11/2018 [15:18]:
Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri -SİYAHI
17/11/2018 [15:08]:
Bu gömrük postundan 21 mindən çox nəqliyyat vasitəsi keçdi
17/11/2018 [15:08]:
Separatçı erməni lider Fransadan birbaşa digər HƏMSƏDR ÖLKƏYƏ UÇDU...
17/11/2018 [15:05]:
Azərbaycanda ölüm hallarının rəsmi statistikası açıqlandı
17/11/2018 [14:58]:
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17/11/2018 [14:21]:
Məhərrəmovun general qardaşının işdən çıxarılmasını - Nazirlik təkzib etdi
17/11/2018 [14:18]:
Gömrük postunda Ermənistana aid xəritələr saxlanıldı -FOTOLAR
17/11/2018 [14:15]:
“Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb”
17/11/2018 [14:07]:
Ukraynada uydurma erməni soyqırımı abidəsinin açılış cəhdi etnik qarşıdurmaya səbəb oldu
17/11/2018 [13:58]:
Bakının bu rayonu susuz qalacaq
17/11/2018 [13:57]:
Sabiq nazirin qardaşının nədə ittiham edildiyi məlum oldu - Kürdəxanıda saxlanılır
17/11/2018 [13:53]:
“Ona ən böyük arzum Kəlbəcər dağlarındakı çiçəkləri öz əllərimlə təqdim etməkdir”
17/11/2018 [13:50]:
“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaratdı
17/11/2018 [13:42]:
Sahil Babayev Şəmkirdə kiçik ailə təsərrüfatlarına baxış keçirdi
17/11/2018 [13:39]:
Sabah Bakıda 16 dərəcə isti gözlənilir - PROQNOZ
17/11/2018 [13:37]:
"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyanın həyata keçirilməsinə imkan vermir"
17/11/2018 [13:37]:
Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət etdi
17/11/2018 [13:19]:
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
17/11/2018 [13:15]:
Netanyahu İsrailin Müdafiə Nazirliyinə rəhbərlik edəcək
17/11/2018 [13:14]:
Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda -FOTOLAR
17/11/2018 [13:12]:
Sumqayıtda avtomobil oğruları yaxalandı
17/11/2018 [13:11]:
“Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib" -DİM sədrindən ittiham
17/11/2018 [13:07]:
DİM sədri: "Yüksək vəzifələrə sənəd verən yoxdur"
17/11/2018 [12:39]:
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
17/11/2018 [12:38]:
"Bizə azadlığı bağışlamadılar, xalqımız azadlığına mübarizə apararaq qovuşdu"
17/11/2018 [12:31]:
Ramil Quliyev Türkiyə ordusunda... - FOTO
17/11/2018 [12:24]:
Azərbaycan əhalisinin sayı açıqlandı - RƏSMİ
17/11/2018 [12:21]:
26 yaşlı qadın erotik fantaziyasına qurban getdi - FOTO
17/11/2018 [12:14]:
Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...
17/11/2018 [12:01]:
Türkiyədə nazirlik namazın vaxtını dəyişdirdi
17/11/2018 [11:38]:
Gəncədə intihar: 32 yaşlı kişi özünü binadan atdı
Bütün arxiv bir sırada
02/11/2016 [23:47] - İqtisadiyyat - ( 6249 dəfə baxılıb)

"Dövlət dəstəyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdür..."

Əli Məsimli: ”...hədəf fərd yox, problemin özü olmalıdır...”













Tanınmış iqtisadçı ekspert, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Moderator.az saytında ölkənin bank sektorunun acınacaqlı durumu ilə bağlı getmiş təhlili yazıya (moderator.az/news/157132.html) münasibət bildirib, olduqca faydalı təkliflərini bir daha bu sahədəki böhranın aradan qaldırımasına məsul olan səlahiyyət sahiblərinin diqqətinə çatdırıb:

"Moderator.az saytının 2 noyabr tarixli sayında çıxan “Rüfət Aslanlının xalqla birgə yeməkdən boyun qaçırdığı "acı meyvələr"in FƏSADI...” adlı yazıya  baxdım. Həmin yazıda həm də bizim deputat həmkarım Vahid Əhmədovla birlikdə hazırladığımız “manatın devalvasiyasından sonra xarici valyutada kredit alanların vəziyyətinin pisləşməsinin qarşının alınmasına yönəlik təkliflər”imizdən söhbət getdiyindən, bəzi məqamlara münasibət bildirmək istərdik.
       
Hər şeydən əvvəl vurğulamaq istərdik ki, sözügedən yazıda müəllifin qabartdığı bir vacib məqama xüsusilə şərik çıxırıq ki, “kimsə burada Rüfət Aslanlını hədəfə gətirmək fikrində deyil”.  Bəli, bu, heç lazım da deyil. Fikrimizcə, manatın devalvasiyasından sonra xarici valyutada kredit alanların vəziyyətinin pisləşməsinin qarşının alınması məsələsi sistem məsələsidir və sistemli də yanaşma tələb edir. Bu baxımdan belə məsələlərdə hədəf - fərd yox, problemin özü olmalıdır. Ona görə də bu yazı təkcə Maliyyə Bazarlarına Nəzarət Palatasının yox, digər aidiyyatı qurumların səlahiyyətlilərinin də fikirləşməsi üçün zəngin material verən yazıdır. 
        
Təbii ki, hər bir qurumun öz səlahiyyət və vəzifələri var və həmin səlahiyyətlərdən dolğun şəkildə istifadə edib vəzifələrini də vaxtında və keyfiyyətlə yerin yetirməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatasının vəzifəsi maliyyə bazarının səmərəli fəaliyyətini təmin etməkdir. Bundan ötrü digər şərtlərlə yanaşı həm də vacib məsələ bank sisteminə nəzarətin effektli mexanizmini qurmaq, bu sahədəki  çoxlarının qanunsuz əməllərinin qarşısını almaq, ciddi problemləri aradan qaldırmaqdır. Hələlik görünən budur ki, Palata bu yöndə öz fəaliyyətinə əlavə müsbət dinamizm verməli və  əhalinin maraqları ilə bilavasitə bağlı olan fəaliyyətini  ictimaiyyət üçün hiss edilən etməlidir. Bununla belə manatın devalvasiyasından sonra xarici valyutada kredit alanların vəziyyətinin pisləşməsinin qarşının alınmasına  yönəlik  səmərəli fəaliyyət məsələsi Maliyyə Bazarlarına Nəzarət Palatası ilə yanaşı, Maliyyə Sabitliyi Şurasının, hökumətin iqtisadi blokunun bilavasitə əsas vəzifələrindən biri və görməsi vacib olan işlərdəndir. Ona görə də aidiyyatı qurumlar bu həqiqətin fərqində olmalıdırlar.
        
Ümumiyyətlə isə bizim deputat həmkarım Vahid Əhmədovla birlikdə bir sıra mütəxəsssislərin də fikirlərini əlavə etməklə hazırladığımız Azərbaycanda maliyyə sabitliyi, maliyyə-bank sektorunun inkişafı, real sektorun maliyyə təminatının səmərəliliyinin artırılması, eləcə də manatın devalvasiyasından sonra xarici valyutada kredit alanların vəziyyətinin pisləşməsinin qarşının alınmasına yönəlik təkliflər paketinin reallaşdırılması ona görə gecikir ki, banklar bu problemin maliyyə yükünün bütün ağırlığının dövlət tərəfindən çəkilməsini istəyir, aidiyyatı hökumət qurumları isə hesab edir ki, bu, bankla onun müştəriləri arasındakı problemdir və həll yollarını özləri tapmalıdır. Biz isə hesab edirik ki, bankların da, hökumət qurumlarının da mövqelərində müəyyən həqiqət payı olsa da, hər iki mövqe yarımçıq xarakter daşıyır və problemin həllinin uzanmasına xidmət edir. Ona görə də hələ 2015-ci ilin  22 dekabrında Mərkəzi Bankın sədri ilə görüşəndə biz risklərin bölüşdürülməsi variantını təklif etdik. Obyektivlik naminə xüsusi qeyd etmək yerinə düşər  ki, həmin görüşdə çox konstuktiv müzakirə oldu. Ona görə də müzakirə olunan məsələlərin xeyli hissəsi üzrə konstruktiv mövqe razılaşmaları alındı. Bu, bank sektorunun düşdüyü vəziyyətdən tez  çıxması üçün çox vacib idi. Amma çox təəssüf ki, məlum qurumlar parlamentlə hökumətin “manatın devalvasiyasından sonra xarici valyutada kredit alanların vəziyyətinin pisləşməsinin qarşının alınmasına  yönəlik təkliflər”lə bağlı çox ciddi və rasional dialoqunu pozdu. Əgər bizim təkliflər də daxil olmaqla bu problemlə bağlı müxtəlif iqtisadçıların və ekspert qruplarının hökumətə ünvanlanan təklifləri əsasında optimal bir variant hazırlanıb, bu məsələnin həllinə yönəlik işlər zamanında reallaşdırlmağa başlasaydı və 5 min dollar qədər olan kreditlərin manat-dollar nisbətinin 1.05 manat məzənnəsi üzrə həlli baş tutsaydı, bu işə cəmi 250 milyon dollar vəsait yetərli idi. 

Təcrübə də təsdiq edir ki, bu məsələ sistem xarakterli olduğundan, ona birtərəfli yox, sistemli yanaşmaq lazımdır: fikrimizcə 1000(min) dollara qədər ümidsiz problemli kreditlərin bağlanmasının maliyyə təminatı bankların mənfəəti hesabaına olmalı, kredit borcu 5000 (beş min) dollara qədər olan vətəndaşlara ciddi güzəştlərin edilməsi və həmin səviyyədə olan borclarının 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, digər hissəsinin yükünü isə dövlət çəkməlidir. Çünki dövlət dəstəyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdü. İri məbləğli borclara münasibərdə manatın dollara olan 21 fevral və 21 dekabr məzənnələri arasındakı məqbul göstəricini (məsələn,1,20-1,30 manat intervalında) əsas kimi götürüb, "dondurmaqla" borcların qaytarılmasına möhlət verilməsi, borcun faiz dərəcələrinin aşağı salınması, cərimə faizi hesablanmasının dayandırılması, manata çevrilməsi və sair bu kimi üsullardan istifadə edilməsi məqsədəuyğun olar. Bunun müqabilində ölkəmizdə həyata keçirilən “Təxirəsalınmaz Tədbirlər Paketi” çərçivəsində bank sektorunun sağlamlaşdırılması prosesində həm də vergi güzəştləri, birbaşa maliyyə yardımı və sair də daxil olmaqla dövlətin banklara dəstək proqramının da həyata keçirməsi yaxşı olar. Yalnız bu cür kompleks yanaşma və maraqların konfliktindən maraqların uzlaşdırılmasına aparan yolla bu məsələni yumşaltmaq olar.
        
Məlumdur ki, hazırda xarici valyutada olan kreditlərlə bağlı problemin bütün ağırlığı əhalinin üstündədir. Həmin kreditlərin manat-dollar nisbətində 1.55 manat və sair məzənnə ilə ilə yox, bizim təklif etdiyimiz 1.05 məznnə ilə qaytarılması variantı  baş tutsaydı, bu halda da banka borclarını 0,78 məzənnə ilə kredit alıb, 1.05 məznnə ilə qaytaranların hesabına həmin maliyyə yükünün bir hissəsi yenə də əhalinin üzərində qalırdı. Ona görə də risklərin bölüşdürülməsi variantında dövlət olsa-olsa 70  milyon dollarlıq bir maliyyə yükünü götürəcəkdi. Mərkəzi Bank və  əsas kommersiya banklarının da hərəsinə təqribən dövlətin götürdüyü qədər maliyyə yükü düşəcəkdi.
        
Təkliflər paketimizi aidiyyatı orqanlara göndərəndə müşayətedici məktubumuzda bildirmişdik ki, bu sahədəki islahatların gecikdirilməsi vəziyyəti daha da pisləşdirəcək. Təəssüf ki, belə də oldu. Zaman keçdikcə problemin həllinin maliyyə yükü də artacaq. Bununla yanaşı bir müddətdən sonra əhalinin indikindən daha çox hissəsinin öz börcunu hazırda banklardan xahiş etdiyi 1,05 məzənnəsi ilə belə qaytarmağa pulu və halı qalmayacaq. Belə şəraitdə əhali ilə yanaşı vəziyyəti ağırlaşan bankların sayı da artacaq. Ona görə də manatın devalvasiyası zamanı xarici valyutada olan borcların artmasının yaratdığı problemlərin yumşaldılması sahəsində zəruri olan tədbirləri özündə əks etdirən islahat paketi ölkədə həyata keçirilən iqtisadi islahatların mühüm tərkib hissəsi olmalıdır. Çünki banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış vəziyyətin gərginliyinin artan xətlə davam etməsi şəraitində bu problemin həllinin gecikdirilməsi həm dövlət, həm əhali, həm də banklar üçün çox ziyan gətirir. 
Yaranmış qeyri-müəyyənliklərlə bağlı əhali ilə yanaşı, bankların da xeyli hissəsi ağır duruma düşüb. Problemin həlli bundan sonra da uzansa, həmin uzanan zamana proporsional surətdə həm narazılıq artacaq, həm əhalinin, həm də bankların vəziyyəti daha da pisləşəcək. Bu isə bütövlükdə iqtisadiyyatımız üçün əlavə ciddi problemlər yaradacaq. Dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu  həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar, narazılıq azalar, bankların işi yaxşılaşar və əhalinin banklara inamı artar və bu da iqtisadiyyata güclü təkan verər. Dollarla krediti olanların probleminin optimal  həlli bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də məsələnin həllinin sürətləndirilməsi  həm dövlət, həm banklar, həm də əhali üçün sərfəlidir.

BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı…
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
Hər il minlərlə heyvanı xilas edən körpülər – FOTO
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Tənqid edilən bayağı verilişlərlə bağlı addımlar atıla bilər" - Nuşirəvan Məhərrəmli
Cəmiyyət
“Ona ən böyük arzum Kəlbəcər dağlarındakı çiçəkləri öz əllərimlə təqdim etməkdir”
Hadisə
"Bizə azadlığı bağışlamadılar, xalqımız azadlığına mübarizə apararaq qovuşdu"
Cəmiyyət
Ramil Quliyev Türkiyə ordusunda... - FOTO
Hadisə
Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Ərdoğan yarım milyard dollarlıq ikimərtəbəli təyyarəsi ilə ilk dəfə uçdu - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə